Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   2   3   4   5   6   7   8   9   10   ...   86

27 
 
sizin adamınız  var  uşağı  ön  cəbhədən  arxa cəbhəyə çəkmək üçün?! 
Mən  onlara  dedim  ki,  sizə  bir  saatdır  vətən  sevgisindən  danışıram, 
millət sevgisindən danışıram. Siz  mənə deyirsiniz ki, oğlunu xalqın 
balalarının  arasından  götür,  gətir  arxaya  qoy.  Mən  onu  eləyə 
bilmərəm. Əlbəttə, mən atayam,  mən bilirəm bu nə  deməkdir. Mən 
bilirəm  orda  fəlakət  də  ola  bilər.  Mən  o  fəlakəti  yaşaya  bilərəm, 
amma  qırmızı-qırmızı  yaşaya  bilmərəm.  Sizin  qarşınızda  Azərbay-
candan,  vətən  sevgisindən  danışa  bilmərəm.  Ayda  bir  neçə  dəfə 
xalqın  balaları  ilə  görüş  keçiririk.  Biz  onların  ağlında  vətən  obrazı 
yaradırıq.  Mən  necə  onların  gözünün  içinə  baxıb  deyim  ki,  mən 
vətənimi sevirəm, sizi də vətən sevgisinə çağırıram?! Mən onu eləyə 
bilmərəm...  Mən  Asif  Atanın  ətəyindən  tutmasaydım  bəlkə  də 
eləyərdim. 
 
 
Təxminən  20  il  bundan  əvvəl  işlədiyim  müəssisədə  mən  qumar 
oynayırdım.  Süfrə  açırdıq  araqlı-çaxırlı,  yeyib-içirdik.  Əyləncəli 
oyunlar, nərd, domino. Günlərin bir günü, Asif Atanı azdan-çoxdan 
anlamağa  başlayanda  ağlım  çaşdı  ki,  mən  neyləyirəm.  Mən  nə  yük 
daşıyıcısıyam,  nə  ömür  yiyəsiyəm?!  Bu  ömür  Asif  Atanın  dediyi 


28 
 
deyil.  Bunları  mən  kitabımda  da  yazmışam.  O  kitabım  çıxanda  bir 
sıra  Amaldaşlarım  narazı  qaldılar  ki,  özün  haqqında  bunları  niyə 
yazırsan?  Mən  də  deyirdim  ki,  bu  ömrü  mən  yaşamışam.  Mən 
papiros  çəkirdim.  Təxminən  18  ildir  papiros  çəkmiərm,  spirtli  içki 
içmirəm.  Əyləncəli  oyunlara  mənim  heç  vaxtm  yoxdur,  həvəsim 
yoxdur.  İndi  mən  qələm-dəftərdən,  kitabdan  ayrıla  bilmirəm. 
Səfərdən,  görüşlərdən  ayrıla  bilmirəm.  Bu  aqibəti  mənə  Asif  Ata 
öyrətdi. Onun yolunda əldə elədim. İçimə girdim gördüm ki, içimdə 
balacalıqlar  var.  Gördüm  ki,  bu  içlə  nə  desəm  boğazdan  yuxarı 
olacaq.  Bu  içlə  mən  vətəni  sevə  bilməyəcəm.  Bu  içlə  mən  xalqımı 
sevə  bilməyəcəm.  Ən  yaxşı  halda  görüntü  yaradacam  özüm 
haqqında.  Ona  görə  də  Asif  Atanın  özüylədöyüş  ideyasını  özümə 
bayraq  elədim.  Özümü  tanıdım,  öz  içimdəki  balaca  duyğularla 
döyüşdüm.  Hələ  də  ayrı-ayrı  qüsurlarım  qarşıma  çıxanda  özümü 
döyürəm. Ayrı-ayrı qüsurlarım ortaya çıxanda deyirəm ki, bu, mənə 
xas deyil. 
Asif  Ata  niyə  özüylədöyüş  ideyası  yaratdı?  Hər  kəs  başqası  ilə 
döyüşür.  Hər  kəs  başqasını  qaralayır.  Başqasının  haqqında  ağzına 
gələni  deyir.  Hər  kəs  başqasını  söyür,  başqasıyla  cırmaqlaşır.  Heç 
kim özüylə döyüşmür. El arasında buna deyirlər, “heç kim ayranına 
turş demir”. Amma Asif Atanın yolu dedi ki, birinci öz ayranına turş 
deməsən,  onda  həqiqət  sözünü  dilinə  ala  bilməyəcəksən.  Həqiqət 
səviyyəsinə  qalxa  bilməyəcəksən.  Mənəviyyat  qüsuruyla,  idrak 
qüsuruyla, iradə  qüsuruyla  yaşamaq  olmaz.  İdrak  qüsuruyla  yaşayır 
toplumumuz. Cəfəngiyyata tapınır. Cəfəngləşir. Cəhalətləşir. Amma 
bir  tərəfdən  də  tərəqqi  adından  danışır.  Eləcə  də  mənəvi  qüsurları. 
Bizə,  bir  xalq  olaraq,  bir  sıra  mətbuat  da,  televiziya  da  hamısı 
antixəlqi  şeylər  öyrədir.  Heç  birində  milli-mənəvi  dəyərə  rast 
gəlməzsiniz.  Nə  yaxşı  ki,  arada-bərədə  sazdan-muğamdan  verirlər. 
Amma bu azdır. Xalqın balalarını korlayanlar, tərbiyəsini korlayanlar 
hamısı pul qazanır, xalqın varidatını yığır cibinə. Həm mənəviyyatını 
uçurur,  həm  ləyaqətinə  həqarət  gətirir.  Həm  onun  vətəninə  həqarət 
gətirir,  həm  də  onun  pulunu  talayır. Və onlar  olur  xalqın başbiləni. 
Bunlar  hamısı  Asif  Atanın  görümündə  60-cı  illərdən  (bu  fəlakət) 
qabarıb. Deyib və mübarizə aparıb. Təqiblərdən qorxmayıb. Diplom-


29 
 
larını  SSRİ-yə  qaytardı.  Ali  Attestasiya  Komissiyasına  diplomlarını 
qaytardı  ki,  sənin  verdiyin  filosofluq  diplomları  mənsəbpərəst, 
əzbərçi  ordu  yaradır.  Xalqına  qarşı  yaşayan  mənəviyyatsız  sürü 
yaradır.  İnsani  və  xəlqi  ləyaqətimin  qeydinə  qalıb  sizin  diplom-
larınızı  özünüzə  qaytarıram.  Qaytardı  SSRİ  Ali  Attestasiya  Komis-
siyasına.  Amma  bizimkilər  rüşvət  verir,  pul  verir  diplom  alır,  sonra 
da  deyir  ki,  mən  aliməm,  mən  professoram,  mən  akademikəm,  sən 
isə heç kimsən. Burdan yığışıb gedirlər Məkkəyə, orda həci olurlar, 
gəlib  burda  pul  qazanırlar,  sənə  də  üstdən  aşağı  baxırlar:  “Mən 
həciyəm,  sən  heç  kimsən”.  Vətən  dediyimiz  məfhum,  Millət 
dediyimiz  məfhum  onun  içindəki  insanların  qəlbində  var  ola  bilər, 
sevgisində  böyüyə  bilər.  Əsilliyində  böyüyə  bilər,  qeyri-əsilliyində 
yox.  Vətən  dedyimiz  məfhum  Həmədandan  başlayır  düz  Dəmirqa-
pıya  (Dərbəndə)  qədər.  1200  km  bir  coğrafiyanın  içində,  410  min 
kv.km-dən  69  min  kv.  km  ərazimiz  qalıb.  Niyə  qalıb?  Çünki  heç 
kimin  qəlbində  vətən  sevgisi  bütövləşmədi.  Xalqın  ağzı  bir  yerə 
gəlmədi. Hamını bir yerə bağlayan dəyər tanınmadı, sevilmədi. 
Plüralizm nədir  – Plüralizm xalqı dağıtmaq. Sənin öz fikrin var. 
Olsun,  əleyhinə  deyiləm.  Sənin  öz  fikrin  osun.  Amma  fikrin  olsun 
da.  Sən  fikirlə  məşğul  olmursan  axı.  Sən  düşüncəylə  məşğul 
olmursan axı. Amma deyirsən ki, mənim də öz düşüncəm var. Hüquq 
oyunu oynayırlar. Sən o haqqa yetməmisən axı. Sən tüfeyli bir ömür 
yaşayırsan,  özün  də  deyirsən  ki,  səninlə  mənim  haqqım,  hüququm 
eynidir.  Sənin  yaşamaq  hüququnun  əleyhinə  deyiləm.  Çörək 
yeməlisən,  paltar  da  geyməlisən.  Onun  əleyhinə  deyiləm.  Amma 
xalqın meydanına çıxıb deməli deyilsən ki, mənim də öz sözüm var. 
Xalq böyük məsələdir, ciddi məsələdir. Bununla, yəni fikirlə, çox az 
adam  məşğul  olmalıdır.  Özü  də  sağlam  düçüncəli,  sağlam  idraklı 
insanlar məşğul olmalıdır, yerdə qalanlar onları eşitməlidir. Biri bizi 
rusun  ayağına  bağlayır,  biri  bizi  farsın  ayağına  bağlayır.  Biri  bizi 
ingilisin ayağına bağlayır. Vahid bir xətt yarada bilmirsən bu ölkədə. 
Bir-birini söymək, qara piarçılıq. Xalqın içində bir balaca mütəşəkkil 
qüvvəyə  çevrilmək  imkanı  yarananda  içindən  min  dənə  hoqqa 
çıxardır.  Vahid  ideologiya  yoxdur.  M.Ə.Rəsulzadə  ideologiyası 
dedilər.  Heç  kim  M.Ə.Rəsulzadənin  yoluyla  getmir. Yoxdur  elə bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə