Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə27/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   23   24   25   26   27   28   29   30   ...   266

 

53 


 

      2013-2014-cü  vegetasiya  ilində  tədqiq  olunan  genotiplərin  3-cü  və  2-ci 

buğumaralarının  uzunluğunun  orta  qiyməti  uyğun  olaraq  18,4  və  13,7sm  olduğu  və 

genotiplər  arasındakı    fərqin  0,01  səviyyəsində  önəmli  olduğu  görülmüşdür.  3-cü 

buğumarası 

12  IWWYT  №6

,  Sönməz, 

11  IWWYT  №20

,  və  Qızıl  buğda  genotiplərində 

23,9-22,1sm arasında (a,b qrupu) ən uzun,Vostorq, Aran və Qırmızı gül 1 genotipləri 

isə 12,6-14,4sm arasında (m, l qrupu) ən qısa olmuşdur. 2-ci buğumarası isə Sönməz, 

12 IWWYT №6, 12  IWWYT №17

və Qızıl buğda genotiplərində 21,0-16,8sm arasında ən 

böyük,  Qırmızı  gül1,  Vostorq,  Tale38,  Fatimə  genotiplərində  isə  8,7-11,3sm  (l,  k 

qrupu)  olmaqla,  ən  kiçik  qiymətə  malik  olmuşdur.  3-cü  və  2-ci  buğumaralarının 

uzunluqları da sünbül altlığında olduğu kimi əsasən hündür boylu genotiplərdə uzun, 

qısa boylularda isə qısa olmuşdur. Qeyd etmək lazımdır ki, Şəki1 və

7  WON-SA №477

 

genotipləri  hündür  boylu  (104  sm)  olmalarına  rəğmən  onlarda  2-ci  buğumarasının 



uzunluğu  digər  hündürboylulara  nisbətən  az  olmuşdur  (13,3  və  14,6sm).  Bu  xüsus 

həmin genotiplərin 2-ci buğumarasının uzunluğu daha çox olan Bezostaya 1, Sönməz, 

11  IWWYT  №20,  12  IWWYT  №17,  12  IWWYT  №6

  və 


12  IWWYT  №9

  genotiplərinə 

nisbətən yatmaya qarşı daha davamlı olmalarına səbəb olmuşdur. 

     Sünbül altlığının, 3-cü və 2-ci buğumaralarının ortadan diametrlərinin ölçülərində 

genotiplər  arasında  0,01  səviyyəsində  statistik  önəmli  fərqlər  müşahidə  edilmişdir. 

Sünbül altlığının ortadan diametri Qobustan, 

12 IWWYT №6

, Qızıl buğda, Bezostaya1 

və  Ferrugineum  2/19  genotiplərində  2,82-3,03mm  (a  qrupu)  olmaqla  ən  yüksək,

12 


IWWYT №8

, Aran və Qırmızı gül1 genotiplərində isə 2,45-2,22mm (f qrupu) olmaqla 

ən  kiçik  dəyərlərə  malik  olmuşdur.  3-cü  və  2-ci  buğumaralarının  diametrlərində  də 

genotiplər  arasında  fərqlər  müşahidə  edilmişdir.  Sünbül  altlığının  ortadan  diametri 

yüksək qiymətə malik olan genotiplərin 3-cü və 2-ci  buğumaralarının da diametrləri 

əsasən yuxarı və əksinə sünbül altlığının diametri kiçik olan genotiplərin 3-cü və 2-ci 

buğumaralarının da diametri əsasən  kiçik olmuşdur. 

      Gövdənin  parametrlərindən  biri  də  onun  doluluq  dərəcəsi,  başqa  sözlə  vahid 

sahəsinin çəkisidir. Bu parametri müqayisə etmək üçün tərəfimizdən gövdə hissələri 

sabit  çəkiyə  gələnə  qədər  qurudulmuş  və  quru  çəki  həmin  hissənin  uzunluğuna 

bölünmüşdür. Alınan nəticələrdən göründüyü kimi (cədvəl 2) gövdə hissəsinin vahid 

uzunluğunun  quru  çəkisinə  (VUQÇ)  görə  tədqiq  olunan  genotiplər  arasında 

statistikönəmli fərqlər vardır. Cədvəldən göründüyü kimi, Tale38, Vostorq, Murov 2, 

Zirvə85  genotiplərinin  VUQÇ-i  gövdənin  hər  üç  hissəsində  yüksəkdir. 

Ferrugineum2/19, Sönməz,

11 IWWYT №20, 12 IWWYT №9, 12 IWWYT №8

 və s. bir sıra 

genotiplərin isə bu parametrləri hər üç hissədə aşağıdır. Vostorq,  Murov 2,  Tale38, 

Zirvə85  genotiplərində  xüsusilə  2-ci  buğumarasının  VUQÇ-i  digər  genotiplərə 

nisbətən xeyli yüksək olduğu müşahidə edilmişdir. 

      Beləliklə,  21  payızlıq  yumşaq  buğda  genotipinin  gövdə  parametrlərinin 

müqayisəli  tədqiqi  öyrənilən  parametrlərin  qiymətində  statistik  önəmli  fərqlərin 

olduğunu  göstərmişdir.  Bu  baxımdan  gələcəkdəgövdə  parametrlərinin  digər 

morfofizioloji parametrlər və məhsuldarlıqla əlaqəli şəkildə daha ətraflı öyrənilməsi, 

quraq  dəmyə  şəraitdə  payızlıq  yumşaq  buğdan  seleksiyasında  mühüm  rol  oynaya 

bilər.  


 


 

54 


 

ƏDƏBİYYAT 

 

1.

 



 Алиев  Дж.А.  Селекция  пшеницы  в  Азербайджане.//Известия  НАНА, 

серия биол. науки,  2006, № 3-4,c. 3-32 

2.

 

Алиев Дж.А. Значение  фотосинтеза различных органов в синтезе белков 



в зерне генотипов пшеницы при водном стрессе.//Известия НАНА,  серия 

биол. науки,  2002,  №1-6, с. 5-19 

3.

 

Aliyev  J.A.    Photosynthesis,  photorespiration  and  productivity  of  wheat  and 



soybean genotypes. //Physiol. Plantarum, 2012, v.145, issues, p. 369-383 

4.

 



 Atabay A. Jahangirov,  Ali  A. Jahangirov, Hamid  N. Hamidov, and  Irada M. 

Huseynova.  Morphological  characteristics of  autumn bread wheat in rainfed  

sub-humidareas 

of 


Azerbaijan./International 

Conference                

“Photosynthesis  Research    for    Sustainability”    in  honor  of    Jalal  

A.Aliyev.Baku 2013, p.94 

 

ИССЛЕДОВАНИЕ ПАРАМЕТРОВ СТЕБЛЯ У ОЗИМОЙ МЯГКОЙ 

ПШЕНИЦЫ 

 

А.А.Джахангиров

2

,   Дж.М.Талаи

1

,  Г.Н.Гамидов

2

, А.А.Джахангиров

2

 

1

НИИ Земледелия, 

2

Гобустанская ЗОС НИИ Земледелия 

 

В условиях необеспеченной богарыисследованы параметры частей стебля 



21  генотипов  озимой  мягкой  пшеницы.  Измерения  длины,  диаметра  с 

середины  и  сухого  веса  единицы,  длины  колосоножки,  3-го  и  2-го 

междоузлия  показало,  что  имеется  статистически  существенная  разница 

между  исследованными  генотипами  по  этим  параметрам.  Выявлено,  что 

имеется  положительная  связь  между  длинами  частей  стебля  и  высотою  

растения. Вместе с тем  у некоторых генотипов несмотря на то, что высота 

растения  была  меньше,    длина  колосоножки    была  выше  по  сравнению  с 

другими генотипами. Показано, что сухой вес единицы длины частей стебля 

выше  у  генотипов  Тале-38,  Восторг,  Муров  2    и  Зирва  85,  по  сравнению  с 

другими. 

 

INVESTIGATION OF STEM INDEXES OF WINTER BREAD WHEAT 

 

А.А.Jangirov

2

,   J.М.ТаLai

1

,  H.N.Hamidov

2

,А.А.Jangirov

2

 

1

Research Institute of Crop Husbandry, 

2

Gobustan RES 

 

Stem  part  indexes  of  21  winter  wheat  genotypes  have  investigated  in  arid 



condition.  Measurements  of  stem  length,  diameters  in  the  middle  and  dry  weight 

of  unit,  length  of  peduncle,  3-rd  and  2-nd  internodes  show  existence  of 

statistically  considerable  differences  between  investigated  genotypes  on  studied 

indexes.  Positive  correlation  between  length  of  stem  parts  and  plant  height  has 

determined.  Also  some  genotypes  have  differed  on  high  length  of  peduncle  in 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə