Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

Misal:
İddiaçı Nəqliyyat Nazirliyində işə (dövlət qulluğuna)
qəbul olunmaq istəyir və bunun üçün ərizə ilə həmin
orqana müraciət edir. Nazirlik bu ərizəni müvafiq bir
qərarla rədd edir. Şəxsin dövlət qulluğuna qəbul
olunması inzibati akt olduğu üçün, bu halda məcburetmə
haqqında iddia doğru iddia növü olardı.
Fərz edək ki, məhkəmə iddiaçının bu iddiasını təmin
edir və o, Nəqliyyat Nazirliyində dövlət qulluqçusu
qismində vəzifəsinin icrasına başlayır. Bir neçə ay
ərzində ona qanunla nəzərdə tutulmuş maaşının yalnız
yarısı ödənilir. Nazirlik heç bir əsas gətirmədən sonradan
da maaşın bu qaydada ödənilməsinə davam edir. Bu
kazusda iddiaçı maaşının tam ödənilməsini tələb etmək
istəyərsə, öhdəliyin icrası haqqında iddia qaldırmalıdır.
Çünki dövlət qulluğuna qəbul olunmadan fərqli olaraq,
dövlət qulluqçusunun maaşının ödənilməsi inzibati akt
hesab olunmur. Belə ki, maaşın ödənilməsi formal,
eləcə də hüquqi müdafiə vasitələri barədə məlumatlarla
təmin edilmiş qərar vasitəsilə həyata keçirilmir. Bu,
sırf faktiki xarakterli hərəkətdir.
Başqa bir misal: İddiaçı sürücülük vəsiqəsi almaq
üçün yazılı və şifahi imtahanları uğurla vermişdir.
Onun nəqliyyat vasitəsini idarə etməyə yararlı olduğuna
dair heç bir şübhə yoxdur. Buna baxmayaraq, əgər
inzibati orqan qərarla müvafiq şəxsə sürücülük
vəsiqəsinin verilməsindən imtina edərsə, iddiaçının
həmin imtinaedici qərara qarşı mübahisələndirmə
196


haqqında iddia qaldırması kifayət deyil. Çünki bu iddia
məhkəmə tərəfindən təmin olunacağı halda belə, iddi-
açının sürücülük vəsiqəsi olmayacaq. Ona görə də
belə hallarda məhz məcburetmə haqqında iddia vasitəsilə
iddiaçı inzibati orqanın üzərinə ona (iddiaçıya) sürücülük
vəsiqəsi verilməsi öhdəliyinin qoyulmasına nail ola
bilər.
İnzibati orqan iddiaçını sürücülük vəsiqəsindən
məhrum etdiyi hallarda isə vəziyyət başqa cür olur. O,
bunu iddiaçının hüquqlarına müdaxilə edən əlverişsiz
inzibati akt vasitəsilə həyata keçirir. Bu halda iddiaçı
hüquqlarının bərpası üçün sürücülük vəsiqəsindən
məhrumetmə haqqında inzibati akta qarşı
mübahisələndirmə haqqında iddia qaldırmalıdır.
2. Üçüncü şəxslərin xeyrinə/ziyanına 
olan inzibati akt
Ərizə həm iddiaçının öz xeyrinə (məsələn, iddiaçı tikintiyə
icazə verilməsini istəyir), həm də üçüncü şəxsin xeyrinə
(məsələn, qadın xarici dövlətin vətəndaşı olan həyat yoldaşına
ölkədə yaşayış icazəsinin verilməsini istəyir) inzibati akt
qəbul edilməsi üçün verilə bilər. İkinci misalda İPM-in 35.1-
ci maddəsində təsbit edilmiş iddia qaldırmaq səlahiyyəti
baxımından problem yarana bilər, çünki sözügedən halda
qadın özü müvafiq inzibati aktın qəbul edilməsini tələb
etmək hüququna malik olmalıdır. Bu, yalnız qadının ailənin
bir yerdə olması ilə bağlı həyati marağa malik olduğu
məhdud şərtlər daxilində mümkündür. Bundan başqa, iddiaçı
197


üçüncü şəxsə ziyan vuran inzibati aktın qəbul edilməsini
tələb edə bilər (məsələn, iddiaçı qonşunun həyətindəki
evin sökülməsi haqqında qərar qəbul olunmasını tələb et-
dikdə).
Mübahisələndirmə və məcburetmə haqqında iddialar
arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və
hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə
bilər. Əgər iddiaçı, misal üçün, hər hansı bir inzibati aktdan
qorunmaq istəyirsə (məsələn, restoran işlədilməsi haqqında
lisenziyanın ləğv edilməsi), nəzəri cəhətdən belə bir əlverişsiz
inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında
iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında
iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi
ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz
hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması
ilə nəticələnəcəkdir. İddiaçı hüquqlarının qorunması məqsədilə
ən sadə yolu seçməli olduğu üçün göstərilən kazusda yalnız
mübahisələndirmə haqqında iddia doğru iddia sayılır.
Əgər inzibati orqan iddiaçı üçün əlverişli inzibati aktın
qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati
akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın
qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd
olunan halda, iddiaçı bu iddia növü ilə məqsədinə çata
bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia
ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın
ləğvinə nail olar bilər. İnzibati orqanın müəyyən hərəkətləri
etməsi üçün isə, iddiaçı yalnız məcburetmə haqqında iddia
qaldırmalıdır. Həmin iddia vasitəsilə iddiaçı həm ərizəni
rədd edən qərarın ləğv edilməsini, həm də iddiaçının xeyrinə
198


inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddiaçının iki
iddia qaldırması nə zəruri, nə də yolveriləndir.
İnzibati aktın dəyişdirilməsinə dair iddianın da qeyd
olunan hallarda köməyi olmayacaq. İnzibati aktın dəyişdirilməsi
zamanı iddiaçı yalnız inzibati aktın müəyyən həddə dəy-
işdirilməsinə nail ola bilər. Yəni inzibati aktın digər hissələri
heç bir dəyişikliyə məruz qalmır. Başqa sözlə, ərizəni rədd
edən qərar heç vaxt ərizəni təmin edən qərarla dəyişdirilə
bilməz.
3. Xüsusi problem: Məcburetmə haqqında iddia, 
yoxsa qismən mübahisələndirmə?
Əgər iddiaçı inzibati aktın yalnız bir hissəsini, xüsusilə,
İİQ-nin 60-cı maddəsində təsbit edilmiş əlavə müddəaları
mübahisələndirərsə, bu zaman inzibati akta əlavənin həmin
aktın özündən məntiqə uyğun olaraq ayrıla bilinib-bilinməməsi
yoxlanılmalıdır. İnzibati aktın məzmununu tamamlayan əlavə
müddəalar ayrıla bilən müddəalar sayılmır (məsələn, dərinliyi
ən çoxu 6 metr ola bilən quyunun tikintisinə icazə (iddiaçının
ərizəsində quyunun 10 metr dərinlikdə olmasını göstərməsinə
baxmayaraq)). İnzibati aktın məzmununun tikintiyə icazə
ilə birbaşa əlaqədar olan bu müddəasını iddiaçı ayrıca
mübahisələndirmə haqqında iddia ilə mübahisələndirə bilməz,
çünki icazə bilavasitə bu konkret əlavə müddəadan asılıdır.
O, başqa bir inzibati aktın qəbul edilməsi üçün məcburetmə
haqqında iddia qaldırmalıdır. Eyni qayda inzibati aktın bilav-
asitə hissəsini təşkil edən şərtlərə və müddətlərə də şamil
olunur. Şərtsiz və müddətsiz inzibati aktın qəbul edilməsini
arzu edən şəxs məcburetmə haqqında iddia qaldırmalıdır.
199


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə