Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə23/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   19   20   21   22   23   24   25   26   ...   116

 

 

 



 

77 


Sovet  siyasi  rejimindən  fərqli  olaraq,  mühacirətdə  –  hər 

cür  basqıdan  uzaq,  azad  bir  məkanda  yaranan  araşdırmalara 

heç  bir  təzyiqdən  söhbət  gedə  bilməz  ki,  bu  da  həmin  təd-

qiqatların daha çox obyektivliyini qoruduğunu göstərməkdədir. 

Bundan əlavə, 2009-cu ildə aşıq sənətinin YUNESKO-nun qo-

runan  qeyri-maddi  mədəni  irsi  siyahısına  daxil  edilməsi  onun 

tədqiqinin daha sistemli aparılmasını aktuallaşdırır ki, mühaci-

rətdəki tədqiqatları nəzərə almadan bu təhlillər yarımçıq olardı. 



Açar  sözlər:  Azərbaycan,  mühacirət,  folklor,  ozan, 

qopuz 


 

Əhməd Cəfəroğlunun qopuzla bağlı tədqiqatları 

Ozan-aşıq  sənətinin  təşəkkülü,  inkişafı  və  dünya  mədə-

niyyətinə təsirilə bağlı mühacirətdə tədqiqat aparanlar arasında 

Əhməd  Cəfəroğlunun  fəaliyyəti  xüsusilə  diqqəti  cəlb  etmək-

dədir.  Alim  həm  qopuzun  yaranma  tarixi,  yayılma  arealı,  həm 

də ayrı-ayrı aşıqların həyatı və yaradıcılığı ilə bağlı tədqiqatlar 

aparmış,  onların  əsərlərini  toplayaraq  tərtib  etmiş,  nəşrinə  və 

təbliğinə  nail  olmuşdur.  Belə  ki,  Ə.Cəfəroğlunun  Ankarada 

nəşr  edilən  “Ülgü”  məcmuəsində  1936-cı  və  1937-ci  illərdə 

yayınlanmış olan “Cahan ədəbiyyatında türk qopuzu” məqaləsi, 

sərlövhədən  də  göründüyü  kimi,  təkcə  türklərin  deyil,  bir  sıra 

dünya  xalqlarının  musiqi  alətləri,  onların  yaranma  tarixi  və 

istifadə  məqamlarının  araşdırılması  baxımından  mühüm  əhə-

miyyətə  malikdir.  Tədqiqatçı  Gülağa  Hüseynov  haqlı  olaraq, 

bu  araşdırmanı  yalnız  folklorşünaslıq  üçün  deyil,  bütövlükdə 

mədəniyyət  tarixi,  sənətşünaslıq  istiqamətində  çox  dəyərli  bir 

mənbə olduğunu qeyd etməkdədir (5,61). 

 Bu  tədqiqatında  Ə.Cəfəroğlu  ilk  növbədə  “qopuz”  kəl-

məsinin  etimologiyası  və  müxtəlif  türkdilli  etnoslarda  onun 

tələffüz  fərqlərini araşdırmış, eyni zamanda bu alətin yaranma 




 

 

 



 

78 


tarixini  müəyyənləşdirməyə  çalışmışdır.  “Tukiyu  türklərinin 

musiqiyə  fövqəladə  düşkünlük  göstərdiklərini,  böyük  bir 

həvəslə  kişilərin  “Hyupi”  adlı  bir  musiqi  alətini  çaldıqlarını, 

qadınların isə ”Çəlik çomaq” oynamağı sevdiklərini Çin mən-

bələrindən  öyrənirik”  (2,204),  –  yazan  müəllif  əslində  həmin 

alətin  qopuz  olduğunu  və  Çin  tələffüzündə  belə  səsləndiyini 

ehtimal  etmişdir.  Qopuzu  ərəblərin  uduna  bənzədən  Mahmud 

Kaşğarlının  onunla  eyni  kökdən  yaranan  “kobzamak,  kob-

zalmak, kobzatmak, kobuzluk, qopsalmaq” sözlərini də “Diva-

nü-lüğat-it  türk”  əsərində  verməsinə,  eyni  zamanda  bu  kəlmə-

nin Pozdneyevin nəşr etdirdiyi  “Çin-monqol lüğəti”ndə  “Hou-

kou-eul  –  hou-po-tseu”  kimi  şərh  olunmasına  və  s.  istinadən 

tədqiqatçı mülahizələrini dəqiqləşdirmişdir. 

Mühacir  alim  Pelliotun  nəşr  etdirdiyi  və  “...  şahzadənin 

fövqəladə  gözəl  qopuz  çalıb  şərqi  söylədiyi  nəql  edilməkdə” 

(2,207) olan qədim mətnlərə əsasən qopuzun ilk olaraq uyğur-

larda yarandığını müəyyənləşdirmişdir.  

Qeyd  etmək  lazımdır  ki,  M.Qasımlı  “qopuz”  sözünün 

“qop” – uca, “uz”-nəğmə hissəciklərindən yaranaraq, “... qopu-

zun ucalıqla, göylər – ruhlar aləmiylə, müqəddəs Tanrı dünyası 

ilə bağlı musiqilər, avazlı, ahəngli sehrli-melodik səslər toplusu 

anlamı verdiyi” qənaətinə gəlmişdir (1,385). 

Qopuzun  çox  sadə  bir  formada  yaradıldığını,  sonradan 

təkmilləşmiş  başqa  şəkillərinin  meydana  gəldiyini  bildirən 

Ə.Cəfəroğlu  onların  bir  neçəsinin  təsvirini  vermiş,  bu  musiqi 

alətinin  müşayiətinin  şaman  türklərinin  ayinlərinin  icrasında 

əvəzedilməz bir rolu olduğunu qeyd etmişdir: “Şaman baxşılar 

ruhi  həyəcanlara  qapılaraq,  ayinlərinə  daim  musiqi  müşayətilə 

qısa  şərqilərlə  başlardılar...  Nəhayət,  sanki  bir  institut  şəklini 

alan  bu  şaman  ayinləri  baxşıları  şair  səviyyəsinə  yüksəltdiyi 

kimi musiqişünas dərəcəsinə də çıxara bilirdi. Bundan dolayı-



 

 

 



 

79 


dır  ki,  türk  qəbilələrində  şaman  həm  şair,  həm  musiqişünas, 

həm də şamandır (2,206).  

Məqaləsində  alim  qopuzun  türk  milli-mənəvi  dirçəlişin-

dəki  rolunu  yüksək  qiymətləndirmiş,  onun  şaman  dualarında 

olan əsrarəngiz, magik təsirindən bəhs etmişdir: “...ibtidai türk 

ictimai  həyatında  şairlik,  musiqişünaslıq  və  kahinlik  kimi  üç 

mühüm  sənətin  icraatının  həp  baxşılar  üzərində  olduğu  nəzər-

diqqətə  alınarsa,  bu  sənətin  o  çağlarda  davuldan  çox  qopuzla 

qabili icra olacağına şübhə yoxdur. Zira şeir və şərqi kimi yük-

sək  bir  sənət  ancaq  qopuz  ahəngi  ilə  yerinə  yetirilə  bilər” 

(2,206).  

Bundan  əlavə,  qopuzun  insanlara  ruh  yüksəkliyi,  cəsarət 

əzmi, mübarizlik aşıladığını, hərb sənətilə çox bağlı olduğunu, 

hətta “... bir çox qopuzçular sırf ordunu hərbə və zəfərə təşviq 

etdikləri  üçün  düşmən  ordusu  tərəfindən  rəsmən  edam  edil-

mişdilər”, – yazan müəllif bu alətin dünya mədəniyyətinə ciddi 

təsir göstərdiyini bildirməkdədir 

Ə.Cəfəroğlu  uyğur,  qıpçaq,  Anadolu,  Türküstan,  qırğız 

və b. türklərlə yanaşı, onların məskunlaşdığı Moldaviya, Maca-

rıstan,  Rumınya,  Misir,  Suriya,  Almaniya,  Çexiya,  Rusiya, 

Ukrayna, Litva, Balkan, Polşa (Lehistan), hətta Afrikada qopuz, 

həmçinin  ondan  törənərək  yaranan  musiqi  alətləri  haqqında 

məlumat  vermişdir.  Tədqiqatçı  bu  qədim  alətin  yayıldığı 

coğrafi  arealı  müəyyənləşdirmiş,  onların  hər  birini  müəyyən 

qədər təhlilə cəlb etmiş, müqayisələr aparmışdır. Beləliklə, türk 

milli  kültürünün  dünya  coğrafiyasındakı  ölçüləri  bu  məqalədə 

aşkarlanmışdır. 

Qeyd etməliyik ki, M.Qasımlı  “Ozan-aşıq  sənəti”  mono-

qrafiyasında  qopuzun  erməni  və  gürcü  mədəniyyətinə  təsirin-

dən  də  bəhs  etmişdir:  “Qədim  çağlarda  və  orta  yüzilliklərdə 

qeyri-rəsmi şəkildə bütövlükdə Şərq aləmində, eləcə də Şərqin 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə