Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

batan hesab olunur. Belə ki, ləngimə imtahan situasiyasının
başa düşülməsini çətinləşdirə bilər.
Hər hansı sualın eyni vaxtda bir neçə həll variantının
mövcud olduğu hallarda, inzibati orqanın bunlardan yalnız
birini düzgün hesab etməsinə və bununla da, verdiyi qiyməti
ərizəçinin, məhz onun (inzibati orqanın) düzgün hesab etdiyi
həll variantını seçməməsi ilə əsaslandırmasına yol verilmir.
Misal:
Almaniyada hüquq üzrə yazılı şəkildə verilən ikinci
dövlət imtahanında imtahan komissiyasının üzvləri
arasında imtahanın bır sıra hissələrinin qiymətləndirilməsi
ilə bağlı fikir ayrılığı yaranır. Komissiyanın bir qrup
üzvünün fikrincə, məhkəmə qərarının yuxarısında
«qərar» sözü yazılmalıdır. Komissiyanın digər üzvləri
isə hesab edir ki, bunun yazılmasına ehtiyac yoxdur,
çünki qanunda hakimin şifahi məhkəmə baxışından
sonra qərar qəbul etməsi göstərilmişdir. Hər iki fikri
qəbul etmək mümkündür. Lakin imtahan tapşırığının
qiy mət lən di ril məsi  zamanı  komissiya  üzvü  imtahan
verənin «qərar» başlığını qeyd etməməsinə istinad edə
bilməz. Başqa sözlə, bu, imtahan verən üçün hər hansı
əlverişsiz nəticənin yaranmasına səbəb olmamalıdır.
Çünki o, qəbul edilməsi mümkün olan iki variantdan
birini seçmək imkanına malikdir.
Tez-tez rast gəlinən və təfsiri mümkün olan dispozisiya
şərtləri ilə bağlı olan bütün digər hallar tam həcmdə məhkəmə
172


tərəfindən yoxlanıla bilər. Məsələn, əgər qanunda namizədin
«uyğun» olduğu təqdirdə dövlət qulluğuna qəbul edilə
bilməsi nəzərdə tutulmuşdursa, bu uyğunluğu obyektiv me-
yarlar əsasında (məsələn, əvvəlki işəgötürənlərin verdiyi
xasiyyətnamələr əsasında) yoxlamaq olar. Eyni qayda,
ərizəçinin restoran işlətmək üçün «kifayət qədər etibarlı»
olub-olmamasına da aiddir.
Qiymətləndirmə azadlığının və təfsiri mümkün olan dis-
pozisiya şərtlərinin yoxlanılması zamanı daim nəzərə alınmalı
olan ümumi qanunilik şərtləri ya qanunda tənzimlənir, ya
da inzibati hüququn ümumi prinsiplərindən irəli gəlir. Buraya,
həmçinin inzibati aktın aydın və anlaşıla bilən olması tələbi
(bax: İİQ-nin 58.2-ci maddəsi), hüquqi və faktiki imkan,
eləcə də çox vacib əhəmiyyətə malik mütənasiblik prinsipi
daxildir (bax: İİQ-nin 17-ci maddəsi).
bc) Hüquqi nəticə hissəsinin yoxlanılması
(1) İnzibati orqan tərəfindən məcburi 
olaraq qəbul edilən qərarlar
Məhkəmə, müdaxilə edilməsini nəzərdə tutan normanın
bütün dispozisiya şərtlərinin mövcud olub-olmadığını yoxladıq-
dan sonra növbəti addım qismində inzibati orqanın düzgün
hüquqi nəticəni seçib-seçmədiyini müəyyən etməlidir.
Səlahiyyətverici əsasların yoxlanılması zamanı inzibati orqan
tərəfindən  məcburi olaraq (qeyd-şərtsiz) və diskresion
səlahiyyət əsasında qəbul edilən qərarlar bir-birindən
fərqləndirilməlidir. Konkret qərarın məcburi qəbul edilməsi
o halda baş verir ki, inzibati orqanın müəyyən şərtlərin
173


mövcud olduğu təqdirdə nə etməli olması qanunda dəqiq
göstərilmiş olsun. Belə bir halın mövcudluğunu normanın
«əgər...» sözünü «...malı, məli» şəkilçiləri ilə əlaqələndirən
dispozisiya şərtləri əsasında müəyyən etmək mümkündür. 
Misal:
Əgər nəqliyyat vasitəsini idarə edən şəxs spirtli içki
qəbul etdikdən sonra sükan arxasında yaxalanarsa,
inzibati orqan onun nəqliyyat vasitəsini idarə etməyə
davam etməsinin qarşısını almalıdır.
İnzibati orqanın məcburi olaraq qəbul etdiyi qərarlara
münasibətdə məhkəmə, yalnız həmin inzibati orqanın qanunla
nəzərdə tutulmuş düzgün hüquqi nəticəni tətbiq edib-
etmədiyini yoxlamalıdır. Əgər qanun spirtli içkinin təsiri
altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə nəqliyyat
vasitələrini idarə etmə hüququndan məhrum etməni tələb
edirsə, bu, müvafiq dispozisiya şərtlərinin mövcudluğu
halında (yəni nəqliyyat vasitəsi spirtli içkinin təsiri altında
idarə edildikdə) inzibati orqanın qərarı üçün məcburi xarakter
daşıyan yeganə düzgün nəticədir. 
(2) İnzibati orqanın diskresion səlahiyyəti və 
onun məhkəmə tərəfindən yoxlanılması
İnzibati hüquq normalarının böyük bir hissəsində inzibati
orqanlara bir neçə müxtəlif hüquqi nəticələrdən birini seçmək
imkanı verilir. Sözügedən hallarda inzibati orqan özünün
diskresion səlahiyyətindən istifadə edə bilər. 
174


İİQ-nin 2.0.7-ci maddəsinə görə, diskresion səlahiyyət
qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan
birini seçmək imkanıdır. Belə ki, diskresion səlahiyyət
nəzərdə tutan normalar əksər hallarda ya «bilər»  sözü ilə
bitir, ya da orada «...-ə qədər» sözləri əksini tapır. Məsələn:
«Əgər bir qrup şəxs təhlükə yaradarsa, polis həmin qrupun
dağılışmasını təmin edə bilər». Yaxud başqa bir misal:
«Əgər kafe işlədilməsi nəticəsində havaya zərərli maddələr
buraxılırsa, inzibati orqan onun işlədilməsinin dayandırılmasını
tələb edə bilər.»
İnzibati orqan özünün diskresion səlahiyyətinin həyata
keçirilməsində heç vaxt tam azad deyil. Belə ki, şəxs inzibati
orqandan diskresion səlahiyyətini düzgün həyata keçirməsini
tələb etmək hüququna malikdir (bax: İİQ-nin 16.2-ci maddəsi).
İnzibati orqan özbaşına fəaliyyət göstərə bilməz. O, xüsusilə,
İİQ-nin 14-cü maddəsində təsbit olunmuş və diskresion
səlahiyyətin hədlərini, onun məqsədyönlü şəkildə həyata
keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və
azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini
müəyyən edən vacib prinsipləri nəzərə almalıdır. Bundan
əlavə, qərarın qəbulu ilə əlaqədar çərçivəni müəyyənləşdirən
və inzibati orqan üçün məcburi xarakter daşıyan müxtəlif
prinsiplər mövcuddur (bununla bağlı daha ətraflı məlumat
almaq üçün bax aşağıda: inzibati orqanların diskresion
səlahiyyət əsasında qəbul etdiyi qərarların məhkəmə tərəfindən
yoxlanılması).
Normanın hüquqi nəticə hissəsində inzibati orqan üçün
diskresion səlahiyyət nəzərdə tutulubsa, inzibati məhkəmənin
İPM-in 74-cü maddəsində təsbit edilmiş və həmin Məcəllənin
175


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə