Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

39 
 
edirik.  İçimizdə  ali,  gözəl  nə  varsa,  xalqdan  aldığımızı  xalqa 
qaytarırıq. Əgər sən bunu mənim gözümdən salırsansa, deyirsənsə ki, 
bu  fanidir,  heçdir,  mənasızdır,  onda  mən  səni  qəbul  eləmirəm, 
deyirəm  ki,  sən  ziyan  verirsən.  Sən  insanı  çaşdırırsan.  Sən  insanı 
qoymursan  ayağa  qalxmağa.  Hansı  mənadan  izah  edirsən  et,  min 
ildir  sənə  deyilən  budur.  Güntay  qardaşımız  fikrinə  əlavə  etdim. 
İnsanlarımızın  ləyaqətini  sevirik.  Onların  ağlını,  düşüncəsini 
milliliyə, insaniliyə və bəşəriliyə yönəldirik. 
İnanc  məsələsi  çox  önəmlidir.  Biz  deyirik  ki,  inancda  yalan 
olmasın,  həqiqət  olsun.  Millət  var,  milləti  millət  eləyən  əsas  cəhət 
inancdır.  Ateizm  pis  şeydir.  Ateizm  inamı  vurur,  Mütləqi,  Müqəd-
dəsliyi  heç  edir.  Amma  insanın  müqəddəsliyə  ehtiyacını  aradan 
qaldıra bilmədi. Mümkün də deyil qaldırasan. Nə eləyirsən elə, insan 
qəlbində  müqəddəsliyə  ehtiyac  var.  O  məzmuna  ehtiyac  var.  Hansı 
ki,  o  məzmun  təhrif  olunub.  Allah  məzmununa  ehtiyac  var  insan 
qəlbində.  Allah  deyəndə  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil  bir  qüdrəti 
nəzərdə tuturam. Allah məzmunuyla insan arasında uçurum yaratmaq 
olmaz.  Onu  vəhdətdə  götürmək  lazımdır.  İnsan  Allah  məzmununa 
doğma  olmasa,  onunla  vəhdətdə  olmasa,  heç  nə  düzəlməyəcək. 
Allahı  mücərrəd  göylərdən  endirmək  lazımdır  insanın  içinə,  sevgi-
sinə. O göylülük məzmunu qalır qüvvədə. Amma Allahı uzaqlaşdırıb 
insana gərək olmayan səviyyəyə endirmək olmaz. O, bütün kainatın 
daxili  qüdrətidir.  Və  O,  insanla  iç-içədir.  Asif  Ataya  bağlı  insanlar 
həmişə o xətti özümüz üçün müəyyən eləyirik. Biz birmənalı şəkildə 
deyirik: Din müqəddəsliyi uydurur, ateizm rədd edir. Ona görə Asif 
Ata  deyir,  müqəddəsliyi  nə  uydurmaq  olmaz,  nə  də  rədd  eləmək 
olmaz.  Əsil,  həqiqi  müqəddəslik  məzmununu  insana  vermək 
lazımdır”. 
İnamlı  Atalı: “Avropa  erasının  21-ci  yüzilində  Mütləqə  İnam 
Ocağı  “İnsanilik”  Bayramını  qeyd  edir.  Bu,  çağımızadək  görünmə-
miş  möhtəşəm  bir  hadisədir.  Bu  o  deməkdir  ki,  eradan  əvvəl  də, 
sonra da insanın mahiyyəti açılmamış sirr kimi qalıb. İnsan kəlməsi 
mənasına uyğun şəkildə yaşamayıb. Hansısa dönəmdə insanla bağlı 
uca fikirlər söyləyən şəxsiyyətlər olsa da, insanla bağlı məsələ həllini 
tapmayıb.  20-ci  yüzildə  bəşəriyyətə  “İnsanlaşın  –  İnsanlaşdırın” 


40 
 
harayını  çəkdi  Asif  Ata.  Sübut  elədi  ki,  insan  göründüyündən 
artıqdır. O, daxilində Mütləqilik gəzdirən Ruhani xilqətdir. İnsan bu 
qüdrətə  yetə  bilər  və  yetməlidir.  Vurğulayır  ki,  bəşəriyyətin 
acınacaqlı  duruma  düşməsinin  birinci  səbəbi  insanın  İnsanilik  adlı 
özümlüyündən  ayrılmasıdır.  İnsan  özünə  bərabər  yaşayanda  bəşər 
insanlaşacaq.  İnsan  dəyişməlidir  gedişatı.  Dünyaya,  həyata  ruhun 
gözüylə baxmalıdır, ağlın gözüylə yox. Dinin əksinə olaraq, Asif Ata 
vurğuladı ki, insandan böyük məbud yoxdur. Deməli, “İnsanilik” adlı 
bayramı qeyd etməyə insanın haqqı yetir. 
 
Çağımızadək  çoxsaylı  ictimai  quruluşlar  bir-birini  əvəzləsə  də, 
dəyişən idarəçilik sistemi olmuş, insan isə dəyişməmişdir. Bunlar bir 
çox  səbəblərdən  baş  verməmişdir.  Biz  dönə-dönə  insan  həyatında 
dinin  yarıtmaz  rolunu  vurğulamışıq,  bu  əsassız  deyildir.  Çünki 
Mütləqə  İnam  ideyasının  hədəfi  dünyanı,  həyatı,  insanı  dəyişmək, 
onların  öz  mahiyyətinə  uyğun  olmasına  nail  olmaqdır.  Bu  vacib 
gedişatda dini xurafat insana əngəl olur. Bu üzdən dini İnamla əvəz 
eləmək  bizim  görəvimizdir.  İnsan  əsasən  iki  əsarətin  təsirinə 
uğramışdır:  Siyasətin  və  dinin.  Hər  biri  insanı  məqsəd  deyil,  vasitə 
seçmişdir.  Siyasət  insanları  siniflərə,  təbəqələrə  böldü,  şəxsi 
mənafeyə qurban verdi. 


41 
 
Din  insanı  məhdud  çərçivədə  gördü  –  təsirsiz  bir  varlıq  kimi 
anlatdı.  O  da  bununla  barışdı.  Qarşılaşdığı  əzabları  Allahın  qisməti 
kimi  qəbul  elədi.  “Olacağa  çarə  yoxdur”  deyib  əlini özümlüyündən 
üzdü.  Nicatını  Allahdan  umdu,  mənən  öldü.  İnsanlıq  bayram 
edilmədi. 
Maddiyyat əsarətində insan gödəninin köləsinə çevrildi. Maddiy-
yat  ardınca  qoşduqca  mənəviliyindən  uzaq  düşdü,  heyvaniliyə 
yaxınlaşdı. 
“Qarın  qardaşdan  irəlidir”  dedi  babalarımız.  Biz  də  qarnı 
qardaşdan  əziz  tutduq.  Qardaşlıq-bacılıq  doğmalığı  itdi.  Yadlıq, 
yağılıq  içimizə  axdı,  içimizi  nifrət  oduna  qaladı.  İnsanilik  baş 
tutmadı. 
Ruhun  tərbiyəsiylə  baş  tutacaq  İnsanilik.  Əski  baxışlar  insanı 
dərindən öyrənməyə sanki çəkiniblər. Dinin basqısından öyrəniblərsə 
də, nisbi səviyyədə. Nəsimi demiş, “Qorxublar həqq deməyə, dönüb 
insan deyiblər”. 
Demiş  olsaydılar,  bəşəriyyətin  bugünkü  mənzərəsi  tamam  başqa 
cür olardı. Bu gün dünyadan köçənimiz Hüseynə, Fatimeyi-Zəhraya, 
Aişəyə  ağılarla  ağırlanmazdılar.  Öləni  deyil,  7-ci  yüzilin  ölüləri 
ağırlanıb yad edilməzdi. 21-ci yüzilin insanı 7-ci yüzilin təfəkkürü ilə 
yaşamazdı. 
Din  insanın  ürəyinə,  ağlına,  dilinə,  qulağına  vurulmuş  qıfıldır 
əslində. 
Mütləqə  İnam  dünyabaxışı  həmin  qıfılın  açarı  olacaq.  O  zaman 
ürək  qorxu  mühitindən  azad  olacaq  –  qapılarını  həqiqətin  üzünə 
açacaq.  Ruhlar  idrak  işığıyla  işıqlanacaq,  dil  həqiqət  söyləməkdən 
çəkinməyəcək,  qulaqlar  həqiqət  sözüylə  dolacaq.  İnsan  özünü 
tanıyacaq,  özündəki  qüdrətə  inanacaq.  O  zaman  İnsanlaşma  baş 
tutacaq. 
İnsanın  mahiyyətindən  uzaqlaşması  fərdin  cəmiyyətin  içində 
itməsinə  səbəb  oldu.  Fərd  özünü  toplumun  basqısından  qoruya 
bilmədi. 
Fərdin inamı da, idrakı da, mənəviyyatı da, iradəsi də cəmiyyətin 
ölçüsünə uyğun olubdu. Bu keyfiyyətə malik olan insan cəmiyyətdə 
kamil  insan  sayılıb.  İnsanın  özüylədöyüşünü,  özü  üzərində  qələbə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə