Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

56 
 
edirəm.  Mənim  ayıq  vaxtımda  elə  vəcdim  az  olur.  Atamız  Var 
olsun!” 
Soylu  Atalı: “Çox  yaxşı  vurğuladın  ki,  o  ifadə  elədiyim 
duyğuların hamısında öz yerimi axtarıram. Adam o fikri tanıyandan 
sonra  özünü  müqayisə  edir.  Bir  var  adama  xoş  gəlir,  bir  də  var  ki, 
oxuyub  incələyirsən.  Elə  ki,  başlayırsan  öz  duyğularınla  müqayisə 
etməyə,  onda  o  sənin  ağlında  daha  yaxşı  oturur.  Məncə,  bu  yeni 
haldır,  nə  mənada  –  ifadə  baxımından.  Hər  bir  incə  məqamı  öz 
duyğularınla müqayisə etmək. Mütləqə qovuşma məsələsində isə bir 
az dəqiqləşdirmə aparmaq olar. Mütləqə qovuşma yolun sonu deyil. 
Mütləqə qovuşma yolun başlanmasıdır. Ataya deyirdilər ki, tutaq ki, 
biz  kamilləşdik,  sonra.  Ata  deyirdi  ki,  elə  hər  şey  ondan  sonra 
başlayır.  Ata  mərasimdə  deyirdi  ki,  kamilləşmək  məqsəd  deyil,  siz 
bir ilə, iki ilə, üç ilə, gecikməməlisiniz, kamilləşməlisiniz. Kamilliyi 
ömrünüzün  axırına  daşımamalısınız.  Bir  dəfə  mən  bir  yazı 
yazmışdım, o  kamillik sözü ilə analogiya təşkil eləmir, amma ciddi 
məsələ  idi:  “nəhayət  ki,  Böyük  Yolun  başlanğıcına  gəlib  çatdım”. 
Böyük Yola qədər də yol var, bu yol adamın içindəki təbəddülatları, 
axtarışlarıdır. Yolu tapırsan, yolu tapandan sonra ağıl da rəvan olur, 
istək də rəvan olur, gediş də  rəvan olur. Kamilləşmək bir məqamda 
nəyəsə  çatmaq  deyil  ki.  Sənin  ömrün,  duyğuların  elə  kamilləşə-
kamilləşə gəlir. Elə bütün yaradıcılıq ondan sonra başlayır. Hər şey 
elə ondan sonra başlayır. 
Bir  var  əski  səviyyədə  mürid-mürşüd  məktəbləri,  bizdə  isə 
“Ruhani Ailə” məsələsi var. Hələ ki, Ailəyə yeni insanlar cəlb etmək 
çətin  olur.  Ancaq  Ailəçilərin  özü  öyrətmən  deməkdir.  Ailədə  həm 
öyrənirsən, həm öyrədirsən. Biz ona nail olmuşuq. Nələrsə bizi qane 
eləmirsə, o ayrı. Çox gözəl məqamlara gəlib çıxmışıq”. 
Nurtəkin Atalı: “Ata Səsi” kitabını oxuyuram. Atanın əzablarını, 
harayını,  inamını,  Ocağının  gələcəyinə,  Amalının  Azərbaycanı, 
dünyanı xilas edəcəyinə inamı o qədər böyük və aydındır ki. Bəzən 
dünyanın  gedişatını,  həyatın  amansızlığını  düşünəndə  öz-özümə 
deyirəm  ki,  məgər  Ata  bilmirdimi  bunları.  Ata  bilirdi  ki,  Amalı 
yarandı  və  o  İnam  davam  edəcək.  Axı  o  dövrdə  heç  düz-əməlli 
Evladları da yaranmamışdı Atanın. Ata özünə inanırdı, Evladlarının 


57 
 
artacağına,  böyümə-sinə,  Azərbaycanda  sabit,  dəyişməz  Ocaq  halı 
yaratdığına inanırdı. Həyatda da elə olur bəzən. Ailə başçısı öləndə 
hər şey qırılır. Ailə başçısının halı, inamı, sevgisi ailəni saxlasa da, 
övladlar  arasındakı  yadlıq,  faydaçılıq,  təmənna  ailənin  birliyini 
pozur.  Asif  Ata  öləndə  də  elə  oldu.  Kimsənin  sözü  o  birinin 
boğazından  keçmədi.  Kimsə  kiməsə  dəstək  durmaq  o  yana,  əngəl 
olmağa  çalışdı.  Amalın  tələbləri  deyil,  mənəmliklərin  tələbləri 
hayqırdı.  Doğmalıq,  müqəddəslik  dünyası  elə  bil  Atayla  köçdü.  O 
zaman da vəfalılıq duyğusu içimi titrədirdi. Atanı yaşatmaq gərəkdir, 
amma  necə.  Məndən  illərlə  təcrübəli  Ocaqçılara  baxanda  çaşıb 
qalırdım.  Məni  Ocağa  gətirən  adamın  mənəmliyinə  daha  çox 
çaşırdım. O zaman Soylu Atalının Amal yönündə, Ata müqəddəsatı 
yönündə  çalışmaları,  çalışdırması  məni  Ataya  yönəltdi.  Ataya 
yönəldiyimi  o  zaman  bildim  ki,  əməl  yerinə  yetirirdim  və  yerinə 
yetirdikcə Ocağın sabahına inanırdım. Soylu Atalı bizi redaksiyalara, 
məktəblərə göndərirdi. Həyatda da körpənin ilk dəfə ayaqları açılır, 
sonra  dili.  Biz  də  körpə  kimi  əvvəl  ayaq  açdıq,  sonra  dilimiz  söz 
tutdu,  ürəyimiz  sözümüzün,  əməlimizin  arxasında  durdu.  Əməllə-
rimiz  Ocaq  adlı  gələcəyi  qururdu,  xarakterlərimiz  yetkinləşirdi, 
yetkinləşdikcə  doğmalaşırdı,  Ocaqlaşırdı.  Bütün  bu  quruculuğun 
başında  Soylu  Atalı  dayanırdı.  Ömür  Amallaşanda  qurulur, 
nizamlanır,  cilalanır.  Ömür  Amalda  dəyərini  tapır.  Ömür  də  yol 
kimidir.  Elə  bil  yol  çəkirsən.  Gərək  elə  əməllərlə  yol  çəkəsən  ki, 
itməsin,  görünsün,  bilinsin.  Bəzən  tək  yol  çəkərsən,  bəzən  birləşib 
yol  çəkərsən.  Ömürlər  birləşəndə,  əməllər  birləşəndə,  düşüncələr 
dost olanda çəkilən yolun itməmək ehtimalı da böyüyür. Biz də elə 
yol çəkməkdəyik. Bu yolun aparıcısı da Ocaq Yükümlüsüdür. Onun 
hər  əməl  təşəbbüsünün  həyata  keçməsinə  münasibəti,  onu 
qiymətləndirməsi Ocaq üçün, Ocaqçılar üçün çox mühümdür. Həqiqi 
qiymət,  həqiqi  dəyər  ölçümüzə  yaxınlaşdırır,  öyrədir,  böyüdür  bizi. 
Ona  görə  də  Soylu  Atalının  görünən  və  görünməz  quruculuğu 
Ocağın  əməlini  də  artırır,  münasibətdəki  doğmalığı  da.  Özünlə 
doğmalaşmasan, baş-qasına doğmalaşa bilməzsən. Özünlə doğmalaş-
masan, Ocaqlaşa bilməzsən. Ocaqlaşdıqca, doğ¬ma-laşdıqca münasi-
bətlərin  dəyərini  anlayırsan.  Münasibəti  başlamaq  asan,  qorumaq, 


58 
 
davam  etdirmək  çətindir.  Bu  baxımdan  Ocaq  Yükümlüsünə 
münasibət  də  qorunmalı,  artmalıdır.  Əvvəllər  bəzən  Soylu  Atalının 
hər  hansı  bir  əməl  yönündən  dediklərinə  içimdə  narazı  bir  duyğu 
olurdusa  da  demirdim,  amma  dediklərini  yerinə  yetirirdim.  Yetir-
dikcə  də  onun  yanaşmasının  doğru  olduğunu  görürdüm.  Atanın 
vəfatından  sonra  keçirdiyimiz  görüşlər,  etdiyimiz  səfərlər,  Ata 
müqəddəsatı, öz yaradıcılığım, özümü ifadə etməm artdıqca Ocağın 
ruhani  nizamını  daha  aydın  dərk  edirəm.  Soylu  Atalının  zəhmətini 
görürəm.  Ocaq  qaydalarının  yaşaması  üçün  güzəştsizlik,  Ocaq 
əməllərinin  həyata  keçməsi  üçün  əngəlləri  görməzdən  gəlmək,  hər 
çağrıya  səs  verib  get¬mək,  deyilən  sözü  vaxtında  yerinə  yetirmək, 
səbirlə, sevgiylə münasibət yaratmaq, qurmaq – bunlar Soylu Atalıda 
gördüklərim  –  öyrəndiklərimdir.  Ocağın  indiki  gedişatının  da  ana 
xəttini  Ocaq  Yükümlüsünə  münasibət  qurur.  Doğma  bir  münasibət 
sistemi  qurulub  Ocaqda.  Mən  bir  tədbirdə  dedim  ki,  Soylu  Atalını 
anlamaq  Ocağı  anlamaqdır.  Çünki  Soylu  Atalı  öz  ömründə  Atanı, 
Amalın  tələblərini  yaşayır.  Bizləri  də  Ata  tələbinə  yüksəltməyə, 
Ocaq  məsuliyyətini  dərk  etməyə  çağırır.  Bu  çağırışı  sevgimizlə, 
doğmalığımızla  bəsləməli,  böyütməli,  davam  etməliyik.  Biz  yol 
salırıq  münasibətimizlə,  sabahkılar  davam  edir.  Bizdən  başlanır 
Ocağa  münasibət,  bir-birinə  münasibət,  Ocaq  Yükümlüsünə  müna-
sibət.  Təbii  ki,  münasibətin  təməli  inamdır.  İnam  isə  bir-iki  gündə 
yaranan  hadisə  deyil.  İdrakın  gördüyü,  təsdiqlədiyi,  Mənəviyyatın 
tələb etdiyi, İradənin yürütdüyü halla yaranır İnam. 
Bir  dəfə  Ocaq  dostlarından  biri  dedi  ki,  sizdə  demokratiya 
yoxdur,  Soylu  bir  fikir  deyirsə,  sənin  də  fikrin  olmalıdır. 
Demokratiyanın  nə  demək  olduğunu  burda  açmağa  ehtiyac  yoxdur. 
Əgər Ocaq Yükümlüsü bir söz deyərsə, mən düşünürəm ki, o bu fikri 
düşünərək bütün məsuliyyətilə deyir. Onun dediyinə dəstək olmaq və 
ya həyata keçirmək üçün mən nə edə bilərəm deyə düşünürəm. Əgər 
mən  də  demokratiyaya  uyub  mənəmliyini  təsdiqləmək  üçün  söz 
deyirəmsə,  müqəddəslik,  münasibət  nizamı  itəcək.  Mən  Ocaq 
Yükümlsünün  dediyini  müzakirə  etmədən  anlamağa  çalışmalı,  o 
əməli həyata keçirmək yönündə daha nə edə bilərəm  deyə təşəbbüs 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə