Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

 
 
 
78 
-   Necə düşünürsünüz, Horner günahkar deyil? 
-   Hələlik deyə bilmərəm. 
-   Bəs Henri Beyker? 
-  Mənim  fikrimcə,  Henri  Beyker  günahkar  deyil,  qazın 
çinadanındakı  qiymətli  daşdan  da  xəbərsizdir.  Ancaq  mən  buna 
yazdığım  elana  cavab  alandan  sonra  daha  asanlıqla  əmin 
olacağam. 
-  Buna qədər heç bir şey etmək fikrində deyilsiniz? 
-  Heç bir şey. 
-  Elə isə mən gedim. Axşam gələrəm. 
   Axşam  saat  7-yə  qalmış  mən  yenə  də  Beyker  küçəsində  idim. 
Evə  daxil  olanda  qapıda  hündürboylu  bir  adamın  gözlədiyini 
gördüm.  Qapı  açılarkən o da mənimlə birlikdə Holmsın  otağına 
getdi. 
-  Cənab Henri Beyker? - doctum kreslodan qalxaraq qonağa yer 
göstərdi.  -  Buyurun,  sobanın  yanındakı  bu,  stulda  əyləşin,  hava 
soyuqdur.  A...a,  Uotson,  siz  də  lap  vaxtında  gəlmisiniz.  Cənab 
Beyker, bu sizin şlyapanızdır? 
-  Bəli, ser. Bu mənim şlyapamdır.  
   O,  ucaboylu,  böyükbaşlı,  alicənab  görkəmli,  az  saqqallı  bir 
adam idi. 
-  Şlyapan  budur,  qazı  isə  yemişik.  Onu  başqa  günə  saxlaya 
bilmədik. 
-  Qazı yemisiniz! - qonaq stuldan qalxaraq qışqırdı. 
-  Bəli, - Holms dedi, - ancaq burada həmin çəkidə başqa bir qaz 
var. Siz onu evə apara bilərsiniz.  
-  Oh,  çox sağ olun! - Cənab Beyker cavab verdi. 
-  Zəhmət  olmasa  deyin  görək,  -  Şerlok  Holms  sözünə  davam 
etdi, - bu qazı siz haradan almışdınız? O, çox gözəl quş idi. 
-  Əlbəttə, ser, - Cənab Beyker dedi, - bizlərdə az adam tapılar ki, 
Britaniya  Muzeyi  yaxınlığında,  Alfa  mehmanxanasında  Cənab 
Uindiqeyt tərəfindən təşkil edilmiş Qaz klubuna üzv olmasın. Biz 
hər həftə bir neçə pens oraya veririk və Milad bayramından əvvəl 


 
 
 
79 
hər birimiz gedib o klubdan qaz ala bilər. Qazın alınma tarixçəsi 
bu qədər, qalanını isə artıq siz özünüz bilirsiniz, ser. 
    Bu 
sözləri  deyərək,  Cənab  Henri  Beyker  bizimlə 
xudahafizləşdi və otağı tərk etdi. 
-    Görürsən,  Uotson,  -  Şerlok  Holms  dedi.-  Cənab  Henri  mavi 
rəngli qiymətli daş barəsində heç nə bilmir. Gəl, onun dediyi Qaz  
klubuna gedək, bəlkə oradan bir şey əldə edə bildik. 
    Və  biz  birlikdə  Alfa  mehmanxanasına  yollandıq.  Biz  bara 
daxil olduq və Holms bar sahibinə iki bakal pivə sifariş etdi. 
-  Sizin pivəniz də qazlarınız kimi əla olmalıdır. - Holms dedi. 
-  Mənim qazlarım?! – Bar sahibi təəccüblə baxdı. 
-  Bəli,  mən  yarım  saat  bundan  əvvəl  sizin  qaz  klubunun  üzvü 
olan Cənab Henri Beykerlə bu barədə danışırdım. 
-  A...a!  Bəli,  bilirəm.  Ancaq  bilirsiniz,  ser  o,  qazlar  mənim 
deyildir.  Mən  onları  Kovent  Qardendən  ,  Brekinric  adlı  bir 
nəfərdən almışdım. 
-  Mən  onu  tanımıram.  Yaxşı  sizin  sağlığınıza!  Gecəniz  xeyrə 
qalsın! 
-  İndi  biz  Cənab  Brekinricgilə  gedəcəyik,  -  deyə    biz  küçəyə 
çıxanda Holms davam etdi. 
    Biz tezliklə Kovent Qarden bazarına gəldik. Burada ən böyük 
mağazalardan biri olan Brekinricin mağazasını tapdıq. Sahib bir 
oğlanla köməkləşib pəncərə qapaqlarını yerinə qoyurdular. 
-  Axşamınız xeyir. Hava soyuqdur. - Holms dedi. 
    Mağaza sahibi dilləndi: 
-  Bəli. 
-  Görürəm ki, bütün qazları satmısınız, - deyə Holms boş qalmış 
ləmələrə baxaraq sözünə davam etdi. - Alfanın sahibi mənə bura 
gəlməyi məsləhət gördü. 
-  A...a, bəli. Mən ona iyirmidən artıq qaz göndərmişdim. 
-  Onlar  həm  də  gözəl  quşlar  idi.  Bu  quşlarə  siz  haradan 
almışdınız? - dostum soruşdu. 
    Mənim bu sualı təəccüblə verdiyimi görən mağaza sahibi çox 
hirsləndi. 


 
 
 
80 
-  Bilmirəm, bu adamlar qazlar haqqında nə bilirlər. Elə hey gəlib 
onları soruşurlar; qazlar haradadır? Onları kimə satmısınız? Mən 
qazları  117,  Brikston  Roud    249  -  da  yaşayan  Xanım  Okşotdan 
almışdım.  Vəssalam!  -  deyə  mağaza  sahibi  əsəbi  halda  sözünü 
tamamladı. 
   Şerlok  Holms  mağaza  sahibinə  təşəkkür  etdi  və  biz  Kovent 
Qarden bazarını tərk etdik. 
-  İndi  biz,  -  dostum  dilləndi.  -  Xanım  Okşotgilə  gedək,  yoxsa 
bunu  sabaha  saxlayaq?  Mağaza  sahibinin  dediklərindən  aydın 
olur ki, bu qazlarla başqa adamlar da maraqlanırlar.  
   Mağazadan  bir  az  aralanmışdıq  ki,  bu  vaxt  mağaza  sahibinin 
yenə  də  kiminləsə    yüksəkdən  danışdığını  eşitdik.  Biz  arxaya 
dönəndə  mağaza  sahibinin  qapıda  dayanmış  alçaqboylu, 
qırmızısifətli adamla əl-qol ata-ata danışdığını gördük. 
- Cəhənnəm  olsun, sizin  qazlarınız da!  - deyə o, qışqırdı.  -  əgər 
siz  bir  də  bura  gəlib  bu  axmaq  söhbətlərinizlə  məni 
əsəbləşdirsəniz, onda iti açıb üstünüzə buraxacağam. Siz Xanım 
Okşotu  bura  gətirin,  mən  ona  cavab  verərəm.  Sizinlə  isə 
danışmaq belə istəmirəm.. Məgər qazları sizdən almışam? 
-  Xeyr, ancaq onlardan biri mənim idi, - balaca adam dedi. 
-  Onda bunun üçün Xanım Okşotdan soruşun. 
-  Xanım da dedi ki, sizdən soruşum. 
-  Daha bəsdir. Rədd ol, burdan! - Brekinric ona tərəf cumdu. 
    Bunu görən qırmızısifət  kişi dərhal qaranlıqda gözdən itdi. 
-  Gəl,  bu,  balacaboylu  kişini  tapaq.  Onunla  hökmən  danışmaq 
lazımdır, - Holms dedi. 
    Biz  həmin  adamın  getdiyi  küçə  ilə  iti  addımlarla  onu 
qabaqlamağa  çalışdıq.  Birdən  Holms  onu  gördü.  Ona 
yaxınlaşanda  bilərəkdən  qoluna  toxundu.  O,  çiyni  üstündə  geri 
döndü, sifəti xeyli dəyişdi. 
-   Nə olub? Nə istəyirsiniz? - o, qorxmuş halda astadan soruşdu. 
-    Bağışlayın,  -  Holms  dedi.-  mən  indicə  sizin  mağaza  sahibinə 
verdiyiniz sualı eşitdim. Məncə, bu işdə sizə kömək edə bilərəm. 
-   Siz?! Siz kimsiniz? Siz bu işlər haqqında nə bilirsiniz? 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə