Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   24   25   26   27   28   29   30   31   ...   86

94 
 
Asif Atanın Ocğında da bir vaxtlar oldu. Hər yerdə bu belədir. Ona 
görə  Asif  Ata  bizə  yön  verdi,  qapı  verdi.  Dedi,  özünüzü  yaradın. 
Böyük insanlara çevrilin. Yurdunuza sahib olun. Özünüzə sahib olun 
ki, yurdunuza da sahib olasınız. Millətinizə də sahib olasınız. 
 
 
Bu gün milləti ləğv eləməyə girişiblər. Millətçiliyi damğalayırlar. 
Pis  bir  şey  kimi  qələmə  verirlər.  Guya  millətçilik  olsa,  millətçilər 
başqalarını  basıb  əzəcəklər.  Məqsədyönlü  şəkildə  imperiyaçılıqla 
qarışdırırlar  millətçiliyi.  Niyə?  Çünki  millətçilik  milləti  dirildir. 
İstəmirlər  dirilsin.  İstəmirlər  gücə  çevrilsin,  böyüsün,  öz  sözünü 
desin. Bizim taleyimizə elə bir acınacaqlı hal gətirdilər ki, dünyada 
ikinci  bir  xalq  tapın  mənə  göstəin  ki,  bizim  aqibətimizi  yaşayır. 
İkinci  bir  xalq  yoxdur.  Neçə  yerə  parçalanıbsan,  neçə  yerə 
dağılıbsan,  səpələnibsən,  ələ  gəlmir.  On  yerə  parçalanıb.  İkisinin 
sözü  bir-birini  tutmur.  Hələ  Quzey  Azərbaycanın  öz  içində 
qruplaşmalar,  tayfaçılıq  fəlakəti.  Ona  görə  də  Asif  Atanı  eşitmək 
lazımdır. 
Bu  gün  insanlarımız,  dindən  bezənlərimiz  ateizmə  yuvarlanırlar. 
Nə  tapacaqsan  Ateizmdə?!  Ateizmin  uzun  bir  tarixi var.  Ateizm  nə 
yaratdı?  Səfalətdən  başqa,  özbaşınalıqdan  başqa  heç  bir  şey 


95 
 
yaratmadı.  Ona  görə  Ateizmlə  İnsan  yaratmaq  olmaz.  Ateizmlə 
millət,  vətən  yaratmaq  olmaz.  Ateizmə  yuvarlanmaq  səhvdir.  Asif 
Ata  deyir  ki,  inamı  nə  uydurmaq  olmaz,  nə  də  ləğv  eləmək  olmaz. 
Həqiqəti  uydurmaq  olmaz.  Ateizm  ləğv  eləyir,  rədd eləyir  həqiqəti. 
Ateizm  heç  bir  müqəddəs  duyğu  tanımır.  Heç  bir  müqəddəs  imkan 
tanımır.  Hər  şeyi  maddidə  görür,  hər  şeyi  üzdə  görür.  Ateizmlə 
sabaha  yol  getmək  olmaz.  Din  də  uydurur.  Fatalizm  yaradır  – 
qismətçilik.  İnsan  ömrünü  proqramlaşdırır.  İnsan  mexanizm  kimi 
özündən  qıraqdakı  qüvvə  tərəfindən  idarə  olunur.  Din  də  bunu 
yaradır.  Hər  iki  halda  cəhalət  var.  Hər  iki  halda  insan  cəhalətə 
yuvarlanır.  Amma  insan  qəlbinin  ən  dərin  qatlarında  müqəddəs 
duyğular  var,  müqəddəs  ehtiyaclar  var,  tələblər  var.  Onu  oyatmaq 
lazımdır,  onu  qaytarmaq  lazımdır  həyatın  özünə.  Onu  ləğv  eləmək 
olmaz. Ona görə də biz insanlarımza üzümüzü tutub həmişə deyirik 
ki,  Asif  Atanı  yaxşı  öyrənmək  lazımdır.  Öyrənin  əvvəldən  axıra 
qədər. Onda görəcəksiniz ki, yad baxışların heç birindən yapışmağa 
ehtiyac  qalmır.  Özününkündən  tut.  Özününkü  daha  alidir,  daha 
ucadır.  Nəsimiyə  sahib  çıxmadın.  Nəsimiyə  sahib  çıxsaydın, 
Azərbaycan  ayrı  Azərbaycan  olacaqdı.  Nəimiyə  sahib  çıxmadın. 
Babəkə sahib çıxmadın. Bu gün Atatürkü imam Hüseynin nəslindən 
elan edirlər. Sənin Babəkini imam nəslindən elan edirlər, ərəbləşdi-
rirlər,  ruhsuzlaşdırırlar,  öldürürlər.  Çünki  sahib çıxmırsan.  O  boyda 
M.Ə.Rəsulzadə  “Əsrimizin  Səyavuşu”nda  Babəki  suçlayırdı.  Babək 
Sovet  ideolojisinə  gərək  oldu  deyirdi.  Görün,  M.Ə.Rəsulzadə  kimi 
uca  şəxsiyyət,  böyük  şəxsiyyət...  Babəkə  nə  vaxt  sahib  çıxdınız  ki, 
sovet  ideolojisi  ondan  bəhrələnməsin.  Sovet  ideolojisi  Babəkdən 
özünün ateizmi üçün istifadə elədi. Sən isə özünün İnamçılığın üçün 
istifadə  elə.  Babək  ateist  deyildi,  Fərəhçi  idi.  Fərəh  inamı  var  idi. 
İnsan  gərək  fərəhlə  yaşasın,  fərəhlə  ölsün,  döyüşsün  deyirdi. 
Hardaydı  orda  ateizm?!  Orda  ateizm  yoxdu.  Xürrəmi  dini  vardı. 
Ərəblər  ləğv  elədilər,  məhv  elədilər.  Babəkə  sahib  çıxmadın.  İndi 
Asif  Ataya  sahib  çıxmaq  lazımdır.  Birtəhər  çıxmasın,  taleyimizə 
düşüb, ona sahib çıxmaq lazımdır, öyrənmək lazımdır, mənimsəmək 
lazımdır.  Xalqına  vermək  lazımdır  inadla,  sevgiylə.  Asif  Atanın 
peyğəmbərliyindən  qorxmaq  lazım  deyil.  Peyğəmbər  məsələsi  heç 


96 
 
bir  vaxt  ləğv  olunmayacaq.  Ona  böyük  ehtiyac  var.  Peyğəmbərlik 
sadəcə  olaraq  öz  mənasına  yetməlidir.  Asif  Ata  onu  öz  mənasına 
yetirir.  “Ata”  sözü  “peyğəmbər”  sözündən  uca  sözdür.  Ata  o 
məzmunu özünə qaytarır. Dünyabaxış yaradır. Dünyabaxışın əsasın-
da,  özülündə  İnsan  dayanır.  İnsanı  şəxsiyyət  kimi  yaradır,  qurur. 
Həyata  İnsanın  əliylə  yeni  nizam,  yeni  ahəng  gətirir,  müqəddəs 
nizam  gətirir.  Peyğəmbərin  işi  odur.  Peyğəmbərin  işi  əllaməçilik 
deyil.  Elçi  mənası  daşısa  da,  peyğəmbər  sözünün  əslində  mənası  o 
deyil,  daha  doğrusu,  funksiyası  o  deyil.  Dünyabaxış  yaradırsan  və 
bəşəriyyətə  yeni  yön  verirsən,  yeni  hal  verirsən.  O  hal  ki,  onu  elm 
verə  bilmir.  Duyğularla  elm  məşğul  ola  bilmir.  Müqəddəs,  gözəgö-
rünməyən  əhvallarla  elm  məşğul  ola  bilmir.  Ona  ancaq  idrakda, 
inamda  yetmək  olur.  Fəlsəfənin  gücüylə  yetmək  olur.  Onu  ləğv 
eləmək olmaz. İnsanın insana müqəddəs ehtiyacı var. Ananın müqəd-
dəs əzablarını hansı elmlə, fizikayla aşkarlaya bilərsən?! Riyaziyyat-
la onu hesablaya bilməzsən axı. Odur əslində İnam. Böyük mənada 
din.  Ana  əzabıdır,  ana  zəhmətidir  din.  İnsan  əzabından  doğan  və 
müqəddəs  hal  yaradan  məzmundur.  Yoxsa  Göylər  aləminin 
əllaməçiliyi  deyil  ki.  Ona  görə  Asif  Atanı  düzgün  dərk  eləyib  onu 
ziyarət eləmək lazımdır. 
Biz yurdumuzdan  min kilometrlərlə o tərəfə gedən insanlarımıza 
üzümüzü  tuturuq.  Pullarını  tökürlər  gedirlər  ora.  Rütbələr  alırlar. 
Ərəb  torpaqlarını  yalayırlar.  Məşhədi,  Kərbəlanı  yalayırlar.  Gəlirlər 
rütbə  alırlar,  titul  alırlar,  kərbəlayı  olurlar,  hacı  olurlar,  məşədi 
olurlar.  Sənin  yurduna  da  həqarət  edirlər.  Göstərin  mənə  bir  nəfər 
hacı  ki,  öz  yurdunu  müqəddəs  saysın.  Müqəddəs  sayır  başqa  yeri. 
Başqa şəxsiyyətləri. Öz yurdunda bir nəfər böyük şəxsiyyət tapıb onu 
öymür,  sevmir,  müqəddəsləşdirmir.  Vətəni  öpərsən  qutsal  olar, 
vətəni gözardı edərsən, zibil olar. 
Ağstafalıların özünə biz üzümüzü tuturuq. Sənin içindədir böyük-
lük, qiblə. Mən yönümü bura tutmuşam. Qiblə sənin içindədir. Öyrən 
bu şəxsiyyətini. Gör buna bərabər şəxsiyyət tapa biləcəksənmi?! Biz 
tarixdəki  heç  bir  şəxsiyyəti  azaltmaq  istəmirik.  Hamısını  da 
öyrənmişik, bilirik. Hamısının da yerini bilirik, urvatını bilirik, qədri-
ni  bilirik.  Hamısına  sahib  çıxırıq.  Amma  öyrənin,  müqayisə  eləyin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə