Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

3. Cəlbetmə haqqında qərar
Adi cəlbetmədə məhkəmənin cəlbetmə ilə əlaqədar diskre-
sion səlahiyyətə malik olduğu halda, zəruri cəlbetmədə
bununla bağlı qərarın qəbulu məcburidir. Ona görə də zəruri
cəlbetmə halında məhkəmə cəlbetməyə dair şərtlərin mövcud
olub-olmamasını yoxlamalıdır. 
Hüquqi mübahisənin icraatında olduğu məhkəmə cəlb
edilən və ya vəsatət verən şəxsə öz prosessual hüquqlarından
geniş istifadə etmək imkanı yaratmaq üçün cəlbetmə barədə
hüquqi mübahisənin gedişində, mümkün qədər tez qərar
qəbul edir. 
Cəlbetmə haqqında, eləcə də cəlbetməyə dair vəsatətin
təmin edilməməsi haqqında qərardad (mübahisələndirmə
imkanının yaradılmasına görə) rəsmi qaydada təqdim edilmə-
lidir (bax: İPM-in 28.5-ci maddəsi).
İPM-in 28.4-cü maddəsinə müvafiq olaraq, inzibati
məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından
şikayət verilə bilməz. Qanunverici bununla cəlbetmənin
həyata keçirilməsini qoruyur. Cəlbetmənin rədd edilməsi
haqqında qərardaddan isə ümumi müddəalara əsasən şikayət
verilə bilər. 
Məhkəmənin vəsatətin təmin edilməsindən imtina barədə
qərardadından İPM-in 28.5-ci maddəsinə əsasən şikayət
verilə bilər (bax: İPM-in 28.5-ci maddəsinin 3-cü cümləsi).
Cəlbetmə barədə vəsatəti təmin olunmayan şəxs tərəfindən
şikayətin verilməsi hüquqi mübahisənin mahiyyətinə və
tərəflərin hüquqlarına təsir etmir.
Adi cəlbetmə haqqında qərardadı məhkəmə istənilən
zaman ləğv edə bilər (məsələn, hüquqi mübahisənin gedişində
cəlbetmənin məqsədəuyğun olmaması aşkar edilərsə). Bununla
125


belə, cəlb edilmiş şəxs hüquqi mübahisə ilə bağlı artıq
müəyyən hərəkətlər edibsə, qərardadın ləğv edilib-edilməməsi
məsələsi bir daha nəzərdən keçirilməlidir. Məsələn, bu hal o
zaman mövcud olur ki, cəlb edilmiş şəxs prosesdə onu
təmsil etmək üçün vəkil tutsun. Qərardadın ləğv ediləcəyi
halda o, çəkdiyi xərclərin əvəzini ya ümumiyyətlə geri al-
mayacaq, ya da yalnız İPM-in 108.4-cü maddəsi əsasında
geri alacaq. 
Zəruri cəlbetmə haqqında qərardadı məhkəmə yalnız o
zaman ləğv edə bilər ki, zəruri cəlbetmə üçün əsasın (artıq)
mövcud olmaması müəyyən edilsin. Lakin məhkəmə eyni
zamanda, adi cəlbetmənin mümkünlüyü ilə bağlı məsələni
həll edə bilər. Əgər adi cəlbetməyə yol verilərsə, məhkəmənin
cəlbetmə barədə qərarı adi cəlbetmə şəklində qüvvəsini
saxlaya bilər.
Cəlbetmə ilə bağlı xərclər prosessual xərclər sayılır. Bu
o deməkdir ki, İPM-in 110.1-ci maddəsi prinsipcə, onlara da
şamil olunur. Bir qayda olaraq, prosesi uduzan tərəf hüquqi
mübahisə ilə əlaqədar yaranmış xərcləri ödəmək vəzifəsi
daşıyır. Zəruri xərcləri ödəmək vəzifəsi cəlb edilmiş şəxsin
üzərinə düşür. Bununla bağlı fərqli qaydalar İPM-in 108.4
və 110.4-cü maddələrində əksini tapmışdır. İPM-in 108.4-
cü maddəsinə müvafiq olaraq, prosesə cəlb edilmiş üçüncü
şəxslərin zəruri xərclərinin (onlar üçün məhkəmə xərcləri
yaranmır) əvəzinin ödənilməsinə, məhkəmənin ədalət
mövqeyindən çıxış edərək həmin xərcləri xeyrinə qərar
qəbul edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə
qoyduğu hallarda yol verilir. Bu qayda istisna təşkil etdiyi
üçün xərclər barədə qərarda aydın şəkildə ifadə olunmalıdır.
Belə vəziyyət nadir hallarda mövcud ola bilər. Cəlb edilmiş
üçüncü şəxslərin zəruri xərclərinin əvəzinin ödənilməsi
126


xeyrinə qərar qəbul edilməyən tərəfin üzərinə o halda qoyulur
ki, cəlb edilən üçüncü şəxs hüquqi mübahisənin həll edilməsinə
əsaslı şəkildə töhfə versin. Cəlb edilən üçüncü şəxs haqsız
olaraq prosesə cəlb edildikdə isə, onun zəruri xərcləri dövlət
büdcəsindən ödənilir. Ədalətlilik o zaman mövcud olur ki,
mübahisəni uduzan tərəfin üçüncü şəxsin zəruri xərclərini
də ödəməli olması ədalətlə (yəni qanun pozuntusuna yol
vermədən) müəyyən edilsin.
Digər tərəfdən, cəlbetmənin adi, yaxud zəruri olmasından
asılı olmayaraq, İPM-in 110.4-cü maddəsinə əsasən, yalnız
üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə
verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud
prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana
gəldiyi hallarda məhkəmə prosesə cəlb edilmiş üçüncü şəxsin
üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoya bilər. Xər-
clərlə bağlı bu qayda yalnız o zaman tətbiq olunur ki, cəlb
edilmiş üçüncü şəxs hüquqi mübahisənin gedişində fəal
hərəkət etmiş olsun (məsələn, cəlb edilmiş yeganə üçüncü
şəxs qismində məhkəmə qərarından şikayət versin). 
Cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları
İPM-in 29-cu maddəsində təsbit olunmuşdur.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, cəlb edilmiş
şəxs hüquqi mübahisənin tərəfi olmasa da, inzibati məhkəmə
icraatının iştirakçısıdır və ona görə də cəlbetmə davam
etdiyi müddət ərzində bütün sənədlərin təqdim edilməsi və
məhkəmə iclaslarına çağırılma vasitəsilə onun prosesdə
iştirakı təmin olunmalıdır. 
İPM-in 29-cu maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən
birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə
müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək
127


və prosessual hərəkətləri həyata keçirmək hüququna ma-
likdirlər. Yəni onlar üçüncü şəxslər qismində icraatdakı
mövqelərinə aid hüquqları həyata keçirə (məsələn, cəlbetmə
haqqında qərardadın ləğvinin mübahisələndirilməsi), işin
mahiyyəti üzrə izahatla çıxış edə, sübutlara dair vəsatət
verə, şahidlərə suallar ünvanlaya, rəddetmə barədə vəsatətlər
təqdim edə, işin materialları ilə tanış ola və s. hərəkətləri
edə bilərlər. Vacib olan məsələlərdən biri cəlb edilmiş üçüncü
şəxslərin onların vəziyyətini ağırlaşdıran məhkəmə qərarından
şikayət vermək hüququdur. Cəlb edilmiş üçüncü şəxslər heç
də hər zaman tərəflərin köməkçisi rolunu oynamır. Onlar
qanunla müəyyən edilmiş çərçivə daxilində müstəqil surətdə
hərəkət edə bilərlər. 
Digər tərəfdən, cəlb edilmiş üçüncü şəxsin prosessual
vəziyyəti ilə bağlı məhdudiyyətlər mövcuddur. Onun prosessual
imkanları tərəflərin ərizə vermək hədləri ilə məhdudlaşır.
Yəni cəlb edilmiş üçüncü şəxs hüquqi mübahisənin predmetini
müəyyən etmədiyi üçün bu çərçivədən kənara çıxa bilməz.
Başqa sözlə, o prosesdə əsas tərəf kimi deyil, yalnız üçüncü
şəxs qismində iştirak etdiyindən prosesdə iştirak etməyən
tərəfi təmsil edə bilməz. Cəlb edilmiş şəxs tərəflərin dispoz-
itivlik prinsipinə aid olan hərəkətlərinə (iddiadan imtina
edilməsi, barışıq sazişinin bağlanması və s.) qarşı çıxa
bilməz. O, hüquqi mübahisəyə özünün icraata cəlb edildiyi
zaman mövcud olan vəziyyətdə daxil olur. Əgər o, icraatın
sonrakı mərhələsində üçüncü şəxs qismində cəlb olunarsa,
heç bir icraat aktı təkrarlanmır. 
Adi cəlbetmədən fərqli olaraq, zəruri cəlbetmə qaydasında
prosesə cəlb olunmuş üçüncü şəxs İPM-in 29.2-ci maddəsinə
əsasən tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə
128


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə