Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə246/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   242   243   244   245   246   247   248   249   ...   266

 

 

 



 

 

 



524 

 

3.Микаилов  Н.К.  Мамедов    Г.Ш.  Бонитировка  почв  Азербайджана  -



составная  часть    Земельного  кадастра.  //«Изд.  АН  Азерб.  ССР.Сер.  биол. 

наук» 1979.    

4.  Зиядов  М.Л.  Исследование  влияния  эрозионных  процессов  на 

качественные  особенности  почв  юго-восточной  части  Малого  Кавказа. 

Автореферат. Баку, 1984. 

 

 



KİÇİK QAFQAZIN CƏNUB- ŞƏRQ  HİSSƏSİNİN  ƏKİNÇİLİK ZONASI   

TORPAQLARININ AQROKİMYƏVİ  XÜSUSİYYƏTLƏRİ 

 

M.L.Ziyadov 

AMEA Eroziya və Suvarma Institutu 

 

Azərbaycan  Respublikasında  həyata  keçirilən  aqrar  islahatlar  nəticəsində 

kənd  təsərrüfatının  dinamik  inkişafı  üçün  zəmin  yaradılmışdır.  Aqrar  sektorda 

əsaslı  dəyişikliklər  baş  vermiş,  yeni  iqtisadi  və  mülkiyyət  münasibətləri 

formalaşmış,  normativ  hüquqi  baza  təkmilləşdirilmişdir.    Eroziyaya  uğramiş 

torpaqlarin    keyfiyyət    göstəricilərini    və  kənd  təsərrüfatı    bitkilərinin  

məhsuldarlığını yüksəltmək qarşıya bir vacib məsələ kimi qoyulmuşdur. 

 

AGROCHEMICAL FEATURES OF FARMING ZONE SOILS  

SOUTH-EAST PART OF LESSER CAUCASUS 

 

M.L.Ziyadov  

ANAS Institute of Erosion and Irrigation 

 

As a result of carried out agrarian reforms has been founded for the dynamic 



development  of  agriculture.  Major  changes  have  benn  occured  in  the  agricultural 

sector, have formed new economic and property relations, have improved legal and 

regulatory  framework.  Improve  the  quality  indicator  of  eroded  soils,  prevent  the 

erosion  process  and  the  increasing  of  productivity  of  agricultural  crops  has  been 

suggested as an important issue. 

 

 

УОТ 547. 9 

 

AZƏRBAYCANIN ALLÜVİAL-HİDROMORF TORPAQLARININ TƏBİİ 

FİTOSENOZLARINDA AZOTUN VƏ KÜL ELEMENTLƏRİNİN 

MİQDARI 

 

V.H.HƏSƏNOV  

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu  AZ 1073, Azərbaycan                   

Bakı ş., M.Arif küçəsi 5, 

vilayet-hesenov@mail.ru

 



 

 

 



 

 

 



525 

 

Məqalədə  Respublikanın  müxtəlif  bioiqlim  zonalarında  allüvial-hidromorf 



torpaqların  morfogenetik  diaqnostikasının  formalaşmasına  əhəmiyyətli  təsir 

göstərən  təbii  fitosenozlarda  azotun  və  kül  elementlərinin  miqdarının 

öyrənilməsindən  bəhs  edilir.  Bitkilərin  fitokütləsinin  kəmiyyəti  ilə  azotun  və  kül 

elementlərinin  faiz  miqdarının  hesablanması  əsasında  bitkilərin  yerüstü  və  kök 

hissəsindən 1 ha torpaq sahəsinə daxil olan ayrı-ayrı kül elementlərinin və azotun 

ehtiyatı müəyyən edilmişdir.  

 

Açar  sözlər:  allüvial-hidromorf  torpaqlar,  təbii  fitosenozlar,  azot,  kül 

elementləri, yerüstü kütlə, kök kütləsi 



Ключевые  слова:  аллювиально-гидроморфные  почвы,  естественные 

фитоценозы, зольные элементы, надземная часть, корневая часть 



Key  words:  alluvial-hydromorph  soils,  natural  fitoshenoses,  nitrogen, 

elements of ashes, the aerial part, root maas 

 

Müxtəlif  torpaq  tiplərinin  genetik  xüsusiyyətlərinin,  torpaq  profilinin  və 



münbitlik  parametrlərinin  formalaşmasına  köklü  təsir  göstərən  bitki  örtüyünün 

fitokütləsi  ilə  bərabər,  azotun  və  kül  elementlərinin  miqdarına  və  tərkibinə  aid 

kifayət  qədər  ədəbiyyat  mənbələri  mövcuddur.  Müəyyən  edilmişdir  ki,  torpağın 

üzvi akkumulyativ hissəsi, bitkilərin canlı və qurumuş şəkildə olan fitokütləsindən 

(yerüstü  və  kök  kütləsindən)  torpaqdakı  mikroorqanizmlər  və  digər  canlılardan, 

onların parçalanma məhsulu olan üzvi-mineral birləşmələrdən ibarətdir. Ayrı-ayrı 

torpaq  tiplərinin  tam  genetik  xüsusiyyətləri,  nomenklaturası  və  sistematikasının 

dəqiqləşdirilməsi  üçün  bitki  örtüyünün  fitokütləsindən,  həmçinin  kül  elementləri 

tərkibinin öyrənilməsi birinci dərəcəli əhəmiyyətə malikdir [2; 4; 7; 8; 9; 10; 11].  

Lakin,  çay  subasarlarının  allüvial-hidromorf  torpaqlarının  təbii  fitosenoz 

bitkilərində azotun və kül elementlərinin miqdarı  və tərkibi zəif öyrənilmişdir [1; 

3; 6; 12]. 

Azərbaycanda az tədqiq  edilməsini və allüvial-hidromorf torpaqların genetik 

xüsusiyyətlərinin  formalaşmasında  və  xüsusən  üzvi-mineral  maddənin  toplanma-

sında mühüm rolunu nəzərə alaraq Qanıx-Əyriçay vadisində, Kür çayı subasarında 

və  Quba-Xaçmaz  massivində  çəmən-ot  bitkilərinin  fitokütləsinin  (yerüstü  və  kök 

kütləsinin),  həmçinin  ağac  bitkilərində  meşə  döşənəyinin  miqdarı  müəyyən 

edilmişdir.  Tədqiqatlar  çəmən-bataqlı,  allüvial-çəmən,  allüvial-çəmən-meşə  və 

çəmən-qəhvəyi  torpaqlar  üzrə  seçilmiş  tədqiqat  məntəqələrində  aparılmışdır.  Çə-

mən-ot bitkilərinin qeydiyyatı (uçotu) tam inkişafının çiçəklənmə dövründə (may-

iyun  aylarında)  müəyyən  edilmişdir.  Ot  bitkilərinin  yerüstü  hissəsi  torpaq  səthinə 

qədər 50x50 sm

2  

ölçüdə biçməklə və kök kütləsi isə 25X25x20 sm



3

 ölçüdə; 0-20, 

20-50  sm  dərinlikdə  3  təkrarda  təyin  edilmişdir.  Meşə  döşənəyi  xəzəlinin 

miqdarının ölçüsü 50x50 sm

2

 olan 3 təkrarda öyrənilmişdir [1]. 



Bitkilərin  fitokütləsində  azotun  təyini  –  Keldel  metodu,  Si,  Al,  Fe,  Ca,  Mg, 

Mn bitkilərin  quru yanma külündən adi kimyəvi metodla, K, P, S isə bitkilərin yaş 

yanma  məhlulunda,  kalium  -    spektral,  kükürd  –  çəki  və  fosfor  –  kalorimetrik 

metodla təyin olunmuşdur. 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə