Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   23   24   25   26   27   28   29   30   ...   98

(barışıq sazişi bağlamaq üçün) keçirilməsi zəruri deyil və bu
da vaxta və xərclərə qənaət edilməsi ilə nəticələnir. Hakim
üçün isə, şifahi məhkəmə icraatının hazırlanması məsələsi
aradan qalxır. Almaniyanın prosessual hüququna belə bir
müddəa bir neçə il bundan əvvəl daxil edilib və məhkəmə,
eləcə də tərəflər bundan tez-tez istifadə edirlər.
Bir çox hallarda (hər halda Almaniyada) tərəflər
məhkəmədən kənar razılığa gəlirlər. Qanunda tənzimlənməyən
və publik-hüquqi müqavilə olan belə bir məhkəmədən
kənar barışıq sazişi hüquqi mübahisənin başa çatması ilə
nəticələnmir. Xüsusilə, bu cür barışıq sazişi icra sənədi
sayılmır. Əksinə, tərəflər hüquqi mübahisəyə münasibətdə
nə etmək istədiklərini də özləri razılaşdırmalıdırlar. İddiaçı
iddiasından imtina etmək, cavabdeh isə iddianı qəbul etmək
barədə öhdəlik götürə bilər. Bundan başqa, tərəflər hüquqi
mübahisəni davam etdirməyə və beləliklə, İPM-in 55.3-cü
maddəsindəki şərtlərin mövcud olması səbəbindən iddia geri
götürülmüş sayıla bilər. Nəhayət, tərəflər hüquqi mübahisənin
nizamlanması barədə müştərək bəyanatla çıxış etməklə də
hüquqi mübahisəni sona çatdıra bilərlər (bax: İPM-in 110.6-
cı maddəsi).
II. İddianın dəyişdirilməsi
İddiaçı iddianın icraata qəbul edilməsindən sonra (yəni
iddia ərizəsinin məhkəməyə daxil olmasından sonra, bax:
İPM-in 45.4-cü maddəsi) tələbini başqa faktiki hallarla
əsaslandırarsa, yaxud ərizəsini dəyişərsə və ya bunların hər
ikisini edərsə, burada söhbət iddianın dəyişdirilməsindən
gedəcəkdir. Faktiki baxımdan yuxarıda göstərilən mənada
105


dəyişikliyin baş verib-verməməsini müəyyən etmək heç də
həmişə asan olmur. Xüsusilə, başqa bir müstəqil faktiki hala
əsaslanıb-əsaslanmama, yaxud yalnız ilkin faktiki halın yeni
faktiki hallarla tamamlanıb-tamamlanmaması və ya ona
düzəliş edilib-edilməməsi ilə bağlı çətinlik yarana bilər.
Qiymətləndirmə zamanı adi müşahidə ilə hansı faktların
prosessual tələbin əsasında dayanan faktiki halın özəyini
təşkil etməsi əsas götürülür. İddianın dəyişdirilməsi, məsələn,
o zaman baş verir ki, inzibati orqan öz əvvəlki qərarını
həmin qərarla bağlı hüquqi mübahisənin həll edilməsi
səbəbindən yenisi ilə əvəz etsin. 
İddianın dəyişdirilməsi dispozitivlik prinsipinin təzahürüdür.
İPM-in 54.1-ci maddəsinə əsasən, yalnız xüsusi şərtlər
mövcud olduqda, yəni məhkəmə icraatının başqa iştirakçılarının
razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini
məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirə bilər.
Cavabdehin  razılığı aşkar şəkildə verilə bilər. İPM-in
54.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda,
belə bir razılığın verilməsi ehtimal da edilə bilər. Başqa
sözlə, cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi
və ya yazılı sənəddə, yaxud şifahi məhkəmə baxışında artıq
dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda
məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını
hesab edir. 
Razılıq alınması tələbi bir tərəfdən cavabdehin qorunmasına
xidmət edir, çünki o, heç də hər bir halda iddiaçı tərəfindən
irəli sürülən bütün dəyişikliklərlə razılaşmaq vəzifəsi daşı-
mamalıdır. Digər tərəfdən, iddianın dəyişdirilməsinə edilən
etiraz (bunun əsasları göstərilməsə də) uzun müddət cav-
106


abdehin razılığını gözləmək öhdəliyi olmayan iddiaçının
qorunması məqsədi daşıyır. Əgər cavabdeh dəyişdirilmiş id-
diaya dair mövqeyini bildirirsə, bu, onun iddianın dəy-
işdirilməsinə etiraz etməsi deməkdir. Bunun üçün ərizə ver-
ilməsi zəruri deyil. Həlledici olan odur ki, cavabdeh hüquqi
mübahisənin dəyişilmiş şərtlər çərçivəsində davam etdirilməs-
inə qarşı etiraz etmədiyini bildirsin. 
Normada nəzərdə tutulmuş məqsədəuyğunluğun mövcud-
luğu konkret haldan, xüsusilə, prosesin obyektiv vəziyyətindən
asılıdır. Prinsipcə, yalnız onu demək mümkündür ki, iddianın
dəyişdirilməsi ilə tərəflər arasında mövcud olan mübahisəli
məqamlar da həll olunarsa və bununla növbəti prosesin
qarşısı alınarsa, bu halda iddianın dəyişdirilməsini
məqsədəuyğun saymaq olar. İddiaçı eyni faktiki hallar
çərçivəsində yalnız iddia tələbinin həcmini artırdıqda və ya
azaltdıqda da iddianın dəyişdirilməsi məqsədəuyğun hesab
olunacaqdır. Bu zaman nəzərə almaq lazımdır ki, iddia
tələbinin həcminin azaldılması eyni zamanda iddiadan qismən
imtina edilməsi (müvafiq hüquqi nəticələrlə birlikdə) deməkdir.
İddia tələbinin həcminin azaldılmasını nəzərdə tutan iddia
dəyişikliyi o halda mövcud olur ki, iddiaçı, misal üçün, ilkin
olaraq tələb etdiyi 700 manatın əvəzinə yalnız 500 manat
ödənilməsini tələb etsin. İddia tələbinin həcminin artırılmasına
misal olaraq yuxarıda göstərilən misalın əksini (iddia tələbinin
500 manatdan 700 manata qaldırılmasını) göstərmək olar.
Bir qayda olaraq, yeni tələbin irəli sürülməsi ilə tamamilə
təzə bir hüquqi mübahisənin yarandığı (prosesin bu vaxta
qədərki nəticələrinin istifadə oluna bilmədiyi) hallarda
iddianın dəyişdirilməsi məqsədəuyğun sayılmayacaqdır. 
107


1. İddianın obyektiv dəyişdirilməsi 
İPM-in 54.1-ci maddəsinə uyğun olaraq, iddianın də 
-
yişdirilməsi dar mənada aşağıdakı hallarda mövcud olur:
• iddianın əsasının dəyişdirilməsi; 
• bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi.
Misal:
İddiaçı inzibati akta qarşı mübahisələndirmə haqqında
iddia qaldırır. Proses gedişində inzibati orqan əvvəl qəbul
etdiyi inzibati aktı yenisi ilə əvəzləyir və əvvəlki inzibati
aktı ləğv edir. İddiaçı ikinci inzibati akta qarşı iddia qaldırmaq
istəyir. Belə olan halda, iddianın dəyişdirilməsi məqsədəuyğun
sayılır. 
İddia həmçinin elə bir şəkildə dəyişdirilə bilər ki, iddiaçı
ilkin olaraq təsvir etdiyi faktiki halların əvəzinə tamamilə
başqa bir faktiki hal təsvir etsin və öz iddiasını bundan
sonra (yalnız) həmin faktiki halla əsaslandırsın.
• Piyada yolunda stol və stullar qoyulmaqla həmin yolun
qanunsuz istifadəsinə görə qəbul edilmiş cərimə barədə
qərarın ləğv edilməsinə dair iddia əvvəlcə həmin əşyaların
artıq yoldan götürülməsi ilə əsaslandırılır. Sonradan
əsaslandırma qismində həmçinin o da bildirilir ki, stollar
və stullar iddiaçıya deyil, qonşuya məxsus olmuşdur. 
İddiaçı başqa bir ərizə verdikdə də söhbət iddianın dəy-
işdirilməsindən gedir. 
• Misal üçün, əvvəlcə müəyyən hərəkətləri etməkdən çək-
inmə tələbinə dair iddia sonradan, dəymiş ziyanın
əvəzinin ödənilməsinə yönəldilə bilər.
108


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə