Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

72 
 
Hərcayiliyin  ifrat  dərəcəsində  olanlara  da  yaxın  getmirsən,  amma 
bilirsən ki, bunun bir sonu olmalıdır. 
Kəndimiz  dindar  kənd  olmayıb.  İndi  dindarlaşıb,  hamısı  başı-
bağlı-filan. Cahillik dövrünü indi yaşayırlar. Pir-filan olmayıb kəndi-
mizdə,  amma  indi  o  biriləri  vurub  keçib.  Evdə  də  din  söhbətləri 
olmayıb. Əvvəllər dinə acıq sərgiləyirdim, dini aşağılamaq yönündə. 
İranla  müqayirsə  edirdim,  molla  ilə  müqayisə  edirdim...  İnanc  çox 
mühüm  bir  məsələdir.  İnanc  olan  yerlərə  getmişəm.  Baxırdıq, 
dinləyirdik,  durub  gəlirdik.  Baxırdım  ki,  geyimləri, təsbehləri  mənə 
yapışmır...  Yasin  Türksoy  deyir  ki,  övladlarınızı  Ocağa  gətirin, 
Ocağımız bir olmayınca dərdimiz min olacaq. Övladını Ocağa gətir-
məlisən.  Ocaq  elə  bir  mərhələyə  gələcək  ki,  uşaqların  körpə 
vaxtından Ocaqdan xəbəri olacaq. Mən buna inanıram. 
 
 
 
Birinci  dəfə  İnamlı  ilə  görüşmüşdüm.  Təsadüfən,  su  idarəsində. 
Söhbət  dindən  düşdü.  Sonra  millətçilikdən  və  s.  Sonra  əlaqə 
saxladıq, tədbirə gəldik. Soylu Atalı danışanda elə bilirdim ki, özüm 
danışıram.  O  hisslər  içimdə  vardı,  amma  onu  ifadə  edə  bilmirdim. 
Buna görə məktəb lazımdır. Ocaqçıları ən saf, məsum insanlar hesab 


73 
 
edirəm.  Ona  görə  də  bu  insanların  arasında  olmaq  istədim.  Ocağa 
qaynayıb-qarışdıqca  başqalarının  bəsitliyini  anlayırsan.  Sizlərin 
içində  olmaq  istədim.  Allah  ideyasını  dindəki  kimi  qəbul  etməmi-
şəm.  Ancaq  olmadığını  da  inkar  etməmişdim.  Ancaq  Müqəddəsliyi 
də  gəlib  burda  tapdım.  Düşündüm  ki,  dünyadan  ayrılmış  bu  Ocaq-
çıların arasında böyüyərəm. Təəssüf edirəm ki, gec gəlmişəm”. 
Nurtəkin  Atalı: “Mən  də  Göylü  kimi  Ötkün  vasitəsilə  gəldim. 
Ata  Ayından  bizə  dərs  keçdi.  Arada  əlavə  söhbətlər  edirdi.  Atanın 
adını  çəkmədən  danışırdı. Mən  hiss  edirdim  ki,  o,  başqa  mənbədən 
oxuyur.  Semestr  qurtarandan  sona  onun  yanına  getdim.  Tez 
getmədim ki, elə bilər ki, qiymət almaq üçün onun yanına gedirəm. 
Qiymət aldım. Sonra onun yanına gedib dedim ki, mən hiss edirəm 
ki, siz fərqli kitab oxuyursunuz, verin o kitabı mən də oxuyum. Sonra 
Atadan danışdı. Onların “Ailə Günü”nə getdim. “Yol” kitabını verdi. 
“Yol”  kitabını  oxudum,  orda  bir  söz  mənə  təsir  etmişdi  ki,  “insan 
sözü əsil qiymətini itirib”. Sonra bir Ocaqçı qız vardı – Ruhtəkin. O, 
bir il Ocaqla əlaqə saxlayandan sonra Ocağa gəlmişdi. Mənə dedi ki, 
mən bir il itirmişəm, sən itirmə, tez gəl. İşıq Ayında Atanı ilk dəfə 
gördüm,  Atadan  ad  aldım.  “Evlad  Günü”  mərasimində  də  rəsmi 
qəbul  oldum.  İnstitutda  imtahanım  “Evlad  Günü”  mərasiminə 
düşürdü.  O,  mənə  ərizə  yazdırıb  imtahanı  əvvəlcədən  verdirdi  ki, 
mərasimə gəlməlisən... 
Bir mərasimi də mən özüm üçün qeyd edirəm. Ata öləndən sonra 
biz  müəyyən  işlər  gördük. 6  Köçəri  Ayı  “Ailə  Günü”  Mərasimində 
mən anladm ki, Ocaq nə deməkdir. Mən Ocağa onda gəldim əslində. 
Bu  mərasim  mənim  Ocağa  gəlişimin  mərasimi  idi,  məhz  Ocağı 
anladığım baxımından”. 
İnamlı  Atalı (sual  verir): “Atadan  bir  fikir  oxumuşam.  “Özgəyə 
ögey  olmağı  ləyaqətinə  sığışdırmır,  ona  görə  də  özününkünə  ögey 
olur”. 
Günev  Atalı (cavab  verir):  Məsələn,  “İslamı  rədd  etməyi 
ləyaqətinə sığışdırmır, özününkünə yad olur”. 
İnamlı Atalı: “Allahı İdakla dərk etmək...” 
Soylu  Atalı: “Allah  öz  təqdimatıyla  idraka  uyğun  deyil.  Yəni 
idrak kriteriyalarına uyğun təqdim olunmayıb. Allah fantastik bir şey 


74 
 
kimi təqdim olunub, ona görə də ona idrak prizmasından yanaşmaq 
olmur.  İdrak  prizmasından  yanaşanda  Allahın  xülya olduğuna  gəlib 
çıxırsan. Söhbət fövqəltəbii qüvvədən getmirsə, dünyadan artıq olan 
bir  həqiqətdən  gedirsə,  onu  idrakla  tanımaq  mümkündür.  İnam  və 
idrakı ayrı-ayrılıqda şərh eləmək mümkün deyil. İnam istənilən halda 
var,  Atanın  təbirincə  desək,  əgər  İnam  İdrakla  bərkimirsə,  qorun-
mursa,  onda  İnam  özü  də  aza  bilir,  yanıla  bilir.  Bu  gün  Allaha 
səmimiyyətlə  inanan  insanlar  var.  Onun  inamı  inam  faktının  özünə 
görə  yaxşıdır,  hədəfinə  görə  cəfəngiyyatdır.  Nəsiminin  xəttini  axıra 
qədər  qəbul  eləməsək  də,  Nəsimi  aşiqliyini,  Nəsimi  heyrətini, 
vurğunluğunu  tam  qəbul  edirəm.  Kamildir.  Hədəfi  isə  düşünmək 
lazımdır.  Bizim  hədəfimiz  bütövlükdə  Hürufilikdən  fərqlidir. 
Hərflərdən istifadə etdilər, ideoloji xətt yürütdülər, biz onu anlayırıq, 
amma qəbul etmirik. 
Allahı tanımaq məsələsi. Bir var sənə təqdim olunan Allahı dərk 
edərsən,  cəfəngiyyat  olduğu  qənaətinə  gələrsən,  bir  də  sənin 
axtardığın  müqəddəs  bir  fakt,  müqəddəs  bir  məna,  qüdrət.  Buna 
idraksız gəlib çıxa bilmzəsən... 
İndi  isə  mən  suallarımı  oxuyacam.  Ancaq  cavabsız.  Nurtəkinin 
dediyi ki, insanın özünə sualları necə çətinləşir, ona görə oxuyuram. 
Mərasim  zəngin  keçdi.  Suallara  cavabı  sonradan  hər  kəs  özü  üçün 
düşünə, cavablandıra bilər. Yaxud sonra “Qutsal Öyrənim Günü”ndə 
cavablandırarıq. İndi isə yalnız oxuyacam. 
• Yolda, əqidədə başqalarının ziyan verə biləcəindən qorxmaq nə 
deməkdir? 
•  Cəmiyyətdə  tanınmaq  istəyi  ölümsüzlük  istəməyin  birinci 
mərhələsidir.  Ancaq  birinci  mərhələdə  dayanan  əslində  heç  nəyi 
təsdiq eləmir. Adi şöhrətdən ali şöhrətə keçid üçün mütləqmi əqidə 
gərəkdir? 
• Qorxusuzluq nə deməkdir? 
•  Dövlətin  mənafeyi  ilə  millətin  mənafeyi  harda  birləşir,  harda 
ayrılır?  Bu  suala  qısa  cavab  da  yazmışam,  açmaq  gərək. 
Ruhaniyyatda birləşir, siyasətdə ayrılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə