Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə5/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   2   3   4   5   6   7   8   9   ...   104

Fuad  Mammadov
Kulturologiva effektivli havat  va fəaliyyata aparan vol
cəmiyyəti mədəniyyəti  və  məsuliyyət mədəniyyəti,  davamlı  insan və 
sosial  inkişaf,  QHT  üçün  III  sektor və  fandreyzinq  problemləri  üzrə 
keçirilən  200-dən  artıq  respublika və beynəlxalq  konfrans, interaktiv 
seminar  və treninqlərin təşkilinə  rəhbərlik etmişdir.
F.Məmmədov 
Rusiya,  APR,  Rumıniya,  gürcüstan,  Yunanıstan, 
Misir,  Türkiyə,  Kosta-Rika,  Norveç,  ABŞ,  Tayland,  Koreya,  Fransa, 
Macarıstanın 
ayn-ayn  səfirlik,  dövlət  institut  və  cəmiyyətlərində 
təşkil  edilmiş 
beynəlxalq  konqres,  konfrans  və  simpoziumlarda 
mədəniyyət  tarixi  və  nəzəriyyəsi,  elm  və  idarəetmə  problemləri  üzrə 
elmi  məruzə  və  məlumatlarla  çıxış  etmişdir.  1991-ci  ildə  Kosta- 
Rikada  etdiyi  çıxışdan  sonra,  Azərbaycanın  dövlət  müstəqilliyini 
tanıyan ilk dövlətlərdən biri də bu mərkəzi amerika ölkəsi olmuşdur.
2000-ci  ildə 
alim 
Avropa  Şurasının 
mədəni  siyasət  üzrə 
ekspertlər siyahısına  daxil edilmişdir.
Tədqiqatçı-kulturoloq  kimi,  Fuad  Məmmədov üçün  xarakterik olan 
cəhət  odur ki, o, mədəni hadisə və artefaktlan  abstrakt izah etmir, ək­
sinə , onların  sosial-mədəni  inkişaf qanunauyğunluqlarını aşkar etmək 
üçün  sintez və ümumiləşdirmələr aparır,  ictimai  inkişafda tərəqqipər­
vər  dəyişikliklərin 
əldə  edilməsi  üzrə 
konkret  əməli  tövsiyələr 
hazırlayır.  Müəllif  dövlət  və  cəmiyyət  idarəçiliyi  mədəniyyəti  və mə­
dəni  siyasət,  mədəniyyətin  inkişaf imkanları  və  rolu, mədəniyyət an­
lamına  yeni  tələb,  vəzifə,  prinsip  və  texnologiyalar  baxımından  öz 
yeni  elmi  yanaşmalarını  ardıcıl  və  inandırıcı  şəkildə  ifadə  edir.  Alim 
mədəniyyəti,  hər biri  öz  qanunları  ilə  inkişaf edən,  daxili  ziddiyyət­
ləri  ilə  xarakterizə  edilən  sosial  institut,  hadisə  və  əlamətlərin  üzvi 
bağlılığının  sintetik  birliyinin  kompleksi,  vahid  sistemi  kimi  dərk 
edərək,  həqiqəti  axtarmağa  can  atır.  O,  düşünür ki,  bu  sosial  sistemin 
və  onun  inkişaf qanunauyğunluqlarının  metodoloji  baxımdan  düzgün 
öyrənilməsi  bəşəriyyətin  tərəqqisi  üçün 
yeni  həqiqət,  imkan  və 
perspektivlər  açır.  Bu  baxımdan,  o,  sintez  qabiliyyətli  Azərbaycan 
mədəniyyətinin  orijinallığını  öz  mədəniyyətinin  tələb  və  prinsipləri 
baxımından 
başqa  xalqların  mədəni 
yeniliklərini 
yaradıcılıqla 
işləməsi  ilə bağlayır.
Kitab  bəşəriyyətin 
inkişafı  üçün  hüdudsuz  imkanlar  açan 
mədəniyyəti  yeni  anlamda  dərk  etməyəkömək  edir.  O,  eyni  zamanda 
keçmişin  və  bu  günün  kompleks  təhlili  əsasında  müasir  azərbaycan
20
Fuad  Mammadov
Kulturologiva effektivli haval va faalivvata aparan vol
mədəniyyətinin 
modernləşdirilməsi  və 
müstəqil  Azərbaycan 
Respublikası  gələcəyinin 
düzgün  formalaşdırılması 
yollarını 
görməyə imkan verir.
Əminliklə  demək  olar  ki,  Fuad  Məmmədovun 
“Kulturologiya 
effektiv  həyat  fəaliyyətinin  yoludur”  monoqrafiyası  kulturologiyada 
yeni  sözdür.  Elmi  mövqe  və  yaradıcı  fikrin  parlaq  ifadəolunduğu, 
bundan  əvvəlki 
’’Kulturologiya”  kitabının  məntiqi  davamı  olmaqla, 
bu  monoqrafiya 
Azərbaycanda  kulturoloji  tədqiqat  və 
təfəkkür 
ənənələrinin təşəkkülünü tamamlayır.  Bu ənənə üçün  xarakterik cəhət 
“texnoloji  təfəkkür”  sayıla  bilər  ki,  onun  da  mahiyyəti  aşağıdakından 
ibarətdir:  -  fakt,  hadisə  və  proseslərin,  insan  psixologiyası  və  həyat 
fəaliyyətinin  mahiyyətini  mənimsəməklə, 
siyasət  və  idarəetmədə 
tərəqqipərvər  əməli nəticələrin əldə edilməsi.
Kitabda  olan  kulturoloji  biliklərin 
çox  hissəsi 
bəşəriyyətin 
inkişafının  beynəlxalq  sosial-mədəni  təcrübəsinin 
uzun  müddət 
öyrənilməsi,  ümumiləşdirilib,  sistemləşdirilməsindən  yaranan  və  ilk 
dəfə  istifadə  olunan 
kulturoloji  tərif,  konsepsiya  və  düsturlardır. 
Onlar insan,  dövlət  və  cəmiyyətin  yaradıcı  imkanları  və  nailiyyətləri, 
təşkil  və  idarəetmə, 
təfəkkür  və  yaradıcı  fəaliyyət,  həyat 
texnologiyalan,  inkişafın  qanun,  xüsusiyyət  və  mahiyyəti  barədə 
düzgün təsəvvür yaradılmasına kömək edir.
Kitabın  hüquqi  dövlət  və  demokratik  cəmiyyət  quran  müstəqil 
Azərbaycan  Respublikasında 
idarəetmənin 
müxtəlif  sistem  və 
səviyyələrində,  dövlət  və  ictimai  idarəetmə  sahələrində 
lider  və 
şəxsiyyətlərin  formalaşdmlması  üçün  qiymətli  elmi  və  praktik 
əhəmiyyətə  malikdir.  O,  qloballaşma  şəraitində  Azərbaycanın  xarici 
dövlətlərlə 
sülh 
və 
əməkdaşlığı, 
beynəlxalq 
münasibət 
mədəniyyətinin  inkişafı,  informasiyalı  cəmiyyət  quruculuğu,  yeni 
ictimai  münasibətlərin  formalaşdmlması,  ölkənin  modernləşdirilməsi, 
dövlət quruculuğu və idarəçiliyində düzgün strategiyaların elmi  əsasla 
işlənməsi üçün nəzəri  və fəlsəfi baza kimi mühüm və əhəmiyyətlidir.
Professor  Fuad  Məmmədovun  xidməti  ondan  ibarətdir  ki,  o, 
məşhur  kulturoloqlardan  -   Uayt,  Yaspers,  Toynbi,  Şpenqler,  Diltey. 
Hesse,  Sorokina,  Husserl,  Parsons,  Saburo,  Markuze  və  digərlərinin 
nailiyyətlərinin  yaradıcı  dəyərləndirilməsi  əsasında  ilk  dəfə  olaraq, 
dünya  mədəniyyəti  və  sivilizasiyalarının 
inkişaf  tendensiyası  və
21


Kuad Marrmadm
Kulturologiya effekrivli havat v» faalivvata aparan vol
xarakteri,  kulturoloji  elmin  müasir  inkişaf  məntiqini  əks  etdirən  , 
mədəniyyət  və  kulturologiyamn  yeni  elmi  təriflərini  yaratmışdır.  İlk 
dəfə  olaraq,  uğurlu  gələcəyi  təsəvvür  etməyə  və  qurmağa  yardım 
edən,  insan  inkişafının  yeni  imkanlarını,  texnologiyaları,  inkişaf 
qanunlarım, 
nailiyyət, 
tarix, 
imkan,  mahiyyətinin 
sistemli
öyrənilməsinə  yardım  edən  elm  kimi,  kulturologiya  piramidasını 
müəyyənləşdirmək  Fuad  Məmmədova  nəsib  olmuşdur.  Müəllif 
tərəfindən  inkişafin  məqsəd  və  metodlarına  yeni  nəzərlə  baxmağa 
imkan  verəbn 
termin,  konsepsiya  və 
təriflərin  istifadəsi
əsaslandırılmış,  mədəniyyəti  fərdi,  lokal  və qlobal  səviyyədə  tədqiq 
etmək  üçün 
yeni  yanaşmalar  təklif  edilmişdir.  Fuad  Məmmədov 
beynəlxalq  inkişaf təcrübəsinin  diqqətli  tədqiqi  əsasında  dövlət  və 
ictimai  inkişafin  model  və  layihələrinə  bir  çox  elmi  mədəni  və 
kulturoloji  təriflər  vermişdir.  O,  yerli  və  xarici  mütəxəssislərin 
bəyəndiyi, 
Azərbaycan  mədəniyyətini  yeni  inkişaf  səviyyəsinə 
yüksəldə  biləcək  sosial-mədəni  siyasətə  aid  konkret 
praktik
məsləhətlərini hazırlayıb, dövlətə təqdim etmişdir.
Yeni  fənlərarası  elm  kimi,  kulturologiyamn  inkişaf  prosesində 
olması,  müəllifin  ayn-ayn  mülahizələri  ətrafında  diskussiya  xarak­
terli  fikirlər yarada bilər.  Kitabın bəzi hissələrində təkrarların mövcud­
luğu  isə,  müxtəlif  vaxtlarda  nəşr  edilmiş  məqalə  və  məruzələrdə 
konkret  mövzuların  məntiqinin  mənimsənilməsinə  yardım  kimi  izah 
oluna  bilər.  Eyni  zamanda,  əsər kulturologiya  elmi,  təhsili  və  maari­
fində,  ümumiyyətlə,  Azərbaycan  intellektual  mədəniyyətinin  inki­
şafına ciddi  töhfə və nəzərəçarpan  bir hadisədir.  Müəllif mədəniyyəti 
ictimai  və  beynəlxalq  münasibətlərin,  siyasi  və  iqtisadi 
inkişafin 
təməli,  ictimai  tərəqqinin 
əsas  hərəkətverici  qüvvəsi  və  dövlətin 
sosial  kapitalı  kimi  təqdim  edə  bilmişdir.  Monoqrafiyanın  universal 
xarakterini,  dilinin sadə və aydınlığını  nəzərə alsaq,  onun yuxan  sinif 
şagirdləri  və  tələbələr üçün faydalı  dərs  vəsaiti,  eləcə  də  siyasətçilər, 
alimlər,  mütəxəssislər,  diplomatlar  və  öz  ruhi  mədəniyyətini  təkmil­
ləşdirməyə,  elmi  dünya  görüşünü  dərinləşdirməyə  və  fərdi  həyat 
qabiliyyətini  inkişaf  etdirməyə  can  atan 
sadə  vətəndaşlar  üçün 
dəyərli mənbə ola biləcəyinə  əmin olmaq olar.
22
Eyad M j mmadov
Kulturologiya effcklivli haval 
ta 
faalivvata aparan vol
MÜƏLLİFDƏN
“Homo  Sapiens”  -in   tarix  səhnəsinə  çıxdığı  vaxtdan  bu  günə 
qədər,  insan  həyatımn  mühafizəsi 
və  daha  da  yaxşılaşdmlması 
bəşəriyyətin  mədəni  həyatının  əsasında  durur.  Bu,  hər  bir  planet 
sakininin əsas həyat motividir.  Buna görə də təhsilli  adamlar, xüsusilə 
də  ziyalılar  insan  səadəti  “potensialı”mn  yüksəldilməsi  ,  həyatın 
daimi  olaraq  yaxşılaşmağa  doğru  dəyişməsi  üzrə  məsuliyyəti  öz 
üzərlərinə  götürməlidirlər.  İnsan  həyatında səadətdən  mühüm  bir  şey 
varmı?  Səadətə can atmaq  hər bir insanın  həyat  fəaliyyətinin təbii və 
əsas  stimuludur,  özünütəkmilləşdirməyə  can  atmaq  isə  - 
özünü 
mədəni  şəxsiyyət hesab  edənlər üçün  zəruri  səadət  şərtidir.  Bu  sosial 
qanunauyğunluq  şəxsiyyətin  xarakterini  və  prixologiyasını  anlamağa 
imkan verir,  insanların təfəkkür və davranışına  təsir göstərir, bir çox 
hallarda  insanın  maraq,  məqsəd  və  tələbatlarının  formalaşma 
motivlərini izah edir.
Səadət  -   insan  və  onun  yaxınlarının  fiziki  və  mənəvi  sağlamlığı, 
şəxsiyyətin  real  arzu  və  ideallarının  həyata  keçməsidir.Səadət  yalnız 
uğur  deyil.  O  yalnız  maddi  rifahla  müəyyən  olunmur.  O,  ağıl, 
mərhəmət,  səxavət  və  insanlara  xidmət,  daxili  gözəllik,  məhəbbət, 
dostluq,  sədaqət,  həyatsevərlik,  öz  idealları  uğrunda  mübarizlik  və 
səmərəli güzəşt bacarığı tələb edir.
Səadətin  şərtlərindən  biri  öz  potensialını  reallaşdırmaq  və 
cəmiyyətdə  layiqli  yer tutmaqdır.  Deməli,  səadətin  cəmiyyətdə  sosial 
ədalət  və 
əlverişli  mədəni  mühitin  mövcudluğu  ilə  əlaqəsi 
sözsüzdür.Bu  isə  insandan  mədəni  irsi  keyfiyyət  və  qabiliyyətlərlə 
yanaşı,  həm  də  bilik,  müdriklik,  gərgin  əmək,  inam  və  dözüm, 
azadlıq  və  mərdlik,  vicdan  və  alicənablıq,  iradə  və  məsuliyyət  tələb 
edir.  Səadətin  ən  mühüm  meyarları  möhkəm  və  firavan  ailə,  sevimli 
peşə  və  iş,  doğmaların  və  dostların  etimadım  doğrultmaq, 
ətrafdakılann  məhəbbət,  hörmət,  rəğbət  və  yardımıdır.  Səadətin  yolu 
bilik,  bacarıq,  mənəviyyatlılıq,  mütəşəkkillik  və  yaradıcı  fəaliyyəti 
nəzərdə tutan  yüksək mənəxi mədəniyyətdən keçir.
Mədəniyyət  -   insanların  yaradıcı 
həyat  fəaliyyətidir.Bu, 
bəşəriyyətin 
nizamsızlıqdan  nizamlılığa  doğru  getdiyi 
çoxəsrlik 
fasiləsiz  bir  yolun 
rəmzi  olan 
mürəkkəb  sosial  fenomen  və 
noumendir.  Bu,  təbiət,  cəmiyyət  və  insanın  özünün,  sonunda  ruhi
23


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə