Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   2   3   4   5   6   7   8   9   ...   86

12 
 
35-ci ilin mühüm uğurlarından biri də “Ata Yolu” dərgisinin başa 
gəlməsidir.  Dərgidə  Atalığın,  Peyğəmbərliyin  yeni  anlamı,  son 
illərdəki Ocaq uğurları, Ata Amalının xalqlaşmasının tarixi və ruhani 
kökləri, Ata ideyalarının zəruriliyi, Ocaqçılıq mahiyyəti, Ocaq gün-
sırası, ilsırası, Ocaq tədbirlərindən yazılar əks olunmuşdur. 
“Atagün” Ailəsinin “Ailə Günü” tədbirlərinə Ocaqçıların və Ocaq 
dostlarının  səfəri,  hər  gedişdə  yaxın  bölgədə  görüşlərin  keçirilməsi 
mühüm  addımlarımızdandır.  Eyni  zamanda  Günev  Atalının  ardıcıl 
söhbətləri,  xalqın  içinə  gedişləri  Ocaq  uğurlarındandır.  Yurdda  kök 
salmaq  o  deməkdir  ki,  elə  bir  ömür  qurulur  ki,  onun  işığı  Xeyiri 
sevindirir, Şəri acıqlandırır. Günev Atalının da aqibəti Amallaşdıqca 
sorağı ətrafa yayılır – əməlləri, halı, ömrüylə. Bu yöndə Elananın ona 
arxadaşlığını da xüsusi vurğulamaq yerinə düşər. 
Mətbuatda Atanın və Soylu Atalının ardıcıl çap olunması Ocağın 
təsirini  artırır.  Eləcə  də  internet  xəbər  saytlarında  Ocaq  yazılarının, 
tədbirlərinin yayımlanması. Bu yöndəki əməlləri ilə Göylü və Üstün 
xüsusilə fəaldırlar. 
Ocaq tədbirlərinin ardıcıl səsdən sözə çevrilməsi və kitablaşması 
da tarixləşməkdədir. Bu yöndə Göylü, Üstün və Nurtəkin Atalıların 
əməyi xüsusidir. 
Göylünün  öyünüləsi  əməllərindən  biri  də  “Atalıq  Xilqəti” 
filmlərinin başa gəlməsidir. Atanı təqdim etmək, ona düzgün baxışı 
yaratmaq baxımından bu filmlərin önəmi çıxdur. 
36-cı ilin “Ocaq Günsırası” çap olundu. 
35-ci  ilin  mühüm  faktlarından  biri  də  Ocağın  Yükümlüsü  Soylu 
Atalının “İnsanlığın İnam Yolu” kitabının çap olunmasıdır. Asif Ata 
Amalını,  Yolunu,  işini  anlamaq  baxımından  bu  kitab  olduqca 
önəmlidir.  Kitabın  hazırlanmasında  Göylünün  və  Nurtəkinin  əməyi 
vardır.  Çap  olunmasında  isə  Güntayın  və  Göylünün  fədakarlığını 
ayrıca vurğu etmək lazımdır. 


13 
 
Ocaqçıların səfərlərinin artması, fəallaşması da öyrənilməyə layiq 
hadisələrdir.  İnamlının  görüşlər  təşkil  etməsi,  Göylünün  saysız 
əməlləri, fədakarlığı, Üstünün fəallaşması Ocaq mühitinin bəhrəsidir. 
Hər  tədbir,  mərasim,  görüş  ruhani  əhvala  kökləyir  bizi.  Ruhani 
əhvalımızın təməli də Soylu Atalının ömründən gəlir. Ruhani əhval 
nə  deməkdir?  Hər  şeyin  mahiyyətini  anlamaq  –  insanları,  müna-
sibətləri, gedişatı, həyatı, dünyanı. Anladıqca ağırlaşmaq, daha dərin-
dən  yaşamağa  çalışmaq.  Çalışdıqca  yetkinləşmək,  arılmaq,  durul-
maq, doğmalaşmaq. Çalışmadıqca hər şey yadlaşır. Sevginin qədrini 
bilmək,  aqibətinin  yiyəsi  olmaq,  yükünün  fərəhini  və  məsuliyyətini 
daşımaqdır ruhani əhval. O əhvala dolduqca dolmaq olur. O əhvala 
dolduqca  doyulmaz  olur.  Ona  görə  də  onu  qorumağa,  artırmağa 
çalışırıq.  Bu  əhvalın  nəticəsidir  ki,  doğmalığımız  da  artır,  əməllə-
rimiz də, Ocaqçılığımız da”. 
(Nurtəkin Atalı Ocağa gəlişi münasibətilə Güntayı qutladı – G.A.) 
Sonra yazdığı yazını oxudu: “Yaratmaq üçün yaranmaq gərək. Çünki 
başlanğıcını  hardansa  götürməlidir  yaradıcılıq.  Özündən  başlamalı. 
Günəş kimi içindən yanmalı ki, yandırsın. İşıqlansın ki, işıqlandırsın. 
Sevgiylə  yoğrulmalı,  fədakarlıqla  doğrulmalı.  Yaranmaq  özüylə-
döyüş  deməkdir.  Özünü  yaratdıqca  əməllər  yaranır.  Özünü  yarat-
dıqca münasibət doğmalığı saçılır üzdən, gözlərdən, sözlərdən. Özü-
nü yaratdıqca kim olduğunu anlayırsan. Hardasan, hardan gəlib hara 
gedəcəksən, dünənin nədir, bugünün nə, sabahın nə olmalı? Suallar 
cavabını  tapmalı.  Suallar  yolun  başlanğıcı,  cavablar  yolun  davamı. 
Bütün cavabların ünvanı birdir – Ata Yolu”. 
İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  “Bu  bayramın 
yaradılması  xəlqi  dəyərlərin  yaradılmasıdır.  Asif  Ata  deyir  ki, 
dəyərsiz xalq yoxdur. Xalqın xalq olması üçün vacib şərtdir dəyərlər. 
İndiyə qədər başqa yeni ili qeyd etmişik. Ancaq indi özümüzə yiyəlik 
duyğusu  ilə  bu  bayramı  qeyd  edirik.  Asif  Ata  onları  bərpa  eləmək 


14 
 
üçün  Ocağı  yaratdı.  Yəqin  ki,  gələcəkdə  Asif  Atalar,  Soylular, 
Günevlər  yaranacaq.  Başqa  yeni  bir  dəyərlər  yaradacaqlar.  Təkcə 
“Azərbaycanımız  –  Azərbaycanlığımız”  dəyərlərindən  ibarət  olma-
yacaq. Bu xalq dəyərlər yaradacaq”. 
Soylu  Atalı: “Bağışla,  sözünü  kəsirəm.  Xalqımızın  içində  dərin, 
güclü  təməl  var.  Sabah  Soylular,  Günevlər  yaranacaq,  ancaq  Asif 
Atalar  deyimi  yoxdur.  Bunu  biz  özümüzə  deməliyik,  qorumalıyıq. 
Çünki  Mütləqə  İnamlar  olmayacaq.  Mütləqə  İnam  vahiddir,  onun 
yaradıcısı da vahiddir. Xalqımızın bundan sonra yaradacağı dəyərlər 
də  elə  “Azərbaycanımız–  Azərbaycanlığımız”  sisteminə  aid  olacaq. 
Bu xalqımızın mahiyyətinin bir hissəsi deyil, sistemidir. 
 
İnamlı  Atalı: “Doğrudur,  əslində  indi  hazırlaşdığım  fikirlər  də 
Asif  Atanın  vahidliyini  ifadə  edəcək…  Asif  Ata  təlimi  bu  xalqın 
yaranmasına köklənib. Bu xalq başqalarının gözünə kiçik görünsə də
sabahı  böyükdür.  Azərbaycan  xalqı  Asifçilər  xalqı  kimi  tanınacaq. 
Bu xalqın ruhani yaradıcısı Asif Ata olacaq. 
Asifçilik  təlimi  bu  günə  qədər  yaranmış  təlimlərlə  müqayisə 
olunmur.  Təməl  prinsiplərdə  olan  həqiqət  insanı  işığa  çıxarmalıdır, 


15 
 
başqa  təlimlər  insanı  qaranlığa  aparır.  Qaranlıq  məqamlar  çoxluq 
təşkil edir. Təməl prinsiplərindəki ehkam, isbat olunmayan qaranlıq 
məqamlar. Atanın təlimi elmə, idraka, parlaq zəkaya, vəcdə, vəhyə, 
ehtizaza əsaslanır. Başqaları isə daha çox xurafata, ibtidai inanclara, 
bir də qeyri-şüuri hədə-qorxulara əsaslanır. 
Dünən  axşam  içimdə  sorğular  yarandı.  Oxumaq  istədim.  Əlimə 
keçən  Soylu  Atalının  “İnam  sorağında”  kitabı  oldu.  Bu  kitabı  bir 
dəfə  oxumuşdum.  Asif  Atanın  İnşaat  Mühəndisləri  İnstitutundakı 
görüşünü  ifadə  edən  bölümdən  başladım  oxumağa.  Bir  də  gecədən 
keçmiş  duyuq  düşdüm  ki,  kitabı  yarıdan  çox  oxumuşam.  Soylu 
Atalının  duyğuları,  düşüncələri  mənim  ömrümə  işıq  saldı.  Səhər 
tezdən  o  kitabı  özümlə  işə  götürdüm.  İş  yerimdə  mənim  bir  guşəm 
var. Orda kitab oxuyuram. Orda oxudum  ki, Soylu Atalı Asif Atanı 
Borçalıya aparır. O zaman Soylu Atalının ata-anası, qohumları Asif 
Atanın kim olduğunu anlayanda onunla (Soylu bəylə) söhbət etmək 
istəyirlər  ki,  Asif  Atadan  əl  çəksin.  Soylu  Asif  Atanın  yanına 
gedəndə  Ata  hiss  edir  ki,  nəsə  olub.  Ata  Soyluya  təskinlik  vermir, 
ona deyir ki, sənə çox inanıram. Kitabın bu məqamında mən kövrəl-
dim  və  ağladım.  Asif  Atanın  gənc,  dəliqanlı  bir  oğlanın  dalınca 
Borçalıya  getməsi,  ona  ümid  bəsləməsi.  Bu  qədər  xalqının  dərdini 
başa  düşür,  o  xalqın  içindən  kürək  söykəməyə,  inanmağa  insan 
tapmır, tanımadığı bir gəncin əzablarına ümid edir. 
Birinci  dəfə  Norveçdə  də  mən  belə  kövrəlmişdim.  Avropaya 
getməzdən  qabaq  Soylu  Atalı  məni  Asif  Atayla,  həqiqətlə  üz-üzə 
qoymuşdu. Mən küçədə həsrətlə, səbirsizliklə gözləyirdim ki, Soylu 
Atalı  işdən  gələndə  məni  görsün  və  evinə  dəvət  eləsin  ki,  söhbət 
edək.  Bəhanələr  axtarırdım  görüşməyə.  Hər  gün  bir  toxum  atırdı 
içimə.  Avropada  olanda  iş  vaxtı  mənim  Azərbaycançılıq,  vətən 
duyğularım birdən oyandı, Soylu Atalıyla söhbətlərim yadıma düşdü, 
hönkürdüm. Birinci dəfə göz yaşım belə olub… 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə