Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

Qalan məsələlərə gəlincə, inzibati orqanın müəyyən
etdiyi məsələlər məhkəmə üçün məcburi xarakter
daşıyır. Əksinə, avtomobilin idarə edilməsi üçün yararlı
olma anlayışının təfsiri zəruridir. Bununla belə, inzibati
orqanın baxılan halda qiymətləndirmə azadlığı yoxdur.
Məhkəmə, lazım gələrsə, ekspert rəyinin köməyi ilə
iddiaçının kifayət qədər görmə qabiliyyətinə malik
olub-olmadığını araşdırmalıdır. Əgər məhkəmə iddiaçının
uzağı pis görmədiyini, yazılı imtahanda səhvlərə yol
vermədiyini və inzibati orqanın özünün qiymətləndirmə
azadlığından açıq-aşkar anlaşılan qaydada istifadə et-
mədiyini müəyyən edərsə, iddiaçının inzibati orqandan
onun ərizəsi üzrə yeni qərarın qəbul olunmasını tələb
etmək hüququ var. 
Göstərilən misalda iddiaçının konkret inzibati aktın
qəbulunu tələb etmək hüququ yoxdur, çünki inzibati
orqana qiymətləndirmə azadlığı verilib və məhkəmə
onun yerinə bu azadlıqdan istifadə edə bilməz. 
4. İnzibati orqan tərəfindən işin faktiki 
hallarının kifayət qədər araşdırılmaması
Əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını
kifayət qədər araşdırmadan qərar qəbul etdiyini müəyyən
edərsə, qərar qəbul etməzdən əvvəl işin faktiki hallarını tam
araşdırılmalıdır. Qeyd olunan vəziyyətlərdə məhkəmənin işi
inzibati orqana geri göndərməsi, əksər hallarda istisna təşkil
edir. Başqa sözlə, məhkəmə bu cür situasiyalarda özü
araşdırma aparmalı və bundan sonra qərar qəbul etməlidir.
212


Bu qaydadan kənara çıxmağa yalnız o halda yol verilir ki,
məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları
özü həyata keçirmək iqtidarında olmasın (bax: İPM-in 73.3.3-
cü maddəsi). Məhkəmənin hansı şərtlər daxilində proses
çərçivəsində digər, zəruri araşdırmaları həyata keçirmək
iqtidarında olmaması məsələsinə məhkəmə təcrübəsi vasitəsilə
aydınlıq gətirilməlidir. Ümumi olaraq, buna misal kimi
məhkəmənin inzibati orqanın əvəzinə xeyli vaxt tələb edən
araşdırmalar aparmalı olduğu halları göstərmək olar. Digər
tərəfdən, inzibati orqanlar tərəfindən kifayət qədər araşdırma
aparıldığı hallarda məhkəmə iş üzrə qərar qəbul edə bilər.
Misal:
İddiaçı Bakıda içərisində əlavə yaşayış sahələri olan
müəssisə tikmək istəyir. İnzibati orqan təqdim edilmiş
sənədləri yoxlamadan tikintiyə dair ərizəni rədd etmiş
və buna əsas kimi bildirmişdir ki, müvafiq torpaq
sahəsində tikinti aparmaq mümkün olmadığı üçün
müəssisə qeyd olunan ərazidə inşa edilə bilməz. Bunun
nəticəsində iddiaçının qaldırdığı məcburetmə haqqında
iddia çərçivəsində məhkəmə araşdırmalar apardıqdan
sonra sözügedən ərazinin tikintiyə yararlı olduğunu
müəyyən etmişdir. Lakin bu, hələ o demək deyildir ki,
iddiaçı müəssisəni elə həmin ərazidə də tikə bilər.
Çünki inzibati orqan tikinti sənədlərinin tikintiyə icazə
verilməsi üçün yetərli olub-olmadığını hələ yoxla-
mamışdır. Məhkəmə inzibati orqanın yerinə onun işini
görə bilməz və bunun edilməsi heç tövsiyə də olunmur.
Qeyd olunan halda, məhkəmə inzibati orqanın üzərinə
213


zəruri araşdırmaların həyata keçirilməsindən sonra
vətəndaşın ərizəsinə dair yenidən qərar qəbul etmək
və bu zaman iddiaçının xeyrinə olan hüquqi mövqeni
– ərazinin tikintiyə yararlı olmasını – nəzərə almaq
öhdəliyi qoyacaqdır (bax: İPM-in 73.2 və 73.3.1-ci
maddələri). 
5. Həlledici an
İnzibati aktın qəbul olunması haqqında iddia tələbinin
qiy mət ləndirilməsi üçün həlledici an sonuncu şifahi məhkəmə
baxışının keçirilmə vaxtıdır. Yəni məhkəmə qərarı çıxarılan
zaman iddiaçının inzibati orqandan nəyisə tələb etmək
hüququna malik olub-olmamasının müəyyən edilməsi mühüm
əhəmiyyət kəsb edən məsələdir. 
Əlbəttə, elə hallar ola bilər ki, məhkəmə iddiaçının xeyrinə
qərar qəbul etdikdən sonra məhkəmənin mövqeyi nəzərə
alınmaqla inzibati orqan müraciətə yenidən baxarkən yenə
də vətəndaşın ziyanına olan inzibati akt qəbul etsin. Lakin
o, bu inzibati aktı əvvəlkindən fərqli əsaslandırmalıdır. Əgər
məhkəmə ilkin inzibati aktın əsaslandırıcı hissəsinin qüsurlu
olduğunu müəyyən edibsə, onda inzibati orqanın həmin
əsaslandırmadan ikinci dəfə istifadə etməsinə yol verilmir.
İnzibati orqan yenidən imtinaedici inzibati akt qəbul etdikdə,
iddiaçı yenə də həmin akta qarşı iddia ərizəsi ilə məhkəməyə
müraciət edə bilər.
6. Məcburetmə haqqında iddialar üzrə çıxarılan 
məhkəmə qərarlarının nəticə hissəsinin yazılması
İddiaçı inzibati orqandan inzibati aktın qəbulunu tələb
etmək hüququna malik olmadıqda, iddia rədd edilir: 
214


«İddia rədd edilir».
Yox, əgər iddiaçı inzibati orqandan inzibati aktın qəbulunu
tələb etmək hüququna malik olarsa, məhkəmə iddianı
aşağıdakı nəticə hissəsi ilə təmin edir:
«Cavabdehin 1 fevral 2009-cu il tarixli (iş nömrəsi...)
inzibati aktı və şikayət instansiyasının 15 mart 2009-cu il
tarixli (iş nömrəsi ...) inzibati aktı ləğv edilməklə onun (cav-
abdehin) üzərinə iddiaçının 1 yanvar 2009-cu il tarixli
ərizəsində barəsində müraciət olunan və .... ünvanında
yerləşən «Bakı» restoranını işlətməsinə icazə vermək öhdəliyi
qoyulur.» 
İddiaçının tələb etmək hüququ mövcud olsa da, inzibati
orqan tərəfindən müəyyən hərəkətlərin (araşdırma, diskresion
səlahiyyətin həyata keçirilməsi) edilməsi zəruri olarsa,
müvafiq məhkəmə qərarının nəticə hissəsi aşağıdakı kimi
olacaq: 
«Cavabdehin 1 fevral 2009-cu il tarixli (iş nömrəsi...)
inzibati aktı ləğv edilməklə onun üzərinə iddiaçının .... ün-
vanında yerləşən «Bakı» restoranının işlədilməsinə icazə
alınmasına dair 1 yanvar 2009-cu il tarixli ərizəsi barədə
məhkəmənin hüquqi mövqeyi nəzərdə alınmaqla yenidən
qərar qəbul etmək öhdəliyi qoyulur.
İddia qalan hissədə rədd edilir». 
215


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə