Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

75 
 
•  Xalqlararası  münasibət  nə  vaxt  ruhaniləşə  bilər?  Məsələn, 
birinin  torpağı  o  biri  tərəfindən  zəbt  olub.  Heç  kim  heç  kimə 
qaytarmaq istəmir. 
• Bir nəslin gözünü qorxutmaq o biri nəslidə özünü necə göstərir, 
yaxud nədə göstərir? 
Yeni nəsil əvvəlkinin aqibətini bilir, amma qorxmaya bilir. Yəni 
insanı  bir  nəsildə  sındırırlar,  o  biri  nəsildə  sındırılmaya  qədər 
yenidən  dirəniş  baş  qaldırır.  Çünki  insanın  mahiyyətində  o  var. 
37-ci  ildə  böyük  nəsil  sındırıldı,  şikəst  olundu,  onun  aqibətini  bilə-
bilə Ata yenə ortaya çıxır, mübarizə aparır və s. 
• İçdən gələn bütün istəklərə əməl etmək doğrudurmu? 
•  Nə  üçün  adam  içində  doğruluğuna  tam  əmin  olmasına 
baxmayaraq,  başqalarının  özünə  qarşı  münasibətini  hesaba  almalı 
olur.  Məsələn,  sən  Günev,  toplumun  Ataya  münasibətinin  nə  olub-
olmamasından  asılı  olmayaraq,  əməllərini  davam  edirsən,  ancaq 
heysiyyatı  nəzərə  alırsan,  bəzən  nəyisə  demirsən  və  s.”... 
Mərasimin  sonunda  ruhani  hədiyyələr  təqdim  olundu:  “Fəlakətlə-
rimizdən  dərs  götürək”  rubrikası  altında  Üçlüyün  söhbətlərindən 
ibarət kitab, son Ocaq tədbirlərinin görüntü diskləri, Soylu Atalının 
son  yazılarından  ibarət  olan  kitabça  Ocaqçılara  hədiyyə  edildi. 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə təqdim 
olundu. 
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə 
Mərasim sona yetdi. 
 
 
İşıq Ayı, 36-cı il. Atakənd. 
(may, 2014. Bakı.) 
 
 
 
 


76 
 
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 
Ata – Ocaq İlsırasının 36- ili 
 
Müqəddəs “Evlad Günü” Mərasiminin 
GEDİŞATI 
 
Gün: 1 Şölə Ayı, İnam günü. 
Yer: İnam Evi (İçərişəhər). 
Vaxt: saat 14.00 
 
Oda Mərasim ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu  İnam 
Evinin Odqoruyanı Ulusəs Atalıdır. 
Mütləqə İnam Bayrağı gətirilir – hamı səcdə duruşunda. 
“Ata Harayları” səsləndirilir. 
 
Hamı: “Bəxtiyaram – Atanın Ruhani Evladıyam!” 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, 
“Ataya Günorta Ricası”nı – İnamlı, 
“Ruh Üstə” izharını – Üstün deyir. 
  
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir. 
  
Mərasim qonuları: 
1. “Dünənimlə bu günümün fərqi”.  Evlad hesabatı verilir. 
2. Mütləqə İnama İdraki səviyyədə yetmişəm. 
  
Mərasimə Ruhani hədiyyələr təqdim olunur. 
 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə 
təqdim olunur. 
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 
“Atamız var olsun!” səcdəsi ilə Mərasim başa çatır. 
  
 
 


77 
 
CARLAR: 
 

 
Evladlığın təsdiqi – Özüylə ruhani döyüşüdür! 

 
Ruhani Evladlıq – Yeni insanlaşma erasının qurucusu! 

 
Ataya Evlad olmaq Zaman üstü hadisədir! 
 
 
 Gedişatı yazdı: İnamlı Atalı 
20 İşıq Ayı, 36-il. Atakənd. 
  
   
 
Qəbul olunur. 
  
 Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı 
                                              
  20 İşıq Ayı, 36-il. Atakənd. 
 
 
 


78 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Qutsal “Evlad Günü” Mərasimində 
deyilmiş fikirlər 
 
Ocaq  Günsırası  ilə  1  Şölə  Ayı,  36-cı  ildə  Asif  Atanın  Mütləqə 
İnam  Ocağı  Qutsal  “Evlad  Günü”  Mərasimini  həyata  keçirdi. 
Mərasim  quralları  icra  olunduqdan  sonra Ocaq  Yükümlüsü  Soylu 
Atalı Ataya Səcdə ilə sözünə başladı: Müqəddəs Günümüzü – Qutsal 
“Evlad  Günü”  Mərasimimizi  keçiririk.  Mərasimə  ruhani  təqdirlərlə 
başlayırıq. 
Ocağımızın  ruhani  yaşamasında,  Ocaq  işinin  davamlı  şəkildə 
həyata  keçirilməsində  göstərdiyi  təşkilatçılığa  görə,  Ocaq 
ədəbiyyatlarını  yazıb  ərsəyə  gətirdiyinə  görə  və  onun  yayılmasına 
əmək qoyduğuna görə, o cümlədən Ocağın maddi baxımından addım 
atmasına  davamlı  şəkildə  qatıldığına  görə  Göylünün  Evladlıq 
aqibətini  Atamızın  adından  təqdir  edirəm,  ona  bundan  sonra  da 
fərəhli  Evladlıq  aqibəti  və  başarıları  diləyirəm.  (Göylü  Atalı  Ataya 
Səcdə ilə Bayrağı öpür – N.A.) 
Ocağımızın  nizamlı  və  sistemli  şəkildə  qurulmasında  və 
yazılmasında,  ədəbiyyatlaşmasında,  arxivləşməsində  ərdəmlik 
göstərən  və  bunu  özünün  taleyinə  çevirən  Nurtəkinimizin  Evladlıq 
ləyaqətini Atamızın adından təqdir edirəm və ona Evladlıq başarıları 
diləyirəm. (Nurtəkin Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.) 
Ocağımızın  maddi  addımlar  atmasında  ruhani  səy  göstərən, 
ləyaqət  ortaya  qoyan,  son  günlərdə  Ocağımızın  ruhani  səfərinin 
gerçəkləşməsində  qatqısı  olan  Güntayımızın  Evladlıq  ləyaqətini 
Atamızın adından təqdir edirəm və ona Evladlıq başarıları diləyirəm. 
(Güntay Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.) 
Ocaq işlərinin ərsəyə gəlməsində, Ocaq yazılarının yazılmasında 
qatqısı  olan,  habelə  Ocağın  mətbuat  vasitəsilə  yayılmasını  davamlı 
şəkildə  həyata  keçirən,  bundan  yorulmayan,  yalnız  inkişafa  doğru 
irəliləyən  Üstünümüzün  Ruhani  Evladlıq  ləyaqətini  Atamızın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə