Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

53 
 
1.  Rusiyanın  dağılması  SSRİ-nin  dağılması  hadisəsinə  bərabər 
deyil.  SSRİ  dönəmində  türk  dövlətləri  yox  idi.  Hamısı  zəif  idi, 
hamısı  ələbaxan  idi.  Hamısının  iqtisadiyyatı  dağılmış  idi.  Amma 
SSRİ  dağılandan  sonra  türk  dövlətlərində  müəyyən  dövlətləşmə 
prosesi gedib artıq. Müəyyən bir inkişaf var, ona görə də Rusiyanın 
dağılması  türk  dövlətlərinin  bir  araya  gəlməsinə  səbəb  ola  bilər. 
Bunu  hesablayırlar,  bilirlər.  Ona  görə  də  fikirləşirlər  ki,  rusu  necə 
idarə edək ki, başqa güclər yaranmasın. 
2.  Bilirsiniz  ki,  Qərb  dünyası  Şərqin  enerjisinə  çox  möhtacdır, 
qabağını Rusiya kəsib. Həm özününkünü verir, həm də Qafqazınkını-
filan. Onların da yolunu bağlamaq imkanı var Rusiyanın. Ona görə 
rusun nazıyla oynayırlar, ehtiyatla davranırlar. 
3.  Adətən  Quruluş  balaca  qurbanları  udur,  balaca  qurbanlar 
tükənəndən  sonra  böyük  qurbanlara  keçir.  Təkqütblü  ağalıq  sistemi 
yaranır.  Bir  vaxtlar  Rusiya  kapitalizm  Rusiyası  idi.  Sosializm  inqi-
labı  ilə  Rusiya  kapitalizmdən  çəkildi  geri.  İndi  o  təzədən 
kapitalizmin  başına  keçə  bilmir.  Rusiya  özü  qurbanlığa  çevrilib. 
Böyük  qurbanlar  isə  böyük  dağıntılar  deməkdir.  Bu  isə  dünyanı 
yenidən  tamamilə  qatıb-qarışdıra  bilər.  Elə  bir  idarəolunmazlıq, 
anarxiya yarana bilər ki, bəlli olmaz ortaya hansı düzən çıxacaq. Bu 
düzəndə  hansı  güclər  hegemon  olacaq.  SSRİ-nin  dağıntılarının 
altından dünya hələ də çıxa bilmir, hələ də dünya qarışıbdır. Fəlakət-
lər hələ də tükənmir. Rusiyanı dağıtmaq, SSRİ-ni dağıtmaqdan daha 
ciddi sorunlara səbəb ola bilər. Oyun oynayırlar, Azərbaycanı da bu 
oyunda  fırlayırlar.  Ondan  enerji  dəhlizlərinin  yaranmasına  razı 
olmasını  istəyirlər.  Azərbaycan  isə  bundan  qorxur.  Rusiya  silah 
gücünə  onun  da  içinə  yeriyə  bilər.  Qərb  Azərbaycanın  arxasında 
durmur.  Qərb  Gürcüstanın  arxasında  durmadı.  Rus  asanlıqla 
gürcünün  içinə  girdi,  şərtlərini  diktə  elədi  çıxdı.  Qarabağı  Rusiya 
işğal  elədi  erməninin  adına,  dağıtdı  taladı,  Qərb  onun  arxasında 
durmadı. Halbuki Azərbaycanla “Əsrin Kontraktı”nı imzalayıb. Rus 
şərtini qoydu, Azərbaycan da hesablaşdı. Bugünə qədər də öz şərtini 
diktə edir. Avropa Ukrayna ilə “Assosiasiya sazişi” imzaladığı yerdə 
rus  girdi  içinə  imkan  vermədi,  Qərb  də  arxasında  durmadı.  Qərb 


54 
 
arxasında durmur, deyir, sənə demokratiya verirəm, qalanını sən elə. 
Dünyanın gedişi hədsiz dərəcədə murdarlaşıb. 
Atanın bir sözü vardı, dünyada nə baş verir versin, Ocaq öz işini 
görməlidir...  Bu  gün  gəncləri  qabağa  itələyirlər,  gəncləri  harda 
yetişdirdilər ki? Verirlər qabağa, sonra hakimiyyət də hamısını tutub 
doldurur içəri. Gəncləri ayaqlar altına itələmək gərək deyil. Gəncliyi 
yetişdirmək, milli qüvvəyə çevirmək gərəkdir. Biz onu deyirik, bizi 
az  gənclər  eşidir,  əsas  kütlə  hipnozdadır,  gedir.  Gəncliyin  şöhrət-
pərəstlik duyğusundan istifadə edirlər. Sürüyə çevirirlər gəncliyi. Biz 
də deyirik, gəlin Ocağa, ağlınızı Ocaq böyüdə bilər. Biz demirik ki, 
elə ucdantutma hamı Ocağı anlayacaq. Ocaq aşiqlər işidir, hər kəsin 
işi deyil. Amma Ocağa dayanıb böyük işlər görmək olar. Dünyada nə 
baş  verir-versin,  Atanın  Yolundan  qıraqda  nicat  mümkün  deyil. 
Dünyada  yeni  ruhani  nizam  yaranmalıdır,  yeni  bəşər  halı  yaran-
malıdır.  Bu  yeni  bəşər  halını  ruhaniyyat  yaradır,  siyasət  yaratmır. 
Atamız Var olsun!” 
Günev  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  “Mütləqə  İnam” 
kitabından  Ruhani  idrakla  bağlı  özümləşdirdiklərimi  dəftərimə 
yığcam şəkildə yazmışam, onu oxuyacam. 
 
 


55 
 
Ruhani İdrak altı duyğunu özündə birləşdirir: Vəhy, Vəcd, Səcdə, 
Ehtizaz, Etiqad və Aşiqlik. 
Vəhydə  həqiqət  ömrə  gəlir.  İradəyə  hakim  olur,  fikir  riqqətlə 
söylənilir,  bağlı  sirlər  açılır,  Naşılıq  ömürdən  gedir.  Qəti  inam 
yaranır, fikir seli yaranır. Mütləqə qovuşduran müqəddəslik, aşiqlik, 
peyğəmbərlik  gəlir  ömrə.  Fikir  tufanında  Mütləqlə  görüş  məqamı 
yaranır,  ruh  Mütləqə  çatır.  Vəcddə  məftunluq,  atəşli  həyəcan, 
sarsıntı,  heyrət,  həssaslıq.  Duyğunun  təzələnməsi.  Ürəyin  riqqəti. 
Müqəddəs  yük  səfası.  Mütləqləşən  hissiyyat.  Sonsuzluğa  qovuşma 
ehtirası.  Ruhun  bədənə  hakim  olması  ömürdə  özünü  büruzə  verir. 
Səcdədə  mütləq  səmimiyyət,  naşılığın  ölümü.  Özünü  özündən 
böyüklükdə tapmaq ləyaqəti. Duyğu zirvəsi. Təmənnasız münasibət. 
Mütləq  doğmalıq.  Müqəddəsliyin  dərki,  ucalığın  cəzbi.  İnsanı 
anlamaq, müqəddəs tələb. 
Ehtizazda  –  Vurğunluq.  İdrakın  məhvərindən  çıxması.  Mütləqin 
hökmünü  dinləmək.  Sədd  tanımamaq.  Özündən  kənara  çıxmaq. 
Mənaya qovuşmaq atəşi. Nisbinin Mütləqə aşiqliyi. Mənasını tapmış 
ömür. Müqəddəsləşmək əfsunu. 
Etiqad – mütləq inam, özünütəsdiq. Seçilmiş yol. Seçilmiş ömür. 
Amala vurulmaq. Əbədi yolçuluq. Kamala yetmək, müqəddəs inada 
yetmək.  Yuxudan  ayılmaq,  dönməz  tale.  Qeyrətə  çevrilən  həqiqət. 
Səcdəyə çevrilən həqiqət. 
Aşiqlik  –  Mütləq  Ruhani  vəhdət.  Müqəddəs  əsarət.  Mütləqin 
dərki.  Hissiyyatın  ali  zirvəsi.  Cismanidə  ruhanini  görmək.  İdrakla 
duyğunun birliyi. Əzabın yeni mənası. Həyatın yeni mənası. Hicran 
hikməti.  Yanmaq,  yandırmaq  həqiqəti.  Aşiqanə  ürək  həqiqəti. 
Mütləqləşən  mütləq  idraka  malik  olur.  Mütləq  hissiyyatda  mütləq 
mənəviyyatın birliyinə yetir, mütləq mahiyyətinə çatır. 
Bu  fikirləri  özümləşdirmişəm  və  hər  bir  çaların  içində  özümü 
təsəvvür etmişəm. Bu çalarlar məndə varmı? Yoxdursa buna yetmə-
liyəm,  varsa  onu  böyütməliyəm.  Barışmazlıq.  Necə  varamsa  azam 
məsələsi. Mütləqə asan çatmaq heç ağlıma da gəlmir. Amma Mütləqi 
tamamilə  amalıma  çevirmişəm,  məqsədimə  çevirmişəm  –  bu,  ayrı 
məsələdir. Son vaxtlar hətta yuxumda görüşlərdə görmüşəm özümü. 
Elə vəcdli cümlələr mənim ağlıma gəlir, səhər durub mən onu qeyd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə