Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

65 
 
Mən  indi  söhbətimizin  sonunda  ruhani  hədiyyələr  sırasında  bir 
şey  təqdim  edəcəm.  Üçlüyün  apardığı  söhbətlər  olub.  Ağşın 
Ağkəmərli, Abil Ulusoy və mənim söhbətlərimdən ibarət kitab hazır-
lanıb.  Ata  “Sədaqət”  kitabında  yazır  ki,  Ata  bilənləri  yetişməlidir. 
Ata bilənləri nə etməlidirsə, mən orada birbaşa Ocaqdışı olaraq Ata 
bilənlərinin yetişməsinə cəhd eləmişəm. Çox uğurlu alınıb. Yəni Ata 
ölçüsüylə  ortaya  ideoloji  fikir  qoyulub.  Biz  o  danışıqların  kitab 
halına gəlməsi üçün nə qədər zəhmət çəkmişik. Səsdən sözə çevrilib, 
onun  üzərində  redaktə  olunub,  düzəlişi  olub,  mətbuata  verilib.  O 
kitab  millətini,  dövlətini  sevən  istənilən  adam  üçün  ideoloji 
yardımdır. Bu, Atanın meyarıdır. Onu biz yaratmışıq. 
Sonra,  Türkel  Araşdırma  Qurumu  adı  ilə  aparılan  ideoloji 
söhbətlərdən ibarət  kitab  hazırlanır.  Onu  mətbuata  verdik,  yəqin  ki, 
beş-üç  adam  oxudu,  gələcəkdə  isə daha  geniş  öyrəniləcək,  araşdırı-
lacaq.  Bu  gün  Məmmədəminşünaslar  yaranıb.  Atanın  ölçüsü  də 
araşdırılacaqdır. Hər cəhəti ilə öyrəniləcək, tədqiq olunacaq. Bunlar 
hazır  faktlardır,  böyük  irsdir.  Bunlar  hamısı  xətdir  –  Atanın 
peyğəmbərliyini  verməyə  hesablanmış.  Çünki  nicat  ordadır.  Nicat 
siyasətdə  deyil,  nicat  yadlığa  dayanan  ideoloji  döyüşlərdə  deyil. 
İdeoloji döyüşün özündə ruhani hikmət olmasa, mümkün deyil. 
Bütün hamısının özülündə Ata durur... 
İndi ənənəvi olaraq suallara keçək. 
Nurtəkinin sualları. Milli ideologiya – bəşəri ideologiya. Fərqi və 
oxşarlığı. 
Nurtəkin, bəşəri ideologiya yoxdur, milli ideologiya var. Millətin 
özünün  varlığını  ifadə  edən,  mahiyyətini,  ləyaqətini  ifadə  eləyən 
mədəniyyəti var, yaradıcılığı var, özünüifadə imkanları var. Onların 
əsasında bir həyat nizamı yaranır. Bu həyat nizamı bütöv toplumun 
yaşamını əhatə edir və sistemləşdirir. Buraya dövlət nizamı daxildir, 
ictimai  münasibətlər  nizamı  daxildir,  ailə  və  s.  hamısı  daxildir. 
İdeologiya,  adını  çəkdiyim  keyfiyyətlər  üzərində  qurularaq,  toplu-
mun  həyatında  siyasi  nizam,  düzən  yaradan  bir  şeydir.  Ölkələrin 
siyasi  yönətim  quralı  var.  Bu  yönətim  quralı  həmin  prinsiplər  əsa-
sında formalaşmış nizamdır. İdeologiya odur, həmin yönətim quralı-
dır.  İdeya  xalqın  ruhani  mahiyyətini  ifadə  edəndir,  onu  yaradandır. 


66 
 
Ruhani keyfiyyətlərini təsdiq edəndir. Bu halda ideya bəşəri ola bilir. 
İdeologiya  isə  onun  həyatını  nizamlayan,  dövlət-xalq  münasibətini 
nizamlayan, xalqın özünün birgəyaşayışını təmin edən bir sistemdir. 
Milli  ideologiya  əsaslandığı  insani,  milli  keyfiyyətləri  ilə  bəşəridir. 
Çünki  insanlıq  bir  xalqa  aid  deyil,  ümumbəşəridir.  Ancaq  dediyim 
kimi, bir xalqın iç nizamını bəşəriyyətə sırımaq olmaz. Hər bir xalqın 
insanlığından doğan bir yönətim quralı olur, bir nizam sistemi olur. 
Hər kəsin özünəməxsus bu sistemi xalqlararası münasibətlərdə ahəng 
yaradır. Məsələn, bizim özümüzün yönətim quralımız var, Rusiyanın 
özünün  yönətim  quralı  var.  Bunlar  özündə  yönətim  quralı  ilə  içini 
nizamlayır.  Həm  də  o  yönətim  quralları  ilə  bir-birinə  münasibət 
oluşdurur. Həmin münasibət bəşəri nizam yaradır. Orda oxşar şeylər 
nə ola bilər? Oxşar şeylər insani-milli gəlişmələr ola bilər, dəyərlər 
ola  bilər.  İnsani  dəyər  bütün  xalqlara  doğmadır.  Onunla  vahid  bir 
münasibət nizamı yaranır. 
İkinci sual – Şər nə zaman tam məğlub olur? Mən bunu “Qutsal 
Öyrənim Günü”ndə açmışdım. Ata deyir ki, gerçəklikdə şər heç vaxt 
məğlub  olmur.  Şər  fərddə  məğlub  olur,  toplumda  məğlub  olmur. 
Çünki yeni doğulan var, yaşayan var. Hamı kamil olmur axı cəmiy-
yətdə.  Cəmiyyətdə  şər  həmişə  olur.  Amma  fərd  ömründə  kamillə-
şəndə  şər  məğlub  olur.  Kamilləşdikcə  şərin  ömürdə  təsiri  aradan 
qalxır. Ona görə də fərdlərin münasibəti ümumi ahəng gətirir, nizam 
gətirir,  ictimai  nizam  yaradır.  Ayrı-ayrı  şər  daşıyan  fərdlər  olur. 
Amma ümumi mühit, şəri məğlub edən insanların yaradıcılığı, qoru-
yuculuğu nəticəsində ümimu bir milli nizam yaranır, ahəng yaranır. 
– Kədərə sevinmək olarmı? 
– Sevinmək ayrı bir çalardır. Kədərdən fərəh götürmək olur. Bir 
var fərdin xassələrinin doğurduğu kədər. Bu, balaca kədərdir. Bir də 
var  Ali  Kədər.  Ali  Kədər  –  xalqımız  özünü  itirib,  öz  mənasından 
ayrılıb. Bəşər öz mənasından ayrılıb. Biz isə elə bir ömür qururuq ki, 
həm  o  kədəri  dərk  edirik,  onu  ömrümüzə  yükləyirik.  Həm  də 
bəşəriyytin  o  kədərdən  çıxmasına  xidmət  edirik,  fərəhlənirik.  Fərəh 
dolur  içimizə,  çünki  ümid  görürük,  nicat  görürük.  Çünki  biz  onu 
yetiririk.  Böyük  mənada  kədərdən  fərəh  almaq  odur.  Fərdi  mənada 
kədərdən ancaq çıxmaq olur. Kədəri ötürük, yeni əhvallarla doluruq. 


67 
 
– Sual: İnsanın özünə sualları nə zaman çətinləşir? 
–  Adam  ki,  daim  düşünür,  adamın  qarşısına  elə  şeylər  çıxır  ki, 
suallar verirsən. İndi mən öz dəftərimdən bir neçə suallar oxuyacam. 
Adam daim axtarışda olanda özünə sual verir və cavab verir. Bəzən 
ona əks cavab da verirsən. Bunun içindən çıxmaq lazımdır. Doğrunu 
müəyyən etmək lazımdır. Bu da ciddi, davamlı mütaliə və düşünmək 
tələb edir. Həmişə düşünmək, həmişə oxumaq lazımdır”. 
Nurtəkin Atalı: “Sənin özünə sualların necə yaranır?” 
Soylu  Atalı: “Düşünəndə.  Mənim  düşünmədiyim  saat,  dəqiqə 
olmur. 
– Sual: Dünyanın qazancı – dünyanı qazanmaq. 
–  Dünaynın  ruhani  qazancı  şəxsiyyətin  yaranmasıdır.  Çünki 
şəxsiyyət  sadəcə  milli  fakt  olmur.  Sufilərin  adını  çəkdik.  O,  bir 
millətdə  dayanmır.  Onların  arasındakı  ülvi  münasibət  gözəlliklər, 
müqəddəsliklər  –  o  yalnız  bir  fərdə  aid  deyil,  bütün  bəşəriyyətə 
məxsusdur.  Dünya  fiziki  faktdır,  onun  ruhani  anlamı  bəşərdir. 
Dünyanı  qazanmaq  bəşəri  yaratmaq  anlamına  gəlir,  –  Bəşəri 
yaratmaq və onun ləyaqətinə sahib durmaq. 
–  Sual:  Ömrünün  hansı  məqamında  Atanı  görə,  tanıya,  inana 
bildin? Bu suala hamı cavab versə yaxşıdır. 
–  Ola  bilər adamı  hansısa bir  məqam  tutur.  Bəzən isə  adamı  bir 
məqam  deyil,  yüz  məqam  tərpədər.  Mən  deyə  bilmərəm  ki,  ilk 
baxışdan Atanı anladım. O gəldi bizim institutda görüş keçirdi. Sonra 
mən Atanın evinə getdim. Atanın dalınca məni həm də şöhrət hissləri 
aparmışdı. Dedikləri halıma daxil olmuşdu, ağlıma daxil olmamışdı. 
Dedikləri  dumanlı  şəkildə  içimə  gəlirdi.  Zəng  elədim,  getdim,  o 
qədər  doğma  danışdı  ki.  Doğmalıq  çəkdi  məni,  davamlı  şəkildə 
apardı  onun  evinə.  Evində  dönə-dönə  söhbət  elədik  və  s.  bunu 
kitabımda yazmışam. Siz onu bilirsiniz”. 
Günev  Atalı: “Mən  bir  dəfə  yazmışam  onu.  Kim  idim,  kim 
oldum  –  onu  hesabatımda  yazmışdım.  Ömrümdə  hədsiz  boşluq 
görürdüm.  Heç  nə  məni  qane  eləmirdi.  Ona  görə  cəmiyyətdə  mənə 
müxtəlif  adlar  da  verilmişdi.  Adamayovuşmaz,  yerəbaxan,  özünü 
bəyənən. Amma nə axtardığımı belə bilmirdim. Niyə bu boşluq var. 
Bəzən  də  uşaq  kimi  şiddətli  ağlamaq  vardı  məndə.  Balaca  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə