Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə31/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

2. Zəruri cəlbetmə
İPM-in 28.2-ci maddəsinə əsasən, hüquqi mübahisə ilə
bağlı tərəflər və üçüncü şəxs barəsində yalnız vahid qərar
qəbul edilə bildiyi hallarda zəruri cəlbetmə vacibdir. Bu hal
o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə
qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə
müdaxilə etsin (yəni həmin qərar bu hüquqları dəyişdirsin,
ləğv etsin və ya təsdiq etsin). Əksər hallarda, burada söhbət
üçüncü şəxsin xeyrinə çıxarılmış əlverişli inzibati aktın digər
bir  şəxs  (iddiaçı)  tərəfindən  mü ba hi sə lən dir mə sindən  gedir. 
Misal:
Tikinti sahibi tikintiyə icazə alır. Müvafiq ərazidə
yaşayan sakinlərdən biri bu icazənin onun hüquqlarını
məhdudlaşdırdığını iddia edir və bunu əsaslandırmaq
üçün bildirir ki, tikintiyə icazə onun evindən Xəzər
dənizinə açılan mənzərəli görüntünün qarşısının alınması
ilə nəticələnəcəkdir. Belə bir mübahisələndirmə haqqında
iddia qaldırılan zaman tikinti sahibi üçüncü şəxs qismində
zəruri cəlbetmə qaydasında prosesə cəlb edilməlidir.
Çünki məhkəmə qərarı iddiaçının xeyrinə olan təqdirdə
tikinti icazəsi artıq öz qüvvəsini və əhəmiyyətini itirəcəkdir.
Bu mübahisədə tikinti sahibinin hüquqlarına bilavasitə
toxunulduğu üçün mübahisə üzrə yalnız vahid qərar
qəbul oluna bilər. 
Üçüncü şəxsin xeyrinə olan inzibati aktın iddiaçı tərəfindən
mübahisələndirilməsinə dair bu misal zəruri cəlbetmə hallarına
bariz nümunədir. Tikinti sahibinin tikintiyə icazənin ver-
ilməməsinə qarşı iddia qaldırdığı və bunun onun qonşusunun
121


maraqlarına toxuna biləcəyi hallarda isə vəziyyət başqa cür
olur. Bu cür hallarda, qonşu qərarın onun maraqlarına toxuna
biləcəyinə görə məhkəmə icraatına cəlb oluna bilər. Bu
misalın yuxarıda göstərilən misaldan fərqi ondan ibarətdir
ki, belə hallarda tikinti sahibinin xeyrinə çıxarılan qərar heç
də həmişə qonşunun hüquqlarına toxunmur. Başqa misalda
(iddiaçı qismində qonşunun, cəlb edilən qismində isə tikinti
sahibinin çıxış etdiyi hallar) isə tikintiyə icazənin ləğvi
məcburi olaraq tikinti sahibinin hüquqi vəziyyətinə təsir
göstərəcəkdir. 
Zəruri cəlbetmə üçün işin faktiki hallarının oxşar olması
(məsələn, ayrı-ayrı iddiaçıların məcburetmə haqqında iddialar
çərçivəsində restoranların işlədilməsinə inzibati orqanın
razılığının verilməsi üçün iddia qaldırmaları) kifayət etmir.
Burada bir hüquqi mübahisənin digərinə bilavasitə təsiri
yoxdur. Əlbəttə, məhkəmə ədalətli məhkəmə araşdırması
prinsipinə əsasən, öz diskresion səlahiyyətini hər halda eyni
qaydada həyata keçirməlidir. Bununla belə, icazənin verilməsi
üçün şərtlər müxtəlif ola bilər. 
Zəruri cəlbetmənin həyata keçirilməməsi prosessual
pozuntudur. İPM-in 28.1-ci maddəsinin 2-ci cümləsinə uyğun
olaraq, məhkəmə belə bir qüsurlu qərarı ləğv edərək cəlbetmə
vəzifəsini yerinə yetirməli və yeni qərar çıxarmalıdır. Pozun-
tunun yuxarı məhkəmə instansiyası tərəfindən aşkar edildiyi
hallarda, hansı qaydada hərəkət edilməli olması Məcəllədə
tənzimlənməmişdir. Bu kimi hallarda apellyasiya və ya kas-
sasiya məhkəməsinin məhkəmə qərarını ləğv edərək işin
mahiyyəti üzrə özü qərar çıxarması, yaxud pozuntunun İPM-
in 28.1-ci maddəsinə əsasən yenidən qərar qəbul edilməsi
122


üçün (yalnız) işin birinci instansiya məhkəməsinə göndərilməsi
ilə nəticələnməsi mümkündür. Hər halda təcrübədə bu kimi
halların yaranması ilə əlaqədar məhkəmə təcrübəsinin necə
inkişaf edəcəyi maraqlı olacaq. Lakin elə hallar ola bilər ki,
zəruri cəlbetmənin həyata keçirilməməsi işə təsir etməsin
(məsələn, məhkəmə iddianı rədd etdikdə). Belə hallarda
üçüncü şəxs qismində cəlb edilməli olan şəxsin hüquqlarına
müdaxilə olunmur. 
Misal:
İddiaçı qonşusunun həyətindəki tüstü borusunun
sökülməsi haqqında inzibati aktın qəbul edilməsinə
dair iddia qaldırır. Hüquqi mübahisənin qonşunun
həyətindəki tüstü borusu ilə bağlı olması və qonşunun
zəruri cəlbetmə qaydasında icraata cəlb edilməli
olmasına baxmayaraq, məhkəmə bunu etmir. Əgər bu
halda iddiaçı prosesi udarsa, yəni qonşunun ziyanına
tüstü borusunun sökülməsi haqqında qərar çıxarılarsa,
bu qərar etibarlı olacaq, lakin qonşuya münasibətdə
məcburi qüvvə əldə etməyəcək. Qonşu sökmə haqqında
bu qərarı mübahisələndirə bilər. 
Tikinti firması tikintiyə icazə alınması üçün tikinti
sifarişçisinin inzibati orqana qarşı qaldırdığı məcburetmə
haqqında iddia üzrə hüquqi mübahisə çərçivəsində
icraata cəlb olunması haqqında vəsatət qaldırır. Tikinti
sifarişçisi prosesi udarsa və evi planlaşdırıldığı kimi
tikə bilərsə, tikinti firması onun üçün fəaliyyət göstərə
bilər. 
123


İkinci misalda sırf iqtisadi xarakter daşıyan marağın
mövcudluğu tikinti firmasının icraata cəlb edilməsinə əsas
deyil. 
Lakin birinci misalda qonşunun icraata cəlb edilməsi
məqsədəuyğun ola bilər, çünki bu halda, tərəf hazırkı icraatın
onun xeyrinə başa çatmasından sonra qonşusu ilə növbəti
hüquqi mübahisələrlə qarşılaşacaqdır. 
Misal:
Restoran sahibi spirtli içki satılmasına icazə verilməsi
üçün inzibati orqana qarşı məcburetmə haqqında iddia
qaldırır. Restoranda spirtli içki satılmasının əleyhinə
olan və yaxınlıqda yaşayan bir sakin üçüncü şəxs qis-
mində prosesə cəlb edilir. Bu halda, cəlbetmə yol
verilən cəlbetmədir, çünki müvafiq sakinin spirtli içki
satılmasına icazənin verilməməsində hüquqi marağı
var. Qeyd olunan halda, məhkəmə iddianı təmin edərsə,
onun çıxardığı qərar müvafiq sakin üçün də məcburi
qüvvəyə malik olacaq. Bu isə o deməkdir ki, o, spirtli
içki satılmasına icazə verilməsindən ayrıca şikayət
verə bilməz. 
Adi cəlbetmə ya məhkəmənin təşəbbüsü əsasında, ya da
tərəflərdən birinin və ya cəlbetmədə hüquqi marağının
mövcudluğunu iddia edən üçüncü şəxsin vəsatəti üzrə həyata
keçirilə bilər (bax: İPM-in 28.5-ci maddəsi). Üçüncü şəxs
tərəfindən cəlbetmə haqqında vəsatətin geri götürülməsi
məhkəmənin onu icraata cəlb etməsinin qarşısını almır. 
124


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə