Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

68 
 
səbəbdən  hönkürüb  ağlayırdım.  Amma  balaca  səbəb  deyildi  məni 
ağladan. Nəsə bezirdim dünyadan. Hətta bəzən ürəyimdən keçirdi ki, 
kaş  öləydim.  Elə  bilirdim  ki,  ailə  qurandan  sonra,  övlad  olandan 
sonra  bunlar  keçib  gedəcək,  amma  keçmədi.  Ömrümdə  bir  boşluq 
vardı, nəsə axtarmaq istəyirdim, nəsə özümü təsdiq etmək istəyirdim.  
 
 
 
Mənlik deyildi bu dünya, niyə gəlmişəm... O vaxt Ocaqda olmuş 
Özümlü ilə söhbətlərdən sonra gördüm ki, ömrümə bir sərinlik gəldi. 
Meh  doldu  içimə.  Cəzb  elədi  məni.  Onlar  səfərə  gəlmişdilər.  Cəfər 
(keçmiş Bütöv) məni görüşdürdü onlarla. Cəfər mənə dedi ki, vətən, 
millət haqqında səninlə söhbət eləmək istəyirəm, amma özüm heç nə 
bilmirəm. Bizim kəndə gəlibmiş. Kənddə kiminləsə söhbət edib, ona 
deyiblər  ki,  bu  söhbətləri  get  filankəslə  elə.  Gəldi,  dedi  ki,  sənin 
haqqında  eşitmişəm-filan.  Mən  də  axta-rışdaydım,  “Cəbhə”yə 
meyilli  idim,  Nemətin  tətilinə-filan.  Belə  bir  milli  əhvalım  vardı. 
Adiliyli  qəbul  eləmirdim.  Hamının  biri  olmaq  istəmirdim.  Şöhrət-
pərəstlik  də  vardı  bunun  içində.  Ya  da  durduğu  yerdə  qalmamaq 
istəyi  vardı.  Can  atmaq  vardı.  Amma  əsaslı  bir  boşluq  vardı.  O 
söhbətdən sonra gördüm ki, nəsə sakitəm”. 


69 
 
İnamlı  Atalı:  “Mən,  demək  olar  ki,  hər  çıxışımda  demişəm. 
Soylu  Atalı  olmasaydı,  mən  bu  gün  Ocaqda  olmazdım.  Sarayda 
yaşamasaydım,  Soylu  Atalını  görməsəydim.  Küçələrdə  sərgərdan 
gəzirdim,  heç  kimi  də  bəyənmirdim.  Soylu  Atalı  haqqında 
eşitmişdim.  Bir  dəfə  Soylugilin  evinə  yaxınlıqdakı  dükançıdan 
soruşdum  ki,  əli  çantalı  adamlar  Soylunun  evinə  gedib-gəlirlər,  nə 
işlə məşğul olurlar? O da dedi ki, onlar ruhaniyyatla məşğul olurlar. 
Mən  evə  getdim,  düşündüm  ki,  görəsən  bunların  ruhaniyyatı  nə 
deməkdir? Ruhu anlayıram dini anlamda, ruhaniyyat nədir? Bir gün 
görüşdük. Məni evinə dəvət etdi. Olub ki, Soylu bəylə gecə saat 4-ə 
qədər söhbət etmişik. Soylu bəy “Ricalar”ı deyirdi (Ocaqçının Atayla 
və  Mütləqlə  Təmas  Ricaları),  mən  də  kor-koranə  əlimi  ürəyimin 
üstünə  qoyub  dinləyirdim.  Bilmirdim  ki,  söhbət  nədən  gedir. 
Söhbətlərimiz  çox  olurdu,  gecələr  evə  gec  gedirdim,  ayrıla 
bilmirdim. Evdə soruşurdular ki, hara gedirsən? Mən də nə deyim? 
Deyim  ki,  bu  kişinin  idealına  aşiq  olmuşam?  Evdə  başa  düşməyə-
cəklər  axı  məni.  Necə  deyim  ki,  kiminsə  sehrinə  düşmüşəm.  Elə 
onun  nəticəsidir  ki,  bugünkü  “Ruhani  İdrak  Günü”  mərasimində 
iştirak edirəm”. 
Göylü  Atalı: “Konkret  deyə  bilmərəm  ki,  mən  məhz  filan 
nöqtədə Ataya vuruldum. Ömrümün elə bir məqamı yoxdur ki, orda 
aşiqliyim  olmasın.  İnstitutda  oxuyanda  Ötkün  (Ocaqdan  çıxıb  – 
N.A.)  auditoriyaya  girmişdi.  Əvəz  edirdi  bir  müəllimi.  Atanın  adını 
da  çəkmədi,  Ocağın  varlığından  da  danışmadı.  Azərbaycanın 
dəyərlərindən  danışdı.  Başa  düşdüm  ki,  bu  nəsə  fərqli  bir  şeydi.  O 
özü  cavan  adamdır.  Dedikləri  isə  cavan  adamın  girə  biləcəyi  kol 
deyil.  Sonra  soraqlaşdıq,  bildik  ki,  Asif  Ata  var,  onun  davamçıları 
var.  Ötkün  də  onlardan  biridir.  Auditoriyadan  uşaqları  yığdım 
apardım. 15-20 nəfər idik. Təxminən yarım saat söhbət elədi bizimlə. 
Asif  Atadan,  Onun  yolundan  danışdı.  Dedi  ki,  istəsəniz  fərdi  də 
görüşə  bilərik.  Keçdi  müəllimlər  otağına,  mən  də  onun  ardınca 
getdim.  Hamının  gözünün  qabağında  əlini  öpdüm  onun.  Səcdə 
haqqında heç nə bilmirdim, için ehtiyacı idi”. 


70 
 
 
Ulusəs  Atalı: “Mən  həmişə  fikirləşirdim  ki,  Ocaq  mənim  üçün 
deyil.  Mən  hazır  deyiləm,  orda  gedən  proseslər,  münasibətlər.  Mən 
bir  az  başqa  yöndə  adamam.  Ocaqda  elə  incə  məqamlar  var  ki, 
mütləq  riayət  eləməlisən.  Atanın  varlığı,  ideyası,  qoyduğu  tələblər, 
Atanın  dünyabaxışı,  dünya¬nı  xilas  eləmək  missiyası  –  bunlar 
mənim istəyimə uyğun idi, amma Ocağın quralları bir az məni... Ona 
görə  də  biz  “Uluyurd  Hərəkatı”  ideyasına  yönəldik.  Uluyurd  baş 
tutmadı. Soylu Atalı dedi ki, qıraqda qalma, ideya var, sən də onun 
pərəstişkarısan,  nədən  qorxursan?  Məni  utan-dırdı.  Sadəcə  gec-tez 
söhbəti vardı, Ocağa gələcəkdim”. 
Üstün Atalı: “Mənim Ocağa gəlişimdə əsas səbəb Nurtəkin oldu. 
Cismani bacı olsaq da, ruhani bağlılığımız yox idi ailədə. İlk olaraq 
Nurtəkinlə din haqqında mübahisələrimiz düşdü. Mən o vaxt dindar 
idim.  Quran  oxuyurdum.  Namaz  qılmağa  hazırlaşırdım.  Amma 
Nurtəkinin  dediyi fikirlərə qarşı  bir  söz  deyə  bilmirdim.  Mənim  ilk 
dəfə  Ocağa  aşiqliyim  Atanı  görəndə  oldu.  Novruz  bayramı 
ərəfəsində  Nurtəkin  məni  Atanın  görüşünə  apardı.  Bu  görüşdə 
Atanın  ideyalarını  qəbul  eləmişdim,  təbliğ  edirdim.  İlk  dəfə  Atanı 
görəndə, Ata ki heyrətlə danışırdı, vəcdlə danışırdı, mənim tüklərim 
biz-biz olmuşdu. İçimi tərpətmişdi və məni tər basmışdı, utanc hissi 


71 
 
gəlirdi və Atanın üzünə baxa bilmirdim. Nurtəkin də mənə qaş-göz 
edirdi  ki,  Atanın  üzünə  bax.  Demək  istəyirdi  ki,  Atanın  halını  gör. 
Ata  da  Azərbaycandan  danışırdı.  Məni  də  xəcalət  basır  ki,  mən  bu 
adamı  nə  vaxtdan  tanıyıram.  Niyə  mən  bunu  gəlib  görməmişəm. 
Amma  yaxşı  bir  əhvalım  vardı.  Ata  pianoda  özünün  “Harayları”nı 
çaldı,  xeyir-dua  verdi.  O  anlar,  keçirdiyim  hiss  heç  vaxt  yadımdan 
çıxmır.  Elə  o  hisslərdən  işimdə  təpər  oyandı  ki,  Evlad  olmaq 
lazımdır. Səhvim onda oldu ki, instituta girməyimi gözlədim, hazırlıq 
dövrü idi, o vaxta qədər də Ata vəfat elədi. Atanın vəfatından sonra 
Ocağa gəldim. 
Mərasimdə  qoyulan  mövzu  ki  var,  o  keyfiyyətlər  bizi  formalaş-
dırdı. Doğmalıq, mübarizə və dəqiqlik. Bunu hər zaman Soylu Atalı 
Ocaq mühitində qorumağa çalışdı və bizi də öyrətdi. O üç keyfiyyət 
bizim  yetkinləşməyimizə,  söz  deməyimizə,  var  olmağımıza  kömək 
oldu. O üç keyfiy¬yət olmasaydı, nə halımız yaranardı, nə ömrümüz, 
nə sözümüz. 
Ata  öləndən  sonra  birinci  tədbirimiz  mənim  yadımdadır.  Çox 
Evladlar  vardı.  30-40  nəfər  vardı.  Soylu  Atalı  “Ata  Sonevi”nin 
tikintisi  ilə  bağlı  söhbət  etdi.  O  söhbətdə artıq  5-10  nəfər  qalmışdı. 
Hamı elə dağıldı ki. Tədbirdən sonra söhbət eləmək istəyirdi ki, necə 
tikək, necə gedək. Evladların içində təpər olmadı. Çox şeyi özü elədi. 
Bizi  böyüdən,  bizi  yönəldən  Soylu  Atalı  oldu.  Nə  yaxşı  ki,  Ocağı 
bugünə gətirib çıxara bildik. Öz halımızı yetirə bildik”. 
Güntay  Atalı: “Mən  Qutsal  Ricamda  yazmışdım.  Məni  uşaq 
vaxtımdan  valideynlərim  düzgün  yönəltməyiblər.  Əvvəl  rus 
məktəbinə  qoymuşdular.  Sovetlər  dağılandan  sonra  isə  Azərbaycan 
məktəbinə qoydular. Mühit dəyişdi, dil dəyişdi, çətinliklərim oldu. O 
müddətdə  yol  tapa  bilmirdim.  Evdə  həmişə  söhbətlər  olurdu, 
millətdən, xalqdan. Gah cəbhəyə gedirdim, gah başqa yerə. ADP-nin 
üzvü də olmuşdum. Evdə gəlib-gedənlərlə, qonşularla milli söhbətlər 
olurdu. Biz də dinləyərdik. Bunları düşünərək-düşünməyərək özümü 
orda-burda  göstərmək  istəyirdim.  Ordan-burdan  fikirlər  götürüb 
deyirdim. Sonra da o sözün dalında durmaq lazımdır axı. Duranda da 
istər-istəməz  ayrılırsan  adamlardan.  Bir  az  fərqli  görünürsən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə