Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   23   24   25   26   27   28   29   30   ...   86

91 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata – Ocaq İlsırasının 36-ili 
“Ata Sonevini Ziyarət Günü” 
Mərasiminin 
GEDİŞATI 
 
Tədbir Ağstafa Sonevliyində Ata Sonevi üzərində gerçəkləşir. 
Təşkilati işlərə Üstün məsuldur. 
Sonevin başında Ocaq Bayrağı asılır. 
 Hamı: “Ata Ziyarətim – özümə yetmə tələbim!” 
“Özündəki Mütləqlə Səhər Təması”nı – Üstün, 
“Ataya Səhər Ricası”nı – Günev deyir. 
  
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə Sözü dinlənilir. 
 
Ziyarət qonusu: 
“Ata Ziyarətim – Müqəddəs Vətən Quruculuğum!” 
Ziyarət sözündən sonra Mərasimin digər quralları icra olunur: 
Ölümlə Görüş” İzharını – Göylü, 
“Aqibət” İzharını – Üstün, 
“Matəm üstə Mütləqlə Təmas”ı – Güntay söyləyir. 
  
Günün Carı 
Ata Amalı – İnsanın özünə yetmə tələbi! 
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 
“Atamız Var olsun!” səcdəsiylə Mərasim başa çatır. 
Gedişatı yazdı: Üstün Atalı 
19 İşıq Ayı, 36-il. Saray-Soylu. 
Qəbul olunur. 
          
 Mütləqə İnam Ocağının Yükümlüsü 
 Soylu Atalı 
                  19 İşıq Ayı, 36-il. Saray-Soylu. 


92 
 
 “Ata Sonevini Ziyarət Mərasimi”ndə 
deyilmiş fikirlər 
 
Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümün-
dən 17 il ötdü. Mütləqə İnam Ocağı ənənəvi olaraq bu tarixdə “Ata 
Sonevini Ziyarət Mərasimi”ni (Ağstafa sonevliyində) həyata keçirdi. 
Evladlar “Ata Ziyarətim – özümə yetmə tələbim!” söylədikdən sonra 
Ocaq qurallarını yerinə yetirdilər. 
Ocaq  Yükümlüsü  Soylu  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı: 
Düz 17 ildir Asif Atanı biz bu torpağa gömmüşük. Düz 17 ildir biz 
bu torpağı ziyarət edirik. Biz Asif Atanı heç vaxt bir müəllim deyə 
ziyarət  etmədik.  Biz  Asif  Atanı  böyük  türk  dəyəri  olaraq  və 
ümumbəşər  dəyər  olaraq  ziyarət  elədik.  Bizim  səcdəmiz  İnsanlığa 
olan  münasibətdir.  Bizim  səcdəmiz  bəşəriliyə  olan  münasibətdir. 
Hələ də toplum elə bilir ki, biz öz müəllimimizə sədaqət göstəririk. 
Müəllim məsələsi deyil bu. Müəllimin dalınca 17 il getməzlər. Asif 
Atanın  böyük  hədəfləri  var.  Asif  Ata  öz  yurdundan  başlayaraq 
bəşəriyyətə  yeni  söz  demək  üçün  ayağa  durub.  Yeni  bəşər  halı 
yaratmaq,  yeni  sivilizasiya  yaratmaq  üçün.  Yeni  sivilizasiyanın  adı 
İnsanlaşma  sivilizasiyası,  İnsanlaşma  erasıdır.  Sovetlər  dönəmində 
Azərbaycanın milli ağzının yumulduğu bir çağda, insanlığın ağzının 
yumulduğu bir çağda, qorxunun, vəhşətin, dəhşətin tüğyan elədiyi bir 
çağda  Asif  Ata  millətçiliyə  başladı,  İnsançılığa  başladı.  Birləşdirdi 
Millətçiliklə  İnsançılığı.  Dedi  ki,  əgər  dünyada  Millətçilik  olmaya-
caqsa,  onda  bəşəriyyət  sürüləşəcək.  Necə  ki,  sürüləşib.  Millətçilik 
olmayan yerdə sürüçülük var. Millətçilik – millətin insani keyfiyyət-
lərini bərpa eləməkdir. Daim yeni İnsani keyfiyyətlərini aşkarlamaq-
dır və dünyaya təqdim eləməkdir. Millətçilik – bir dildə danışan, bir 
aqibəti  bölüşən  toplumun  ləyaqətini  təsdiq  eləməkdir.  Onun  Bəşər 
dünyasında  varlığını  təsdiq  eləməkdir.  Dünyaya  ağalıq  etmək 
iddiasıyla fəaliyyət göstərən bütün güclər dünyaya imperiya gözüylə 
baxdılar,  dünyaya  ağa  gözüylə  baxdılar.  Dünyanı  küçümsədilər, 
özlərinin  sexinə  çevirdilər.  Özlərinin  gəlir  qaynağına  çevirdilər 
dünyanı.  Belə  bir  vaxtda  Asif  Ata  haray  çəkdi  ki,  dünya  sizin 
gördüyünüz  deyil.  Dünya  insan  böyüklüyünə  şahid  olan  və  insan 


93 
 
böyüklüyünü  ayaqda  saxlayan  böyük  bir  mənadır.  O mənayla  oyun 
oynamaq  olmaz.  İnsanlığın  öldürüldüyü  bir  vaxtda  insanın  gələcəyi 
düşündürürdü  Asif  Atanı.  Yenə  deyirəm,  elə  bir  vaxtda  ki,  Atanın 
özü demiş, heç bir proqramda yox idi, heç bir planda yazılmamışdı 
ki, belə bir addım atmaq lazımdır. Belə bir söz demək lazımdır. Heç 
yerdə yox idi. Asif Ata sübut elədi ki, böyüklüyü dünyünın o başın-
da-bu  başında  axtarmaq  lazım  deyil.  Xalqın  öz  içindəki  böyüklüyü 
ayağa qaldırmaq lazımdır. Böyüklük öz içindən başlayır və dünyaya 
gərək olur. O, öz böyüklüyünü heç kimin, xalqın, insanların boynuna 
yük eləmir. Əksinə, insanların böyüməsi üçün, şəxsiyyətə çevrilməsi 
üçün,  xalqının  böyüməsi  üçün  ürəyini  onların  qarşısına  qapı  kimi 
açdı.  Qarşılıq  ummadı!  Nə  hakimiyyət  umdu,  nə  deputat  olmaq 
istədi,  nə  akademiya  umdu.  Əksinə,  bütün  ona  təklif  olunanlardan 
imtina  elədi.  Həqiqət  onun  üçün  ən  yüksək  pillədə  bərqərar  oldu. 
Dedi  ki,  ancaq  həqiqətə  tapınmaqla,  insanlığı  diriltməklə  xilas 
gətirmək olar və millət olmaq olar. İnsanı yaratmadan millət olmaq 
mümkün  deyil.  İndi  gərək  insanı  yaradasan.  İnsanı  yaratmadan  heç 
dövlət  də olmaq  mümkün  deyil.  Dövlətin  sahibi insandır.  Nə  qədər 
ki,  dövlətin  sahibi  insan  deyil,  dövlət  özü  müəyyən  bir  qrupun 
alətidir, xalq da sürüdür. Necə ki, siz onu görürsünüz. Ona görə dedi 
–  düşündük,  daşındıq,  Ocaqlaşma  yolu  tutduq.  Ocaqlaşma  yolu  ilə 
yeni  İnsan  Dünyası  yaratmaq.  Yeni  İnsan  Dünyası  nə  vaxt  yarana-
caq? Bunun fərqli izahı var. Fərdi mənada Ocaq özü həmin dünyadır, 
ümumi mənada işin gələcəyi var. Heç kimi aldatmadı, vəd vermədi. 
“5  ildən  sonra  hər  şey  əla  olacaq”  demədi.  Dedi  ki,  bundan  ötrü 
gərək  insanlar  irəli  dursun,  əzab  çəksin,  zəhmət  çəksin,  mübarizə 
aparsınlar.  Bu  gün  bir  mübarizə  üsulu  tanıyırlar:  siyasi  mübarizə. 
Siyasi mübarizə özünü doğrultmur. Niyə? Çünki siyasətdə şəxsiyyət 
yaranmır.  Xadim  yetişmir.  İntriqabazlar  yetişir.  Cəmiyyəti  siyasətlə 
elə pozublar ki, heç Asif Atanın özünün Ocağı da o intriqalardan yan 
keçə bilmədi. Cəmiyyət o  qədər deqradasiya olunub, o qədər uçub-
dağılıb.  İnsan  özüylə  məşğul  olmadıqca,  intriqa  ilə  məşğul  olacaq. 
Ömrü  boyu  iki  fikrə  sahib  ola  bilməyənlərin,  qaz  balonlarına 
oxşayanların işi intriqadan o yana keçmir. İnsan öz içinin balacalığını 
döymədikcə,  başqasını  cırmaqlamaqla  məşğul  olacaq.  Belə  də  olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə