Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

82 
 
minlərin yaşadığı adi ömürdən uca bir ömür var  – ona yetməliyəm. 
Anladım ki, əsrlər bir-birini əvəz etsə də, idarəetmə dəyişsə də, insan 
dəyişməyib.  İnsan  öz  mahiyyətinə  uyğun  yaşamayıb.  Dünənin 
əkinçisi  –  bu  günün  fəhləsidir,  dəyişən  biçimdir,  mahiyyət  eynidir. 
Vaxt  var  idi  təhsillilər  barmaqla  göstərilirdi,  hər  kəs  təhsil  ala 
bilmirdi,  indi  təhsillinin  sayı-hesabı  yoxdu.  Ancaq  heç  birinin 
ömründən  işıq  düşmür  xalqın  üzərinə.  Sənət  də  mübarizə  aparmır. 
Hər kəs öz bəsit duyğularını nümayış etdirir. Hekayə yazırlar  – adi 
ömürləri  ifadə  etməkdən  o  yana  keçmirlər,  şeir  yazırlar  –  adi 
duyğuları  ötə  bilmirlər.  Tarixdəki  dahilərin  izini  tapa  bilməzsən  bu 
yazılarda.  Nəsimi  ənəlhəqqini,  Füzuli  eşqini,  Dədə  Qorqud 
ağsaqqallığını,  Babək  hünərini  heç  olmasa  sənət  vasitəsilə  xalqa 
qaytarmaq gərəkdir. Nəsimini də Ocaqda tapdım, Babəki də Ocaqda 
tapdım,  Dədə  Qorqudu  da.  Bu  hikmətləri  mənə  Asif  Ata  verdi. 
Atadan  öyrəndim,  Soylu  Atalıdan  öyrəndim  xalqı  sevməyi,  vətəni 
sevməyi,  özünü  tanımağı.  Soylu  Atalının  harayı,  ömrü,  yaradıcılığı 
bir  yol  oldu  mənim  üçün  Ataya  doğru.  Soylu  Atalı  haray  çəkəndə 
orda  onun  şəxsi  görünmür  –  Ocaq  görünür,  Ata  görünür.  Mən 
ucayam,  mən  dahiyəm,  mən  müqəddəsəm,  mən  uluyam  deyə  haray 
çəkmir.  Dünya  dəyişməlidir,  insan  dəyişməlidir  deyə  haray  çəkir. 
Cəmiyyətin üstünə yeriyir, şəri saymır, çünki yurdunu, ulusunu sevir. 
Ona görə də Ataya layiq ömür yaradır. 
Mən niyə Soylu Atalıdan bəhs elədim. Soylu Atalı düz deyir, öz 
ömrümüzə baxsaq, hansı səviyyəyə yetməyimiz aydın görünür. Mən 
ömrümün  nizamında,  gedişində  daim  Soylu  Atalının  ruhani 
təsirlərini  görürəm.  İnkar  edə  bilmərəm,  irad  da  tutulub,  fərəhlən-
mişəm də, təqdir də olun-muşam. Bunlar məni böyüdüb, məni Üstün 
olmağa  çağırıb.  Bir  ömürdə  neçə  insanın  qayğısını  çəkmək  olar? 
Buna Soylu Atalının qüdrəti çatır. 
Bunları  düşündükcə  ağlıma  çatır  Ocaqda  olan  doğmalıq,  ruhani 
birlik. Səhər tezdən bunları düşündükcə həddindən artıq fərəhləndim. 
Hərdən  keçən  illərə  dönüb  baxmaq  lazımdır.  Ömür  gəlib  keçir, 
əməllər  yetirilir,  hərdən  dönüb  arxaya  baxanda  görə  bilirəm,  necə 
oldu  ki,  bu  səviyyəyə  yetdim.  Mən,  Üstün  Atalı,  bu  səviyyəyə 
çatdığım üçün, üzərimdə daim Soylu Atalının qayğısını hiss elədiyim 


83 
 
üçün  içimdə  minnətdarlıq  hissi  yaranır  və  onu  bu  mərasimdə  etiraf 
edirəm.  Etiraf  edim  ki,  Soylu  Atalı  olmasaydı,  bəlkə  də  başqa 
insanların yanında olsaydım, mən Amaldan həyata qayıdardım. Məni 
Ocaqda  saxlayan  həm  də  Nurtəkinin,  Göylünün  doğmalığı  oldu. 
Doğmalığımızın qədrini bilirəm. 
Soylu  Atalı: Ocaqla  bağlı  iddialı  danışmaqdan  bilirsiniz  ki, 
çəkinmirəm. O şey ki, o səviyyə ki, peyğəmbərə aiddir, o mərtəbədən 
danışmaq  istəmirəm.  Təqdir  məsələsi,  bəzən  görürsən  ki,  nələrsə 
deyirəm Atamızın adından, çünki elə şeylər var, o, peyğəmbər mərtə-
bəsinin  işığıdır.  Ordan  demirəm  sözümü,  mən  Evlad  mərtəbəsindən 
deyirəm  sözümü.  Bu  doğrudur.  Bu,  süni  şəkildə  təvazökarlıq  deyil 
ki, qıraqdan baxan desin Soylu Atalı Atanın yerini qoruyur, tanıyır, 
elə  deyil.  Həqiqətdir  bu.  Ocağın  Atası,  Başçısı,  Peyğəmbəri  birdir. 
Onun  adından  danışmaq  olar,  əvəzindən  danışmaq  olmaz.  Mən  də 
onun  adından  danışıram.  Çünki  Evladıyam,  o  ruhani  səlahiy¬yəti 
daşıyıram.  Amma  onun  əvəzinə  danışmıram  heç  vaxt.  Bu  məsələ 
ordan irəli gəlir. 
 
 
 


84 
 
Nurtəkin  Atalı: 18  ildir  ki,  Ocaqdayam.  Bu  illərin  hesabatını 
vermək çətindir. Çünki ildən-ilə yüklənib ömür. İldən-ilə çətinliklər 
də  artıb, əzab  da,  kədər  də.  Ancaq fərəh  də artıb.  Əgər  artmasaydı, 
üst-üstə  gəlib  ömür  18  il  ola  bilməzdi.  17  İşıq  Ayında  hesabat 
yazmaq istədim. İllərimi düşünəndə məni kövrək hisslər bürüdü. Bu 
qədər  il  Ocaqda  olacağımı  düşünmürdüm  18  il  əvvəl.  Daha  artıq 
həvəslə  bilmədiyim,  görmədiyim,  xəyalıma  sığmayan  bir  dünyaya 
ayaq  basır-dım.  Çox  şeyləri  anlamırdım,  anlaya  bilmirdim. 
Bilmədiyini anlamaq da olmur. 
Biz  hər  dəfə  deyirik,  bilirik  –  çətinliklər  bizi  böyüdür,  yetirir. 
Ancaq  çətinliyin  adı  çətinlikdir.  O,  özü  ilə  gərginlik,  əzab-əziyyət, 
ağırlıq  yaşadır.  Hər  çətinlik  iz  qoyur.  Hər  çətinlik  adamı  özün-dən 
ayıra  da  bilir.  O  zaman  çətinliyin  özü  addıma  çevrilir  ki,  bütün 
duyğun,  düşüncən,  məqsədin,  yönün  yoldan  ayrılmasın.  Çünki 
yoldan ayrılmaq elə çətinlikdə sınmaqdır. 
Mən  Ocağa  Ataya  heyrətlə  gəldim.  Ataya  mərasimlərdə  elə 
baxırdım ki, elə bil gözlərimə sığmırdı. Məni Ocağa gətirən keçmiş 
Ocaqçı  bir  dəfə  mənə  dedi  ki,  “sən  Ataya  gözlərini  tam  açıb 
baxırsan. Qeyri-estetik görünsə də, heyrətin aydın görünür”. Mən heç 
heyrətin  də  nə  olduğunu  doğru-dürüst  anlamırdım.  Sadəcə  Atanı 
canlı  görmək,  onun  harayını  duymaq,  üzündəki  ağır  kədəri  və 
nikbinliyi  görmək  qeyri-adiydi.  Ataya  aşiqliyim  ömrümdə  mayak 
olub. Mən indi bunu çox aydın görürəm. Bir insan özündə, sözündə, 
ömründə  mənim  millətimin  xilasının  yolunu  yaşayır,  o  yolu  verir. 
Atanın hər sözü, fikri məni o xilas yolunun yükünə bağlayıb. Atadan 
oxuduğum hər fikir məni özümə qaytarıb. Düşüncəm əsilliyə yetəndə 
məhz  o  özümlüyə  qayıtmağı  hiss  edirdim.  Çünki  ətrafdan, 
cəmiyyətdən, zamandan aralanmağım o məqamdan başlayırdı. 
Mən  Ataya  heyrət  etməsəydim,  Soylu  Atalıya  da  heyrət  edə 
bilməzdim.  O  əsilliyin,  həqiqiliyin,  yükün,  Ata  Yolunun  xilas  yolu 
olmasına  inamım  Soylu  Atalıda  davam  elədi.  Bunu  o  zaman 
anlayırdım, anlamasaydım Soylu Atalının yanında olmazdım. Amma 
bunu daha aydın görürəm və bir daha sevinirəm. 
Mən Atanı cəmi bir il gördüm. 17 ildir ki, Soylu Atalıyla bu yolu 
gedirik. Mənim bu yolda olmağım, böyüməyim, özümü yaratmağım, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə