284
məhsuldarlığına (dən və yaşıl kütlə) təsir göstərən əsas amillərdən biridə xəstəlik və
zərərvericilərdir [3]. Tədqiqat illəri ərzində Zaqatala BTS-də vegetasiya dövründəbir
sıra xəstəliklər müşahidə edilmişdir:
Qarğıdalı cücərtilərinin fuzariozu - bu xəstəlik zamanı yeni cücərən bitkinin
səthində göbələyin çəhrayı və ya ağ rəngli örtüyü görünür. Xəstəliyə yoluxan
bitkilərin kök sistemi zəifləyir, bitkinin inkişafı sağlam bitkilərə nisbətən daha zəif
olur, yarpaqlar quruyaraq məhv olur. Xəstəlik Fusarium spp. göbələyi tərəfindən
törədilir.Törədicilər torpaqda, bitki qalıqlarında və toxumlarda qalırlar. Xəstəliyin
vurduğu ziyan toxumların yoluxma dərəcəsindən asılıdır. Sirayətlənmiş toxumların
sayı çox olduqca xəstə bitkilərin faizi də bir o qədər artıq olur. Belə ki, xəstəlik
yoluxan sahələrdə cücərmə 14-40% arasında dəyişərək aşağı düşür.
Qarğıdalı qıçasının fuzariozu - bu xəstəlik zamanı süd yetişmənin sonu, mum
yetişmənin əvvəlində qıçaların səthində çəhrayı rəngli örtük əmələ gəlir. Örtük
artaraq dənləri də sirayətləndirir. Xəstəlik Fusarium verticoides Sacc. (moniliforme J.
Sheld.) ğöbələyi tərəfindən törədilir. İnfeksiya mənbəyi sirayətlənmiş toxumlar və
sahədə qalan qalıqlardır. Göbələyin inkişafı üçün minimum temperatur 10-14
0
C,
maksimum isə 35-39
0
C-dir. Yüksək rütubət törədicinin inkişafını gücləndirir.
Xəstəlikməhsuldarlığın aşağı düşməsinə səbəb olur və həmçinin onun keyfiyyətini
pisləşdirir. Güclü xəstəliyə yoluxanbikinin məhsulu insan və heyvanlar üçün
zərərlidir.
Qarğıdalı gövdələri, qıçaları və yarpaqlarının helmintosporiozu - bu xəstəlik
cücərtiləri, yarpaq, yarpaq qınları, qıça və dənləri yoluxdurur. Törədici
yarpaqlardabozumtul və ya sarımtıl tund - qəhvəyi mərkəzli ellips formalı yarpaq
damarları ilə uzunsov ləkələr əmələ gətirir. Yarpaq qınlarında ləkələr qəhvəyi,
məxməri haşiyəli olub, uzunluğu 5sm-ə çatır. Qıçalarda tünd haşiyəli qəhvəyi
milşəkilli ləkələr formalaşır. Xəstəlik toxumu rüşeym hissəsindən qaraldır və
cücərmə faizini aşağı salır. Yarpaqların ləkəliyinin artması və qıçaların çürüməsi
xəstəliyin güclü yoluxma əlamətidir. Törədicisi Helminthosporium maydisY. Nisik.
& C. Miyake, göbələyidir. Patogen 10-36
0
C inkişaf edir. Yoluxma 90-100% nisbi
rütubətdə həyata keçir.
Qarğıdalının ağ çürüməsi - xəstəlik gövdənin aşağı hissəsində ağ örtüklü
ləkələr əmələ gətirir və tədricən toxumaları çürütməyə başlayır.Xəstəlik Sclerotinia
sclerotiorum göbələyi tərəfindən törədilir. Törədici torpaqda və bitki qalıqlarında
qalır. Xəstəliyin inkişafına yağmurlu hava və yüksək rütubət təkan verir. Gövdələrin
yoluxması nəticəsində bitkilər zəifləyir və məhsuldarlıq 10%-ə qədər aşağı düşür.
Qarğıdalının nigrosporiozu - torədici cücərtiləri və yaşlı bitkiləri yoluxdurur.
Gövdənin aşağı hissəsi qonurlaşır, yumşalır və biki yıxılır. Xəstəlik əsasən yarpaq
qını, gövdə və qıçalarda müşahidə edilir. Xəstəliyin təsirindən bitkinin gövdəsi çirkli-
qaramtıl rəng alır, qıçalar solğunlaşır,saplağı yumşalır və inkişafdan qalaraq uzununa
ayrı-ayrı hissələrə parçalanır. Törədici Nigrospora oryzae Petch. göbələyidir. Patogen
20-25
0
C–də inkişaf edir. Səpin müddətinin gecikməsi, bitkilərin mexaniki
zədələnməsi sirayətlənməni gücləndirir. Törədici bitki qalıqlarında (qıça, gövdə və
yarpaq qınları) həyat qabiliyyətini qoruyub saxlayır.
