Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

İPM-də də tənzimlənmə zərurətinin və İPM-in 1.2-ci
maddəsinə əsasən oxşar hüquqi vəziyyətin mövcudluğu
səbəbindən tətbiqi mümkündür. Lakin MPM-in 54-cü mad-
dəsinin analogiya qaydasında tətbiq edilə bilməsi inzibati
məhkəmə icraatında dispozitivlik prinsipinin qüvvədə olmasına
görə sual doğurur. MPM-in 58-ci maddəsinin tətbiqi isə
mümkün hesab olunur. Həmin müddəaya əsasən, mübahisə
edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda
(məsələn, inzibati orqan başqa bir inzibati orqanla birləşdiyinə
görə ləğv edildikdə və ya iddiaçı öldükdə) tərəfin qanunla
nəzərdə tutulmuş dəyişməsi halı meydana çıxır. Bu halda,
hüquqi varis əvvəlki tərəfin yerinə prosesə daxil olur. MPM-
in 58.2-ci maddəsi aydın şəkildə nəzərdə tutur ki, hüquqi
varis hüquqi mübahisəni olduğu kimi qəbul etməlidir. 
Tərəfin öz istəyi ilə baş verən tərəf dəyişməsi qanunla
tənzimlənməmişdir. Belə dəyişiklik birinci instansiya
məhkəməsində iddianın dəyişdirilməsi kimi nəzərdən keçirilə
bilər ki, bunun üçün də İPM-in 54-cü maddəsinin şərtləri
mövcud olmalıdır. 
İddiaçının dəyişməsinə nadir hallarda rast gəlinir. Çünki
iddiaçı deyil, hər hansı bir üçüncü şəxs irəli sürülən tələblə
çıxış edə bilərsə, bu zaman əksər hallarda tələbin güzəştə
gedilməsi kifayət edəcəkdir. Buna misal qismində iddiaçının
öldüyü və ya tikinti hüququna dair mübahisədə müvafiq
torpaq sahəsinin üçüncü şəxsə satıldığı halları göstərmək
olar. İddiaçının dəyişməsi üçün əvvəlki və yeni iddiaçının
razılığı tələb olunur. Şifahi məhkəmə baxışının başlanmasından
sonra isə, iddiaçının dəyişməsinə cavabdeh də razılıq ver-
məlidir. Cavabdeh əvvəlki iddiaçıya qarşı iddianın rədd
113


edilməsinə dair məhkəmə qərarının çıxarılmasına nail olmaq
imkanına malik olmalıdır. O, iddiaçının dəyişməsinə razılıq
vermədikdə, məhkəmənin iddiaçının dəyişməsini
məqsədəuyğun hesab etməsi ilə (İPM-in 54.1-ci maddəsinə
əsasən) iddiaçının dəyişməsinə yol verilməməlidir. Çünki
burada, söhbət əvvəlki iddiaçının cavabdehə qarşı iddiasından
bir növ imtina etməsindən gedir. Beləliklə, təsvir olunan
vəziyyətdə faktiki olaraq, İPM-in 55-ci maddəsinə əsasən
iddiadan imtina edilir və bu zaman cavabdehin buna razılıq
verməsi tələbinin məhkəmənin məqsədəuyğun hesab etməsi
tələbi ilə əvəz etmək olmaz. Başqa sözlə, belə situasiyalarda
cavabdeh bir növ qorunmalıdır. O, daim dəyişən iddiaçılar
tərəfindən ona qarşı iddialar qaldırılmasının qarşısını almaq
və iddiaçının dəyişməsinə razılıq verməməklə ona qarşı
yanlış iddia qaldırıldığının məhkəmə qərarında əks olunması
imkanına malik olmalıdır. 
Birinci instansiyada cavabdehin dəyişməsi zamanı bir
çox problemlər meydana çıxır. Bununla bağlı birinci problem
ondan ibarətdir ki, Almaniyadan fərqli olaraq, Azərbaycanda
inzibati hüquq mübahisələrində kimin (doğru) cavabdeh
olması barədə qanunda heç bir aşkar qayda nəzərdə tutul-
mamışdır. Almaniyada mübahisələndirmə və məcburetmə
haqqında iddialarda mübahisələndirilən inzibati aktı qəbul
etmiş və ya arzu olunan inzibati aktı qəbul etməli olan
inzibati orqan doğru cavabdeh hesab olunur. Beləliklə, kimin
«doğru» cavabdeh olması ilə əlaqədar çətinliklərin yaranması
mümkündür. Bundan başqa, cavabdeh dəyişərkən yeni cav-
abdeh prosesə düzgün daxil edilməli və əvvəlki cavabdeh
prosesdən çıxmalıdır. Bununla belə, birinci instansiya
114


məhkəməsində şifahi məhkəmə baxışınadək cavabdeh dəy-
işdikdə, əvvəlki və ya yeni cavabdehin razılığı tələb olunmur.
Bunun səbəbi onunla bağlıdır ki, iddianın verilməsi üçün
cavabdehin razılığı tələb olunmur. İddiaçının məhkəməyə
təqdim etdiyi sənədlər və məhkəmənin icraatın aparılmasına
dair qərardadları yeni cavabdehə təqdim edilir ki, o, iş mate-
riallarının məzmunu haqqında məlumat əldə etsin. Bunu
dinlənilmə hüququ prinsipi tələb edir.
İcraatın bu vaxta qədərki nəticələrinin yeni cavabdeh
üçün məcburi xarakter daşıyıb-daşımadığı müxtəlif cür
qiymətləndirilə bilər. Əgər yeni cavabdeh bu vaxta qədərki
icraat materiallarının istifadəsinə razılıq verərsə, bu zaman
heç bir problem yaranmır. Bundan başqa, əgər yeni cavabdeh
icraatın bu vaxta qədərki gedişatı barədə məlumata malik
olubsa, hüquqi mübahisə üzrə icraatın yeni cavabdeh üçün
də bu vaxta qədərki vəziyyətdə davam etdirilməsi tövsiyə
edilir. Prosesi tərk etmiş cavabdehin məhkəmədən kənar
xərclərini iddiaçı daşıyacaqdır (İPM-in 111.3-cü maddəsinin
analogiya qaydasında tətbiqi əsasında). Bu xərclərin iddiaçı
tərəfindən ödənilməsi ayrıca bir qərardad, yaxud məhkəmənin
yekun qərarı vasitəsilə müəyyən oluna bilər. 
Şifahi məhkəmə icraatı başlandıqdan sonra cavabdehin
də 
yiş 
mə 
sinə ilkin cavabdehin razılığının alınması tələb
olunur. 
III. Prosessual həmiştirakçılıq
İPM-in 30-cu maddəsinə əsasən, prosessual həmiştirakçılıq
və ya bir neçə tələbin subyektiv cəhətdən bir iddiada bir-
ləşdirilməsi (İPM-in 37-ci maddəsinə əsasən bir neçə tələbin
115


obyektiv cəhətdən bir iddiada birləşdirilməsindən fərqli
olaraq) o vaxt mövcud olur ki, iddiaçı və/və ya cavabdeh
tərəfdə bir neçə şəxs çıxış etsin, xüsusilə, müvafiq şəxslər
eyni əsaslarla hüquqlara malik olsunlar, yaxud vəzifələr
daşısınlar. Prosessual həmiştirakçılıq ilk növbədə prosesə
qənaət edilməsinə, yəni oxşar faktiki hal üzrə bir neçə
hüquqi mübahisə yaranmasının qarşısının alınmasına xidmət
edir. Prosessual həmiştirakçılıq sonradan da, yəni işin
məhkəmə icraatına qəbul edilməsindən sonra da yarana
bilər. 
Prosessual həmiştirakçılıq İPM-in 28-ci maddəsinə uyğun
olaraq prosesə üçüncü şəxsin cəlb edilməsindən
fərqləndirilməlidir. Belə ki, prosessual həmiştirakçılar eyni
tərəfdə eyni hüquqi nəticənin əldə olunması üçün mübarizə
apardıqları halda, tərəflər və üçüncü şəxs qismində cəlb
edilmiş şəxslər, bir qayda olaraq, hüquqi mübahisənin necə
nəticələnəcəyi ilə bağlı fərqli maraqlara malik olurlar. 
Bundan başqa, adi və zəruri prosessual həmiştirakçılıq
arasında da fərqləndirmə aparmaq lazımdır.
a) Adi prosessual həmiştirakçılıq
Adi prosessual həmiştirakçılıq bir prosesdə bir neçə
müstəqil iddia birləşdirildikdə yaranır. Bu zaman proseslə
bağlı hər bir hüquq münasibəti müstəqil olaraq qalır və hər
bir həmiştirakçı prosesi digərlərindən asılı olmadan müstəqil
qaydada apara bilər. Hüquqi mübahisənin prosessual həmişti-
rakçılar üçün müxtəlif sonluqlarla başa çatması mümkündür
(məsələn, 1-ci cavabdeh prosesi uduza, ikinci cavabdehlə
116


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə