Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

59 
 
söyləyərəm.  İçimdəki  inamım  məni  mənəmlikdən  və  demokratiya 
hərcayiliyindən qoruyur. 
Hərbidə belə bir qayda var. Komandirin əmri müzakirə olunmur. 
Məhz bu qaydalar hərbi nizamın qorunmasına xidmət edir. Mən bunu 
hərbidə  doğru  sayıram.  Əlbəttə,  mən  bunu  Ocaqla  müqayisə  etmi-
rəm. Oxşarlıq görünə bilər. Amma mahiyyətdə fərqlidir. Əgər Atanın 
dediklərinə  Evladlar  hər  kəs  bir  fikir  söyləsəydi,  heç  bir  qurucu-
luqdan,  nizamdan  söhbət  belə  gedə  bilməzdi.  Ata  ilk  illərdə  Ona 
müraciətin  “sən”  deyə  olmasını  ləğv  etməkdən  tutmuş  xüsusi  Ocaq 
qaydaları yazmaqda məqsədi o ruhani nizamı yaratmaq və qorumaq 
idi.  Atadan  sonra  biz  münasibət  qaydaları  yazmasaq  da,  o  ruhani 
nizamın, münasibətin qorunmasına, davam etməsinə çalışmalıyıq. 
Ocaq nizamı – müqəddəslikdir. Çünki o nizamda münasibət var – 
Əmələ  münasibət,  Ocaqçıya  münasibət,  Ocağa  münasibət,  Ataya 
münasibət.  Ata  müqəddəsatına  münasibət,  xalqına  münasibət, 
dünyaya münasibət, həyata münasibət. Bu münasibətlərin hər birinin 
özünəməxsusluğu  var.  Bu  münasibətlərin  hər  birinin  bir-birini 
tamamlaması var. Əgər bir yöndən nizamlanarsa, bu yön münasibət 
ahəngini  yaradır.  Və  qalan  münasibətlər  də  bu  ahəngə  tabe  olur. 
Münasibət  də  ağac  kimidir.  Bəsləyirsən,  su  verirsən,  soyuqdan, 
sazaqdan  qoruyursan,  küləyin  onu  sındırmasının  qarşısını  alırsan. 
Kökləri torpağı tam tutandan sonra da onun gözəlliyini, böyüməsini, 
meyvələr  verməsini  əngəlləyəcək  hər  şeyin  qarşısını  almağa 
çalışırsan. Ona görə də hər zaman üzərində əsmək, məsuliyyəti unut-
mamaq,  doğmalığı  qorumaqla  müqəddəsliyi  artırmaq.  Çətindirmi? 
Çətin  deyil,  özüylədöyüş  davam  edirsə.  Hər  cür  adilikdən,  adi 
davranmadan,  məsuliyyətsizlikdən  arındırmaq  lazımdır  müna-
sibətləri. 
İdeyanı  yaşamaq,  həyata  keçirmək  çətindir.  Çox  ağır  yük 
götürmüşük çiyinlərimizə. Bu yolda hər şey gözləniləndir. Asif Ata 
deyirdi ki, mənə adamyeyəndən başqa hər şey dedilər. Ata bu ifadəni 
elə deyirdi, anlayırdım ki, nə etsələr, nə desələr, Atanın yanından yel 
olub  keçəsi  deyil.  Biz  də hər  söz  eşitdik,  hər  davranışı,  nankorluğu 
gördük,  amma  Ocaq  Yükümlüsünə  inamımız,  doğmalığımız,  bir-
birimizin qədrini bilməyimiz gərginlikdən, acıqdan, kindən azad etdi 


60 
 
bizi.  Amalı  yaşatmaq  gərginliyi,  qayğıları,  narahatlığı,  fərəhi,  əzabı 
ömrümüzü  gərəksiz  duyğulardan  qorudu.  Münasibətdə  belə  bir  şey 
də var. Öncə görürsən, tanıyırsan, inanırsan və dostluğa, qardaşlığa, 
bacılığa içində əminlik yaranır. Qalxıb-enmələr, anlaşılmazlıq da ola 
bilər  münasibətdə,  amma  o  ilk  əminlik,  inam  münasibətin  ana 
xəttindədir  və  kiçik  narazılıqlar  olsa  da  onları  əridə,  yönəldə  bilir. 
Ataya  səcdəmiz  bizi  Ocağa  nə  dərəcədə  bağlayırsa,  Soylu  Atalıya 
inamımız da bizi Ocağa o dərəcədə bağlayır. 
Bu  yazını  yazmaqda  məqsədim,  son  günlərdə  Ocaq  halı,  Ocaq 
quruculuğu, Ocaq nizamı haqqın-da düşünürəm. Ocaq Yükümlüsü də 
qeyd  etdi  ki,  mən  bu  ayda  çoxlu  işlər  görmüşəm.  Hər  dəfə  Soylu 
Atalı söz deyir, mən o sözü yerinə yetirməyə çalışıram, mən görürəm 
ki,  doğrudan  da  Ocaq  Yükümlüsünün  görünən  və  görünməyən 
quruculuğu  var.  Bu  quruculuq  sonda  mənim  fərəhimi  artırır.  Mən 
Ocaqda  Evladlar  arasında  belə  bir  doğmalığı  görürəm  və  çox 
fərəhlənirəm.  Hər  bir  Ocaqçının  varlığı  çox  dəyərlidir.  Özümün 
Ocaqda varlığımı dərk edirəm, başqa Ocaqçıların Ocaq varlığını dərk 
edirəm. Ümumi Ocaq adlı dünyada özümü görürəm, burda hər kəsin 
xidmətini  görürəm,  xüsusən  də  Soylu  Atalının  xidmətini  görürəm, 
bu, məni fərəhləndirir”. 
Soylu  Atalı:  “Yaxşı  çıxışdır,  bir-iki  əlavə  etmək  istəyirəm.  Bizi 
bir-birimizə  bağlayan  Ata  olub.  Amma  biz  təkcə  Ata  vasitəsilə 
bağlanmalı  deyilik.  Ayrı-ayrı  fərdlər  olaraq,  bir-birimizə  müstəqil 
şəkildə  bağlanmalıyıq.  Ataya  bağlılıq  qutsaldır,  ancaq  bir-birinə 
müstəqil  bağlılıq  yaranmasa  Atanı  qorumaq  çətin  olar.  Ocaqda 
olubdur  ki,  Evladları  ancaq  Ataya  münasibət  bağlayıb,  bu  da  bir 
nəticə  verməyib.  Bu  gün  Ocağın  nizamında  Ocaq  Yükümlüsü  faktı 
varsa,  bu  təkcə  Ocaq  Yükümlüsündən  keçməli  deyil.  Sabah  Ocaq 
Yükümlüsü olmasa, bu o demək deyil ki, hər şey bitməlidir. Məncə, 
Ocaqda müəyyən bir bağlılıq var, bu bağlılıq həm də müstəqildir. Bu 
böyüməlidir.  Bu  gün  biz  bir  mühit  yaratmışıq,  bir-birimizə 
münasibətimiz  əzizdir.  Yoxsa  biz  qala  bilməzdik  bir  yerdə.  Soylu 
var,  yoxdur,  Amaldaşlar  bir-birinə  həmişə  bağlı  olmalıdır.  Məsələn, 
Günevlə  Üstünün  bağlılığı  Soylu  vasitəsilə  olmamalıdır,  müstəqil 
olmalıdır. Bundan ötrü mən cox vurğu edirəm, çalışın ünsiyyətə can 


61 
 
atın. Ünsiyyət olduqca doğmalıq artır. İçəridən mənəvi tellər oyanır, 
bağlayır  bir-birinə  insanları.  Bizim  bu  şəkildə  münasibətimiz  daim 
qorunmalıdır. Asif Atanın on ildən, yüz ildən sonra da olması Ruhani 
mühitin  sağlamlığına  bağlıdır.  Ocaqçılararası  münasibətlərə 
bağlıdır”. 
İnamlı  Atalı: “Mütləqim,  Müqəddəsim,  Ulu  Peyğəmbərim  Asif 
Ataya – İnam Ataya Ali Səcdə ilə. 
Mən  də  Soylu  Atalı  haqda  danışmaq  istəyirəm.  Gəlib  qıraqdan 
izləsələr deyərlər ki, burda şəxsiyyəti öymələr var... Mən düşündüm 
ki,  söhbətimi  bu  yöndə  quracam.  Çünki  bu  gün  Soylu  Atalı  mənim 
üçün  meyardır.  Son  zamanlar  Soylu  bəylə  biz  çox  vaxtı  bir  yerdə 
oluruq,  onda  onu  daha  çox  öyrənirəm.  Soylu  Atalının  təhlilləri, 
mülahizələri mənə ilk dəfə gəlir, çünki bu yaşıma qədər heç bir yerdə 
onun  təhlilinə  bərabər  təhlil,  şərhinə  bərabər  şərh,  fikrinə  bərabər 
fikir  görmədim.  Bu  yaxınlarda  biz  Yazıçılar  İttifaqının  qarşısından 
keçirdik.  Həmin  gün  nəzərdə  tut-du¬ğumuz  görüş  alınmamışdı. 
Soylu  bəy  dedi  ki,  “buraxılış”ları  əlimizdə  saxlamayaq,  apar 
Yazıçılar  İttifaqına  payla,  oxusunlar.  İlk  dəfə  idi  ki,  mən  ora 
gedirdim. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə