Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   2   3   4   5   6   7   8   9   ...   86

24 
 
harayını  çəkdi.  Onun  milli  ruhu  diriltməsindən  duyuq  düşən  rəsmi 
qurumlar  bağladılar  onun  “Tərbiyə  Klubu”nu.  Dönmədi  işindən, 
əqidəsindən, yolundan. 
Asif  Atanın  ölümündən  sonra  da  biz  çoxsaylı  görüşlər  keçiririk. 
Təkcə  mətbuatda  çıxışlarla  yetərlənmirik.  Azərbaycanı  qarış-qarış 
gəzirik. Bu vaxta qədər Azərbaycanın 40-dan çox rayonunda olmu-
şuq,  kəndlərində  olmuşuq.  Gəncləriylə,  ziyalılarıyla,  sadə  insanla-
rıyla  görüşlər  keçirmişik,  söhbətlər  aparmışıq.  Dərdimiz  də  nədir? 
Azərbaycanlıların  ağlında  Azərbaycan  obrazı  yaratmaq.  Xalqın 
ağlında Azərbaycanın varlığını obrazlaşdırmaq. Yoxdur Azərbaycan 
obrazı  insanlarımızın  ağlında.  Mən  çox  insanlarla  söhbət  eləmişəm. 
Hətta  özünü  ziyalı  sayan  insanlarda  da  bu  belədir,  təəssüf  ki.  Öz 
yurdumun insanlarını – soydaşlarımı aşağılamıram. Yurduma sevgim 
sonsuzdur.  Mən  insanların  ayağının  altına  çiyin  verməyə  hazıram. 
Yetər ki, o, öz milləti, vətəni üçün söz desin, ayağa dursun.  Amma 
fakt faktlığında qalır... 
Bizi,  bir  xalq  olaraq,  zaman-zaman  özümüzə  o  qədər  yadlaşdı-
rıblar  ki,  o  qədər  bəsitləşdiriblər,  balacalaşdırıblar  ki,  bilmirik 
yurdumuzun  yönü  haradır,  dəyəri  nədir.  Bilmirik  hardan  gəlib  hara 
gedirik.  Yadlaşdırıblar  özümüzü  özümüzə.  Ona  görə  də  insanları-
mıza deyəndə çaşırlar çox vaxt. Hətta ziyalı sayılan adamların belə, 
ağlında  Azərbaycan  obrazı  yoxdur.  “Azərbaycan  nədir  sənin  üçün” 
deyirsən,  başlayır  ki,  Azərbaycan  9  iqlim  ölkəsidir,  neft  ölkəsidir. 
Belə  Azərbaycan  olar?  Sonra  heç  nə  deyə  bilmir.  Niyə?  Çünki 
Azərbaycana bugünkü gözlə baxır. İndiki gözlə baxanda Azərbaycan 
məhv olub. Nə varlığı varlığa bənzəyir, nə mənəviyyatı, nə mədəniy-
yəti,  nə  dəyəri  özününküdür.  Geyimindən  tutmuş  davranışına  qədər 
hamısı  yadlaşıb.  Küçələrimizi  də  görürsünüz.  Azərbaycanda  özünə 
xas  bir  şey  tapa  bilmirsən.  Amma  televiziya  bar-bar  bağırır  –  “biz 
çox  gözəl  inkişaf  yolu  keçmişik.  Tərəqqi  başdan  aşır.  Hər  şeyimiz 
əladır”.  Heç  nəyimiz  əla  deyil.  Yüksək  texnologiyaların  işləməsi 
xalqın mənəviyyatının yüksəlməsi demək deyil. 


25 
 
 
 
Biz  üzümüzü  tuturuq  Asif  Ataya.  O,  bizə  Azərbaycanı  tanıdır, 
öyrədir,  sevdirir.  Mən  Borçalıda  doğulmuşam.  Borçalıda  mən 
Azərbaycan  tarixini  bilmirdim.  Gürcüstan  tarixi  öyrədirdilər  bizə. 
Yalnız  təxminən  bilirdim  ki,  Borçalı  nə  vaxtsa  Azərbaycan  torpağı 
olub. Bu az idi. Ömrümdə bir dəfə əsgərlikdən gələn vaxtlar cəsarət 
göstərmək  istəmişdim.  Hər  tərəfdən  ağzıma  vurdular.  Nədi-nədi 
deyirdim ki, Borçalı Azərbaycandır. Hərəsi bir yandan ağzıma vurdu 
ki, səsini çıxartma, yoxsa səni içəri salarlar. Sovet vaxtı idi. İndi nə 
dəyişib ki? Həşirə düşdük. Həşirə saldılar bizi. Demokratiya həşirinə 
saldılar.  Amma  iki  min  ildir  demokratiya  ölü  doğulub.  Yoxdur 
demokratiya Azərbaycanda. “Xalq hakimiyyəti” sözü cəfəngiyyatdır. 
Xalqın  üzərində  hakimiyyət  var.  Feodalizm  dövrünün  öz  demok-
ratiyası  var  idi.  Quldarlığın  öz  demokratiyası  var  idi.  İndi  də 
kapitalizmin  öz  demokratiyası  var.  Pulçuluq  demokratiyası.  Kimin 
pulu  varsa,  qanun  onun  mövqeyi  üçündür.  Demokratiya  pullular 
üçündür.  Amerikada  milyardlarla  pulu  olan  prezident  seçilir.  Çünki 
xalqa  özünü  sırıdır,  televiziyaya  o  çıxır.  Sizin  hansı  biriniz 
televiziyaya çıxıb təbliğ edə bilərsiniz ki, mən də bu xalqı sevirəm?! 
Heç  biriniz.  Çünki  heç  birinizin  cibində  o  pul  yoxdur.  Nə  qədər 


26 
 
istəyirsən  xalqını  sev,  istəyirsən  onun  dəlisi  ol.  Səni  heç  yaxın 
buraxmazlar.  Bizim  ölkəmizdə  də  kimin  pulu  varsa,  onu  seçkilərə 
buraxırlar. Bir də pullulara lazım olanları. 
Asif  Ata  ömrünü  Azərbaycana  həsr  edib.  Azərbaycanın  yeganə 
filosofudur  ki,  Fəlsəfənin  onunla  bağlı  ontologiyası  yaranıb. 
Azərbaycandakı  çoxluq  diplom  filosofudur.  5  söz  yazıb  puluyla, 
dost-tanışı  ilə  fəlsəfə  elmlər  namizədi  olurlar.  Ona  görə  də  nə  baş 
verirsə versin, insandan qıraqda baş verir. Tərəqqi insandan qıraqda 
baş  verir.  İctimai  tərəqqi  yoxdur. Körpüləri  nə  qədər istəyirsən  çox 
tik.  Nə  qədər  istəyirsən  göydələnlər  tik.  Onun  insana  dəxli  yoxdur. 
İnsana belə dəxli yoxdur ki, içində yaşayan insandır, söz yox. Amma 
o tərəqqi insanlığa xidmət eləmir. O tərəqqi sürü yaradır. Ona görə 
biz,  Asif  Atanın  Ocağı  olaraq,  Onun  çağırışını  hər  yerdə  deyirik: 
“İnsanlaşın  –  İnsanlaşdırın”.  Bəzən  xətirlərinə  dəyir,  deyirlər,  biz 
insan  deyilik?  Mən  illər  öncə  içimə  baxdım,  gördüm  ki,  insan 
deyildim.  Aldatmadıq  özümüzü.  İçimizdə  hər  cür  balacalıq  vardı. 
Toplumumuzda, bölgələrimizdə tərbiyəli adamlar var. Amma tərbiyə 
insanlığın  aşağı  pilləsidir.  Tərbiyəylə  insan  yol  gedə  bilmir.  Mühit 
korlayır  onun  tərbiyəsini.  Ona  görə  Asif  Ata  Özüylədöyüş  ideyası 
verdi. O dedi ki, bəşər övladı dünyaya məxluq kimi göz açır. 
Məxluqun  vətəni  yoxdur.  Məxluqun  həqiqəti  yoxdur.  Məxluq 
ədalət  tanımır.  Məxluq  yalnız  öz  qarnını  tanıyır.  Özü  üçün  yaşayır. 
Dəyər  yoxdur  onun  üçün.  Təəssüf  ki,  məxluq  səviyyəsində  qalır 
çoxluq. Məxluq səviyyəsində qalan çoxluq sürüyə çevrilir... Asif Ata 
deyir  ki,  bəşər  övladı  məxluq  kimi  doğulur,  adam  kimi  böyüyür, 
İnsan kimi qurulur, fəlsəfi dilnən desək, yenidən doğulur. Məxluq elə 
heyvan kimi bir şeydir. Əgər onun üçün ədalət, həqiqət, dəyər, vətən 
yoxdursa,  elə  heyvandır.  Adam  həqiqətdən  danışar,  amma  həqiqət 
uğrunda  bir  addım  atmaz.  Ədalətdən  danışar,  ədalət  uğrunda  bir 
addım  atmaz.  Vətənindən bol-bol  danışar,  amma  lazım  gəlsə,  vətən 
üçün ölümə getməz. 
Bir  haşiyə  çıxım.  Mənim  böyük  övladım  cəbhə  bölgəsindədir. 
Ermənilərlə üz-üzə səngərdədir. Özü də Ocaqçıdır. Mən Ağcabədidə 
görüş  keçirirdim,  söhbətlər  aparırdım.  Orada  övladımın  cəbhə 
bölgələrindən birində olduğunu bildilər, mənə yaxınlaşıb dedilər ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə