Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

Əgər şəxs qonşusuna verilmiş tikintiyə icazəyə qarşı
çıxmaq istəyirsə, onda o, mübahisələndirmə haqqında iddia
qaldırmalıdır. Təcili xarakter daşıyan hallarda o, əlavə olaraq,
İPM-in 41-ci və 42-ci maddələrinə əsasən, inzibati aktın
icrasının dayandırılması ilə bağlı müraciət edə bilər.
Başqa bir hala nəzər salaq: Fərz edək ki, əcnəbi vətəndaşın
Azərbaycan Respublikasından deportasiya olunmaq təhlükəsi
var. Əlbəttə, o, müvafiq inzibati aktın qəbul olunmasını
gözləyə bilər, lakin bu çox riskli bir addım olardı. Çünki
İPM-in 41-ci maddəsinə əsasən, deportasiya haqqında qərarın
icrasının dayandırılmasına dair icraat, ola bilsin ki, elə də
tez başlamasın. Bu səbəbdən, əcnəbi vətəndaşın gözlənilən
əlverişsiz vəziyyətin qarşısını almaq üçün müəyyən hərəkətləri
etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia
qaldırması ən münasib seçim olardı.
III. Xüsusi hal: İnzibati orqanların qanunsuz qərarları
və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vu-
rulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia
(İİQ-nin 89-cu maddəsi, İPM-in 2.2.7-cü maddəsi
və İPM-in 34.1-ci maddəsinin 2-ci cümləsi)
İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri
(hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin
ödənilməsinə dair iddia qaldırmaq imkanı İİQ-də, eləcə də
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin
II abzasında aydın şəkildə təsbit olunmuşdur və bu iddia
öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır. 
İİQ-nin 89.1-ci maddəsi inzibati orqanın qanunsuz qərarları
nəticəsində hər hansı bir şəxsə vurulmuş ziyanla bağlı
232


inzibati orqanın məsuliyyətini nəzərdə tutur. Bu normada
Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına
göndəriş edilsə də, İİQ-nin 89.2-ci maddəsi maraqlı şəxsin
kompensasiya ödənilməsi tələbi ilə əvvəlcə inzibati orqana
müraciət etməli olmasını və həmin orqanın kompensasiyanın
ödənilməsindən imtina etdiyi halda, bu qərardan inzibati
məhkəməyə (Almaniyada olduğu kimi mülki (ümumi)
məhkəmələrə deyil) iddia verə bilməsini müəyyən edir. Bu
kimi işlərə baxmaq İPM-in ümumi qaydalarına uyğun olaraq
müvafiq inzibati məhkəmənin səlahiyyətinə aiddir (bax:
İPM-in 2.2.7-ci maddəsi).
1. Ərizə
İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri
(hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin
ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün zərərçəkmiş
şəxs vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə
əvvəlcə müvafiq inzibati orqana müraciət etməlidir. Şəxs
inzibati orqanın məsuliyyət daşıdığını inkar etməsi barədə
qərarından (inzibati aktdan) müvafiq məhkəməyə (bax: İİQ-
nin 89.2-ci maddəsi) şikayət verə bilər. Lakin bu iddia,
bəlkə də düşünülməsi mümkün olan məcburetmə haqqında
iddia formasında deyil, öhdəliyin icrası haqqında iddia for-
masında qaldırılmalıdır. Belə işlərə predmet aidiyyəti baxımın-
dan inzibati məhkəmələrin baxmaq səlahiyyətinə malik
olması İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş 2-ci
alternativ imkandan irəli gəlir.
İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri
(hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin
233


ödənilməsini tələb etmək hüququnun dispozisiya şərtləri
Mülki Məcəllənin 1100-cü və İİQ-nin 89.1-ci maddələrinə
uyğun olaraq aşağıdakılardır.
2. İnzibati orqanın hərəkəti
İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan
özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır.
Davranışın inzibati orqana aid edilməli olan hərəkət qismində
qiymətləndirilməsi üçün hər hansı bir dövlət qulluqçusuna,
yaxud inzibati orqanın müqavilə əsasında fəaliyyət göstərən
işçisinə hakimiyyət tədbiri həyata keçirmək səlahiyyəti
verilmiş olmalıdır. Həmin şəxslərin fəaliyyəti publik hüquq
sahəsinə aid olmalıdır (məsələn, tikintiyə icazə verilməsinə
dair ərizələrin yoxlanılması, nümayişlərə icazə verilməsi və
ya yollara nəzarət). Məsuliyyəti hər bir halda müvafiq dövlət
qulluqçusunun/işçinin işlədiyi inzibati orqan daşıyır. Bir
mühüm məqamı da nəzərə almaq lazımdır ki, qanunsuz
qərarlar nəticəsində vurulmuş ziyana görə yaranan məsuliyyətlə
bağlı qaydalar hakim qərarlarına şamil olunmur. Çünki
hakimlər icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən
dövlət qulluqçuları yox, məhkəmə hakimiyyətinin üzvləridirlər.
3. İnzibati orqanın daşıdığı vəzifəni pozması 
Hərəkəti edən (və ya hərəkətsizlik edən) dövlət qulluqçusu
daşıdığı vəzifələrdən birini pozmuş olmalıdır. Bu vəzifə
dövlət qulluqçusunun davranışı ilə bağlı bir vəzifədir ki,
bunu da o, fəaliyyət zamanı pozmuş olmalıdır. Vəzifə daşıma
qanunlardan, xidməti və ya inzibati müddəalardan irəli gələ
234


bilər. Bundan başqa, belə vəzifələr inzibati məhkəmə icraatının
ümumi prinsiplərindən, yaxud mülki-hüquq pozuntusundan
(deliktdən) da yarana bilər. Dövlət qulluqçusunun daşıdığı
vəzifəni pozması həmçinin ona verilən səlahiyyətləri aş-
masından və ya diskresion səlahiyyətini yanlış icra etməsindən
irəli gələ bilər. İnzibati orqanların ən mühüm vəzifələri
qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi
zamanı vətəndaşların maraqlarının qorunmasıdır.
4. İnzibati orqanın hərəkətinin qanunsuz olması
Dövlət qulluqçusu qanunsuz hərəkət etmiş olmalıdır. Bu
zaman qanunsuzluq müvafiq vəzifənin pozulmasından yarana
bilər. Məsuliyyət hallarının dairəsini müəyyən qədər məh-
dudlaşdıra biləcək təqsir məsələsi qanunda tənzimlən-
məmişdir.
5. Maraqlı şəxs
İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri
(hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin
ödənilməsini tələb etmək hüququ, prinsip etibarilə yalnız
şəxsə (inzibati orqana və ya inzibati orqanın ayrı-ayrı
işçilərinə deyil) məxsusdur. Yəni belə bir tələbin irəli
sürülməsi üçün şərt ondan ibarətdir ki, inzibati orqanın vəz-
ifələrinin qüsurlu həyata keçirilməsi nəticəsində maraqlarına
toxunulan şəxs, prinsip etibarilə kənar bir şəxs olsun. 
Lakin bu üçüncü şəxs hər hansı bir şəkildə pozulmuş
vəzifənin əhatə dairəsinə aid olmalıdır. Bu, o deməkdir ki,
o, vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş ol-
235


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə