Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

42 
 
çalmasını  cəmiyyət  nəinki  qəbul  etməyib,  bu  kimi  möhtəşəm 
mübarizəni  tanımayıb  da  əslində.  Bu  üzdən  də  cəmiyyətdə  insan 
yaranmaq  imkanını  aşkarlamayıb.  Mütləqə  İnam  Ocağı  insanı  xilas 
edir və onun mahiyyəti üstə yaşamasını bayram edir. 
Bu gün azadlıq aşiqimiz uca Babəkin İslam qılıncıyla doğranması 
günüdür.  Bu,  həm  də  Babəkin  timsalında  İnsanlığın  doğranması 
günüdür.  İnsanlığın  tələb  etdiyi  ali  keyfiyyətlərin  hamısına  bərabər 
ömür  yaşamışdı  Babək.  Yetməli  olduğu  qüdrətə  yetmişdi.  Həmin 
qüdrətdir ki, Babəki bu gün də yaşadır, sabah da yaşadacaq”. 
Soylu  Atalı: Var  ol.  Bir-iki  əlavə  edimqardaşımızın  uğurlu 
çıxışına.  Deyim  ki,  bu  gün  “İnsanilik”  Bayramı  günüdür.  Biz  bu 
günü Babəkin edam olunduğu gün kimi qeyd eləmirik. Elə çıxa bilər 
ki, bizim keçirdiyimiz bu gün Babək günüdür. 
“Qarın  qardaşdan  irəlidir  deyib  babalarımız”.  Bu  fikri  bir  az 
dəqiqləşdirək.  Bunu  babalarımız  deməyib.  Biz  kimə  babalarımız 
deyirik?  Biz  o  kəslərə  baba  deyirik  ki,  o  kəslər  bizim  tariximizi 
yaradıb. 9 milyonun hamısına baba demirik. Onların içərisində xal-
qın  mənəviyyatını  yaradan,  ağlını  yaradan  insanlarımıza  biz 
keçmişimiz  kimi  baxırıq.  Babəklərə,  Nəsimilərə,  Füzulilərə  biz 
dəyərimiz və keçmişimiz kimi baxırıq. O  ifadəni babalarımız işlədə 
bilməz.  “Qarın  qardaşdan  irəlidir”  deyə  bilməz.  Onu  cılız  adamlar 
deyib.  O  cılız  adam  bizim  babamız  deyil.  Bizim  tariximizin, 
keçmişimizin  babası  deyil.  Ocaq  olaraq  ifadələrimizi  özümüz 
düzəltməliyik. Bəzən qıraqdan da deyirlər ki, atalarımız, babalarımız 
belə  deyiblər.  Mən  də  deyirəm  ki,  siz  xalqı  ayaqlar  altına  salan 
adamları  niyə  atalarımız,  babalarımız  sayırsınız.  Siz  xalqa  xidmət 
edən  insanları  sayın  atanız,  babanız.  Bizə  həqiqəti  verən,  yol 
göstərən  insanlardan  örnək  götürə  bilərik.  Onları  babalarımız, 
atalarımız  saya  bilərik.  Biz  milli-insani  yöndə  yanlışlar  eləyənlərə 
babalarımız  deyə  bilmərik.  “Palaza  bürün,  elnən  sürün”  ifadəsini 
babalarımız  deyə  bilməz.  “Ağa  deyir  sür  dərəyə,  sür  dərəyə”  – 
babalarımız  bunu  deyə  bilməz.  Burda  oturanlar  –  bizlər,  yəqin  100 
ildən  sonra  babalar  olacağıq.  Biz  nəylə  babalar  olacağıq?  Ləyaqə-
timizlə,  hikmətimizlə,  böyüklüyümüzlə  ola  biləcəyik.  Həmişə 
toplumun  əsas  hissəsi  bəsit  olub,  cılız  olub.  Xalqı  barmaq  sayda 


43 
 
insanlar təmsil edib. Asif Ata istəyir ki, xalqın içində xalqı dağıdan 
qüvvə  olmasın.  Xalqı  dağıdan  cəhalət,  qaragüruh  olmasın.  O  demir 
ki, milyon dönüb kamil olsun. Mümkün deyil. Mümkün olan odur ki, 
xalqının  içində  qiblə  yaranır,  yön  yaranır.  Sənin  xalqının  içində 
mənəvi-idraki  yön  yaranır.  Sənin  xalqının  içində  müdrikin  olur, 
ağsaqqalın,  həqiqi  şairin  olur,  həqiqi  nasirin  olur.  Onda  onların 
yaratdığı  mühit  olur,  yön  olur.  Yönəltdiyi  xəlqi  məzmun  olur. 
Naqisin  də  o  mühitə  tabe  olmaq  məcburiyyəti  yaranır.  Bu  gün 
özbaşınalıqdır.  Bu  gün  evlərin içindəki  hər  cür  eybəcərliyi  televizi-
yaya  çıxarıb  nümayiş  etdirirlər.  Əgər  xalq  özünə  bərabər  olsaydı, 
buna  risk  eləmək  olmazdı.  Bu  ona  görə  baş  verir  ki,  xalq  özünə 
bərabər  deyil.  Ona  görə  də  biz,  xalq  olaraq  da,  insan  olaraq  da, 
həmişə  vurğu  edirik:  Öz  içimizdə  dəyəri  tanımalı,  yaratmalı,  sahib 
çıxmalıyıq. Heç bir xalqın da haqqı yoxdur ki, özünün zibilini başqa 
xalqa sırısın. Bəhrələnmək ayrı şeydir, sırımaq ayrı şeydir. Sırımaq o 
deməkdir ki, sən özününkünü qoyursan qırağa, onunkunu götürürsən. 
Bəhrələnmək  o  deməkdir  ki,  gözəl  bir  dəyəri  təqdim  edirsən, 
başqaları  ondan  bəhrələnir.  Necə  ki,  insanlar  bir-birinin 
gözəlliklərindən  bəhrələnirlər.  Dünya  xalqları  da  bir-birinin 
gözəlliklərindən bəhrələnməlidir. Xalqların özünəməxsusluqları var. 
Onu sevmək və bəhrələnmək olar”. 
Yasin Türksoy şeir oxudu. 
Sevda  xanım  bayrama  dəvətindən  məmnunluğunu  bildirdi  və 
bayramı qutladı. Türkiyəli öyrənci Mehmet bəy, Elçin bəy və Şahanə 
xanım da bayramı qutladılar. 
Bayram  hədiyyəsi  olaraq  Nurtəkin  Atalının  hazırladığı  “Atalıq 
Xilqəti” görüntü diskləri hədiyyə edildi. 
Göylü Atalının hazırladığı fotoalbom Ocaq Yükümlüsü tərəfindən 
qəbul olundu. 
“İnsanilik”  Bayramının  Şərqisini  Üstün  Atalı  oxudu. 
Sonra  “İnsanilik  Bayramı  üstə  Mütləqlə  Təmas”  ayaq  üstə 
dinlənildi. 
Ocaq  Yükümlüsü  Ata  çağırışını  çatdırdı:  “İnsanlaşın, 
İnsanlaşdırın!” 


44 
 
Hamı:  “İnsana  and  olsun,  İnsaniliyə xidmət edəcəyəm!”  –  dedi. 
Bayramın  Mərasim  hissəsi  “Ata  Ruhunu  ürəyimizdə  aparırıq!”, 
“Atamız Var olsun!” səcdəsiylə sona çatdı. 
Bundan sonra tədbir çay süfrəsi ətrafında doğmalaşma ilə davam 
elədi. 
Günəş Ayı, 36-cı il. Atakənd. 
(mart, 2014. Bakı). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


45 
 
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 
Ata – Ocaq İlsırasının 36-cı ili 
 
Qutsal “Ruhani İdrak Günü” Mərasiminin 
GEDİŞATI 
 
Gün: 25 Çiçək Ayı, Qismət Günü
Yer: İnam Evi; 
Başlanır: saat 14.00 . 
Mərasim Odası Ocağın ruhuna uyğun hazırlanır. Təşkilatca 
sorumlu  Göylü və Ulusəs Atalılardır. 
Mərasim “Ata Harayları” ilə başlanır. 
 
Hamı: “Ata Ruhlu Qutsal Günüm!– mənalandır ömrümüzü!” 
deyir. 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı, 
“Ataya Günorta Ricası”nı – Ulunur Atalı, 
“Ruh Üstə” izharını – Üstün Atalı söyləyir. 
  
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir. 
 
Mərasim qonuları: 
1. Doğmalıq, Dəqiqlik, Mübarizə Ruhani İdrakla qurulan 
keyfiyyətdir. 
2. Ruhani mübarizə Ata ilə vəhdətdən keçir. Bu vəhdətə yetmək 
üçün Ata idrakının sirlərinə çatmaq gərək! 
 
Mərasimə Ruhani hədiyyələr təqdim olunur. 
 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə 
təqdim edilir. 
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 
“Atamız Var olsun!” səcdəsi ilə Mərasim başa çatır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə