Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

36 
 
Asif  Atanın  da  öz  quralları,  öz  qaydaları  var...  Ümimiyyətlə, 
fikirləşirəm ki, danışanda neyləyim ki, din mövzusuna toxunmayım, 
amma  alınmır.  İnam  var.  İnam  yaranıbdı,  amma  xalqımızın  ruhuna 
hopması  üçün,  xalqımızın  onu  qəbul  eləməsi  üçün  İslam  dini 
getməlidir.  Bu,  birmənalı  belədir.  Asif  Atanın  Evladları  olaraq,  biz 
kiminsə qaşısında qısılmamalıyıq ki, onu deməyim, bunu deməyim, 
kiminsə  acığına  gələr.  Bəlkə  kimsə  yaxşı  insandır,  amma  o,  əmin 
olsun  ki,  dinin  sayəsində  yaxşı  insan  deyil,  o  yaxşılıq  onun 
özündəndir.  Əgər  kimsə  guya  dinə  görə  yaxşı  insan  olub,  mən  onu 
doğru  saymıram.  Asif  Atanın  yaratdığı  4  bayram  var.  Bunların  hər 
biri  məna  tutumuna  görə  insanidir,  İnsanlığı  ifadə  eləyir.  Belə 
məzmunlu, mənalı bayramın xalqda oturuşmasını istəyirəm.  
 
Xalqımız  bu  bayramları  qəbul  edib  yaşatmalıdır.  Ona  sırınan 
mənasız  adətləri  yaşatmalı  deyil.  Onda  biz  xalq  olacağıq.  Biz  xalq 
olmaq  istəyiriksə,  ümumən  türk  toplumu,  türk  etnosu  özünü  təsdiq 
eləmək  istəyirsə,  bu  gün  qarşısında  bir  yol  var,  –  Asif  Ata  Yolu! 
Çünki  Asif  Ata  bizim  aşağılanmış,  alçaldılmış  dəyərlərimizin 
hamısını yerdən qaldırıb xilas edir. Təqiblərə uğramağının hesabına 
milli  kimliyimizi  xilas  edir.  Hamısını  sistemləşdirib,  bizə  həyat 
sistemi verir. Qalx, millət ol, ulus ol, bəşəri ol! Qoy səni saysınlar! 


37 
 
Millət olmaq üçün, insan olmaq üçün Asif Atadan bərk yapışmalıyıq. 
Onda dünyamız gözəl olacaq. Mən bundan sonra ömrümü buna həsr 
edəcəm. Hamını təbrik edirəm. Atamız var olsun!” 
Soylu  Atalı: “Qardaşımızın  fikrinə  bir  əlavə  edim.  Təbiidir  ki, 
heç  bir  din  pis  məqsədlə  yaranmayıb.  Hər  bir  din  yaranışında 
qarşısına müsbət məqsəd qoyub. Müsbət məqsədlər həyata keçirmək 
üçün başlayıb işə. Nəyi bacarıb edib, ideyalarında hansı qüsuru var, 
əlbəttə,  bunlar  aydınlaşdırılmalı,  qəbul  olunmayan  məsələlər  bilin-
məlidir.  Amma  səmimi  olaraq  dinə  tapınan  insanlarımız  var  ki, 
onların arasında, doğrudan da, saf olanlar var. Onu qəbul edirəm. O, 
inanır. Ola bilər səmimi inanır, səhv edir, amma inanır. İnanc böyük 
söhbətdir.  İnanc  insanın  içini  çox  gücləndirir,  dəyişdirir.  O  başqa 
məsələ  ki,  o  idraki  səviyyəyə  qalxmalıdır,  cəfəngiyyatdan  azad 
olmalıdır.  Biz  təkcə  məsum  bir  inama  deyil,  həm  də  möhtəşəm  bir 
idraka tapınmalıyıq.  Bu ayrı şeydir.  Amma  insanlarımız  dinə  meyil 
edirlər. Bugünkülər öz içlərində həqiqət bilib dinə meyil edirlərsə, bu 
özü  bir  avantajdır.  Yəni  həqiqət  axtarır,  küçələşmir.  Çalışmaq 
lazımdır  ki,  bu  müsbət  meyli  milli,  insani,  bəşəri  yönə  bağlayaq. 
İdraki  cəhətdən  qeyri-yetkinlik  var.  Biz  bunu  həmişə  vurğu  edirik. 
Amma  insanlarımızı  aşağılamaq  üçün  yox.  Güntay  qardaşımız  söz 
yox  ki,  öz  qardaşlarına  sevgidən  deyir.  İnanmıram  onun  içində 
aşağılayıcı notlar olsun. Biz insanlarımızı aşağılamağa haqq etmirik. 
Biz  insanlarımızı  sevməyə  və  çağırmağa  haqlıyıq.  Asif  Ataya 
çağırırıq, onun yoluna çağırırıq. Doğru olan budur deyirik. Əsaslan-
dırırıq, niyə doğru olan budur. Bəşər tarixində olan bütün dünyaba-
xışlarda  hansısa  səbəblərdən,  təməl  prinsiplərdəki  doğru  olmayan 
cəhətlərdən  qırağa  çıxmalar  yarandı.  İnsanı  təsdiq  edə  bilmədi. 
Allahı  təsdiq  etmək  istəyilə  ayağa  durmaq  yaxşıdır.  Amma  Allahı 
təsdiq  eləmək  insandan  qıraqda  yox.  İnsanda  ola  bilər  Allah 
məzmunu, sevgisi. İnsanın inkişafında var ola bilər. İnsanın gələcək-
liyində,  ölməzliyində,  əbədiliyində  var  ola  bilər.  İnsanın  üzərində 
basqı  yaradaraq  yox.  Asif  Ata  o  halı  yaradıb.  Başqa  dünyaba-
xışlardan fərqi odur. Deyir ki, bütün gedişlərin hamısının mərkəzində 
və  əsasında  insan  dayanır.  İnsanı  aşağılamadan,  kiçiltmədən  söz 
deməlisən.  İnsanı  aşağılamadan,  kiçiltmədən  həqiqəti  ortaya 


38 
 
gətirməlisən. İnsanı öz həqiqətiylə doğmalaşdırmalısan. Əks təqdirdə 
insana  nə  deyəcəksən,  nə  verəcəksən  o,  insanın  əleyhinə  olacaq. 
Təəssüf ki, elə də oldu. Ona görə də biz insanlarımızın heysiyyətinə 
sayğı  duyuruq.  Hətta  çaşan,  aldanan  nurçuluq  deyilən,  vəhhabi 
deyilən  yönlərə  meyil  edən  insanlarımızın  heysiyyatına  toxunmaq 
istəmirik, amma qəbul eləmirik. Niyə heysiyyatını nəzərə alırıq? O, 
aldanıb.  Aldananı  söyməzlər,  aldananı  qaldırarlar.  Bizim  dövləti-
mizin  də  bir  problemi  odur  ki,  insanlarımıza  sahib  çıxmaq  əvəzinə 
onu  içəri  doldurur.  Bu  bizim  dövlətimizin,  daha  doğrusu  hakimiy-
yətimizin  böyük  qüsurudur.  Yolundan  sapıbsa,  bunu ona  de  və  ona 
yiyə  çıx  ki,  yolundan  sapmasın.  Sahib  çıxmaq  gərəkdir  ki,  sənin 
dövlətin,  millətin  təhdid  olunmasın.  Bu  gün  millətin  gələcəyini 
təhdid edən təriqətlər ölkəni ağzına bürüyüb. İçində başqa etniklər də 
var.  Olsun,  o  da  insandır.  Ağzına  bürüyüb  ölkəni  saqqallılar,  – 
vəhabilər.  Bunlar  ölkənin  gələcəyini  təhdid  edir.  O  yola  niyə 
yuvarlanıb  o?  Burada  o  yola  düşəni  suçlayıram,  amma  30%.  70% 
suçlayıram  dövləti.  70%  suçlayıram  ziyalını,  başında  ağlı  olanı. 
Sahib  çıxmırsan  vətəndaşına,  insanına.  O  da  gedir  başqalarının 
toruna  düşür.  Başqalarının  girovuna  çevrilir  və  ölkəni  təhdid  edir. 
Ona  görə  də  Asif  Ata  Ocağının  ağrısı,  acısı  deyiləndə,  dilə  gətiri-
ləndə içində saflıq gəzdirən insanlarımız inciməməlidir və düşünmə-
məlidir ki, biz onların heysiyyatına hücum edirik. Biz onları aşağıla-
mırıq. Elə bir şey bizim ağlımızdan keçməz. Ciddi öyrənmək lazım-
dır Asif Atanın yolunu, işini. Nəyi qəbul edir, nəyi etmir? Niyə qəbul 
etmir,  niyə  edir?  Bu,  ciddi  məsələdir.  Dinləri  qəbul  etmirik.  Dini 
qəbul  edənləri  də  aşağılamırıq.  Onları  çağırırıq.  Deyirik  ki,  sənin 
qəbul etdiyin din səni millətindən ayırır. Dində millət yoxdur, ümmət 
var. “Dünya beş günlükdür, fanidir” kimi yanlış fikir səni vətəndən 
ayırır.  Dünya  fanidir  sözünü  fəlsəfi  mənada  demir.  Fəlsəfi  mənada 
desə,  mən  qəbul  edərdim.  Yəni  dünya  neməti,  varı  beş  günlükdür 
demir. Yaşadığın dünya fanidir, gec-tez bu ləğv olacaq. Yalnız axirət 
dünyası olacaq. Gec-tez bu dünya ləğv olacaqsa, onda vətən yoxdur. 
Biz  isə  deyirik  Vətən  əbədidir,  İnsanlıq  əbədidir,  millət  əbədidir. 
İnkişaf  gedir,  dəyişilir,  amma  varlığı  əbədidir.  Xalq  bizim 
əbədiliyimizdir.  Biz  ölürük,  xalq  ölmür.  Biz  də  xalqımıza  xidmət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə