Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

sazişi tərəflərdən hər hansı birinin üzərinə inzibati orqanın
məsələni tez həll etməsi üçün pul ödəmək öhdəliyi qoya
bilməz. İnzibati orqanın üzərinə yalnız onun yol verilən
şəkildə yerinə yetirə biləcəyi vəzifələr qoyula bilər.
İPM-in 66.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin
bağlanması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorun-
ması ilə bağlı qanunvericiliyə zidd olduğu, eləcə də
mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi
hallarda məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina
edə bilər. Lakin hər iki hal təcrübədə nadir hallarda yaranır.
Prinsip etibarilə hüquqi sülh və tərəflərin mübahisə predmeti
üzərində sərəncam vermək səlahiyyəti hər hansı bir mübahisə
üzrə barışıq sazişinin bağlanması zamanı ön planda dayanır.
Barışıq sazişinin təsdiqlənməsindən imtina edildiyi hallarda
məhkəmə hüquqi mübahisə üzrə icraatı davam etdirir.
Bununla belə, tərəflər məhkəmədən kənar razılığa gəlməklə
və hüquqi mübahisənin həll olunmasına dair müştərək
bəyanatla çıxış etməklə mübahisəni sona çatdıra bilərlər. 
Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna
qeyd edilməlidir (bax: İPM-in 66.1-ci maddəsinin 2-ci cüm-
ləsi).
Barışıq sazişinin məhkəmə iclas protokoluna qeyd edilməsi
zamanı onun icra oluna bilən məzmuna malik olmasına
diqqət yetirmək vacibdir.
Barışıq sazişinin ləğvi tərəflər arasında müqavilə razılaş-
masıdır. Buna əsasən, müqavilənin bağlanmasında iştirak
etmiş bir neçə tərəf və ya bütün tərəflər müəyyən bir müddət
ərzində barışıq sazişindən imtina edə bilərlər. Bu, bir sıra
səbəblərdən məntiqli, yaxud, hətta zəruri ola bilər (məsələn,
tərəflərdən biri bir müddət düşündükdən sonra hüquqi
101


mübahisəni davam etdirmək barədə qərar qəbul etdikdə,
yaxud tərəflər arasında əldə olunmuş müəyyən razılaşmalara
əməl edilmədikdə və ya inzibati orqanın rəhbəri inzibati
orqanı təmsil edən nümayəndəyə barışıq sazişi bağlaması
üçün razılıq vermədikdə). Barışıq sazişində onun ləğv
edilməsi imkanına dair qeyd-şərtin nəzərdə tutulması müqavilə
azadlığının təzahürüdür. Tərəflərdən biri bağlanmış barışıq
sazişini ləğv edərsə, o, qüvvəsi geriyə şamil edilməklə
bağlanmamış sayılır. Yəni belə hallarda hüquqi mübahisə
davam etdirilir (sanki tərəflər barışıq sazişi barədə heç
razılaşmamışlar kimi). Əgər barışıq sazişində onun ləğv
edilməsi üçün müddət nəzərdə tutulmayıbsa, oradakı razılaş-
maların ləğvi mümkün deyil. Nəzərdə tutulmuş müddətin
buraxılması hallarında isə, İPM-in 24-cü maddəsində təsbit
edilmiş prosessual müddətin bərpasına yol verilmir. Çünki
burada söhbət qanunla deyil, müqavilə ilə müəyyən edilmiş
müddətdən gedir.
Prinsipcə, barışıq sazişinin bağlanmasında hüquqi
mübahisənin yalnız əsas tərəfləri iştirak edirlər. Bununla
belə, üçüncü şəxslərin də barışıq sazişinin bağlanmasına
cəlb edilməsi mümkündür. 
Tərəflər əksər hallarda barışıq sazişində xərclər məsələsini
də tənzimləyirlər. Həmin xərclər tərəflərin müvafiq olaraq
biri-birinə hansı həcmdə güzəştə getməsinə uyğun olaraq
müəyyən edilir. İPM-in 113-cü maddəsinə əsasən, tərəflərin
xərclərin bölüşdürülməsi barədə digər razılaşması olmadığı
hallarda, barışıq sazişinin tərəfləri məhkəmə xərclərini
bərabər şəkildə ödəyirlər, zəruri xərclər isə hər bir iştirakçı
tərəfindən müstəqil şəkildə ödənilir. 
102


Tərəflər arasında barışıq sazişinin etibarlılığına dair
mübahisə (məsələn, barışıq sazişinin vaxtında ləğv olunub-
olunmamasına dair) yaranarsa, buna ilkin hüquqi mübahisəyə
dair icraat çərçivəsində baxılmalıdır. Burada, söhbət (yuxarıda
artıq qeyd edildiyi kimi) barışıq sazişlərinin ləğv edilmə
imkanına dair qeyd-şərtdən gedir. Bu cür hallarda, barışıq
sazişinin ləğv edilməsi imkanı müəyyən bir müddətlə məh-
dudlaşdırılır. Çünki barışıq sazişinin bağlanması hüquqi
sülhün bərqərar olunmasına xidmət edir. Tərəfin barışıq
sazişini ləğv etmə barədə məlumatı məhkəməyə vaxtında
təqdim edib-etmədiyinə dair tərəflər arasında mübahisə heç
də nadir hallarda yaranmır (hər halda Almaniyada). Bu kimi
hallarda, ilkin hüquqi mübahisə davam etdirilir. Lakin digər
tərəf hüquqi mübahisənin barışıq sazişinin bağlanması ilə
sona çatması mövqeyindən çıxış etdiyi üçün o, daha əvvəlki
tələbi ilə çıxış edə bilmir, çünki bu tələb barışıq sazişinin
bağlanması ilə, bir növ aradan qalxmış olur. Ona görə də
həmin tərəfin tələbi hüquqi mübahisənin etibarlı barışıq saz-
işinin bağlanması ilə başa çatdığının müəyyən edilməsinə
dair iddiaya çevrilir. 
Beləliklə, burada vəziyyət İPM-in 55.3-cü maddəsindəki
şərtlərin mövcud olub-olmamasına dair yarana bilən mübahisə
ilə tam oxşardır. Yəni barışıq sazişinin etibarsızlığına (barışıq
sazişinin baş tutmadığına) istinad edən tərəf, ilkin iddia
tələbi ilə çıxış edir. Sazişin etibarlı olması mövqeyindən
çıxış edən qarşı tərəf isə, hüquqi mübahisənin barışıq sazişi
ilə sona çatdırılmış olmasının müəyyən edilməsi haqqında
tələb irəli sürür. Hüquqi mübahisənin etibarlı barışıq sazişi
ilə bitdiyi müəyyən edilərsə, məhkəmə bu barədə müəyyən
103


etmə haqqında, yəni barışıq sazişinin etibarlılığına dair qərar
qəbul edir. Sazişin etibarsız olduğu müəyyən edildikdə isə,
ilkin hüquqi mübahisə predmeti barədə yekun qərar qəbul
edilir. 
İPM-in 55.3-cü maddəsinə əsasən, iddianın geri götürülmüş
sayılmasının etibarlı olub-olmaması haqqında mübahisələrdə
də yanaşma eynidir. 
Əgər tərəflər arasında barışıq sazişində razılaşdırılmış
öhdəliklərin yerinə yetirilib-yetirilməməsi barədə mübahisə
mövcud olarsa, müvafiq fikir ayrılıqları yeni hüquqi mübahisə
çərçivəsində həll edilməlidir. Məsələn, əgər iddiaçı 10 m
hündürlükdə olan hasarın hündürlüyünü 8 m-dək endirməyə
dair öhdəlik götürübsə və cavabdeh bunun müqabilində
hasarın sökülməsi barədə qərarını ləğv edəcəyini vəd edibsə,
onda, belə qarşılıqlı tələblərə yeni hüquqi mübahisə
çərçivəsində baxılmalıdır. 
Barışıq sazişinin bağlanması yazılı məhkəmə icraatı za-
manı da mümkündür. Bu, İPM-in 66.3-cü maddəsində də
nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məhkəmə
tərəflərə yazılı şəkildə barışıq sazişi bağlamağı təklif edə
bilər. Bu təklifi tərəflər yazılı şəkildə qəbul edirlər və
məhkəmə İPM-in 66.4-cü maddəsinə uyğun olaraq barışıq
sazişini qərardadla (bu, icra sənədidir) təsdiq edir. Lakin
əksər hallarda tərəflər yəqin ki, özləri razılığa gəlmələri
barədə məhkəməyə müraciət edərək məhkəmədən əvvəlcədən
hazırlanmış barışıq sazişini onlara təklif etməsini və həmin
sazişi tərəflər qəbul etdikdə, bunun təsdiq edilməsini xahiş
edəcəklər. Qeyd olunan yanaşmanın üstünlüyü ondan ibarətdir
ki, bu hüquqi mübahisədə ayrıca şifahi məhkəmə icraatının
104


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə