Fuad Mammadov
Kulturoloeiva cffcktivli haval
yd
faalivvata aparan vol
(əqli və mənəvi) və maddi dəyərlər və normalar əldə edilən, eləcə də
onların istehsal texnologiyaları, qorunması, istehlakı və yayılmasının
dərki və dəyişdirilməsindən
ibarət olan mürəkkəb tarixi prosesdir.
Mədəniyyət “Homo Sapiens” tipli insanın ağılı, hissi və zəhməti ilə
yaranmış və yaradılan hər şeyin mahiyyəti, “ikinci”, süni təbiət, ətraf
aləmin inkişaf və təkmilləşməsidir. Ruhi mədəniyyət insan inkişafının
başlıca hərəkətverici qüvvəsidir. Cəmiyyətlə birgə inkişaf edən
mədəniyyət, eyni zamanda, əvvəlki dövrlərin irsini, ruhi dəyərlərini,
ənənələrini, intellektual mədəniyyət nailiyyətlərini, əmək vərdişlərini,
ötən nəsillərin istehsal və yaradıcı təcrübələrini özündə hifs edir. O,
eyni zamanda, digər mədəniyyətlərin əldə etdiyi təcrübəni bu və ya
digər dərəcədə mənimsəyib, yaradıcı emal edir. Dövlət və cəmiyyətin
sosial kapitalı olan mədəniyyətin daxili və xarici mübadiləsi daim
onun yeniləşməsi və proqressiv inkişafına səbəb olur.
Mədəniyyət -
tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş
anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi
təsirinin nəticəsidir. O, insanın şüuru, psixikası və davranışı ilə bağlı
olmaqla yanaşı, həm də dövlətin və xalqın maddi prosesləri, tarixi
inkişafı ilə sıx əlaqədədir. Hər bir dövr, hər bir xalq və hər bir nəslin
öz mədəniyyəti və onun haqqında öz təsəvvürləri var. Mədəniyyət
insan
şüurunu,
fərd, cəmiyyət və dövlətin
həyat, məişət və
fəaliyyətini, texnologiyaları, istehsal və maddi vasitələri, iqtisadiyyat
və siyasət, həyat tərzi, ənənələr, millət və xalqların adətləri və mədəni
irsi,milli və bəşəri ruhi dəyərlər, hüquqi, etik və estetik normaları,
ictimai və beynəlxalq münasibətləri əhatə edir. Sosial fenomen və
noumen olan mədəniyyət həyat və fəaliyyətin müəyyən sahəsində
onun keyfiyyətini ifadə edən, kontekstual anlamda da öz əksini tapır.
Bunun üçün
aşağıdakıları yada salmaq kifayətdir: istehsal,
intellektual, siyasi, iqtisadi, etik, hüquqi, tibbi, ekoloji, idarəetmə
mədəniyyəti, məişət mədəniyyəti,
sülh mədəniyyəti, qender
mədəniyyəti, məsuliyyət mədəniyyəti, şəxsiyyət mədəniyyəti və s.
İnsan mədəniyyəti, hər şeydən əvvəl intellekt, zəhmət, iradə və
hisslər, cəmiyyətin inkişafının canlı toxuması və özəyidir. Əgər təbiət
dünyası sinergetik, yəni özünü idarə edən, özünü təşkil edən və özünü
inkişaf etdirən sistem kimi nəzərdən keçirilirsə, insan dünyası -
mədəniyyət - insan tərəfindən daim təkmilləşdirilməsi və düzgün
24
Fuad Mammadov
Kullurologiva cffeklivli haval va faalivvalo aparan vol
idarəedilməsi tələb olunan şüurlu təşkil, idarə və inkişaf etdirilən
sistemdir. Ruhi mədəniyyət insanı hərəkət və fəaliyyətə ruhlandıran
ağıl və hiss, şüur və psixi qabiliyyətlərin birliyi olan ruhi vəziyyətlə
bərabər, şəxsiyyətin daxili psixi dünyası olan qəlb vəziyyətini də əks
etdirir. İnsan şüur və hisslər vasitəsi ilə bilik qazanır, onu əhatə edən
həqiqətlər barədə
obrazlı
təsəvvürlər yaradır.
Şəxsiyyətin
mədəniyyətinin mühüm göstəricilərindən biri insanın davranışında
əks olunan bütün psixi və mənəvi xüsusiyyətlərin məcmusu olan
xarakterdir. Xarakter insanın keyfiyyətini, fərqli cəhətlərini, obyektiv
həqiqətin onun şüurunda əks olunması ilə əlaqədar xüsusiyyətləri
göstərir. Təsadüfi deyil ki, hələ Heraklit demişdir:”İnsanm xasiyyəti
onun taleyidir”. Buna görə də mədəniyyətin mühüm sosial institutu
olan hüququn əhəməyyətini inkar etmədən , etiraf edək ki, qadağa və
sərəncamlarla
problemləri həll etmək olmaz, insanlann şüurunu
təhsil, tərbiyə və maarifləndirmə ilə dəyişib, pozitiv xarakter tərbiyə
etmək lazımdır. Bu, mədəni inkişafının ən effektiv üsulu olan güclü
ruhun - biliklə zəngin ağıl, sağlam, gözəl hisslər və möhkəm
iradənin formalaşdınlmasıdır.
Mədəniyyətin inkişafında aparıcı qüvvə ziyalılardır. Bu, alim və
müəllimlər, incəsənət xadimləri, həkim və ixtiraçılar, dövlət,
ictimaiyyət və din xadimləri, hüquqşünas və diplomatlar, həyatlannı
xalqın rifahı naminə yaradıcı fəaliyyətə həsr etmiş müxtəlif peşə
adamlarıdır. Dünya mədəniyyəti və sivilizasiyanın əsil yaradıcılan
məhz bu adamlardır. Müxtəlif
dövr
və
xalqlann
görkəmli
ziyalılanmn yaratdığı mədəni abidələr - intellektual, mənəvi-etik,
estetik və maddi dəyərlər bütün bəşəriyyətə mxsus olub, dünya sosial-
mədəni inkişaf təcrübəsini zənginləşdirmiş, milyonlarla insan və bir
çox nəsillər tərəfindən hələ də istifadə olunur. Laki bəşər mədəniyyəti
heç də yekcins deyildir.
İnsan mədəniyyətindəki fərqlər
yalnız
mədəni-irsi keyfiyyətlərlə deyil,
eləcə də elmi biliklər,
təhsil
vətərbiyə, elmin texnoloji tətbiqi, həm də
müxtəlif xalqlarda və
insanlarda eyni olmayan qavrama qabiliyyəti ilə şərtlənir.
İntellektual və etik mədəniyyətin ictimai tərəqqi üçün həlledici
əhəmiyyəti var. Maddi rifaha gedən yol intellektual mədəniyyətin -
elm və təhsilin prioritet inkişafından keçir, çünki mədəniyyət , hər
şeydən əvvəl bilik, inkişaf və rifahdırsa, cəhalət şər və yoxsulluqdur.
25
Fuad Mammadov
Ktlllurologiva cfTcklivli hoyal va faalivvala aparan vol
İntellektual mədəniyyətin inkişafı üçün
sosial şəraitin yaradılma
əhəmiyyəti ondadır ki, elm insanı düzgün və təhlükəsiz həyat üçün
zəruri olan müdrikliyə doğru aparır. Elm bəşəriyyətə məxsusdur.O,
təşkilat, cəmiyyət və dövlətlərin
yeni texnologiya ilə effektiv
fəaliyyətinin tükənməz mənbəyi,
ictimai şüurun
proqressiv
dəyişikliyinin
açandır. O, insanın həyat fəaliyyətinin yeni
imkanlanna, təbiət və cəmiyyətin yeni inkişaf qanunlanna, həqiətə
yeni yollar açan, intellektual dəyərlər yaradan insan ağlının daimi
axtanşıdır. Hər kəsin alim olması heç də vacib deyil, lakin insanın
intellektual inkişaf prosesinin özü şəxsiyyət və lider formalaşdırılması,
xüsuilə də bəşəriyyətin bu günkü inkişaf mərhələsində cəmiyyətin
tərəqqisi üçün praktik dəyərə malikdir.
Səadət anlamında şəxsiyyətin mədəniyyəti
əxlaq, intellekt və
dəyərlər sistemi, xeyir - şər, xarakter və əqidə
haqqındakı
təsəvvürlərindən nə qədər
asılıdırsa, düzgün mənəvi tərbiyə və
təhsilin əhəmiyyəti bir o qədər artır. Bilik və düzgün təfəkkür insan,
fakt və hadisələrdən ibarət
həqiqətlər haqqında
obyektiv
təsəvvürlərin formalaşmasını təmin edir. Düzgün təsəvvürlər düzgün
arzu və istək yaradır. Düzgün arzu və istək pozitiv nəticələr verən
düzgün fəaliyyətlərə aparır. Əksinə olanda, cəhalət, səhv təsəvvürlər
və neqativ fəaliyyətlər
stress, depressiya və mənəvi böhranla
nəticələnir. Depressiya - mənəvi yarazlığı məhv edir və immuniteti
azaldır ki, bu da nəinki əsəb və psixi sistemi sıradan çıxarır, eyni
zamanda
ictimai sağlamlığı sarsıdan
ağır somatik xəstəliklərlə
nəticələnir. Deməli, şəxsiyyətin
intellektual və etik mədəniyyəti
artdıqca, onun inkişaf imkanları yüksəlir. Yüksək ruhi mədəniyyətə
malik insan isə , dövlətin ruhi xəzinəsi, cəmiyyətin və bəşəriyyətin
ictimai kapitalıdır.
Bu əbədi həqiqətin dərk edilməsi mövcud əsərin yaranmasına
səbəb olmuşdur . Dünya kulturoloji fikrinin nailiyyətlərinə istinad
edən müəllif effektiv dövlət idarəçiliyi
, məhsuldar beynəlxalq
əməkdaşlıq və sabit insan inkişafının universal hərəkətverici qüvvəsi
kimi, ruhi mədəniyyətin mahiyyət və imkanlarını düzgün anlamağa
imkan verən
yeni kulturoloji biliklərin yaradılması
və
sistemləşdirilməsinə öz töhfələrini verməyə çalışmışdır.
26
Fuad
KulturoİQgiva cffcktivli hava! *a faaliyyala aparan yol
Nə üçün mədəniyyət haqqında elm bizim həyatımız üçün belə
mühüm və dövlət quruculuğu üçün aktualdır?
Çünki, o, mədəniyyətin mahiyyətini insanların ruhi və maddi
tələblərinin ödənilməsinə yönələn həyat fəaliyyəti kimi aşkarlamağa
imkan verir. Mədəniyyətin tarixi və nəzəriyyəsi elə bir tükənməz
xəzinədir ki,
onun vasitəsi ilə
bəşəriyyətin əsrlərlə yaratdığı
intellektual və mənəvi sərvətləri mənimsəmək
mümkündür.
Kulturologiya
dünya
mədəni
nailiyyətlərini
obyektiv
qiymətləndirməyə,onları bu və ya digər ölkənin milli-mədəni
maraqlan üzrə yaradıcılıqla bəhrələnməyə imkan verir.Kulturoloji
biliklərlə zəngin ağıl və xeyirxah məqsədlərə yönələn iradə insan
inkişafının pozitiv faktorudur.
Kulturologiyanın dövlət quruculuğu üçün aktuallığı onunla edilir
ki, bu elm
insan insan,dövlət və cəmiyyətin
effektiv inkişaf
texnologiyalannm hazırlanmasına yardım edir. Dünya mədəni inkişafı
tarixi qanunauyğunluqlarının elmi təhlili və nəzəri ünuniləşdirilməsi
yeni kulturoloji biliklərin yaradılmasına imkan verir.Müxtəlif xalq və
dövlətlərin qabaqcıl texnoloji, iqtisadi, idarəetmə, hüquqi və ruhi
nailiyyətlərini özündə birləşdirən humanitar, texniki və təbiət elmlərin
həmçinin
beynəlxalq
sosial-mədəni
təcrübəyə
istinad
edən
kulturologiya ictimai tərəqqi üçün keyfiyyətcə yeni imkanlar açır.
Sistemli kulturoloji tədqiqatlar, xüsusilə də riyazi metod və müasir
informasiya texnologiyalannm istifadəsi dövlətin daxili və xarici
siyasətinin elmi əsaslarla hazırlanıb reallaşdınlması, qloballaşan
dünya şəraitində onun rəqabətəqabil olması üçün ən zəruri təməldir.
Yaponiya, Norveç və digər demokratik ölkələrin
təcrübəsi
Azərbaycan Respublikası üçün ictimai-mədəni inkişafın effektli
kulturoloji texnologiya nümunəsi ola bilər. Yaponiyadakı 1867-1868-
ci il Meydzi mədəni inqilabı bu ölkənin nisbətən geriqalan (həm
iqrisadi, həm də elmi cəhətdən) və yoxsul bir ölkədən zəngin
demokratik cəmiyyətə keçməsini təmin etdi. “Yuxandan” həyata
keçirilən bu inqilab nəticəsində, ölkədə , əsas devizi “yapon ruhu
plyus avropa biliyi” olan, “maariflənmiş idarəetmə” tətbiq edildi.
Belə bir dövlət siyasəti nəticəsində, yoxsul təbəqənin orta təbəqədən
üstun olduğu “piramidal
strukturlu” cəmiyyət, qısa tarixi dövr
ərzində, firavan və keyfiyyətli həyat sürən orta sinfin üstünlük etdiyi,
27
Dostları ilə paylaş: |