Aqşin Babayev_______________________________________________
216
Bütün bunlara baxmayaraq, Türkiyədə işlədiyim vaxtları bugünə qədər
çox böyük istəklə xatırlayıram. Türklərin bizlərə- azərbaycanlılara olan
sonsuz məhəbbətini unutmaqmı olar?!
Üç il ərzində sanballı kitablar, xüsusən də Nazim Hikmətə və türk
dramaturgiyasına aid ədəbiyyat topladım. O kitablar sonralar mənə çox
gərək oldu. Doktorluq işimdə orada topladığım elmi-bədii əsərlərdən –
ilkin, orijinal qaynaqlardan lazımınca bəhrələndim. Əsərin böyük bir
hissəsi də Nazim Hikmətin dram yaradıcılığına həsr olunmuşdu.
Türkiyədən qayıtdıqdan sonra Nazim Hikmət haqqında 1978-ci ildə “İşıq”
nəşriyyatında kitab çap etdirdim. Daha sonra Almaniyada da böyük
sənətkara həsr olunmuş türkcə “Nazim Hikmətin yaşamı” adlı kitabım
(1989) işıq üzü gördü.
– QardaĢ Türkiyədə Nazim Hikmətə o vaxt da, lap elə indi də
birmənalı münasibət bəslənmir. Onu “solçu” , “vətən xaini” və s.
adlandıranlar da var, türk dünyasının böyük sənətkarı hesab edənlər də.
Mən bu yaxınlarda mətbuatda maraqlı bir materialla tanıĢ oldum.
Əsrimizin ortalarında Nazim Hikməti yaxından tanıyan bir rus-sovet
Ģairi xatirələrində yazır ki, o, hamının düĢündüyü qədər də qatı
kommunist, “sovetçi” deyildi. Maraqlıdır, görəsən, Nazim Hikmət
həqiqətən kor-koranə kommunist olub, yoxsa?..
– Çox maraqlı məsələyə toxundunuz. Mən sizə bir söz deyim. Nazim
Hikmət təpədən-dırnağa qədər kommunist olub, özü də bütün varlığı ilə o
ideyalara inanırdı. Və ona görə də hər cür əzab-əziyyətə dözürdü. Amma
Moskvaya gəlib keçmiş SSRİ-də yaşamağa başlayanda, dəqiq desəm,
ömrünün son illərində aldanıldığını başa düşdü. Öz müəllimi, türk jurnalisti
Zəkəriyyə Sərtələ onun etirafı var.
_______________________________________________
Nazim Hikmət qalaktikası
217
İlk baxışdan Nazim Hikmət Moskvada hər cür qayğı ilə əhatə
olunmuşdu. Amma o, çox yaxşı hiss edirdi ki, onun hər addımını izləyirlər.
O, əsl türk oğlu kimi həqiqəti, doğru olanı, gördüyünü deyir, qələmə alırdı
ki, bu da hakimiyyət dairələrinə heç cür sərf eləmirdi: istər Türkiyədə
olsun, istərsə də Rusiyada. 1957- ci ildə ikinci dəfə Bakıya gələndə ona
Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın faciəsini danışdılar.
Və tədricən dərk elədi ki, kommunizm onun düşündüyü ideal cəmiyyət
deyil.
– Mən çox üzr istəyirəm. Sizə qulaq asa-asa beynimdə qəribə bir
müqayisə yarandı. XX əsrin birinci yarısı bütün dünyada söz-qələm
adamlarının, sənətkarlarının təqibi ilə zəngindir. Belə ki, bizdə
MüĢfiqlərin, Cavidlərin, Əhməd Cavadların məhv edilməsi keçmiĢ SSRĠ-
nin hər yerində ziyalıların repressiyası, Türkiyədə Nazim Hikmət və
əqidədaĢlarının həbsi, Ġspaniyada Federiko Lorkanın güllələnməsi, nasist
Almaniyasında,
yaxud
faĢist
Ġtaliyasındakı solçu sənətkarların
vətənlərindən didərgin salınması... Bu qlobal problemi necə izah etmək
olar?
– Bilirsiz, söz, xüsusən də bədii söz çox qüdrətli bir vasitədir.
Xatırlatmaq istəyirəm ki, əsrin əvvəllərində bütün milli və sinfi
mübarizələrin önündə ziyalılar, yazıçılar, sənətkarlar gedirdi. Tutarlı
deyilən söz həmişə çox güclü silahları əvəz edib. Məsələn, uzağa getməyək
, türk ədəbiyyatında Nazim Hikmətin, yaxud azərbaycanlı şair Xəlil Rza
Ulutürkün həyat və yaradıcılığını yadımıza salaq. Onların hər yeni
əsərindən hakimiyyət nümayəndələri qorxuya düşürdülər: çünki dillərə
düşən şeirlər beyinləri silkələyir, mübarizəyə çağırırdı. Nazim Hikmətdən
sonra onun “Kərəm kimi” şeirlərini əzbər deyənləri təqib edir, həbsxanaya
Aqşin Babayev_______________________________________________
218
salırdılar. Bu da təbii ki, dar qafalı hakim dairə nümayəndələrinin qorxu
hissindən irəli gəlirdi. Qüdrətli söz ürəyə yatırsa, inqilab etməyə qadirdir:
“Ben yanmasam, sen yanmasan, biz yanmasak, nasıl çıkar karanlıklar
aydınlığa?”- soruşurdu Nazim Hikmət.
Hakim dairələr 1938-ci ildə Nazim Hikməti həbs edib 1950-ci ildə
azadlığa buraxandan sonra da ondan çəkinirdilər.
– XX əsrin 30-cu illərinə qədər dünyanın əksər yerlərində totalitar
sistemlər hökm sürürdü. Ġndi cəmiyyətdə normal qəbul edilən
“Jurnalistlər
dördüncü
hakimiyyətdir!”
demokratik
prinsipi
xatırlatmaqla fikrimi aydınlaĢdırmaq istəyirəm. Bəlkə də yazarlar,
sənətçilər o vaxtlar dördüncü hakimiyyət rolunu oynadıqlarına görə
təqiblərə məruz qalır, öldürülür, sürgün edilir, vətənlərindən
uzaqlaĢdırılırdı...
– Mən dəqiqləşdirim ki, dördüncü yox, ikinci hakimiyyət idilər...
Doğrudur, 1937- ci ildə Nazim Hikmət böyük öndər Atatürkə məktub yazır
ki, mən Sizin gördüyünüz böyük işləri qiymətləndirirəm və ömrümdə Sizə
qarşı çıxa bilmərəm. Amma o məktubu xəstə Atatürkə çatdırmamışdılar.
Şairin ölümündən sonra da ona münasibət birmənalı olmayıb. Sevindirici
haldır ki, son illər bu münasibət yaxşılığa doğru dəyişib. Mən türk
ədəbiyyatşünasları ilə görüşəndə bəzən mübahisələrimiz olur. Deyirəm ki,
tutalım Nazim Hikmətin bir sıra əsərlərini qəbul etmirsiz, bəs onun
məhəbbət lirikası, vətən həsrəti ilə yazdığı şeirləri, neçə-neçə başqa yazıları
necə olsun? Təpədən-dırnağa qədər vətənpərvər olan Nazim Hikmətin
Moskvada səhnəyə qoyulmuş “Qəribə adam” pyesinin sayca 250- ci
tamaşasından sonra mənim böyük şairlə söhbətim oldu. Ürək ağrısı ilə
bildirdi ki, mənim bütün əsərlərim xaricdə çap edilir, pyeslərim dünyanın
Dostları ilə paylaş: |