Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə32/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   28   29   30   31   32   33   34   35   ...   266

 

63 


 

yuxarı  hissəsindəkilər  isə  (Y)  ən  yüngül  olmuşdur.  Qarabağ  7  və  Qarabağ  33  arpa 

sortlarında  sünbülün  aşağı  hissəsindən  olan  toxumlar  isə  orta  və  yuxarı  hissədən 

olanlar arasında aralıq mövqe tutmuşdur.  

Ozonlaşdırılmış  variantda  Qarabağ  7  və  Qarabağ  33  arpa  sortlarında 

toxumların  cücərmə  sürətini  səciyyələndirən  cücərmə  enerjisi  88,7-94,7%  arasında 

dəyişmişdir.  Sünbülün  orta  hissəsində  formalaşan  toxumların  cücərmə  enerjisi 

(93,0%-94,7%)ən  yüksək  olmuşdur.  Sünbülün  yuxarı  və  aşağı  hissəsindən  olan 

toxumların cücərmə enerjisi isə kəskin fərqlənməyərək müvafiq olaraq, 88,7%-88,9% 

və  89,3%-91,0%  təşkil  etmişdir.  Nəzarət  variantında  bu  göstəricilər  hər  iki  sortda 

sünbülün  orta  hissəsində  formalaşan  toxumlarda  84,5-86,2%,  yuxarı  və  aşağı 

hissədən  olan  toxumlarda  isə  82,0%  və  82,5-83,0%  təşkil  etmişdir.  Bu  onu  göstərir 

ki, orta hissədə formalaşan toxumlar daha yetkindir və bu səbəbdən onlar sünübülün 

digər hissəsindən olan toxumlara nisbətən daha tez cücərir.  

Ozonlaşdırılmış  variantda  hər  iki  arpa  sortunda  (Qarabağ  7  və  Qarabağ  33) 

sünbülün  orta  hissəsində  formalaşan  toxumlar  laborator  cücərməsinə  görə  daha  

yüksək  göstəriciyə  (96%-97,0%)  malik  olmuşlar.  Sünbülün  yuxarı  hissəsindən  olan 

toxumların cücərməsi 92,3%-93,0%, aşağı hissəsindən olan toxumların cücərməsi isə 

93,4%-94,0%  təşkil  etmişdir.  Sünbülün  yuxarı  və  orta  hissəsindən  olan  toxumların 

cücərməsi arasında fərq 3,7%-4,0% olmuşdur ki,  bu da sünbülün eyni hissələrindən 

olan toxumların cücərmə enerjisi arasındakı fərqdən (4,3-5,8%) azdır (Cədvəl 1). 

Cədvəl 1 

Sünbüldə formalaşma  yerindən asılı olaraq payızlıq arpa sortlarının toxum 

keyfiyyəti 

 

Sort/ Variant 

/Toxumların 

sünbüldə 

formalaşma 

yeri 

1000 dən 

kütləsi, qr 

 

Toxumların cücərmə 

enerjisi,% 

 

Toxumların 

cücərməsi, % 

Toxumların 

böyümə gücü, 

Ozonlaşdırılmış 

 Qarabağ 7 Y 

32,20 


88,7 

92,3 


81,0 

Qarabağ 33 Y 

33,40 

88,9 


93,0 

83,0 


 Qarabağ 7 O 

44,0 


93,0 

96,0 


95,0 

Qarabağ 33 O 

46,5 

94,7 


97,0 

98,0 


 Qarabağ 7 A 

38,33 


89,3 

93,4 


88,0 

Qarabağ 33 A 

41,0 

91,0 


94,0 

90,0 


Nəzarət 

 Qarabağ 7 Y 

31,18 

82,0 


84,8 

80,0 


Qarabağ 33 Y 

33,40 


82,0 

85,9 


82,0 

 Qarabağ 7 O 

44,0 

84,5 


87,3 

87,0 


Qarabağ 33 O 

46,5 


86,2 

88,2 


89,0 

 Qarabağ 7 A 

38,33 

82,5 


86,2 

81,0 


Qarabağ 33 A 

41,0 


83,0 

86,7 


83,0 

Qeyd: Y-sünbülün yuxarı hissəsində formalaşan dənlər; O-sünbülün orta hissəsində formalaşan 

dənlər; A-sünbülün alt hissəsində formalaşan dənlər. 




 

64 


 

Sünbülün  orta  hissəsindəki  toxumlardaha  yaxşı  formalaşmış  və  yetişkin 

olduğuna görə digərlərinə nisbətən daha tez cücərirlər. 

Bu  eksperimental  nəticələr  sünbülün  yuxarı  hissəsindən  olan  toxumların 

cücərmə surətinin az  olması qanunauyğunluğunu təsdiqləyir. Yəqin ki, bu sünbülün 

yuxarı  və  aşağı  hissəsindən  olan  toxumların  daha  dərin  və  uzunmüddətli  sükunətdə 

olması ilə bağlıdır. 

Cücərmə  enerjisi  və  cücərmə  faizi  arasındakı  fərq  -  toxumların  yetişkənliyi 

göstəricisinə görə (10%-ə qədər olduqda yetişmiş, 10%-dən çox olduqda isə fizioloji 

olaraq  yetişməmiş)  tədqiq  edilən  toxumların  normal  yetişmiş  olduğu 

təsdiqlənir.Toxumların  səpin  keyfiyyəti  tez,  birgə  cücərmə  və  cücərtilərin  intensiv 

böyüməsi  xüsusiyyəti  -  böyümə  gücü  ilə  daha  tam  ifadə  olunur.  Böyümə  gücünə 

dənin iriliyi, formalaşma və saxlanma şəraiti böyük təsir göstərir. Səpin üçün böyümə 

gücü 80%-dən az olmayan toxumlar istifadə olunur. 

Böyümə gücü  laborator cücərməsi ilə müqayisədə sahə cücərməsi ilə daha sıx 

müsbət  korrelyasiya  təşkil  edir.  Aqronomik  təlabatlara  uyğun  olaraq  səpinə  yararlı 

toxumların  böyümə  gücünün80%-dən  az  olmamasını  nəzərə  alaraq  tədqiqat 

nəticələrinə  əsasən payızlıq arpanln bütün hissələrindən olan toxumların bu təlabata 

uyğun  olması  müəyyən  edilmişdir.  Eyni  zamanda  sünbülün  müxtəlif  hissələrindən 

olan  toxumlar  müxtəlif  böyümə  gücünə  malik  olduğu  kimi  onların  digər  səpin 

keyfiyyətləri də fərqlənir.  Ozonlaşdırılmış variantda hər iki arpa sortunda (Qarabağ 7 

və Qarabağ 33) sünbülün orta hissəsindən olan toxumlar böyümə gücünün maksimal 

qiyməti (95%-98%), aşağı hissədən olan toxumlar isə xeyli aşağı qiyməti (88%-90%) 

ilə səciyyələnir.  

Nəzarət  variantında  hər  iki  sortda  sünbülün  orta  hissəsindən  olan  toxumlarda 

böyümə gücü 87%-89%, aşağı hissədən olan toxumlarda isə 81%-83%təşkil etmişdir.  

Ozonlaşdırılmış  variantda  hər  iki  arpa  sortunda  (Qarabağ  7  və  Qarabağ  33) 

müxtəlif  hissələrdən  olan  toxumların  böyümə  gücündə  maksimal  fərq  (7-8%) 

toxumların cücərmə fərqinə (3%) görə müqayisədə artmışdır. Bu nəticələr göstərir ki, 

payızlıq  arpanın  sünbülü  həddində  toxumların  bioloji  dəyərliliyinin  differensasiyası 

onların cücərmə şəraitinin çətinləşməsi zamanı yüksəlir. 

Sonrakı  tədqiqatlar  göstərir  ki,  payızlıq  arpanın  sünbülü  həddində  toxumlar 

yalnız cücərmə  və cücərtilər formalaşdırmaqda fərqli xüsusiyyətlərə  malik  olmayıb, 

həmçinin  qeyri  bərabər  keyfiyyətli  cücərtilər  yaradırlar.  Cücərtilərin  uzunluğu  və 

kütləsi,  sayı,  köklərin  uzunluğu  -və  kütləsi  sünbülün  müxtəlif  hissələrindən  olan 

toxumlarda  fərqlənir.  Ozonlaşdırılmış  vatiantda  Qarabağ  7  və  Qarabağ  33  arpa 

sortlarında  sünbülün  orta  hissəsindən  olan  toxumların  zoğlarının  uzunluğu  10,0sm-

10,7sm,  yuxarı  hissədən  olanlarda  isə  9,0sm-9,5sm,  kökün  uzunluğu  isə  müvafiq 

olaraq,  15,3sm-16,0sm  və    13,7sm-14,6sm  təşkil  etmişdir.  Nəzarət  variantında  isə 

uyğun  olaraq  8,2sm-8,9sm;  7,0sm-7,6sm,  kökün  uzunluğu  isə  12,4sm-13,6sm  və 

12,5sm-13,2sm  təşkil  etmişdir.  Lakin  sünbülün  orta  hissəsindən  olan  toxumlar  digər 

hissədən  olan  toxumlara  nisbətən  daha  çox  ilkin  köklər  yaratmışdır.  Belə  ki, 

ozonlaşdırılmış  vatiantda  Qarabağ  7  və  Qarabağ  33  arpa  sortlarında  sünbülün  orta 

hissəsindən olan toxumlarda bir cücərtidə kökcük sayı 4.2-4,9 ədəd, sünbülün yuxarı 

hissəsindən  olan  toxumların  cücərtisində  isə  3,9-4,4  ədəd  olmuşdur.  Nəzarət 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə