Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə23/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   19   20   21   22   23   24   25   26   ...   266

 

44 


 

Beləliklə,  alınan  nəticələrə  əsasən  tədqiq  olunan  bütün  monogen  sortların 

sünbülün rənginə görə genetik pasportları Rg1 rg2, Strela sortu üçün – Rg1 Rg2 kimi 

yazıla bilər (Cədvəl 4.) 



 

Bəzi sortların qilçiqsizliq  əlamətinə görə genetik pasportlarının təyin edilməsi 

 

Məlumdurki,  yumşaq  buğdalarda  qilçiqların  inkişafının  qarşısının  alınmasında 



müvafiq  olaraq  4B,  5A  və  6B  xromosomlarında  yerləşən  Hd,  B1  və  B2  dominant 

inhibitorlar  iştirak  edir  [2;  8;  9;  11].  Lakin  dominant  genlərin  sayından  və 

ekspressiyalarından asılı olaraq sortlarda bu əlamət müxtəlif  dərəcədə özunu göstərir. 

Qılçıqsız  sortlar  arasında,  o  cümlədən  Bezostaya  1  sortunda    çox  geniş  yayılan  B1 

geni digər genlərə nisbətən daha güclü effektivliyi ilə xarakterizə olunur. Bu qəbildən 

olan sortların sünbüllərinin  yuxarı  sünbülcüklərində xarakterik qısa qilçıq çıxıntıları 

inkişaf  edir  ki,  onlarında  uzunluğu  genotiplərdən  asılı  olaraq  xeyli  fərqlənir.  Çoxlu 

sayda,  o  cümlədən  Uğur,  Qiymətli  2/17,  Tərəqqi,  Aran,  Azəri,  Səba,  Murov1, 

Murov2,  Şəki  1,  Arzu,  Qiymətli  80,  Pərzivan  1,  Saratovskaya29,  Diamant  qılçıqsız 

sortların iştirakı ilə aparılan genetik analizlərin nəticələri  onlarda 5A xromosomunda 

yerləşən  B1  geninin  və  ehtimal  olunan  müxtəlif  sayda    modifikator  genlərin  (A1  – 

A15 ) mövcudluğunu göstərdi.  

Tədqiq olunan zəngin kolleksiya sortları arasında çox az sayda genotiplərə rast 

gəlinirdi ki, onlarda, nəinki qısa uzunluqda olan qılçıqlar, hətta ən kiçik ölçülü qılçıq 

çıxıntıları  belə  inkişaf  etməmiş  olsun.  Bu  cür  genotiplərin    tipik  nümayəndələrinə  

Federation  və  Chinese  Spring  sortları  aid  edilə  bilər.  Ədəbiyyat  mənbələrindən 

məlumdur ki, Federation sortunda qılçıqların inkişafının qarşısının  tam alınması iki 

dominant  inhibitor  –  hd  B1B2,  Chinese  Spring  sortunda  isə  digər  iki  –  Hd  b1B2  

genləri ilə təmin olunur. 

Eksperimentlərdə öyrənilən qilçiqsız Kometa sortu fenotipik cəhətdən yuxarıda 

adı  çəkilən  sortlardan  fərqlənmirdi  və  qılçıqlı  sortlarla  F

2

  hibrid  analizlərdə  bu 



əlamətə  görə  ikigenli  irsiyyət  xüsusiyyəti  ilə  səciyyələnirdi.  Bu  sortun  daşıdığı  iki 

dominant    gendən  birinin  hansı  genə  məxsus  olduğunu  aşkar  etmək  məqsədi  ilə  o,  

yeganə B1 genini daşıyan 10 monogen qılçıqsız testlərin iştirakı ilə  aparılan genetik 

analizlərə  cəlb  olunmuşdu.  Tədqiq  olunan  F

2

  hibrid  kombinasiyalarının  nəticələri 



Kometa  sortunun  iki  dominant  gendən  birini,  məhz,  B1  inhibitorunu  təyin  etməyə 

imkan  verdi.  Öyrənilən  10  hibrid  kombinasiyaların  hamısında    bütün  F

2

  hibrid  



bitkiləri ya Kometa sortu kimi tam qılçıqsızlıqla, ya da digər valideyn formaları kimi 

yuxarı  sünbülcüklərdə  qısa  uzunluğa  malik  qılçıq  çıxıntıları  ilə  xarakterizə 

olunurdular. Hibrid bitkilər arasında bir dənə də olsun qılçıqlı formanın yaranmaması  

Kometa  sortunda  B1  geninin  mövcudluğunu  tam  əminliklə  sübut  edirdi.  Beləliklə,  

B1 geninin mövcudluğunu təyin edib, Kometa sortunun ikinci geninin   digər məlum 

olan hansı genlə, Hd və ya B2 geni ilə allellik təşkil etdiyi  böyük  maraq doğururdu. 

Bu məqsədlə ikigenli sortlar arasında mümkün  olan bütün  F

2

  hibrid  populyasiyaları 



üzrə  – Kometa x Chinese Spring, Chinese Spring x Kometa; Kometa x Federation, 

Federation  x  Kometa;  Chinese  Spring  x  Federation;  Federation  x  Chinese  Spring  - 

genetik analizlər aparılmışdır. 



 

45 


 

Nəzəri cəhətdən Kometa x Chinese Spring, Chinese Spring x Kometa  F

hibrid 


kombinasiyalarında  Chinese  Spring  sortu  B1  geninin  resessiv-  b1  allelini 

daşıdığindan burada qısa uzunluqlu qılçıq  çıxıntılarına malik bitkilərin əmələ gəlmə 

ehtimalı gözlənilirdı.  Aparılan müşahidələr həqiqətən də bu hibrid kombinasiyalarda 

müəyyən hissə bitkilərin qisa  qılçıq  çıxıntılarına malik olduğunu göstərdi ki, bu da 

nəzəri gözlənilən nəticələri faktiki olaraq tam təsdiq etdi. Nəzəri gözlənilən nəticələr  

eyni ilə müəyyən sayda bu tip bitkilərin  Chinese Spring x Federation; Federation x 

Chinese  Spring  F

2

  hibrid  kombinasiyalarında    müşahidə  edilməsi  ilə  də  sübuta 



yetirildi. 

O  ki  qaldı  Kometa  x  Federation,  Federation  x  Kometa  F

2

  hibrid 



kombinasiyalarına,  əgər  bu  populyasiyalarda  müəyyən  hissə  bitkilər    qisa    qılçıq  

çıxıntıları ilə səciyyələnsəydilər, onda haqlı olaraq Kometa sortunun ikinci dominant 

inhibitorunu  Hd  geni  saymaq  olardı.  Ancaq  müşahidələr  göstərdi  ki,  hər  iki 

kombinasiyada  əmələ  gəlmiş  bitkilərin  heç  biri  qılçıq  çıxıntısına  malik  olmamış, 

fenotipik cəhətdən öz valideynləri ilə öyrənilən əlamətə görə eynilik təşkil etmişlər. 

Alınan  nəticələr  ona  dəlalət  edir  ki,  Kometa  sortunun  sünbülünün  tam 

qılçıqsızlığı  5A  və  6B  xromosomlarında  yerləşən  müvafiq  B1  və  B2  dominant 

inhibitorlarının  fəaliyyəti  ilə  idarə  olunur,  bu  əlamətə  görə  onun  genetik  pasportu 

Federation sortu ilə tam oxşarlıq təşkil edir və belə yazıla bilər: hd B1 B2 (cədvəl 4). 

 

Bəzi sortlarda hibrid cirtdanlığı və hibrid nekrozu  yaradan  gen sistemlərinin 



təyin edilməsi 

 

Buğda bitkisinin fərdi  genetikasının tədqiqi sahəsində ən  mühüm  məsələlərdən 

biri hibrid letallığı yaradan gen sistemlərinin, o cümlədən, hibrid cırtdanlığı və hibrid 

nekrozu əmələ gətirən genlərin aşkar edilməsidir. Tədqiqatlarla məlum olmuşdur ki, 

hər  iki  əlamətin  fenotipik  təzahürü  ən  azı  2,  3  və  hətta  4    komplementar  dominant 

genlərinin qarşılıqlı təsiri ilə çox zaman qısa gün uzunluğunda müşahidə edilir. Eyni 

zamanda  məlum  olmuşdur  ki,  hibrid  cırtdanlığı  əlaməti  müvafiq  olaraq  2DS,    2BL,  

4AL, 2DL xromosomlarının müvafiq çiyinlərində yerləşən  D1,D2,D3 və D4 genləri 

ilə  idarə  olunur.  Həyata  keçirilən  genetik  analizlər  nəticəsində  Saratovskaya  29,  

Diamant,  Pavlovka,  Ranq,  Qabo,  Lütessens  55  /11,  T.Dirk  (Vrn1),  Asteca,  

Intensivnaya və  Lermo Rojo sortlarının bu genlərin müvafiq allellərini daşıdıqlarını 

göstərdi  və  test  sortların  köməkliyi  ilə  onların  genotip  pasportlarını  aşağıdakı  kimi 

tərtib etməyə imkan verdi: Saratovskaya 29, Lütessens 55 /11  – D1d2d3d4; Diamant,  

Pavlovka, Asteca, İntensivnaya, T.Dirk (Vrn1)  – d1D2d3d4;   Qabo, Lermo Rojo  –

D1D2d3d4 (cədvəl 5). 

 

 



 

 

 

 

 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə