Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

62 
 
Mən  oranı  əzəmətli  bir  yer  düşünürdüm,  həmişə  elə bilirdim  ki, 
ora  basılmaz  bir  qaladır.  Girdim  içəri,  az  adam  var  idi  orada. 
Qəzetləri  payladım,  dəhlizdə  tablolar  gördüm  –“xalq  yazıçıları”, 
“xalq  şairləri”  və  “tənqidçilər”.  Bir  anlıq  diqqətimi  ora  cəlb  elədi. 
Onların  əksəriyyəti  haqda  məlumatım  var,  baxdım,  inanın  ki, 
içimdən  bir  şey  keçdi,  bütün  bu  xalq  adı  daşıyanların  yaradıcılığı 
Soylu  Atalının  yaradıcılığına  bərabər  deyil.  Mən  orda  tənqidçilər 
arasında  Atanı  axtardım,  sonra  da  özüm-özümə  gülməyim  gəldi, 
dedim, gör mən harda Atanı axtarmışam. 
Mərasimin  adı  “İdrak  Günü”dür.  Əslində  elə  mərasimin  kökü 
Ocağa dayanır. Atanı Ata edən idrak oldu. Biz bu gün həmin idraka 
tapınmışıq. Burda bu idraka yetən də var... 
16  Çiçək  Ayında  Soylu  Atalı  ilə  görüşlər  keçirib  Nurtəkingilə 
gedirdik.  Avtobusda  mən  ona  sual  verdim  Türkiyə  və  türkçülüklə 
bağlı. Mənim qabağımda oturan bir nəfər bizim söhbətə qarışdı. Mən 
Soylu  Atalıya  sual  verəndə  ki,  Türkiyə  türkü,  eləcə  də  Azərbaycan 
türkü  hardan  gəlib,  həmin  adam  mənə  dedi  ki,  Azərbaycanda  türk 
adında millət yoxdur, onlar da, Türkiyəlilər də Sibirdən gəliblər. Özü 
də  bunu  nifrətlə  dedi.  Soylu  bəy  ona  tutarlı  cavab  verdi,  mənə  xoş 
gəldi. Soylu bəy ona dedi ki, sən kimsən Azərbaycan ziyalısı ilə belə 
danışırsan, o söz məni tutdu. Çünki Soylu o haqqı özündə görür. Bu 
gün  bir  çoxları  deyir  ki,  mən  Azərbaycan  ziyalısıyam,  amma  xalq 
üçün hansı addım atıb, o görünmür. O söz məni həm kövrəltdi, həm 
də  sevindirdi  ki,  Azərbaycan  ziyalı  sarıdan  yetim  deyil...  Ata  deyir 
ki,  cəmiyyətin  idrakı  nisbi  idrakdır.  Dünən  Nəriman  Həsənzadə 
haqqında  deyirlər  ki,  o  safdır,  mən  Ataya  qədər  onu  müqəddəs 
sayırdım.  Ondan  sonra  artıq  mənim  ona  baxışım  dəyişib.  Mən 
oxuyanda ki, Ata deyir, filankəs nisbi safdır, mənə çatmırdı. Ancaq 
sonra görürəm ki, azlıq bəs etmir. Xalq yönündə iş görməkdə azlıq 
bəs  eləmir.  Yaxşı  ola  bilərsən,  ancaq  kənar  üçün  azsan,  cəmiyyəti 
dəyişməkdə azsan, özünü dəyişməkdə azsan. Buna görə Ata deyirmiş 
ki,  nisbi  ləyaqət  ləyaqətsizlikdir.  Nisbi  idrak  idrak-sızlıqdır. 
17  Çiçək  Ayında  Soylu  Atalı  zəng  etdi  ki,  çay  evindəyik,  maraqlı 
adamlarla söhbət edirik. Mən işdən çıxanda ora getdim. Soylu bəyin 
bir  fikri  yenidən  məni  bu  gün  bu  mövzuya  qayıtmağa  vadar  elədi. 


63 
 
Orda söhbət muğamın üstünə gəldi. Biri dedi, muğamın təsiri yaxşı 
deyil,  insanı  qəmləndirir.  Soylu  bəy  bir  söz  dedi  –  Muğamda 
gerçəkliyin  mənadan  ayrılması  və  buna  görə  insanın  kədərlənməsi 
hadisəsi var. O kəlməni ona dedizdirən idrakdır. İnsan idraka çatanda 
heç kimin görə bilmədiyini görür... 
İlk dəfə mən Soylu bəyi tanıyanda mağazada bir söhbət gedirdi. 
Bir  valideyin  oğluna  dedi  ki,  mən  səni  tarix  müəlliminin  yanına 
göndərirəm,  de  görüm,  Azərbaycan  nədir?  Uşaq  hamımızın  bildiyi 
kimi  demək  istədi.  Soylu  bəy  də  ordaydı,  o  söhbətə  qarışdı, 
Azərbaycanımız  –  Azərbaycanlığımız  dəyər  sistemini  dedi.  Mən 
Azərbaycanı həmin gecə o mağazada tanıdım. Mən onda dərk elədim 
ki,  Azərbaycan  budur.  Soylu  bəydən  qıraqda  mənə  Azərbaycanı 
tanıdan  şəxs  olmayıb.  Ata  deyir  ki,  “ziyalı  olmasaydı,  xalq 
ziyalanardı”. Ata bunu ona görə deyir ki, xalq ziyalısına arxayın olub 
öz işiylə, əkiniylə məşğul olur. Biz elə ziyalıların kölgəsinə yatmışıq 
ki, bizi bu günə qoyublar. Onların idrak sahəsində irəliləyişi olmyıb. 
Xalqın  ziyalı  bilib  güvəndiyi,  sən  demə,  ondan  bircə pillə  yuxarıda 
deyilmiş. 
Ümumiyyətlə,  bəşəriyyəti  bu  günə  qoyan  dinin  yalanları  oldu. 
Məhəmməd də, İsa da Ata ola bilərdi. Amma Atalıq eləyə bilmədilər. 
Etsəydilər  cəmiyyət  bu  günə  düşməzdi.  İnsanların  ürəyinə  yalan 
möhürü vurulmazdı. Atalıq eləmək gərək olduğu halda, Atalığı başqa 
yerdə axtardılar... 
Soylu  bəyə  bir  dəfə  bir  sual  verdim,  bu  müxalifət-iqtidar 
münasibəti  haqda.  Soylu  bəy  dedi  ki,  müxalifət  ondan  hakimiyyəti 
istəyir, o da vermir, sən olsaydın verərdin? Adamlıq səviyyəsi elədir 
ki,  hamı  hakimiyyətsevərlik  azarına  tutulub.  Bu  fikir  qədər  mən 
aydın izah eşitməmişdim.  İdrakı mən bunda görürəm. İdrak deyilən 
şey  siyasətdə  də  özünü  göstərir,  ədəbiyyatda  da.  Bayaq  Günev  bəy 
bir  söz  vurğuladı,  idrak  –  görünməyəni  görmək  qudrətidir.  Mənim 
Soylu  Atalı  haqda  danışmağım  əslində  bir  məqsədə  söykənirdi. 
Soylu  bəy  mənim  üçün  bir  meyardır.  O,  görünməyəni  görür  və 
göstərir. Ziyalı deyəndə mən Soylunu düşünürəm. 
Mən  Atanı  görməmişəm,  öncə  mən  Soylunu  özüm  üçün  Ataya 
çevirmişdim, yavaş-yavaş o düşüncəmdən çıxdım. Çünki Soylu Atalı 


64 
 
mənə Atanı tanıtdı, verdi. Söz yox ki, Atanın öz yeri var. Atanı mən 
özümə  bir  mayak  bilirəm.  Bu  gün  mənim  yetəcəyim  meyar  Soylu 
Atalıdır, çünki onda mən o idrakı görürəm. O, Atanı bizə verə bilir. 
Mən özüm üçün idraki kamilliyi Soylu Atalı səviyyəsində görürəm. 
Atamız Var olsun!” 
Soylu  Atalı: “Bir neçə  kəlmə  əlavə  edim.  Təbiidir  ki,  Soylu  da, 
İnamlı da hamısı Ata inamı¬nın, idrakının məhsuludur. Atanın İdrak 
ölçüsünü  yaşatmağımız  bizi  canlı  meyara  çevirir.  Təbiidir  ki,  sənin 
bu gün Soylu haqqında danışmağın sevgidəndir. Amma istəyim odur 
ki, Atanın adını o tərzdə çəkməyəsən: “Mən Atanı görməmişəm, hər 
halda Atanın öz yeri var”, o ifadə doğru deyil. Atanın öz yeri yoxdur, 
bizim üçün hər şey Atadır. Ata bizim ruhani varlığımızın özülüdür. 
Özün  üçün  ölçü  götürmək  –  bu,  uğurdur.  Söhbət  paralelləşdirmə 
səviyyəsində  Atadan  gedə  bilməz,  çünki,  yenə  deyirəm,  Ata  bizim 
varlığımızdır.  Soylu  Atalını  şəxs  olaraq,  ziyalı  olaraq,  Ocaq 
Yükümlüsü  olaraq  sən  təhlil  edə  bilərsən,  dəyərləndirə  də  bilərsən, 
burda  qəbahət  yoxdur.  O  yerdə  ki,  Ataya  aid  nəsnələr  Soyluya 
yönəlik  paralellik  təşkil  edir,  orda  bilmək  lazımdır  ki,  bu, 
Amalımızın  tələbinə  uyğun  deyil,  Ataya  zərbədir.  O  xətti  keçmək 
olmaz.  Məsələn,  siz  fikir  verin,  görüşlərdə  mən  Ata  haqqında 
danışıram,  özüm  haqqında  heç  danışmıram.  Bu,  təvazökarlıq 
məsələsi deyil. Mən Atanı verə bilməyimdə varam və görünəcəm. Bu 
hədəf  məsələsidir,  yeni  ruhani  bəşər  halını  təqdim  eləməkdir, 
peyğəmbəri  verməkdir.  Bütün  bu  sevgimiz,  doğmalığımız  nəyə 
əsaslanır,  –  xalqa  Atanı  verməyə.  Hədəfimiz  şəxsiyyətimizi  göstər-
məkdir,  əslində  insanlığı  xilas  etməkdir.  İnsan  da  elə  bizdə  burdan 
başlayır.  Ümumiyyətlə,  Ocaqçılar  bir-birini  dəyərləndirməlidir. 
Təkcə  Soylunu  görürəm  yox,  başqa  Evladlarla  münasibət  də  ondan 
geri  qalmamalıdır.  Ocaqçını  görmək,  təqdim  etmək,  sahib  çıxmaq 
özü  xalq  yaratmaq  açarıdır...  Ata  isə  ayrı,  bizim  üçün  bəllidir.  Ata 
şəxs deyil ki. Ata İnamdır, Ruhaniyyatdır  – idrakıyla, düşüncəsiylə, 
ideyasıyla. 
Bütün bununla yanaşı, İnamlı qardaşımızın görmək qabiliyyətini 
alqışlayıram.  Heyrət  onu  daxildən  dəyişib  böyüdür  və  Ocağa 
bağlayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə