Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

79 
 
adından  təqdir  edirəm  və  ona  Evladlıq  başarıları  diləyirəm. 
(Üstün Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.) 
Ocağımızın bölgədə fəaliyyətini davamlı həyata keçirən, qeyrətli 
addımlar  atan,  yasda,  ayrı-ayrı  ünvanlarda  Ocaq  sözü  deyən, 
insanların  diqqətini  cəlb  edən,  Ocaq  ədəbiyyatları  ilə  təmin  edən 
Günevimizin  Ruhani  Evladlıq  ləyaqətini  Atamızın  adından  təqdir 
edirəm və ona Evladlıq başarıları diləyirəm. 
Ocağımızın  uzun  müddət  qayğısını  daşıyan  Ulusəsimizin  qeyrə-
tini  qəbul  edirik  və  ona  Atamızın  adından  Evladıq  başarıları 
diləyirik. (Ulusəs Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.) 
Özünün  işində,  iş  mühitində  qısılmadan,  çəkinmədən  gələnlərə 
Ocaq ədəbiyyatı verməklə Ocaq sözünü çatdıran İnamlının Evladlıq 
ləyaqətini  Atanın  adından  qəbul  edirik,  bundan  sonra  daha  böyük 
Evladlıq başarıları diləyirik. 
Ocağımızın bugünkü Qutsal Mərasimi Evlad ləyaqətini, hünərini, 
varlığını izhar edən bir mərasimdir. Bu mərasim özündən öncəki və 
bundan sonrakı ruhani hadisələrə, Ocaq hadisələrinə Evlad izharında, 
hesabatında  işıq  tutmalıdır.  Ciddi  düşüncələr  ortaya  gəlməli  və 
aydınlaşmalar olmalıdır. Hər bir fərdin özünün, yaxud öz doğmasının 
ruhani  taleyini  izhar  eləməsi  bu  mərasimimizin  qayəsini  təşkil  edir 
və  olduqca  önəmlidir.  Həyat  çox  amansız  şəkildə hər  kəsin  üzərinə 
yeriyir.  Hər  kəs  fiziki  mövcudluğunu  sürdürməli,  qorumalıdır.  Biri 
ömrünün  çətinliklərini  nəzarətə  götürüb,  biri  müəyyən  mənada 
çətinliklərin  əlində  qalıb,  fərq  etməz.  Həyat  üzərimizə  gəlir  bütün 
çətinlikləriylə.  Amma  bunun  qarşılığında  bu  gün  biz  Ocağı  böyük 
qeyrətlə,  ləyaqətlə  yaşadırıq.  Bu,  misli  görünməmiş  bir  hadisədir. 
Ocağın  müşahidəçiləri  elə  bilirlər  ki,  Ocaq  işi  görmək  elə  məişət 
ailəçiliyini yaşamaq səviyyəsində bir hadisədir. Ancaq onun içərisinə 
gələrsən və görərsən ki, burada səndən hansı ləyaqət, hansı güc tələb 
olunur. 
Həyat nəylə gəlir Evladın üstünə? Həyat məişət çətinliyi ilə gəlir, 
qohum-qonşu tənəsiylə gəlir. Evin içinin tənəsiylə gəlir. Bütövlükdə 
toplumun  tənəsiylə  gəlir...  Asif  Atanın  işini,  ideyalarını  arzulayan 
çoxdur.  Onu  yaşadan,  davamlı  şəkildə  arxasında  duran  isə  yoxdur. 
Ocağın özüdür. Ocağın özündən başqa bu hünəri yaşayan və yaşadan 


80 
 
yoxdur. Çünki hamı qorxur. Nədən? Asif Atanın peyğəmbərliyindən. 
Görün  toplum  nə  qədər  zəlil  gündədir.  İçərisində  ən  təpərlisi  belə, 
ziyalı sayılanı belə qorxur. Görün nə vəziyyətdədir. Özünüzü onunla 
müqayisə edin. Biz deyəndə elə bilirlər ki, biz topluma üstdən aşağı 
baxırıq.  Heç  də  belə  deyil.  Biz  heç  özümüzün  böyük  hünərimiz 
haqqında  danışmırıq.  Asif  Atanın  peyğəmbərliyini  yaratmaq, 
yaşatmaq bizim nəyimiz üçündür? Hansısa bir müəssisənin direktoru 
vəzifəsi verilir, yoxsa nazirlik işçisinəmi çevrilirik? Yoxsa pulumuzu 
kassalara  doldururuq?!  Asif  Atanın  peyğəmbərliyini  yaratmaq  və 
yaşatmaq  xalqın  içindəki  cılızlığı,  yadlığı,  eybəcərliyi,  qəbahəti 
qovmaq, rədd eləmək üçündür. Bu ləyaqəti yaşamaq üçün Asif Ataya 
Evlad olmaq lazımdır. Başqa cür yaşatmaq olmur. Asif Ataya Evlad 
olmaq  lazımdır  və  bununla  qürur  duymaq  lazımdır.  Başqaları  bunu 
eləyə  bilmir.  Ən  yaxşı  halda  Evlad  ola  bilməyən  bir  dəfə,  iki  dəfə 
nəsə etsə də sonra ürəyinin gücü tükənir, nəfəsi təntiyir. Asan deyil. 
Biz burda elan edirik ki, yeni İnam Xalqı yaradırıq. Yeni Bəşər Halı 
yaradırıq.  Bu,  həvəsdən  və  deyimdən  ibarət  deyil.  Elə-belə  arada-
bərədə gəlib görünməklə deyil. Davamlı qurulmalısan, qurmalısan, iş 
görməlisən.  Üzərinə  gələn  tənələri  dəf  eləməlisən,  heç  saymalısan. 
Qorxaq  bir  toplumun  nümayəndəsisən  sən  fiziki  olaraq.  Ancaq 
qorxaq toplumdan qat-qat yüksəkdə yaşayırsan. Ocaq buna nail olub. 
Ocaq  Evlad  ləyaqəti  yaratdı,  ortaya  qoydu.  Baxın  öz  ömrünüzə, 
qədrini  bilin.  Görün  biz  hara,  başqaları  hara.  Cəmiyyətdə  ən  fəal 
adamların  yaşadığı  ömrü  bilirsiniz.  Meydana  çıxıb  danışanda 
bəlağətli  danışır,  o  tərəfə  gedəndə  özünün  səfil  həyatını  yaşayır. 
Kefini  sürür,  arağını  içir.  Sən  isə  daim  haray  çəkirsən.  Xalq  ölüb 
deyirsən.  İnsan  ölüb.  Onu  diriltmək  istəyirik.  Allahlıq  eləmək 
istəyirik.  Allahlıqdır  xalqı  yaratmaq,  qurmaq.  Bu  boyda  toplumun 
içindən  az  sayda  məsum  insanlar,  saf  insanlar  çıxıb.  Məsum,  saf, 
zərif və bütün dünyaca möhtəşəm insanlar. Bunu mən deyirəm, özü 
də sabaha üzümü tutub deyirəm, tarixə yazıram. Bunun da arxasında 
dururam.  Bu  gün  Evladlıqdan  böyük  və  Evlad  əməlindən  böyük 
hadisə  yoxdur.  Evlad  ləyaqətindən  böyük  təpər  yoxdur.  Evlad 
sevgisindən  böyük  işıq  yoxdur.  Evlad  inamından  böyük  hikmət 
yoxdur. Nəinki Azərbaycanda, bütün dünyada. Bir kimsə sübut edə 


81 
 
bilməz ki, Asif Atanın işığından böyük işıq var dünyada. Qaranlıqlar 
qatılaşır  hər  gün.  Toplum  dinçiləşir  –  sürüləşir.  Siyasiləşir  – 
sürüləşir.  Ruhaniləşən  təkləşir,  fərdləşir,  çünki  insanlaşır.  Ataya 
tapınmaq,  ona  səcdə  qımaq  Evlad  qəlbinin  gücünü  birə  beş  artırır. 
Evladların  bir-birinə  münasibəti,  Ataya  sevgisi  qurulur  və 
nizamlanır,  bundan  sonra  da  daha  böyük  miqyas  almalıdır. 
Hər bir Evlad “Dünən kim idim, bu gün kim olmuşam” səviyyəsində 
izhar  eləməlidir.  Hər  kəs  özü  bilir  –dünən  kim  idi,  bu  gün  kimdir. 
Əgər özünüzü deyə bilməsəniz, mən sizə kömək edə bilərəm – dünən 
kim  idiniz,  bu  gün  kimsiniz.  Mən  sözümü  bitirirəm.  Bu  gün 
hamımızın günüdür. Hamı danışmalıdır. 
 
 
 
Üstün  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  Günümüz  qutlu 
osun. 
Dünən kim idim, bu gün kiməm? 
Asif  Atanı  tanıyana  qədər  gənc  ömrümdə  İnsanlığın  doğmalıq 
hissləri  vardı.  Ancaq  bunlar  həyatın  tələbləri  səviyyəsindəydi.  Asif 
Atanı  görəndə  anladım  ki,  bu  günə  qədər  özümdən  xəbər-siz 
yaşamışam. Bu günə qədər xalqdan xəbərsiz yaşamışam. Anladım ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə