Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə34/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   30   31   32   33   34   35   36   37   ...   98

Misal: 
Sərəncam
1. Qeyd: İddiaçının nümayəndəsi verilən sualla bağlı
telefonla məlumat verdi ki, o, ailəsi ilə birlikdə məzuniyyətə
gedəcəyi üçün 1 iyul 2011-ci il tarixə təyin edilmiş məhkəmə
iclasında iştirak edə bilməyəcək. Eyni zamanda, nümayəndə
təyyarə biletlərinin surətlərini təqdim etməklə həqiqətən də
şəhərdə olmayacağını sübut edəcəyini bildirdi. 
2. 1 iyul 2011-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş
məhkəmə baxışı iddiaçının nümayəndəsinin olmaması
səbəbindən 
bazar ertəsi, 8 avqust 2011-ci il, saat 10:00-a keçirilir
(Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, 2-ci zal).
Tərəflərdən məhkəmə iclasına şəxsən gəlmələri tələb
olunur. 
3. Tərəfin nümayəndəsinə məktub:
İddiaçının nəzərinə çatdırılır ki, bu vaxta qədər məhkəməyə
təqdim edilmiş sənədlərdə tikinti obyektinin ölçüsünü kifayət
qədər müəyyən etmək mümkün deyil. İddiaçıya bununla
bağlı öz mövqeyini bildirmək üçün iki həftə vaxt verilir. 
4. Bildiriş:
– Tərəflərə təqdim olunma haqqında sənədlə; 
134


– İddiaçının nümayəndəsinə göndərilən sənədi almasını
təsdiqləməsi ilə.
Sərəncamlardan başqa, sadə sənəd qeydləri də etmək
mümkündür. Bu o deməkdir ki, məhkəmə müəyyən hallarda
nə etdiyini və ya ona hansı məlumatın verildiyini (məsələn,
telefonla) işin materiallarına qeyd edir. Unutmayın: Belə
hallarda qarşı tərəfə bu barədə məlumat vermək lazımdır
(bu, dinlənilmə hüququ prinsipindən irəli gəlir).
135


Dördüncü fəsil 
İDDİANIN  MÜMKÜNLÜYÜ  
MƏSƏLƏSİ
A. Ümumi məsələlər
Hüquqi mübahisənin bütün mərhələlərində (iddia
məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin
edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda və qərarın
mətni tərtib olunduqda) məhkəmə daim işin faktiki hallarını
bir daha nəzərdən keçirməlidir. Məqsəd, hüquqi mübahisənin
ən yaxşı şəkildə necə davam etdirilə bilməsini və məhkəmənin
zərurət olduqda hansı göstərişləri verməli olmasını müəyyən
etməkdir. Bu o deməkdir ki, məhkəmə hər zaman iddianın
uğurluluğuna yardım edə biləcək meyarların aradan qalxıb-
qalxmadığını təsəvvüründə canlandıra bilməlidir. Buraya
iddianın mümkünlüyü və əsaslılığının yoxlanılması daxildir. 
İddianın mümkünlüyünün yoxlanılması qismən doğru
iddia növünün mövcud olub-olmadığından asılı olmadığı
halda, əsaslılığın yoxlanılması ayrı-ayrı iddia növlərinə görə
müəyyən edilir. Aşağıda, əvvəlcə ümumi olaraq qüvvədə
olan mümkünlük şərtlərinə toxunulacaqdır. Xüsusi mümkünlük
şərtləri və iddiaların əsaslılığına münasibətdə isə, ayrı-ayrı
iddia növləri ilə bağlı artıq edilmiş qeydlərə istinad olunacaqdır. 
İddianın, eləcə də müvəqqəti xarakterli müdafiə barədə
ərizənin hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1)
136


mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı
məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru
iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qa-
biliyyətinə malik olma kimi formal şərtləri araşdırdığı halda,
iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində
iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi
tələbinin olub-olmaması yoxlanılır. 
İddianın əsaslılığının araşdırılması üçün şərt, iddianın
mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə
qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud
olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti
üzrə qərar çıxarılması üçün şərtlər adlandırılır. İddianın
mahiyyəti üzrə qərar çıxarılması üçün şərtlər hər bir iddiada
mövcud olmalı olan ümumi şərtlərə və yalnız müəyyən
növdən olan iddiaların qaldırılması üçün mövcud olan xüsusi
(əlavə) şərtlərə bölünür. İddianın mahiyyəti üzrə qərar
çıxarılması üçün xüsusi şərtlərə müvafiq iddia növlərindən
bəhs edən hissələrdə toxunulacaqdır. 
İddianın mümkünlüyü, hər bir halda, əsaslılıqdan əvvəl
yoxlanılır. Bu qayda, iddianın mümkünlüyü ilə bağlı mürəkkəb
problemlərin olduğu, lakin iddianın aydın şəkildə əsaslandırıl-
madığı hallarda da tətbiq edilir.
Bunun səbəbi hüquqi qüvvənin müxtəlif təsir dairəsinə
malik olması ilə bağlıdır. İddia əsaslı olmadığına görə rədd
edildiyi hallarda, söhbət mahiyyəti üzrə çıxarılan qərardan
gedir. Bu cür qərarın hüquqi qüvvəsi isə iddiaçının öz tələb
hüququnu bir daha təqib etmək imkanını qəti olaraq aradan
qaldırır. Lakin buna o halda yol verilir ki, iddianın mahiyyəti
üzrə qərar qəbul edilməsi üçün şərtlər mövcud olsun, yəni
137


iddia mümkün olsun. İş hakimin səlahiyyətinə aid olmadıqda,
yaxud iddia artıq mümkün sayılmadıqda, hakim mahiyyəti
üzrə qərar qəbul edərsə, deməli, o, qanunla ona verilmiş
səlahiyyət həddini aşmışdır.
İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü
maddəsinə əsasən, qərardad qəbul edir. Bu cür qərardad,
prinsip etibarilə məzmun baxımından mübahisə predmetinə
toxunmur. Yəni belə qərardad yalnız iddianın mahiyyəti
üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən
edir. Ona görə də mübahisə predmetinə dair yenidən iddia
qaldırılması istisna deyil, bir şərtlə ki, iddiaçı zəruri iddia
qaldırma müddətlərinə riayət edə bilsin. 
Hər iki tərəf iddianın mümkün olması mövqeyindən çıxış
etdiyi halda da, məhkəmə mümkünlük şərtlərini yoxlamalıdır.
Çünki işin mahiyyəti üzrə qərar qəbul etmək üçün şərtlərin
yoxlanılması İPM-in 12.1-ci maddəsinə əsasən xidməti vəz-
ifəyə görə həyata keçirilir.
Bunun səbəbi onunla bağlıdır ki, tərəflər qarşılıqlı razılıq
əsasında prinsipial xarakterli prosessual şərtlərin mövcud
olmadığını inkar edə bilməsinlər. 
İddianın mümkünlüyünə dair bütün meyarların mövcud
olub-olmaması xidməti vəzifəyə görə yoxlanılmalıdır. İşin
araşdırılması prinsipi bu hallara da şamil olunur. Bu zaman
iddianın daxil olma vaxtı deyil, qərarın qəbul edilmə anı
əsas götürülür. Məhz həmin an bütün mümkünlük şərtləri
mövcud olmalıdır.
Əksər hallarda iddianın mümkünlüyünə aid bütün şərtlər
birmənalı şəkildə mövcud olur. Belə hallarda məhkəmə din-
138


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə