Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə4/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   2   3   4   5   6   7   8   9   ...   104

Fuad 
MammadoY
Kullurologiva cffcklivli hcvat 
уд
 faalivvala aparan vol
məntiqi 
təhlili 
əsasında, 
F.Məmmədov 
ilk 
dəfə 
olaraq, 
kulturologiyanm  sabit sosial  inkişafdakı  zəruri təməl rolunu, effektiv 
dövlət  idarəçiliyindəki 
strateji  əhəmiyyətini  və  insanın  həyat 
fəaliyyətindəki  texnologiya və  imkanlarını  elmi əsaslarla şərh edir.
F.Məmmədovun, 
müasir  həyatda 
siyasi 
mədəniyyətin 
tərəqqipərvər  formalarından  biri  olan,  demokratiya  mədəniyyəti  və 
vətəndaş  cəmiyyəti,  onun  mahiyyət,  prinsip,  dəyər,  normalarının 
təhlili  mövzusuna müraciət etməsi  əsərin məziyyətlərindəndir.  Müəllif 
xarici  ölkələrdə  iqtisadi  inkişafin  idarə  edilməsi  təcrübəsini  nəzərdən 
keçirərək,  demokratik  cəmiyyətdə  dövlət  idarəçiliyinin  mahiyyət  və 
xüsusiyyətlərini,  yoxsulluqla  mübarizə  prinsiplərinin  idarə  edilməsi 
yollarını  göstərmişdir.  O,  aparıcı  dünya  ölkələrində  istifadə  olunan 
idarəetmə  prinsiplərini  və  mədəniyyətin 
təşkili  tiplərini  də 
araşdırmışdır.  Əsərdə,  həm  də,  sosial-mədəni  siyasətin  mühüm 
problemləri, bələdiyyə  idarəçiliyinin  xüsusiyyətləri  və qeyri  hökumət 
təşkilatlarının idarə olunması problemləri öz əksini tapmışdır.
F.Məmmədov  öz  tədqiqatlarında 
dünya  mədəniyyəti  və 
sivilizasiyasının  problemlərinə  əhəmiyyətli  yer  verir.  Burada,  o, 
yüksək  əqli  və  mənəvi  mədəniyyəti  yer  üzərində  insanın,  sülhün  və 
həyatın  xilası  üçün  başlıca  faktor  kimi  qiymətləndirir.  O,  texnogen 
sivilizasiya  şəraitində  müxtəlif xalqların  dünya  mədəniyyəti  haqda 
biliklərinin  artırılmasını,  mədəniyyətlərarası  dialoqun  rolunu,  xalqlar 
və  dinlərarası  harmoniyanın  dünya  mədəniyyətinin  əsasını  təşkil 
etməsini,  bəşəriyyətin  sabit  inkişafı,  əməkdaşlıq  və 
birgəyaşayış 
şəraiti  üçün tolerantlığın əsas şərt olmasını xüsusi qeyd edir.
Monoqrafiyada  kulturoloji  təhsilin  mahiyyətinin  təhlilinə,  məqsəd 
və  məramına,  imkanlarına  və  gözlənilən  nəticələrinə 
xüsusi  yer 
ayrılmışdır.  Müəllif universal  biliklərə  malik  şəxsiyyət  və  liderlərin 
formalaşdırılma  vasitəsi  kimi  sistemli  kulturoloji  təhsilin 
üstün 
cəhətlərini  göstərir.  Kulturoloji  təhsil  və  maarifi  universal  və  xüsusi 
elmi  biliklərin  cəmiyyətə ötürülməsi, həmçinin  potensial,  qabiliyyət 
və  istedadı  inkişaf etdirmə  prosesi  kimi  nəzərdən  keçirən 
müəllif, 
ilk  dəfə  olaraq,  YUNESKO  səviyyəsində 
xüsusi  beynəlxalq 
kulturoloji  təhsil  proqramının  hazırlanması  və  həyata  keçirilməsini 
təklif  etmişdir.  O,  qlobal  idarəetmədə 
uğur  əldə  edilməsi,  sülh 
mədəniyyəti  və  qender  bərabərliyinin  bərqərar  olması,  yoxsulluğun
16
Fuad  Mammadot
Kullurologiva cffcklivli havat va faalivvala aparan vol
və  terrorizmin aradan qaldırılması, bütün dünyada sabit və təhlükəsiz 
inkişafa nail  olmaq üçün  belə təhsilin mühümlüyünü  əsaslı dəlillərlə 
sübut  edir.  Müəllif dünya mədəniyyəti  tarixi  və nəzəriyyəsinin,  fənn 
kimi,  dünyanın bütün orta və  ali  məktəblərində  interaktiv tədrisinin 
zəruriliyini  qeyd  edərək,  onun  şəxsiyyətin  harmonik  inkişafı  və 
müxtəlif  xalqların  mədəni  dəyərlər  sisteminin  yaxınlaşmasındakı 
əhəmiyyətini  qeyd  edir.  Buna əsaslanaraq  ,o, YUNESKO  tərəfindən  , 
həmin  təşkilatın 
üzvü  olan  ölkələrdə 
sistemli  və 
interaktiv
kulturoloji  təhsilə  istiqamətlənmiş 
xüsusi  deklarasiyanın 
qəbul 
olunmasının məqsədəuyğunluğu barədə  təklif tərtib etmişdir.
Monoqrafiyanın  ən  qiymətli  bölmələrindən  biri 
,  dünya 
sivilizasiyası  kontekstində  Azərbaycan  mədəniyyətinin  inkişafi  ilə 
əlaqədar  bir  çox  geniş  məsələlərin  təhlilinə  həsr  edilmişdir. 
Azərbaycanda  demokratik  mədəniyyətin  təşkili  və  inkişafi  tarixi, 
azərbaycançılıq  şüuru,  ilk  demokratik  respublika  dövründə  siyasi 
mədəniyyət, Azərbaycanın müasir mədəniyyəti və onun gələcəyi  daim 
müəllifin  diqqət  mərkəzindədir,  tədqiqatçı  nəinki  mədəniyyət 
fenomenini  düzgün  anlamağa,  respublikanın  proqressiv  inkişafi  üçün 
onun  imkanlarının  formalaşdınlmasmda,  eləcə  də  Azərbaycanın 
.müasir  ruhi  mədəniyyətini  obyektiv  qiymətləndirilməsində,  dövlətin 
mədəniyyət  siyasətinin  mahiyyət  və  prioritetlərinə  düzgün  baxış 
yaradılmasında 
yardımçı  plmağa  can  atır.  O,  ölkənin  tərəqqipərvər 
inkişafında  mədəniyyətin  idarə  edilməsinin  zəruriliyini  qeyd  edir  və 
onun  başlıca  məqsəd  və  metodlarının  seçilməsinə  can  atır.  Bu 
motivasiya  onun  kulturoloji  tədqiqatlarının  mahiyyət,  istiqamət  və 
metodologiyasına  ,  eləcə  də  müasir Azərbaycan dövləti  və cəmiyyəti 
inkişafının  aktual  problemləri  və  onların  obyektiv  həllinə  elmi  və 
aksioloji  yanaşmalara  baxışları  müəyyənləşdirmişdir.Maraqlıdır  ki, 
Azərbaycanın  dinamik  və  sabit  inkişaf  modelini 
yaratmaq  üçün 
müəllif  bəşəriyyətin,  eləcə  də  müxtəlif  ölkə  və  xalqların  sosial- 
mədəni  təcrübəsindən  yaradıcılıqla  istifadə  etmişdir.  O,  sənaye  və 
informasiyalı  cəmiyyət  quruculuğunda  dövlətin  rəqabət  qabiliyyəti 
və  inkişafimn  yüksək  sürət  və  keyfiyyətinin  əsas  şərti  kimi,  dövlət 
idarəçiliyində  kulturoloji  yanaşmanın  strateji  əhəmiyyətini 
xüsusi 
qeyd  edir.  Mədəni  irsin  qorunmasının  zəruriliyini  şərtsiz  qəbul 
edərək,  o,  milli  mədəniyyətin 
fəal  modemləşdirilməsinin  həyati
17


Kuad  Mommadov
Kulturologiya cffcKtivlj hoyat »э f?a|jyyata aparan yol
əhəmiyyətini  xüsusi  qeyd  etmiş,  onu  ictimai  tərəqqi,  milli  inkişafin 
obyektiv  tələbləri,  dünya  sivilizasiyasının  qanunauyğunluqları  və 
inkişaf  tendensiyalarının 
başlıca 
faktoru 
kimi 
göstərmişdir. 
Azərbaycan 
dilində 
kulturoloji 
terminologiyanın 
hüdudlarını 
genişləndirən alım, ilk dəfə olaraq elmi tədavülə mənəvi mədəniyyətin 
intellektual  və  əxlaqi  mədəniyyətlərin  birliyini  ifadə  edən  mənasını, 
“ruhi mədəniyyət” terminini daxil etmişdir.
Müəllifin  bir  sıra  məruzə  və  məqalələri  Müstəqil  Azərbaycan 
Respublikasında 
demokratik  dövlətçilik  və  vətəndaş  cəmiyyəti 
mədəniyyətinə,  mədəni  inkişafin idarə edilməsi  metodlarının  təkmil- 
ləşdirilməsinə, 
beynəlxalq  mədəni  əlaqələrin 
genişləndirilməsinə 
həsr  olunmuşdur.  Əsərdə,  həmçinin,  müəllifin  mədəniyyət  hüququ, 
azərbaycan  dilində 
kulturoloji  terminologiya,  kulturoloji  elm  və 
təhsilin nəzəri və praktik məsələlərə yanaşması  əks olunmuşdur.
Müəllifin  90-cı  illərdə  nəşr  etdirdiyi  və  hələ  keçən  əsrin  80-ci 
illərində  formalaşan,  Azərbaycanda  demokratik  cəmiyyət  və  hüquqi 
dövlət quruculuğunda  mədəniyyətə və onun  əhəmiyyətinə həsr olunan 
erkən məqalə və məruzələrin kitaba daxil edilməməsi təəssüf doğurur.
Bu  əsərlərin  məziyyətləri  ondan  ibarətdir  ki,  F.Məmmədov 
respublikada  ilk  dəfə  olaraq,  Azərbaycanın  daha  uğurlu  gələcəyinin 
qurulması,  təhlükəsiz  və  sabit  inkişafının  təmin  edilməsi,  daxili  və 
xarici  siyasətinin  effektiv  inkişaf  strategiyalarının 
yaradılması  və 
dövlət  quruculuğu  və  idarəedilməsi  üçün  kulturologiyanm  elmi- 
fəlsəfi, metodoloji və praktik dəyərini göstərmişdir.
Fuad  Məmmədovun 
məqalə,  məruzə  və  çıxışlarında  təhlilinin 
başlıca  (“kant”)  prinsipi 
olan  tənqid 
həqiqət  axtarışı  ,  dünya 
mədəniyyəti  inkişafının  pozitiv təcrübəsi, elmi nailiyytlərə  əsaslanan 
insan  həyatı  və  cəmiyyətin  inkişafında proqressiv  dəyişikliklərə  meyl, 
sosial terapiya  ilə motivləşərək,  özünü büruzə v erir.
Onun sosial-mədəni  inkişaf konsepsiyasının əsasını texnogen sivili­
zasiyanın destruktiv prosesləri  və müasir kütləvi  mədəniyyətin hakim­
liyinin  aradan qaldırılmasına istiqamətlənən  məhsuldar sosial-mədəni 
siyasəti  təmin  edən  intellektual  və  etik  mədəniyyətin  harmoniyası  və 
sintezi,  elm,  təhsil,  etikanın  müstəqil  və  prioritet  inkişafi  haqqında 
müddəalar təşkil  edir.  Müəllif hesab  edir ki,  idarəetmədə  və  siyasətdə 
obyektiv dialektik ziddiyyətlərin  kulturoloji  baxımdan düzgün və elmi
18
p4ad Mammadov
Kulturologiya effcktivli hayat 
уд
 faalivvata aparan  yol
cəhətdən  əsaslandırılmış  həlli 
kommunikativ  ictimai  praktikanın 
təkmilləşdirilməsi,  cəmiyyətin  inteqrasiyası  və  sabit  inkişafi,  tərəqqi­
pərvər  dəyişikliklər  üçün  yeni  imkanlar  açır.O,  hərtərəfli  insan  inki­
şafına  yönələn  elitar mədəniyyətin  formalaşdırılması  və kütləviləşdi- 
rilməsi, 
keçid  dövründə  azərbaycan  cəmiyyəti  mədəniyyətindəki 
böhranların aradan qaldırılması imkanlarını nəzəri şərh etməyə çalışır.
Mədəniyyət  anlamına  geniş  yanaşma,  Hegel,  Kant  fəlsəfəsi  və 
digər 
görkəmli  dünya  kulturoloji  fikir  nailiyyətlərindən  istifadə, 
dünya  mədəniyyəti  və  sivilizasiyasının 
problem  və  inkişaf 
qanunauyğunluqlarının  kompleks,  sistemli  təhlili,  müəllifə,  müasir 
Azərbaycanda 
ictimai  tərəqqiyə  yönəlmiş 
elmi  əsaslı  praktik 
əhəmiyyətli  tövsiyələr tərtib etməyə  şərait yaratmışdır.
Tarix  elmləri doktoru  Fuad Teyyub oğlu Məmmədov  Azərbaycan 
Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəetmə  Akademiyasının 
professoru .’’Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının  prezi­
denti, “İntellektual  inkişaf  problemi”  Beynəlxalq  Elmlər Akademiya­
sının  və  Rusiya  pedaqoji  və  sosial  elmlər  Akademiyasının  akade­
mikidir.  O,  Azərbaycan  cəmiyyəti  və  dövlətinin  modernləşdirilməsi 
və  sosial  inkişafına  yönələn  tarix,  elm  və mədəniyyət  nəzəriyyəsinə 
həsr olunmuş  200-dən  çox  elmi,  elmi-pedaqoji  məqalə,konsepsiya, 
layihələrin  müəllifi,  həmmüəllifi  və  tərtibçisidir.  Onların  arasında 
2002-ci  ildə “Simurq” AKA-da nəşr olunmuş  yalnız respublikanın ali 
məktəblərində  deyil,  həm  də 
Rusiya,  ABŞ,  Almaniya,  Fransa, 
Avstriya  və  digər 
ölkələrin 
kitabxanalarında 
istifadədə  olan 
“Kulturologiya” 
fundamental  əsəri,  Azərbaycan 
mədəniyyət 
assosiasiyası  ,  Beynəlxalq  Dünya  Mədəniyyəti  Universiteti,  Vətəndaş 
Cəmiyyəti 
Beynəlxalq  Mədəniyyət  Forumunun 
və  beynəlxalq 
ictimaiyyəti marağına səbəb olan digər layihələri  qeyd etmək olar.
O, 
Azərbaycanda 
lider  və  şəxsiyyətlərin  formalaşdınlmasma 
yardım  edən və dünya mədəniyyəti  və sivilizasiyalarının  nailiyyətləri 
və  demokratik ölkələrin  idarəetmə təcrübəsinin  öyrənilməsi əsasında 
qurulan  “İdarəetmə  mədəniyyəti” 
innovativ  kulturoloji  kursunun 
respublikada  ilk  yaradıcısıdır.  90-cı  illərin  əvvəllərindən  etibarən 
daim  fəaliyyətdə olan  “Mədəniyyət  və  cəmiyyət”  kulturoloji  semina­
rın  elmi  rəhbəridir.  1990-2005-ci  illərdə  müxtəlif  məqsədli  fokus- 
qruplarla  kulturologiya,  təşkil  və  idarəetmə  mədəniyyəti,  vətəndaş
19


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə