Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə25/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   21   22   23   24   25   26   27   28   ...   266

 

48 


 

морфологические  признаки  и  дан  генетический  паспорт  генотипам  сортов 

мягкой пшеницы  по визуально выраженным свойствам. 

 

CHROMOSOMAL LOCALIZATION OF THE GENES CONTROLLING 



SOME MORPHOLOGICAL TRAITS AND GENETIC CERTIFICATION OF 

VARIETIES OF COMMON WHEAT 

 

E.B.Aliev Phd 

E-mail 

elxan-aliyev00@rambler.ru

 

Research Institute of Crop Husbandry 

 

In  present  article  results  of  genetic  analyses  F



2, 

on  chromosomal  localization  of 

the genes, controlling some morphological traits  are resulted and the genetic passport 

genotypes of varieties of common wheat on visually expressed properties is given.

 

 

UOT. 633.11; 633.12     

 

PAYIZLIQ YUMŞAQBUĞDANIN GÖVDƏ PARAMETRLƏRİNİN 

TƏDQİQİ 

 

Ə.A.CAHANGİROV



2

,  C.M.TƏLAİ

1

, H.N.HƏMİDOV

2

, A.A.CAHANGİROV

2

 

1

 Əkinçilik ET İnstitutu,  Az 1098, Bakı, Sovxoz №2, 

talai_akinchi@box.az 

2

Az.ETƏİ, Qobustan BTS, AZ 3700, Qobustan rayonu, Qobustan şəhəri, 

a.cahangir@hotmail.com



 

Nəmliklə təmin olunmamış quraq dəmyə şəraitində payızlıq yumşaq buğdanın 21 

genotipinin gövdə hissələrinin parametrləri tədqiq edilmişdir. Sünbül altlığı, 3-cü və 

2-ci buğumaralarının uzunluğunun, ortadan diametrinin və vahid uzunluğunun, quru 

çəkisinin  ölçülməsi  bu  parametrlərə  görə  genotiplər  arasında  statistik  önəmli 

fərqlərin  olduğunu  göstərmişdir.  Müəyyən  olunmuşdur  ki,  gövdənin  ayrı-ayrı 

hissələrinin  uzunluğu  ilə  bitki  boyu  arasında  müsbət  əlaqə  vardır.  Bununla  yanaşı 

bəzi  genotiplərdə  bitki  boyunun  kiçik  olmasına  baxmayaraq  sünbül  altlığının 

uzunluğu  digərlərindən  çox  olmuşdur.  Gövdə  hissələrinin  vahid  uzunluğunun  quru 

çəkisi Tale-38, Vastorq, Murov-2 və Zirvə-85 genotiplərində digərlərinə nisbətən çox 

olmuşdur. 

 

Açar sözlər:  quraq dəmyə şəraiti, payızlıq yumşaq buğda, gövdə parametrləri 

Ключевые  слова:    необеспеченная  богарная  условия,  озимая  мягкая 

пшеница,  параметры стебля 



Key  words: arid conditions, winter bread wheat, stem parametrs  

 

Azərbaycanda  torpaq  iqlim  şəraitinin  zənginliyinə  və  aparılan  arxeoloji 



qazıntıların  nəticələrinə  görə  buranı  buğdanın  mənşəyi  hesab  oluna  biləcək 


 

49 


 

mərkəzlərdən  biri  kimi  ehtimal  etmək  olar  [1].  Eyni  zamanda  hazırda  da 

Azərbaycanın  bütün  bölgələrində  taxıl  bitkiləri  və  əsasən  buğda  geniş  ərazilərdə 

əkilir. Akademik Cəlal Əliyev Azərbaycanda buğda yetişdirilən əraziləri torpaq iqlim 

xüsusiyyətlərinə görə əsasən doqquz bölgəyə ayırmışdır [1]. Həmin bölgələrdə torpaq 

iqlim  xüsusiyyətləri  ümumiləşdirilmiş  və  bölgə  üçün  tələb  olunan  buğda  sortlarının 

cavab  verməli  olduğu  biotik  və    abiotik  stres  amilləri  qeyd  olunmuşdur.  Beləliklə, 

buğda  yetişdirilən  bölgənin  özünün  təbii  torpaq  və  iqlim  xüsusiyyətlərinin  nəzərə 

alınmasıyla  hər  bir  bölgə  üçün  özünə  uyğun  sortun  yaradılmasının  önəmi 

vurğulanmışdır.  

Azərbaycanın  əsas    taxılçılıq  bölgələrindən  biri  də  Dağlıq  Şirvan  bölgəsidir. 

Torpaq  iqlim  xüsusiyyətlərinə  görə  çox  mürəkkəb  olan  bu  bölgədə  taxılçılıqla 

səmərəli  şəkildə  məşğul  olunaraq  ondan  yüksək  məhsul  alınması  həmin  bölgə  üçün 

uyğun  olan  düzgün  aqrotexnikanın    tətbiqini  və  sortların  düzgün  seçilməsini  tələb 

edir.  Payızın  qeyri  stabil,  qışın  sərt,  bəzən  quru  şaxtalı,  yaz  yay  aylarının  isə  çox 

illərdə  quraq  keçməsi  bu  bölgənin  qısa  xarakteristikası  kimi  verilə  bilər.  Belə  bir 

həssas  bölgədə  payızlıq  buğdadan  yüksək  məhsul  alınması  həmin  bölgəyə  uyğun 

sortların  yaradılmasını  tələb  edir.  Akademik Cəlal Əliyevin qeyd  etdiyi kimi sortun 

yaradılması  üçün  həmin  bölgəyə  uyğun  morfofiozioloji  xüsusiyyətlərin 

öyrənilməsinin  və  bu  əlamətlərin  praktiki  seleksiya  işində  tətbiqinin  mühüm 

əhəmiyyəti vardır [2; 3].  

Qeyd  edək  ki,  taxıl  bitkilərində  gövdə  əsas  funksiyası  ilə  yanaşı  həm  də 

reproduktiv  fazaya qədər əmələ gələn və strukturu təşkil etdikdən sonra artıq qalan 

assimilyatların  depolandığı  bir  orqandır.  Ona  görə  də  gövdə  hissələrinin 

parametrlərinin  tədqiqi  və  onun  payızlıq  yumşaq  buğdanın  məhsuldarlığının  

formalaşmasında rolunun müəyyən edilməsi elmi və praktiki əhəmiyyətə malikdir. 

Tədqiqatlar  2013-2014-cü  vegetasiya  ilində  Dağlıq  Şirvanın  nəmliklə  təmin 

olunmamış  dəmyə  şəraitində  aparılmışdır.  Təcrübələr  Əkinçilik  ElmiTədqiqat 

İnstitutunun  Qobustan  Bölgə  Təcrübə  Stansiyasının  əkin  sahələrində  qoyulmuşdur. 

Əkin ərazisi dəniz səviyyəsindən 780 m yüksəklikdə yerləşir. Bölgənin torpaq örtüyü 

açıq  şabalıdı  torpaq  tipinə  mənsub  olmaqla  karbonatlıdır.  Əkin  qatında  ph=8,6, 

humusun miqdarı 1,25-2,17%, asan mənimsənilən azot 1kq torpaqda 42,7 mq,  fosfor 

23,4 mq, K

2

O 100 qr torpaqda 17,5 mq təşkil edir. Göründüyü kimi, təcrübə yerinin 



torpağı zəif qələvi mühitə malik olmaqla humus baxımından orta, fosfor baxımından 

zəif, kalium baxımından isə normal xarakterlidir.  

Gövdənin parametrləri olaraq sünbül altlığı, üçüncü və ikinci buğumaralarının 

(buğumaraları  bitkidə  aşağıdan  yuxarıya  doğru  nömrələnmişdir)  uzunluğu,  ortadan 

diametri  və  vahid  uzunluqdakı  quru  çəkisi  təyin  edilmişdir.Tədqiqata  yumşaq 

buğdanin 21 sort və xətti daxil edilmişdir. Ölçmələr bitkilər inkişafını tamamladıqdan 

sonra,  yəni  dənin  formalaşması  fazasının  əvvəlində  aparılmışdır.  Bunun  üçün  həmin 

fazada  təcrübə  bölməsindən  5  ədəd  əsas  bitki  götürülərək  hissələrə  ayrılmışdır. 

Sünbül  altlığı,  üçüncü  və  ikinci  buğumaralarının  uzunluqları  xətkeşlə,  ortadan 

diametrləri  isə  elektron  ştangenpərgarla  ölçülmüşdür.  Sonradan  həmin  hissələr 

termostatda  80ºC-də  sabit  çəkiyə  gələnə  qədər  qurudulmuş  və  elektron  tərəzidə 

çəkilmişdir.  Hər  bir  hissə  üçün  quru  çəkinin  uzunluğa  bölünməsiylə  vahid 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə