Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə33/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   29   30   31   32   33   34   35   36   ...   98

bilər. Bununla belə, o, mübahisə predmetindən kənara çıxa
bilməz. Ona görə də onun hüquqi mübahisədəki mövqeyi,
prinsip etibarilə adi cəlbetmə qaydasında prosesə cəlb
olunmuş üçüncü şəxslərdən fərqlənmir.
4. Cəlbetmənin nəticələri
Üçüncü şəxsin qanuna uyğun şəkildə icraata cəlb edilməsi
bir sıra nəticələr doğurur. Belə ki, istər üçüncü şəxsin xeyrinə,
istərsə də ziyanına olan məhkəmə qərarı üçüncü şəxsə mü-
nasibətdə də hüquqi təsirə malik olur. Bu o deməkdir ki,
üçüncü şəxs tərəflərə, yaxud gələcək hüquqi mübahisələrə
münasibətdə məhkəmə icraatının prosessual pozuntularla
aparılmasına və ya məhkəmə qərarının belə pozuntulara yol
verilməklə qəbul olunmasına istinad edə bilməz. Məhkəmə
qərarının bu məcburiliyi təkcə məhkəmə qərarının nəticə
hissəsinə deyil, məhkəmə qərarında müəyyən edilmiş (mühüm)
faktiki və hüquqi hallara da şamil olunur. Burada məqsəd,
cəlb edilmiş üçüncü şəxsin gələcək hüquqi mübahisələrdə
məhkəmə qərarının əsaslarını sual altına qoya bilməsinin
qarşısını almaqdır. Yəni məhkəmənin qiymətləndirməsi
proses iştirakçıları arasındakı heç bir növbəti hüquqi
mübahisədə fərqli qaydada və ya yenidən qiymətləndirilə
bilməz. Məhkəmə qərarının məcburiliyi nəzərdən qaçırıla
bilməz, çünki əks halda, cəlbetmənin məna və məqsədi puç
olardı. 
5. Məhkəmə qərarında cəlbetmənin yeri
Cəlbetmə iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün
şərt sayılmadığından iddianın mümkünlüyü ilə əlaqədar
129


əhəmiyyət kəsb etməyən bir məsələdir. Lakin zəruri cəlbet-
mənin həyata keçirilməməsi məhkəmə qərarını qüsurlu edir.
Bu cəlbetmə, müəyyən hallarda məhkəmənin özü və ya
yuxarı instansiya məhkəməsi tərəfindən sonradan həyata
keçirilə bilər (bax: İPM-in 28.1-ci maddəsinin 2-ci cümləsi,
habelə 87.7.1-ci maddəsi). Cəlbetmə məhkəmə qərarının
təsviri hissəsində qeyd olunur və xərclər məsələsi baxımından
məhkəmə qərarının nəticə hissəsinə də təsir göstərir. Lakin
iddianın mümkünlüyü və əsaslılığının yoxlanılması zamanı
cəlbetmə ayrıca yoxlanılmalı olan bir məsələ deyil. 
130


Üçüncü fəsil 
MƏHKƏMƏNİN  FƏALİYYƏT  
F O R M A L A R I
A. Məhkəmə qərarı
Qərar məhkəmənin ən vacib fəaliyyət formasıdır. Lakin
məhkəmənin hansı hallarda və nə barədə qərar qəbul etməli
olması, yəni onun nə zaman qərardad, yaxud sərəncam qəbul
edə bilməməsini ümumi şəkildə müəyyən etmək elə də asan
deyil. 
Prinsip etibarilə hüquqi mübahisə mahiyyəti üzrə həll
edildiyi və şifahi məhkəmə icraatı keçirildiyi bütün hallarda
məhkəmə qərar qəbul etməlidir. Bu, məhkəmə baxışının şi-
fahiliyi prinsipindən və İPM-in icraatın bütün nəticələri
haqqında qərar çıxarılmalı olmasını nəzərdə tutan 68-ci
maddəsindən irəli gəlir. 
B. Qərardad
Qərardad formasını isə, İPM məhkəmə qərarından aşağıda
duran, bütün digər vacib göstərişlər üçün nəzərdə tutur.
Buraya, qismən məhkəmənin hansı məsələni həll etdiyi
hallara aid olan qərardadlar da aiddir (məsələn, İPM-in 35.3-
cü maddəsinə müvafiq olaraq, iddianın mümkün sayılmaması
haqqında qərardad). Qərardadlara növbəti misallar qismində,
İPM-in 50-ci maddəsinə əsasən hazırlıq icraatında qəbul
edilmiş qərardadları, iddianın geri götürülmüş sayılması
131


barədə qərardadı (bax: İPM-in 55.3-cü maddəsinin 2-ci cüm-
ləsi), iddianın dəyişdirilməsinin mümkünlüyü barədə qərardadı
(bax: İPM-in 54.3-cü maddəsi), sübutlar haqqında qərardadı,
sübutların cəlb edilməsi haqqında vəsatətin rədd edilməsi
haqqında qərardadı (bax: İPM-in 58.3-cü maddəsi) və s.
göstərmək olar.
İPM-in 80.1-ci maddəsinə əsasən, qərardadlar mübahisə -
lən dirilə bildikləri təqdirdə əsaslandırılmalıdır. Yalnız bundan
sonra tərəfə (qərardaddan şikayət verib-verməmək üçün),
yaxud yuxarı instansiya məhkəməsinə (qərardadı ləğv edib-
etməmək və ya dəyişdirib-dəyişdirməmək üçün) qərar üçün
əsaslanlandırma lazımdır. 
Məhkəmə qərarları ilə məhkəmə qərardadları, hər şeydən
öncə, aşağıdakı cəhətlərinə görə bir-birindən fərqlənir:
• Məhkəmə qərarları elan olunmalıdır (bax: İPM-in 75-ci
maddəsi); Qərardadlar isə, qərarlar kimi (bax: İPM-in
75.3-cü maddəsi), yalnız təqdim edilməlidirlər; 
• Tərəflərdən birini qane etmədiyi, yəni tərəfin məhkəmə
qərarında istədiyindən daha az nəticəyə nail olduğu hər
bir halda, məhkəmə qərarından şikayət verilə bilər (bax:
İPM-in 83.1-ci maddəsi);
• Qərardadlardan isə, yalnız qanunla nəzərdə tutulmuş
hallarda şikayət verilə bilər (bax: İPM-in 83.1-ci, 83.3-
cü maddələri). Müstəqil qaydada mübahisələndirilməsinə
yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun
qərarı ilə birlikdə şikayət verilə bilər (bax: İPM-in 83.4-
cü maddəsi). 
132


Qərar və qərardadın quruluşu ilə bağlı daha ətraflı
məlumatı müvafiq fəsillərdə əldə etmək mümkündür.
C. Sərəncam
Az əhəmiyyətli məsələlərlə bağlı, xüsusilə kollegial
məhkəmənin səlahiyyəti çərçivəsində bütün məsələlər barədə
qərarlar sərəncam formasında qəbul edilir. Sərəncamlar
icraatın aparılmasına xidmət edir. Sərəncamların qəti müəyyən
edilmiş hansısa bir forması yoxdur və onlar məzmun baxımın-
dan məhkəmənin nəyi tənzimləmək istəyindən asılıdır. Sərən-
camlar aşağıdakı məzmuna malik ola bilərlər:
• Məhkəmə iclasının vaxtının təyin edilməsi;
• Qeydlərin edilməsi (Qeydlərin yazılı şəkildə aparılması
çox böyük praktiki əhəmiyyətə malikdir. Heç bir hakim
hər şeyi yadında saxlaya bilməz. Bir neçə qısa qeyd isə,
çoxlu məsələləri xatırlamağa yardım edə və bununla da
yaddaşın sütunu qismində çıxış edə bilər. Həmçinin işi
əvvəlcədən aparmamış hakimlər üçün bütün mühüm
hallar və hadisələr barədə məlumat almaq vacibdir);
• Tərəflərə, ekspertlərə və başqa şəxslərə yazılı müraciətlərin
edilməsi; 
• Məhkəmənin kargüzarlığında çalışan şəxslərə işlə bağlı
göstərişlərin verilməsi; 
• Yenidən təqdim etmə ilə əlaqədar müddətlər. 
Sərəncamın quruluşu məhkəmənin sərəncamdakı məsələlərə
hansı ardıcıllıqla toxunmaq istəyindən asılıdır. 
133


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə