Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

50 
 
Bu  mərasim  üçün  müraciət  edəndə  Ata  dedi  ki,  “İdrak  Günü” 
Mərasimi üçün bir gün seç, mən də Çiçək Ayının 25-ni seçdim, Ata 
qəbul elədi. 
“Ruhani İdrak Günü” mərasimində hər bir Ocaqçının düşüncələri 
dinlənilir,  həm  də  sualları  cavablandırılır.  O  suallara  mən  də  cavab 
verə  bilərəm,  özünüz  də  cavab  verə  bilərsiniz.  Bu  bir  məktəbdir... 
“Ruhani  İdrak  Günü”  bizə  öyrədir  ki, Ocağımızın  yerişi,  Ocağı-
mızın qorunması və İnkişafı Evlada bağlıdır. Hər bir fərd öyrənir, 
həm də xalqın içində olur ki, öyrəndiklərini öyrətsin. Ancaq ciddi və 
əsaslı  şəkildə.  Gedərsən  5-3  nəfərin  içində  söz  deyərsən,  onu 
heyrətləndirərsən və s. Saf adamlar tez inanır, tez də qırılır. Qırılma-
maq  üçün  əsaslı  şəkildə  Ocağı  öyrənmək,  bilmək  lazımdır.  Bütün 
dünya  nə  çalır  çalsın,  sənin  ləyaqətinin  qarşısında  hər  şey  əlinin 
arxasını yerə qoymalıdır. Vaxt var idi, Asif Atanın əleyhinə hər şey 
deyirdilər,  sındırmaq  üçün.  Bizi  də  sındırmaq  istəyənlər  var. 
Sınmamaq  üçün  Atanı  bilməlisən,  dünyanın  gedişatını  bilməlisən. 
Ata  haqqında  heç  nə  tapmırdılar  deməyə,  nə  deyəcəkdilər?  Ata 
KQB-yə işləyir, xarici qüvvələrə işləyir? Buna kim inanar? Deməklə 
deyil  ki,  gərək  deyilənlərdən  nələrsə  görünsün  də.  Ona  görə  boş 
deyilişlərə  inandırmaq  mümkün  deyil.  Müəyyən  dövr  üçün 
çaşdırıcılıq  yaradırlar,  şər  bunun  üçün  çabalayır,  amma  qarşısını 
almaq  mümkün  deyil.  İndi  də  Ata  haqqında  bu  cür  düşüncələr  yox 
deyil,  sadəcə  olaraq,  Ata  ölüb  deyə,  müsəlmanlarda  bir  ənənə  var, 
ölənin  dalınca  danışmazlar  məsələsi.  Amma  o  fikir  yox  deyil.  Belə 
şeylər  Atanın  başından  bir  tük  də  sala  bilməz.  Hansısa  zəif  bir 
Ocaqçıya  təsir  edə  bilər,  amma  bu,  Atanın  zəifləməsi,  yaxud  yıxıl-
ması  anlamına  gəlmir.  Cəmiyyətdə  insanlar  var  ki,  söhbət  edərsən, 
sənə qayıdıb deyər ki, o filankəslər də var, o sizdəndir? Belə suallar 
verə  bilərlər.  Biz  “bizdəndir”  məsələsi  ilə  məşğul  olmuruq,  biz 
Ocağın  prinsiplərini  yaşadırıq,  qoruyuruq,  təqdim  edirik.  Kim  hara 
qədər  yeriyə  bilirsə,  ora  qədər  yeriyir.  O  kəs  ki,  içində  qəti  olaraq 
Atayla  bərkiyir,  o  uzaq  gedə  bilər,  o  böyüyə  bilər,  arta  bilər.  Əks 
təqdirdə  eviylə,  eşiyiylə,  özünü  gözlərə  soxmaqla  məşğul  olan 
adamlar  bizdən  deyil.  Atanı  kimsə  sevə  bilər,  bu  ayrı,  sevgi  müha-
kimə  olunmur.  Amma  Atanı  yaşatmaq,  onun  ideallarını  qorumaq 


51 
 
mühit  istəyir,  bundan  ötrü  Ruhani  mühit  olmalıdır,  ruhani  mühitin 
yaradıcısı,  qoruyucusu  olmalıdır...  Ocağın  yerişini  təmin  etmək, 
məhz  Ocaqçının  Ruhani  idraka  yetməsindən  keçir.  Qıraqdan  əsən 
külək onun tükünə belə təsir etmir. 
İkinci,  Ocağın  qorunması.  Heç  nə  itmir,  ən  adi  görünən  şeylər 
yazılır,  sabaha  çatdırılır.  Bunu  yazmaq  üçün  də  yaşamaq  lazımdır. 
Bütün  yaranan  ədəbiyyatlar  hamısı  fərdlərin  yaşamıdır.  Hər  yerdə 
Ocağı vermək üçün, ağılları, ürəkləri doldurmaq gərək. Bunun üçün 
ömürdə daim təzələnmə olmalıdır. 
Nəhayət,  Ocağın  inkişafı  bu  dediklərimizə,  –  fərdin  kamilləş-
məsinə  bağlıdır.  Bu  üç  məsələ  ciddi  öyrənilməli,  dərk  olunmalı 
məsələdir... 
İndi bir neçə kəlmə də bugünkü proseslərə mövqe bildirək.  Mən 
hər  an  bu  qənaətə  gəlirəm  ki,  dünyada  baş  verən  hadisələr  Asif 
Atanın  zərurətini  daha  da  qabardır.  Dövlətlər  dövlətsizləşiblər.  İndi 
dövlət  sözü  ilə  dövlətsizlik  sözünün  arasında  fərq  yoxdur. 
Mahiyyətcə  dövlət  zor  demək  deyil.  Dövlət  həyat  uğrunda  mübari-
zəni  tənzimləməli  deyil.  Dövlət  xalqın  yaşam  nizamını  yaratmalı, 
inkişaf  etdirməlidir.  Xalqın  həyatını,  ləyaqətini,  sosial  həyatını 
qorumalıdır.  Dünyada  heç  bir  dövlət  əsaslı  şəkildə  bununla  məşğul 
olmur.  Çağdaş  dövlət  öz  funksiyasını  çox  az  həyata  keçirir.  Riyazi 
dillə desək, heç 20 faizini həyata keçirmir. Ona görə də dövlətlərarası 
münasibətlər  yağılığa  gətirib  çıxarır.  Xalqlararası  münasibətlərin 
yağı  səviyyəsinə  enməsinə  gətirib  çıxarır.  Bütün  dövlətlərin  hamısı 
imperiyaya can atır. Çünki gedişat elə qurulub, hamı elə qəbul edir 
ki,  imperiya  olmadan  yaşamaq  olmur.  Gərək  kimlərisə  özünün 
xidmətçinə çevirəsən. Hər kəs ona meyil edir. Bütün gedişatın hamısı 
insanlığa  qarşı  yönəlib,  bu  da  Atanın  zəruriliyini  artırır.  Nə  edirsən 
et,  Atanın  dediyi  İnsanlaşma  məsələsinə  gəlib  çıxır.  Dünyanı 
heyvanlar idarə edir, heyvan dünyası yaranıb, heyvan mühiti yaranıb, 
İnsan  dünyası  çöküb.  İnsan  dünyasında  belə  yaşanmazdı  axı.  İnsan 
dünyanı məhv eləməzdi axı. İnsan dünyanı qurardı. Dünyanı sevmək 
yoxdur, ağalıq eləmək var. 
Türkün  təbiət  sevgisi  Tanrıçılığa  bağlı  idi.  Tanrıçılığı  qurban 
verdi  ərəbin  Allahçılığına.  Təbiət  tamamilə  yiyəsizləşdi.  Tanrıçılıq 


52 
 
təbiəti  sevmək  öyrədirdi,  təbiətə  vurğunluq  öyrədirdi.  İndi  təbiəti 
məhv edən dünyaya Türk Tanrıçılığı gərək deyil. 
Dünyanı  yenidən  qurmaq  üçün  Asif  Atanın  Mütləqə  İnamı 
gərəkdir.  Türk  Mütləqçiliyi  Türk  Tanrıçılığından  daha  yüksək  bir 
səviyyədir. 
Bir dünyada ki Allahın adı pul olsun, o dünyanın nəyinə güvənə 
bilərsən? Planetin məhv olması gözümüzün önündədir. Bu gün Qərb 
dünyası  özünün  pulçuluq  murdarlığını  hər  yerdə  təsdiq  etməkdən 
ötrü  nə  qədər  qurbanlar  verir.  Əfqanıstandan  tutmuş,  İraq,  Suriya, 
Azərbaycan,  Gürcüstan,  Misir,  Liviya,  hamısı  kapitalizmin,  pulçu-
luğun  qurbanlarıdır.  Quruluş  özünü  qoru¬maq  üçün  qurbanlar 
uydurur.  Xalqlar  kapitalizmlə  döyüşməsinlər  deyə,  demokratiya  ilə 
aranı  qatıb-qarışdırırlar.  Guya  demokratiya  azadlıqdır,  nicatdır.  Nə 
qədər təlqin olar? Nə qədər mənasız təbliğat aparmaq olar? Dağıda-
dağıda  gəlib  ikinci  canavarla  –  Rusiya  ilə  üz-üzə  qaldılar.  Rusiya 
gördü  ki,  onun  gələcəyi  təhlükə  qarşısındadır,  başladı  yeni  dağıdı-
cılığa. Rusiya yarandığı gündən imperiya kimi qurulub, milli dövlət 
kimi  qurulmayıb.  Ona  görə  Rusiya  bu  gün  milli  dövlətə  çevrilmək 
istəmir, çevrilə də bilməyəcək. Əgər o imperiya çökərsə, rus xalqının 
gələcəyi yoxdur. Ona görə də çabalayır. Rusun heç bir mədəni təsiri 
qalmayıb.  Bir  vaxtlar  mədəni-maarifçilik  təsirləri  var  idi.  İndi  o  da 
yoxdur. Öz içində xalqın mənəviyyatı çöküb, məhv olub. Acınacaqlı 
bir  durumdadır  Rusiya.  Ətraf  bölgələrə  verə  biləcək  ideoloji  zəmin 
yoxdur,  mədəni  etki  yoxdur.  Ona  görə  də  ancaq  qol  gücü,  zor 
nümayiş  etdirir.  Avropanın  murdarlığı  daha  böyükdür,  amma  üzdə 
elə görünür ki, onun zoru yoxdur. 
Rusun  təqdim  eləməyə  şirnisi  olmadığına  görə  güc  nümayış 
etdirir.  Özü  vahimələnir  öz  durumundan  Rusiya  bu  gün.  Təşvişə 
düşüb  ki,  NATO  gəlib  ağzının  içinə  girib,  onun  axırı  necə  olacaq. 
Ukraynada  Avropa  oturmaq  istədi,  təşvişə  düşdü,  ona  görə  də  açıq 
zor  ortaya  qoydu.  Açıq  zor  göstərməkdən  hələ  uzun  müddət 
çəkinməyəcək.  Çünki  Qərbə  başqa  təsir  imkanları  zəifdir.  Bu  gün 
Rusiyanın bu cür çabalar göstərməsinə görə dayandırılmamasının üç 
səbəbi var: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə