Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

Preyudisial əhəmiyyət kəsb edən qərar çıxarılmışsa,
dayandırılmış icraat dərhal davam etdirilməlidir. Bu zaman
digər icraat üzrə çıxarılmış qərar icraatı davam etdirən
məhkəmə üçün məcburi qüvvə kəsb etmir. Eyni qayda əlaqəli
iş üzrə icraata xitam verildiyi hallara da aiddir.
İPM-in 7.2-ci maddəsində təsbit olunmuş dayandırmaya
da eyni qaydalar şamil olunur. Yuxarıda artıq qeyd olunduğu
kimi, İPM-in 7.1 və 7.2-ci maddələri arasında əsas fərq
ondan ibarətdir ki, 7.2-ci maddəyə əsasən, dayandırma
məhkəmənin diskresion səlahiyyətindən asılı deyil, yəni
onun üçün məcburidir. Məsələn, şəxsin hər hansı bir evin
mülkiyyətçisi olub-olmamasına dair mülki məhkəmə icraatı
gedirsə və həmin şəxs eyni zamanda bu evin sökülməsinə
dair inzibati orqanın qərarını inzibati məhkəmə icraatı qay-
dasında mübahisələndirirsə, bu zaman onun mülkiyyətçi
statusuna malik olub-olmaması sökülmə haqqında qərara
münasibətdə preyudisial əhəmiyyətə malik olacaqdır. Buna
görə də şəxsin evin mülkiyyətçisi olub-olmamasına dair
mülki iş üzrə icraat başa çatana qədər inzibati məhkəmə
icraatı dayandırılmalıdır.
Başqa bir misal: Bir həkim qanunsuz olaraq abort etməsi
əsas gətirilməklə lisenziyasından məhrum edilir. O, bu
qərardan inzibati məhkəməyə şikayət verir. Bu halda, abortun
qanunsuz olub-olmadığına dair cinayət işi üzrə məhkəmənin
hökmü çıxarılana qədər lisenziyadan məhrum olunmaya dair
inzibati məhkəmə icraatı dayandırılmalıdır.
İş üzrə icraatın dayandırılması (halları) İPM-də nəzərdə
tutulmuş qaydalarla məhdudlaşır. İPM-in 7-ci maddəsi ilə
yanaşı, 39.2-ci maddəsində də icraatın dayandırılması imkanı
69


əksini tapmışdır. Nəzərə çarpacaq tənzimləmə boşluğunun
olmaması səbəbi ilə analogiya qaydasında, MPM-ə istinadən
icraatın digər əsaslara görə dayandırmasına ehtiyac yoxdur.
Misal üçün, əgər şəxs prosessual müddətin bərpa olunmasına
dair vəsatətin təmin edilməməsi haqqında qərardan şikayət
verərsə, hüquqi mübahisə üzrə icraatın formal baxımdan
dayandırılması zəruri deyil. Belə olan hallarda məhkəmə
şikayətə baxılması üçün iş materiallarının yuxarı instansiya
məhkəməsində olduğu müddətdə hüquqi mübahisə üzrə
icraatı davam etdirmir. İcraatın dayandırılması ehtiyacı ona
görə aradan qalxır ki, şikayətə baxmaq üçün müddətlər
nəzərdə tutulmayıb və belə hallara yalnız konsentrasiya
prinsipi şamil olunur. 
VII. İşin hallarını və mübahisənin vəziyyətini müza-
kirə etmək üçün tərəflərlə görüş və hazırlıq təd-
birləri
İPM-in 49.1.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə
işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah)
etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama
salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına
yardım etmək məqsədilə proses iştirakçılarını dəvət edə
bilər. Lakin barışıq sazişinin bağlanmasına yardım etmək
məqsədilə görüş keçirilməsi, yalnız cüzi hallarda
məqsədəuyğun sayılır (məsələn, razılaşmanın mümkün
olduğu faktiki olaraq qabaqcadan göründükdə, lakin danışıqlar
mühiti üçün formal baxımdan şifahi məhkəmə baxışının
təyin edilməsi deyil, əksinə, mübahisəli qərar qəbul etmədən
və sübutlar araşdırılmadan işin hallarının və mübahisənin
70


vəziyyətinin müzakirə edilməsi (izahı) daha münasib olduqda).
Tərəflər arasında razılaşma imkanının mövcud olub-olma-
masından asılı olmayaraq, onların arasında izahedici görüşün
keçirilməsi o vaxt mümkün sayılır ki, işin hallarının və
mübahisə vəziyyətinin mürəkkəb olması baxımından şifahi
məhkəmə icraatının yalnız tərəflərin təqdim etdiyi yazılı
sənədlər əsasında hazırlanması məqsədəuyğun hesab edilməsin.
Belə görüş məhkəməyə hazırlıq xarakterli qeydlər etmək
(məsələn, bu vaxta qədər izah edilməmiş məsələlərə dair)
imkanı verir. Lakin məhkəmə müvafiq olaraq maraqlarına
toxunulan digər proses iştirakçılarını gördüyü tədbirlər barədə
vaxtında məlumatlandırmalıdır (bax: İPM-in 49.2-ci mad-
dəsi).
İPM-in 49.1.2-ci maddəsi, eyni zamanda məhkəmənin
araşdırma vəzifəsinin təzahürüdür. İşin araşdırılmalı olan
faktiki halları barədə ətraflı məlumat əldə edə bilmək üçün
məhkəmə tərəflərə hazırlıq materiallarını, məhkəmənin
fikrincə zəruri olan sənədlərlə tamamlamağı təklif etməlidir.
Müvafiq işlərin görülməsini sürətləndirmək məqsədilə
məhkəmə tərəflərə ağlabatan müddət təyin edə bilər. Bu
zaman həmin sənədlərin bütün proses iştirakçılarına çatdırılması
vacib əhəmiyyət kəsb edir. 
İşin hallarının araşdırılması vəzifəsindən irəli gələn həmin
səbəbə görə məhkəmə bir sıra hallarda işin hallarının araşdırıl-
ması məqsədilə məlumatlar və sənədlər əldə edə bilər və et-
məlidir. Barəsində söhbət gedən norma, həmçinin o halları
əhatə edir ki, tərəflərdən birinin işin mahiyyəti üzrə izahat
vermək imkanı olmasın. Məlumatların və sənədlərin təqdim
edilməsi, xüsusilə inzibati orqanlardan tələb oluna bilər.
71


Bununla əlaqədar qeyd olunmalıdır ki, İPM-in 60-cı maddəsinə
müvafiq olaraq, inzibati orqanlar məhkəmənin tələb etdiyi
sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim
etməyə borcludurlar. Bu qayda, istifadəsi publik qaydada
qorunan maraqlara xələl gətirə və tərkibində sirlər ola biləcək
sənədlərə və materiallara da şamil olunur. Sözügedən hallarla
bağlı Məcəllədə, yalnız məhkəmənin bu cür sənədləri və ya
aktları, habelə məlumatları qapalı məhkəmə iclasında araşdır-
malı olması nəzərdə tutulmuşdur. 
İPM-in 49.1.5-ci maddəsinə müvafiq olaraq, proses
iştirak çılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərən-
cam vermək imkanı işin hallarının məqsədəuyğun şəkildə
araşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Proses işti-
rakçıları məhkəmə ilə yanaşı, hüquqi mübahisənin əsas
«oyunçuları» sayılırlar. Məhkəmədən və xidmətlərindən
istifadə edilən vəkillərdən fərqli olaraq, tərəflər mübahisənin
vəziyyəti ilə özlərinin bu mübahisəni bilavasitə yaşamaları
əsasında tanış olurlar. Onların iştirakı maarifləndirici xarakterə
malik olmaqla yanaşı, tərəflərin mövqeyinin məhkəmədə
bilavasitə təəssürat yaratması üçün vacibdir. İPM-in 57.1-ci
maddəsinin 2-ci cümləsinə müvafiq olaraq, proses işti-
rakçılarının məhkəmə iclasına şəxsən gəlmələri onların
gəlməyəcəkləri təqdirdə cərimə olunacaqları barədə xəbərdarlıq
vasitəsilə tələb olunmalıdır. Həmin müddəaya əsasən,
məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50
manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə
xəbərdarlıq edə və üzrsüz səbəbdən gəlmədiyi hallarda
proses iştirakçısını cərimə edə bilər (bax: İPM-in 57.2-ci
maddəsi). Yəni məhkəmə proses iştirakçısına üzrlü səbəbdən
72


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə