Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə30/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   26   27   28   29   30   31   32   33   ...   266

 

59 


 

The article presents results of a study of plant height of 113 intraspecific hybrid 

wheat lines of the fourth generation in irrigated conditions of Absheron. Hybrid lines 

grouped  according  to  this  sign,  valuable  combination  on  this  triat  have  been 

determined.  

 

UOT

630*164.8;

633.162 

SÜNBÜLDƏ FORMALAŞMA YERİNDƏN ASILI OLARAQ 

OZONLAŞDIRMANIN PAYIZLIQ ARPA TOXUMLARININ CÜCƏRMƏ 

PROSESİNƏ TƏSİRİ 

S.M.MƏMMƏDOVA

1-2 

 

1-AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Azadlıq pr. 155, Bakı; 2-KTN 

Əkinçilik Elmi Tədqiqat İnstitutu, AZ1098, Pirşağı qəs., Sovxoz № 2, Bakı.   е-

mail: 

sevka_m@yahoo.com

 

 

Məqalədə  ozonun  maksimal  stimullaşdırıcı  dozasının  Qarabağ  7  və  Qarabağ 

33 payızlıq arpa sortlarında sünbüldə formalaşma yerindən asılı olaraq toxumların 

cücərmə  prosesinə  təsirinin  müəyyən  edilməsi  istiqamətində  aparılmış  laborator 

tədqiqatlarının nəticələri verilmişdir. 

Sünbülün    yuxarı,  orta  və  aşağı  hissəsindən  olan 

toxumların  səpinqabağı

 

1400   ppm  х  20  dəq.  dozada



  ozonla  işlənilməsinin  cücərməni  stimullaşdırması

 

müəyyən olunmuşdur.  

 

Açar  sözlər:  ozon,  arpa,  sünbül,  toxum,  doza,  stimullaşdırma,  cücərmə, 

səpinqabağı işlənilmə 



Ключевые  слова:  озон,  ячмень,  колос,  семена,  доза,  стимуляция, 

всхожесть,  предпосевная обработка 



Key  words:  ozone,  barley,  spike,  seeds,  doze,  stimulation,  germination,  pre 

sowing treatment 



 

K/t  istehsalında  toxumçuluq  kimi  bəzi  texnoloji  proseslərin  effektliliyinin 

artırılması  üsullarından  biri  ozon-hava  qarışığından  istifadədir.  Bu  ozonun  kənd 

təsərrüfatı  bioloji  obyektlərində  maddələr  və  enerji  mübadiləsinin  əsası  olan  əksər 

biokimyəvi  peoseslərdə  iştirakı  ilə  şərtlənir 

[1;  2]


.  Ozon  təsiri  ilə  toxumların 

cücərməsi,  bitkilərin  böyüməsi  və  rizogenez  proseslərinin  aktivləşməsi  ilə 

stimullaşma inkişafın ilkin mərhələlərindən müşahidə edilir. 

Toxumların  cücərməsi    bitki  orqanizmləri  həyatında  yalnız  bu  və  ya  digər  

növün  mövcudluğunu    deyil,  həmçinin  k/t  bitkiləri  məhsulunun  miqdarını  da  təmin 

edən ilk kritik mərhələdir. Cücərmə dənin sükunət halından aktiv fəaliyyətə keçməsi 

prosesində baş verən fiziki və bioloji dəyişikliklərin cəmi olaraq, yalnız morfologiya 

və biokimyaya görə mürəkkəb olmayıb ətraf mühitdən güclü dərəcədə asılıdr

[3]. 

Hər bir toxum onun cücərməsi dövründə meydana çıxan morfoloji və fizioloji 



fərqliliyə,  individuallığa  (fərdiliyə)  malikdir.  Hətta  öz-özünə  tozlanan    bitkilərin 

yüksək dərəcədə eyniləşmiş sortu həddində hər bir toxum  bu sortun əsas əlamətləri 

və  maddələr  mübadiləsi  xüsusiyyətlərini  qoruyub  saxlasa  belə  ümumilikdə,  bioloji 



 

60 


 

cəhətdən  digərlərindən  fərqlənir.  Bu  fərqliliklərin  çətinliklə    nəzərə  çarpmasına 

baxmayaraq, onlar yeni davamlı sortların yaradılmasının əsasını təşkil edə  bilər. 

K/t bitkiləri əkinlərində yüksək məhsulun formalaşması üçün zəruri şərtlərdən 

biri  səpin  üçün  yüksək  keyfiyyətli  toxumların  istifadəsidir.  Toxum  materialının 

keyfiyyəti  toxumların  sahə  cücərməsi,  ilkin  inkişaf,  bitkilərin  sağ  qalması  və  son 

nəticədə bitki sıxlığını şərtləndirir. Bundan başqa k/t bitkilərinin becərilməsinin digər 

texnoloji  əməliyyatlarının  effektivliyi  də  əsasən  səpilmiş  toxumun  keyfiyyətindən 

asılıdır [4]. 

Bu  baxımdan  toxumların  səpin  qabağı  işlənilməsi  bitkinin  maksimal 

potensialının  reallaşmasında  ilkin  addım  olub,  toxumların  cücərməsi,  birkilərin 

böyüməsinin  stimullaşması,  böyümə  enerjisinin  artması  və  məhsuldarlığın 

yüksəlməsi məqsədi ilə aparılır.  

Toxum materialının eyni tayı (partiyası) adətən müxtəlif keyfiyyətli toxumlarla 

təmsil  edilir.  Toxumlar  bir  birindən  fiziki  parametrləri,  fizioloji  xüsusiyyətləri  və 

kimyəvi tərkibləri ilə fərqlənir [5]. 

Toxumların  müxtəlif  keyfiyyətliliyinin  üç  növü  ayırd  edilir  -  ekoloji,  genetik 

və matrikal. Ekoloji müxtəlif keyfiyyətlilik ana bitkinin böyümə və inkişaf mühitinin 

dəyişkənliyi  nəticəsində  baş  verir.  Ekoloji  amillərlə  şərtlənən  toxum  keyfiyyəti 

dəyişkənliyi fenotyipik dəyişkənlik də adlanır. Genetik müxtəlif keyfiyyətliliyə ayrı-

ayrı  tozcuq  dənələrinin,  yumurtalıq  və  rüşeym  kisələrinin  tərkib  və 

xüsusiyyətlərindəki fərq səbəb olur. Genetik müxtəlif keyfiyyətlilik bir qayda olaraq 

irsidir. 

Toxumların daha güclü ifadə olunan müxtəlif keyfiyyətliliyi matrikal müxtəlif 

keyfiyyətlilikdir.  Toxumların  müxtəlif  keyfiyyətliliyinin  bu  növü  toxumun  ana 

bitkidə  müxtılif  yerdə  yerləşməsi  nəticəsində  baş  verir  ki,  bu  da  fərqli  qidalanma 

rejimi və toxmun digər fomalaşma şərtlərinə səbəb olur [3; 5; 6; 7]. 

Muxtəlif  keyfiyyətliliyin  bu  3  forması  bir-birilə  əlaqədardır.  Bunların  aradan 

qaldırılması  və  yaxud  azalması  ucun  seleksiya,  toxumculuq  və  aqrotexniki  usul  və 

metodlardan istifadə olunur. 

Toxumların  müxtəlif  keyfiyyətliliyi  bütov  populyasiyada  bitkilərin 

polimorfizminə  –  cücərtilərin    müxtəlif  vaxtlarda  əmələ  gəlməsi,  qeyri-bərabər 

böyümə  və  inkişafı,  fərqli  məhsuldarlığa  səbəb  olur.  Toxum  tayının  (partiyasının) 

düzgün  qiymətləndirilməsi  və  bioloji  olaraq  daha  çox  yararlı  toxumların  seçilməsi 

üçün  toxumların  keyfiyyətinin  dəyişkənliyi,  onun  bitkilərin  böyümə  və  inkişafının 

intensivliyinə təsiri haqda elmi informasiyanın olması zəruridir. 

Bəzən  eyni  laborator  cücərməsi  olan  toxumlar  səpindən  sonra  müxtəlif  sahə 

cücərməsinə malik olur. Xüsusilə bu müxtəlif toxum fraksiyasının səpilməsi zamanı 

müşahidə edilir. Bu onunla izah olunur ki, fraksiyalar  bir çox digər göstəricilərə görə 

(kütlə, zədələnmə, irilik, sıxlıq və s.) fərqlənir.  

Toxumların  ozonla  işlənilməsinin  cücərmə  enerjisinin  artırılması  hesabına 

toxumların cücərməsini sürətləndirməsinə, tez cücərən toxumların sayını artırmasına, 

bütün  inkişaf  mərhələlərinin  daha  tez  başlaması  və  davametməsinin  qısalmasına 

səbəb  olması,  toxumların  müxtəlif  keyfiyyətliliyinin  öyrənilməsinin,    onların  fərdi 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə