Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

46 
 
CARLAR: 
 
Ata Ruhlu Qutsal Günüm! –  Mənalandır ömrümüzü! 
Ruhani İdrak yetginliyi  – Evlad Fərəhinin üfüqləridir! 
  
Gedişatı yazdı: Güntay Atalı 
16 Çiçək  Ayı, 36-cı il. Atakənd. 
 
 
 
 
Qəbul olunur. 
 
Mütləqə İnam Ocağının Yükümlüsü 
         Soylu Atalı 
 
20 Çiçək Ayı, 36-cı il. Atakənd. 
  
  
 
 


47 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Qutsal “Ruhani İdrak Günü” 
Mərasimində deyilmiş fikirlər 
Ocaq ilsırası ilə 25 Çiçək Ayı, 36-cı ildə (aprel, 2014) Asif Atanın 
Mütləqə  İnam  Ocağı  “Ruhani  İdrak  Günü”  Mərasimini  həyata 
keçirdi. Mərasim quralları icra olunduqdan sonra Ocaq Yükümlüsü 
Soylu  Atalı Ataya  səcdə ilə  sözünə  başladı: Mərasimin  məzmununa 
bağlı  söz  deməzdən  öncə  bir  neçə  kəlmə  Ocağımızın  işiylə  bağlı 
demək  istəyirəm.Son  vaxtlar  Ocağımızın  işləri  uğurlu  səviyyədə 
artıb.  Bu  da  ona  bağlıdır  ki,  hər  bir  fərd  müəyyən  bir  xətdə  aktiv 
fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, fərd yalnız bir xətdə deyil, 
ruhani bacarığını bütün yönüylə ortaya qoymalıdır... 
İndi “Ruhani İdrak Günü” mərasimində bu işləri Atanın adından 
təqdir  səviyyəsində  qiymət-ləndirmək  istəyirəm.  Atanın  “Ruhani 
Hökmlər” kitabında qeyd olunur ki, Ocağımızla bağlı ən adi görünən 
məsələlər  qorunub  sabaha  çatdırılmalıdır.  Bu,  hökmdür,  bu,  Atanın 
qanunudur.  Bu  qanuna  biz  uğurlu  əməl  edirik.  Son  vaxtlar  bu  işdə 
Nurtəkinin  əməlləri  cəlbedicidir.  Ocağın  tədbirlərinin  arxivləşmə 
işini Nurtəkin həyata keçirir, bu, ciddi bir ləyaqət hadisəsidir. Atanın 
adın-dan  Nurtəkinin  hünərini  təqdir  edirəm.  Onun  bütün  əməllərini 
Atamızın  hüzuruna  –  Ocağımıza  təqdim  edirəm.  (Soylu  Atalı  işin 
çalarlarını bir neçə kəlmə ilə izah elədi – Ü.A.). 
Bölgədə  qardaşımızın  işini  vaxtaşırı  izləyirik.  Günev  qardaşımız 
ciddi xalqlaşma işləri həyata keçirir. Burada ən əsas məsələ odur ki, 
heç  vaxt  Günevdə  yorulmaq,  çəkinmək  hissi  yoxdur.  Yəni  atdığı 
addımdan  heç  nə  onu  saxlaya  bilmir.  Bu,  Ocaq  müdrikliyinin 
göstəricisidir.  Evdən  çıxır  məqsədli  şəkildə,  hər  bir  ünvanda  Ocaq 
harayı  çəkir.  Neçə  adam  onu  eşidəcək,  bu,  məsələnin  mahiyyətini 
təşkil  eləmir.  Əsas  şəxsin  özünün  inadından  dönməməsi,  şəxsin, 
Ocaq  yönünün  tanınması  üçün,  göstərdiyi  ciddi  ruhani  səylərdir. 
Əsas Atanın peyğəmbərliyini davamlı şəkildə müdafiə etməkdir. Bu 


48 
 
əməllərin  özü  qorunmalıdır.  Biz  bir  ruhani  sistem  yaradırıq. 
Sabahdakılar bilməlidir ki, Ocaq necə yaranır. Hərə sabah öz bildiyi 
kimi  quraşdırmasın.  Biz  Atadan  öyrənmişik  bunları,  bizdən 
sonrakılar  bizdən  öyrənir...  Qardaşımızın  Ruhani  ləyaqətini  təqdir 
edir, Atamızın hüzuruna – Ocağa təqdim edirik (Ocaq Atanın ruhani 
hüzuru deməkdir). 
Göylünün hünərlərini qeyd edirəm. Göylü ardıcıldır, davamlıdır. 
Sevgisi,  həvəsi  bənzərsizdir.  Burda  həm  arxivyaratma  işi,  həm 
Ocağın  yayılması,  mətbuat  işi  nizamlı  şəkildə  həyata  keçirilir. 
Göylünün  hünərini,  ərdəmliyini  təqdir  edirik,  bir  daha  Atamızın 
Ocağına bildiririk. 
Güntayın  əməllərini,  hünərini  təqdim  edirəm.  Qısa  zaman 
kəsiyində Güntay Ocağa bağlandı və çox işlər gördü. Onun ürəklə və 
dəqiqliklə işləmələri mənə fərəh verir. Heç bir sözü boşuna getmir, 
sözünün  arxasındadır,  onun  məsuliyyətini  daşıyır.  Son  vaxtlar, 
xüsusilə  xərc  tələb  edən  məsələləri  mərhələ-mərhələ  həll  edir.  Bu 
tarixdi,  bunu  qeyd  eləmək  lazımdır.  Qoy  bilinsin  ki,  iş  Ocaqçı 
Fədakarlığı  əsasında  yeriyir.  Yoxsul  adamların  üzərində  yaşayır 
Ocaq.  Mən  qardaşımızı  alqışlayıram  və  Atamızın  adından  təqdir 
edirəm. 
Üstünün fəaliyyətini alqışlayıram. Ocaq yazılarını davamlı yayır, 
işləyir,  bu,  uğurlu  göstəricidir.  Bu  cür  aktivlik  Ocağın  qıraqdan 
öyrənilməsinə  xidmət  edir.  Mən  Atamızın  adından  Üstünün 
göstərdiyi ləyaqəti təqdir edirəm. 
Sorunları ilə bağlı müəyyən bir halsızlıq keçirsə də, mən Ulusəsin 
adını çəkmək istəyirəm.  Ulusəs bu Evin Odqoruyanıdır. Bunun özü 
də  adi  bir  iş  deyil.  Bu  işin  də  dəyərini  Ocaq  qiymətləndirir. 
İnamlının  son  vaxtlar  təşkil  etdiyi  səfərlər  var,  görüşlər  var.  Bunun 
önəmi  əsaslıdır,  xalqlaşmada  xüsusi  hadisədir.  Baş  tutan,  tutmayan 
görüşlər  oldu.  17-18  qapı  üzümüzə  bağlanıb,  4  ünvanda  isə  görüş 
keçirmişik,  söz  demişik,  ədəbiyyatlar  vermişik.  Görüşü  kütləvi 
keçirmədiyimiz  ünvanların  da  hər  birinə  ayaq  döyülüb.  İnamlı  həm 
ayaq döyüb, həm də orada söz deyib. Yeri gələndə ən azı ədəbiyyat 
verib.  Ən  əsası  o  inad  məsələsidir.  İnadla  gedir,  geri  çəkilmir, 
bağlanan  qapı  onu  sındırmır.  Ocaq  üçün  bu  çox  ciddi  məsələdir. 


49 
 
İnamlının  bu  işini  Ocaq  baxımından  ciddi  hünər  hesab  edirəm,  bu 
hünəri Atamızın adından təqdir edirəm. 
Bütün  bunları  az  saymaq,  ruhani  məsuliyyəti  artırmaq  gərəkdir. 
Atanın  işi  getməlidir,  xalq  bunu  hər  zaman  hiss  eləməlidir.  Böyük 
dəyişiklik bundan yaranır... 
 
 
 
“Ruhani  İdrak  Günü”  mərasimi  məhz  bölgələrdə  olan,  Atayla 
əlaqə  saxlaya  bilməyən  Ocaqçı-ların  içində  yığılıb  qalmış  suallara 
cavab tapmaq üçün nəzərdə tutulmuş mərasim kimi yaranıb. Bakıda 
olanlar  Atayla  sıx  ünsiyyətdə  olurdular.  Bölgələrdə  olan  Ocaqçılar 
isə  Ata  ilə  davamlı  əlaqə  qura  bilmirdilər.  Mən  də  bununla  bağlı 
Ataya müraciət etdim. Ata dedi ki, biçimini düşün, “Rica” şəklində 
yaz  gətir  Ataya.  Yazıb  apardım,  həmin  tarixdən  “Ruhani  İdrak 
Günü”  mərasimi  yarandı.  Bu  gün  Ata  cismən  olmasa  da,  biz  bu 
ənənəni davam edirik, ləğvdən söhbət gedə bilməz.  İstisna hal olub 
nəyinsə ləğviylə bağlı. O dövrdə “Yas mərasimi” var idi – “28 aprel, 
Milli hökumətin devrilməsi” ilə bağlı. Günlərin bir günü Ata dedi ki, 
Ocaq varsa, Yas qurtardı. Ata onu ləğv elədi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə