Aqşin Babayev_______________________________________________
212
Nazim ömrünün son illəri çoxları kimi mənim də yaxşı yadımdadır. Nazim
“Vətən xaini” adlandırılmışdı və türk vətəndaşlığından çıxarılmışdı. O, bu
münasibətlə “Vətən xaini” şeirini yazmışdı. “Ceviz ağacı” şeirilə isə onu
türk vətəndaşlığından çıxaranlara cavab vermişdi və demişdi ki, qürbətdə
yaşasam da, siz məni türk vətəndaşlığından çıxarsaz da, mən
Türkiyədəyəm.
Ağır illərdi o illər... Moskvada keçirdiyi illər. Nazim ömrünün
çırpıntılı, səksəkəli bir yuxuya bənzəyən son 13 ili ancaq zahirən parıltılı
gürünürdü. Ümumiyyətlə, Nazim sağlığında da, ölümündən sonra da ölüb-
dirilən şair olub. Gah əsərlərini nəşr ediblər, gah yığışdırıblar. Təzadlı olub
ömrü. Son 13 ildə Nazimin qəlbinə dağ çəkən bir tərəfdən vətən həsrətiydi,
digər tərəfdən qürbət həyatının müsibətləriydi. “Ceviz ağacı” şeirində
“Başım köpük-köpük bulut. İçim, dışım deniz” deyən Nazim dəniz
məfhumunu “Vətən, məmləkət” rəmzi kimi vermişdi. Hələ çox əvvəllər
“denize dönmək istiyorum , mavi aynasında suların boy verib görünmek
istiyorum” deyəndə də məmləkətini düşünmüşdü və “saçının akında,
alnının cizgilerinde, yüreginin infarktında yaşayan memleketi”nin həsrətini
gilə-gilə əriyərək çəkmişdi. Bir yandan da Moskva mühitinin təqibləri onu
cana gətirmişdi. Zəkəriyyə Sərtəl xatirələrində yazır ki, Nazimin yanında
həmişə bir kölgə gəzərdi. Bir dəfə xaricdə görüşdüm onunla. Soruşdum ki,
Nazim bu kimdir, dedi bu mənim pasportumdur. Gülə-gülə dedi bu sözləri,
amma acı gülüşdü.
Zəkəriyyənin dediyi acı gülüşü mən Nazim Hikmətdə bir neçə dəfə
sezmişdim. Moskvada olanda.Onun dramaturgiyasından yazırdım deyə
“İvan İvanış varmıydı, yoxmuydu?” pyesindən söz açdım. Bilirdim ki, bu
pyes repertuardan çıxarılıb. Və bu görüşdə həmin pyesdən söhbət getdi.
Çox narazı idi.
_______________________________________________
Nazim Hikmət qalaktikası
213
Nazim heç vaxt sözünü qəlbində gizlətmirdi. Əkbərin təbirincə desək,
“dilini saxlamırdı” . Ona görə də əziyyət çəkirdi.
Nazimin 90 illiyi ərəfəsində əsas duyğularım onun “Ceviz ağacı”
şeirilə bağlıdır. Nazim, Vala Nurəddin demişkən, dünyamızdan keçdi,
amma əbədilik köçmədi. O, bir ceviz ağacıdır nəinki Gülhanə parkında,
Türkiyənin, hətta dünyanın müxtəlif yerlərində. Ən başlıcası isə
Azərbaycanımızda!
“Qobustan” jurnalı, 1992, N1-2.
Aqşin Babayev_______________________________________________
214
Nazim Hikmət - əsrlərə sığmayan türk Ģairi
(Müsahibə)
2002-ci ildə – gələn minilliyin baĢlanğıcında dünya ədəbiyyatının tanınmıĢ
simalarından biri, türk dünyasının ölməz Ģəxsiyyətlərindən sayılan Nazim
Hikmətin anadan olmasının 100 illiyi (qəribə təsadüf: 2003-cü ildə isə vəfatının 40-
cı ildönümüdür) tamam olur. 300 milyon türk dünyası artıq indidən bu əlamətdar
hadisəyə hazırlaĢır. Sevindirici haldır ki, indiyə qədər Nazim Hikmət
yaradıcılığına birmənalı münasibət bəsləməyən qardaĢ Türkiyə cumhuriyyətində
də artıq bu böyük sənətkara münasibət dəyiĢilib, qələm adamının Ģəxsiyyəti ilə
yaradıcılığı arasındakı fərqə hörmətlə yanaĢılır. Azərbaycanda Nazimsevərlərin
sayı bir tərəfə dursun, onu tədqiq edənlərin, davamçılarının nə qədər çox
olduğunu izah etməyə dəyməz. Bu mənada qardaĢ ölkədə 9 ilə yaxın fəaliyyət
göstərən “Nazim Hikmət Kültür və Sanat Vakfı” Yönətim Kurumu baĢkanı
professor Aydın Aybayın və genel sekreter Kıymet xanım CoĢqunun Nazim
Hikmət yaradıcılığının yorulmaz tədqiqatçısı, Milli Məclisin Mətbuat Xidmətinin
rəhbəri, filologiya elmləri doktoru, yazıçı AqĢin Babayevin təmsil etdikləri
qurumun MəĢvərət ġurasına üzv qəbul edilməsi münasibətilə Türkiyədən faksla
göndərdikləri xoĢ xəbəri alanda təəccüblənmədik.
Ədəbi-mədəni əlaqələrimizin inkiĢafı baxımından əlamətdar olan bu hadisə
münasibətilə AqĢin Babayevlə görüĢüb uzun müddət Azərbaycan üçün Türkiyənin
iĢıqlı pəncərəsi rolunu oynamıĢ Nazim Hikməti anmağı vacib saydıq.
– AqĢin müəllim, ilk öncə sizi təbrik edirik. Mümkünsə, bir qədər
geriyə, qardaĢ Türkiyədə üç il yaĢayıb fəaliyyət göstərdiyiniz vaxtlara
qayıtmaqla, o zamanın siyasi-mədəni hadisələri fonunda yaxından tanıĢ
olduğunuz , tədqiq etdiyiniz Nazim Hikmət Ģəxsiyyəti və yaradıcılığına
nəzər salaq.
– Təbrikə görə çox sağ olun! Mən hələ Türkiyəyə getməmişdən əvvəl
Nazim Hikmətin yaradıcılığını dissertasiya mövzusu kimi tədqiq etməyə
_______________________________________________
Nazim Hikmət qalaktikası
215
başlamışdım. Onda Nazim Hikmət sağ idi. 1961-ci ildə ilk dəfə Moskvada
onunla görüşdüm. Sonra onun ömrünün sonuna qədər bizim görüşlərimiz
davam etdi. Amma onun gözlənilməz vəfatı əlimi işdən soyutdu. Yalnız 4
ildən sonra, 1967-ci ildə “Nazim Hikmətin dramaturgiyası” mövzusunda
namizədlik dissertasiyamı müdafiə etdim. İşləmək üçün Türkiyəyə gedəndə
artıq Nazim Hikmət yaradıcılığı ilə yaxından tanış idim və qardaş ölkənin o
dövrkü ədəbi-mədəni durumu barədə müəyyən təsəvvürüm vardı. Onu da
qeyd edim ki, 1972-ci ildə Nazim Hikmətin 70 illiyi Aktyor evində qeyd
ediləndə məruzəçi mən olmuşdum. O vaxtlar - radionun türk verilişləri
redaksiyasında işlədiyim zamanlar türk dilinə və ədəbiyyatına, bir sözlə
Türkiyəyə o qədər bağlanmışdım ki, 1972-ci ilin dekabr ayında Ankara
şəhərinə gələndə soyuqdan yox, keçirdiyim hisslərin həyəcanından
titrəyirdim.
Hər addımda elə bilirdim ki, haçansa buralarda olmuşam. Nazim
Hikmətin bu küçələrdə gəzdiyini yadıma salıb həyəcanlanırdım. O vaxtlar
Türkiyəyə Azərbaycandan tək-tük adamları yollayırdılar ki, onların da
əksəriyyəti işləməyə gedirdi. Moskva tərəfdən azərbaycanlılara qarşı
xüsusi qısqanclıq hiss olunurdu. Amma çarələri yox idi. Türk dilini
bilənlərə ehtiyacları vardı.
Türkiyədə - İskəndərunda işləyirdim: ruscadan türk dilinə və əksinə
tərcümə edirdim. Mənim əsas işim mütərcimlik olsa da, əlimə düşən
fürsətdən istifadə edib o zamankı Türkiyə ədəbi-mədəni hadisələri ilə
yaxından tanış olur, kitablar toplayır, ədəbi prosesləri izləməyə çalışırdım.
Qəribə idi, xalqın Nazim Hikmətə sevgisinin həddi-hüdudu olmadığı halda
böyük türk şairinin şeirlərini oxuyanları hər yerdə təqib edirdilər.
Dostları ilə paylaş: |