Qarğıdalının qovuqlu sürməsi - xəstlik bitkinin bütün hissələrində, əsasən
285
gövdə və qıçalarda patoloji törəmələr əmələ gətirir. Törəmələr, qovuqlar, kök
boğazında, yarpaq və gövdələrdə, süpürgə və qıçalarda formalaşırlar. Törədicisi
Ustiloqo zeae Ung. göbələyidir. Xəstəliyin inkişafı üçün optimal temperatur 20-30
0
C-
dir. Torpaqda 60% rütubət olması törədicinin inkişafı üçün kifayət edir. Bitkinin
gövdə və qıçaları yoluxan zaman xəstəlik daha zərərlidir. Buzaman məhsuldarlıq 25-
30%-ə qədər azalır.
Qarğıdalının toz sürməsi - xəstəlik süpürgə və qıçaları sirayətləndirir.
Sirayətlənmiş süpürgələr qara tozlanan kütləyə, qiçalar isə qara spor kütləsinə
çevrilirlər. Törədicisi Sorosporium reilianum McAlp. göbələyidir. Xəstəliyin ikişafı
üçün optimal temperatur 28-30
0
C-dir. Yay aylarında arabir düşən yağışlar patogenin
inkişafına münbit şərait yaradır. Törədici 4-5 il həyatiliyini saxlaya bilir.Əkin
sahələrində xəstəliyə yoluxma 10-25% olduqda, məhsuldarlıq 40% qədər azalır [1;
2].
Qarğıdalının qonur ləkəlilik xəstəliyi - törədici göbələk, bitkinin yarpağını,
yarpaq qınını, gövdələri və nadir hallarda qıçaları yoluxdurur. Xəstəliyin simptomları
əvvəlcə sarı nöqtələr daha sonra, qonur-qəhvəyi, bənövşəyi-qonur, qımızımtıl-qonur
və məxməri rənglərdə yarpaq ayalarında müşahidə edilir. Xəstəliyin törədicisi
Physoderma maydis Waelr. göbələyidir. Xəstəliyin inkişafı üçün optimal temperatur
23-30
0
C və yüksək rütubət tələb olunur. Xəstəliklə güclü sirayətlənmə,
məhsuldarlığın 25% azalmasına səbəb olur. Törədici bitki qalıqlarında və torpaqda
bir neçə il həyatiliyini saxlaya bilir.
Ədəbiyyat araşdırmaları əsasında müəyyən edilmişdir ki, respublikamızda bu
xəstəlik40-50-ci illərdə nadir hallarda müşahidə edilmişdir. Sonralar bu xəstəliyin
törədicisi və sirayətlənmə hallarına rast gəlinməsi haqda heç bir məlumat aşkar
edilməmişdir. Uzunmüddətli fasilədən sonra bu xəstəlik və onun törədicisi ilk dəfə
tərəfimizdən 2014-cü ildə Zaqatalada müşahidə edilmişdir. Aparılmış araşdırmalar
zamanı yerli ədəbiyyat və çap edilmiş fitopatoloji hesabatlarda törədici haqqında
məlumat olmadığından, laborotoriya müayinələrinin təhlili internet məlumatlarına
əsaslandırılmışdır (
www.forestryimages.org
).
Tədqiqat materialı Əkinçilik ET İnstitutunun Qarğıdalı seleksiyası proqramı
çərçivəsində tədqiq edilən nümunələr olmuşdur. Xəstəliklər “Qarğıdalı
xəstəliklərinin sahə identifikasiyası” (4th edition The CIMMYT Maize Program,
Maize Diseases: A Guide for Field Identification) metodikası əsasında aparılmışdır
[8; 9].
Qarğıdalının qonur ləkəlilik xəstəliyi göbələyinin identifikasiyası sporangia və
zoosporlar vasitəsi ilə müəyyən edilmişdir (əldə edilmiş nümunələr, ƏETİ-nin
“Xəstəlik və zərərvericilərə nəzarət laborotoriyasında saxlanılır).
2015-ci ilin vegetasiya dövründə Zaqatala Bölgə Təcrübə Stansiyasında xəstəlik
və zərərvericilərin hesabatı aparılmış, sirayətlənmiş bitkilərdə fizioloji göstəricilərdən
assimilyasiya səthi sahəsi AAS-400 (Yaponiya) (Hayashi Denkon CO.LTD)
avtomatik sahə ölçən cihazın köməyi ilə ölçülmüş, qaz mübadiləsi parametrləri
fotosintezin intensivliyi, hüceyrəarası boşluqda CO
2
miqdarı, ağızcıqların su
keçiriciliyi, transpirasiyanın intensivliyi daşınan fotosintez sistemindən (Lİ-COR
6400-XT, Li-COR, Biosciences, ABŞ) istifadə etməklə aparılmış, dənin biokimyəvi