Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə35/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   31   32   33   34   35   36   37   38   ...   266

 

69 


 

təyinatlı  buğda  sortnümunələrəindən  istifadə  etməklə,  hibridləşmə  yolu  ilə 

yüksəkməhsuldar və keyfiyyətli dənə malik,  ekoloji cəhətdən dayanıqlı yeni sortların 

yaradılması imkanı yaranır. 

Tədqiqat  işinin  əsas  məqsədi  Beynəlxalq  Seleksiya  Mərkəzləri  CIMMYT  və 

ICARDA-dan  introduksiya  olunmuş  müxtəlif  torpaq-iqlim  şəraitləri  üçün  nəzərdə 

tutulan  buğda  sortnümunələrinin  ilkin  ekoloji  sınağını  kecirməklə    onların  vacib 

aqronomik    xüsusuiyyətlərinə  görə    tədqiqi,  məhsuldarlıq,  keyfiyyət  və    xəstəlilərə 

davamlılığa  görə    donorların  müəyyənləşdirilməsi  və  seleksiyada    istifadəsinin 

tövsiyə  edilməsi  olmuşdur.  Bu  məqsədin  həyata  keçirilməsi  üçün  aşağıdakı  işlər 

yerinə yetirilmişdir: 

 



2011-2014-cü    illər  ərzində  Beynəlxalq  Seleksiya  Mərkəzlərindən  alınmış  1211 

nümunəni  özündə  birləşdirən  pitomniklərin    (18-21

st

  FAWWON  IR  və  18-21



st

 

FAWWON SA) Abşeron təcrübə bazasında ilkin ekoloji  sınaqları keçirilmiş; 



 

Hər  nümunə  uzunluğu  2  m  və  cərgəarası  25  sm  olmaqla  1  cərgədə  2  təkrarda 



əkilmişdir.  Nümunələrə  bütün  inkişaf  fazalarında  ümumi  qəbul  edilmiş  metodikaya 

uyğun olaraq aqrotexniki qulluq göstərilmiş; 

●    İntroduksiya  olunmuş  nümunələr  üzərində  dinamik  olaraq  bütün  vegetasiya 

müddəti ərzində fenoloji müşahidələr aparılmış; 

 

Tədqiq  olunan  buğda  nümunələrinin  həyat  tərzləri,  sünbülləmə  müddətləri 



(yanvarın  1-dən  sünbülləmə  tarixinə  qədər  olan  günlərin  sayı)  müəyyən  edilmiş, 

yatmaya və xəstəliklərə qarşı davamlılığı öyrənilmişdir. Xəstəliklərdən sarı və qonur 

pas,  unlu  şehə  görə  beynəlxalq  standartlara  uyğun  şkalalar  üzrə  qiymətləndirmə 

aparılmış; 

 

Əkilmiş nümunələrin məhsuldarlıq göstəriciləri təyin edilmiş; 



 

Öyrənilən  təcrübə  materialından  respublikanın  müxtəlif  aqro-ekoloji  şəraitli 



bölgələrinə müvafiq  yeni sortların  yaradılması üçün hibridləşmədə istifadəsi tövsiyə 

olunan sortnümunələr seçilmişdir. 

Tarla təcrübələri Əkinçilik Elmi Tədqiqat İnstitutunun Abşeron yarımadasında 

yerləşən  təcrübə  sahəsində  2011-2014-cü  illərdə  qoyulmuşdur.  Bu  illər  ərzində 

IWWIP  (İnternational  Winter  Wheat  İmprovement  Proqram)  xətti  ilə    Əkinçilik 

Elmi-Tədqiqat  İnstitutuna  Fakultativ  və  payızlıq  buğdanın  müşahidə  pitomnikləri 

(FAWWON)  daxil  olmuşdur.  Bu  pitomniklərTürkiyə,  CIMMYT  və  ICARDA-nın  

birgə proqramı ilə hazırlanmış və 66 ölkəni əhatə edir. FAWWON SA pitomnikində 

topıanmış  nümunələr  quraq  ərazilər,  FAWWON  IR  pitomnikindəki  nümunələr 

nümunələr  isə  suvarılan  bölgələr  üçün  nəzərdə  tutulmuşdur.  2011-2014-cü  tədqiqat 

illərində  daxil  olmuş  8  pitomnikdə  (FAWWON  IRvə  FAWWON  SA) 

1211sortnümunə öyrənilmişdir. 

 

Abşeron  yarımadası  Xəzər    dənizinin  qərb  sahilində  40-cı  paralelə  yaxın 



yerləşir.  Ərazinin  yayı  isti  və  quraq,  qışı  isə  mülayim  olaraq,  arabir  soyuq 

küləklidir.Bu  ərazidə  havanın  orta  illik    temperaturu  10

0

C,  yanvar  ayının  orta 



temperaturu    1

-

5



0

C  və  iyun  ayının  orta  temperaturu  21-27

0

C  arasında  olur.  Bölgə 



üçün  xaralterik  olan  küləyin  orta  illik  sürəti  4-8  m/san-dir.  Əsaən  şümal  küləkləri 

torpağı  qurudur,  buda  bitkilərin  suya  olan  tələbatını  artırır.  Abşeron  yarımadasında 

orta  illik  yağıntı  311  mm  olub,  qeyri-bərabər  paylanmışdır.  Belə  ki,  yarımadanın 



 

70 


 

şimal hissəsinə daha çox yağıntı düşür. Yağıtının əsas hissəsi qış aylarına (60-70%), 

10%-i isə yaz aylarına təsadüf edir [1; 2; 3]. 

 

Abşeron  yarımadasında  torpaq  bircinsli  deyildir,  əsasən  boz-qonurdur,torpaq 



mühiti  qələvidir  və  qida  elementləri  ilə  zəif  təmin  olunmuşdur.  Bu  tip  torpaqlarda 

buğda bitkisinin qida elemntlərinə tələbatı yüksəkdir. Abşeron yarımadasında çoxillik 

meteoroloji göstəricilərin təhlili göstərmişdir ki, bu bölgədə quraqlıq buğdanın dənin 

formalaşması    və  yetişmə  dövrlərinə  təsadüf  edir  ki,  bu  da  son  nəticədə  məhsulun 

formalaşmasına öz mənfi təsirini göstərir. 

Tarla  şəraitində  fenoloji  müşahidələr  çıxışdan  başlayaraq  tam  yetişmə  fazasına 

qədər  Kupermana  görə  [4],  xəstəliklərlə  sirayətlənmə  beynalxalq  seleksiya 

mərkəzlərinin metodikaları əsasında [5; 6] aparılmışdır. 

Tarla təcrübələri ICARDA beynəlxalq təşkilatının tövsiyələrində nəzərdə tutulan 

sxem  əsasında  qoyulmuş,  Abşeronda  vegetasiya  müddəti    ərzində  2  dəfə  suvarma 

aparılmışdır. 

Aparılmış  tədqiqatlara  əsasən  müəyyən  edilmişdir,  ki  əkilmiş  nümunələr  həyat 

tərzlərinə görə əsasən payızlıq olmuşlar. 1-ci  cədvəldə  Beynəlxalq pitomniklərdəki 

buğda nümunələri sünbülləmə müddətlərinə görə qruplaşdırılmışdır.  

 

Beynəlxalq pitomniklərdəki buğda nümunələrinin sünbülləmə müddətlərinə 

görə qruplaşdırılması,  (Abşeron, 2011-2014-cü illər) 

Cədvəl 1 

İllər 

Pitomniklərin adı

 

Nümunələrin 

sayı, ədədlə 

Nümunələrin qruplar üzrə sayı, ədədlə 

I qrup 

(100-110) 

gün 

II qrup 

(110-120) 

gün 

III qrup 

(120-130) 

gün 

IV  

qrup (130 

və çox) gün 

2011 


17

th

 FAWWON IR 



140 



140 

17



th

 FAWWON SA 

75 





75 

2012 



18

th

 FAWWON IR 



234 

12 


203 



18

th

 FAWWON SA 



108 



90 

16 


2013 

19

th



 FAWWON IR 

165 


13 

114 


38 

19



th

 FAWWON SA 

111 



77 



27 

2014 



20

th

 FAWWON IR 



170 

90 



70 

20



th

 FAWWON SA 

108 



38 



62 



 



 

Göründüyü kimi, bütün nümunələr  sünbülləmə müddətlərinə (yanvarın 1-dən 

sünbülləmə tarixinə qədər olan günlərin sayı) görə 4 qrupa bölünmüşdür. 1-ci qrupda 

sünbülləmə müddəti 110 günə qədər olmaqla nümunələrin sünbülləməsi aprel ayının 

2-ci  ongünlüyünə,  2-ci  qrupda  sünbülləmə  müddəti  110-120  gün  olmaqla    aprel 

ayının  3-cü    ongünlüyünə,  3-cü  qrupda  sünbülləmə  müddəti  120-130  gün  olmaqla 

may ayını 1-ci ongünlüyünə, 4-cü qrupda isə  sünbülləmə müddəti 130-gündən artıq 

olamaqla may ayının 2-ci ongünlüyünə təsadüf  etmişdir.  

Çoxillik  fenoloji müşahidələr göstərmişdir ki, aprel ayının sonu və may ayının 

əvvəli  buğda nümunələri üçün  optimal sünbülləmə müddəti hesab edilə bilər,2011-

2014-cü  vegetasiya  illərində  FAWWON  IR  və  FAWWON  SA  pitomniklərində 

toplanmışpayızlıq  yumşaq  buğdaların  küfləvi  sünbülləməsidə  bu  dövrə  təsadüf 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə