Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

həyata keçirilməsi ilə bağlılığı olmayan hər hansı bir
dostu bu məsələdə subyektiv hüquqlarının pozulduğunu
iddia edə bilməz. 
Başqa şəxslərə ünvanlanmış əlverişli inzibati aktlara qarşı
üçüncü şəxslərin qaldırdıqları mübahisələndirmə haqqında
iddialarda  da (iddia qaldırmaq səlahiyyəti çərçivəsində
olduğu kimi) inzibati aktın qanunsuz olub-olmaması və
mübahisələndirmə haqqında iddianı qaldıran üçüncü şəxsin
subyektiv hüquqlarını pozub-pozmaması yoxlanılmalıdır.
Misal:
Qonşu tikintinin sifarişçisinə verilmiş tikinti icazəsinə
qarşı iddia qaldırır və bunu onunla əsaslandırır ki, ti -
kilməsi nəzərdə tutulan tikinti obyekti həddindən artıq
hündür olduğundan ətrafdakı tikililərə uyğun deyil.
Bundan başqa, qonşu iddia edir ki, tikintinin sifarişçisi
icazəni qüsurlu inzibati icraat nəticəsində əldə edib.
İddia qaldırmaq səlahiyyətinə malik olub-olmaması
məsələsinin yoxlanılması çərçivəsində qonşu ətrafdakı
vəziyyətin nəzərə alınması hüququnun pozulduğuna istinad
edə bilər. Bu hüquqa müvafiq olaraq, tikililər ətrafdakı
mövcud vəziyyətə uyğun olmalı və qonşuları narahat et-
məməlidir. Məhkəmə belə bir pozuntu müəyyən etməzsə,
iddianı rədd edəcəkdir. Çünki tikintiyə icazənin verilməsi
üzrə icraat forma baxımından qüsurlu həyata keçirilmiş olsa
belə, bunun qonşunun subyektiv hüquqlarına təsiri olmayıb.
188


Tikintinin sifarişçisi rüşvət verməklə ev tikintisi
üçün özlüyündə qanuni olan icazə əldə etmişdir. Qonşu
bu qərara qarşı mübahisələndirmə haqqında iddia
qaldırır. İddia uğursuz olacaq, çünki tikintiyə verilmiş
qanuni (rüşvət verməklə əldə olunma istisna olmaqla)
icazə iddiaçının hüquqlarını pozmur. Belə ki, rüşvət
verilməsi qanuni qərarın ləğv edilməsi üçün əsas deyil.
Lakin İİQ-nin 67.6.1-ci maddəsində rüşvət yolu ilə
əldə edilmiş inzibati aktın nəticələri baxımından qanunda
göstərilmişdir ki, tikintinin sifarişçisi qanunsuz inzibati
aktın ləğv edilməsi zamanı etimadın qorunması hüququna
istinad edə bilməz. Özlüyündə qanuni olan inzibati
aktın rüşvət yolu ilə əldə edilməsi onun əlverişli
nəticələr yaratdığı şəxsə münasibətdə də ləğv olunma
üçün əsas qismində çıxış edə bilməz. Lakin inzibati
orqanın vəzifəli şəxsinin hərəkəti intizam və cinayət
məsuliyyəti yarada bilər.
4. Mübahisələndirmə haqqında iddialar üzrə
çıxarılan məhkəmə qərarlarının nəticə hissəsi
a) Bir qayda olaraq baş verən hal
Artıq qeyd edildiyi kimi, mübahisələndirmə haqqında
iddia uğurlu olarsa, bunun inzibati akta birbaşa təsiri olur.
Çünki məhkəmə qərarı ilə iddianın təmin olunması əlverişsiz
inzibati aktın ləğvi ilə nəticələnir. 
Əgər  inzibati akt qanunidirsəməhkəmə iddianı rədd
edir. Məhkəmə qərarının nəticə hissəsi belə yazılır:
189


«İddia rədd edilir.»
Mübahisələndirmə haqqında iddia tam təmin edilərsə,
məhkəmə qərarının nəticə hissəsi İPM-in 70.1-ci maddəsi
əsas götürülməklə belə yazılır:
«Bakı şəhəri inzibati orqanının ...... №-li .......... tarixli
qərarı ləğv edilir.»
Mübahisələndirmə haqqında iddia qismən təmin
edilərsə (məsələn, mübahisələndirilən iki inzibati aktdan
yalnız biri qanunsuzdursa), məhkəmə İPM-in 70.1-ci mad-
dəsinə əsasən, iddianı inzibati aktın qanuna zidd olduğu və
bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hissədə
təmin edir. Məhkəmə qərarının nəticə hissəsi aşağıdakı kimi
yazılır:
«Bakı şəhəri ... idarəsinin (və ya cavabdehin) ... №-li, 1
fevral 2009-cu il tarixli qərarı ləğv edilir. İddia qalan hissədə
rədd edilir.»
Yaxud İİQ-nin 71-ci və İPM-in 32.2.2-ci maddələrinə
əsasən, məhkəmədən əvvəl şikayət instansiyasına (yuxarı
inzibati orqana) müraciət edilən hallarda məhkəmə qərarının
nəticə hissəsi aşağıdakı kimi yazılır:
«Bakı şəhəri ... idarəsinin №-li, 1 fevral 2009-cu il tarixli
qərarı şikayət instansiyasının dəyişdirdiyi/qüvvədə saxladığı
məzmunda ləğv edilir. İddia qalan hissədə rədd edilir.»
b) Xüsusi hal (İPM-in 70.2-ci maddəsi)
İPM-in 70.1-ci maddəsində təsbit edilmiş inzibati aktın
qismən ləğv edilməsi ilə yanaşı, həmin Məcəllənin 70.2-ci
maddəsində bununla bağlı əlavə qayda əksini tapmışdır.
190


Həmin qayda inzibati aktın qismən ləğvi qaydasından istisna
təşkil etmir, əksinə, onu tamamlayır. Məhkəmə inzibati aktla
iddiaçının üzərinə qoyulmuş rüsumun məbləğini onun xeyrinə
azalda bilər (lakin artıra bilməz, çünki iddiaçı öz ərizəsində
iddia tələbinin və hüquqi yoxlamaya məruz qalan inzibati
aktın hədlərini özü müəyyən edir).
Pul məbləğinin İPM-in 70.2-ci maddəsində nəzərdə
tutulmuş mənada yenidən müəyyən edilməsi yalnız vəsatət
əsasında baş verə bilər. İnzibati orqan tərəfindən, yalnız
qanuna əsasən məcburi olaraq qəbul edilməli olan qərarlara
şamil olunan bu norma əksər hallarda rüsumlar və ya ictimai
asayişin pozulmasına görə cərimə müəyyən edən inzibati
aktlara aiddir. 
Məbləğin dəyişdirilməsinə dair iddia yalnız qanunla
məcburi hüquqi nəticələr müəyyən edildiyi hallarda (hüquqi
nəticələrlə bağlı qərar məhkəmənin diskresion səlahiyyətində
olduğu hallarda deyil) qaldırıla bilər. Yuxarıda qeyd edildiyi
kimi, diskresion səlahiyyət mövcud olduqda məhkəmə
inzibati aktı bütövlükdə ləğv edir.
Misal:
İnzibati orqan dotasiya ilə bağlı 1000 manat
məbləğində pulun geri qaytarılması haqqında qərar
qəbul edir və bunu onunla əsaslandırır ki, həmin
məbləğ nəzərdə tutulduğundan artıq ödənilib. Məhkəmə
müəyyən edir ki, inzibati orqan yalnız 700 manat artıq
pul ödəyib.
191


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə