Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə25/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   21   22   23   24   25   26   27   28   ...   116

 

 

 



 

83 


nə  ciddi  təsiri  məsələsini  şərh  etmişdir.  Əhməd  bəyin  Qərblə 

Şərq arasındakı mədəni əlaqələrə aydınlıq gətirdiyi mülahizələri 

olduqca önəmlidir: ”Türk millətinə xas köçəbəlik mədəniyyətilə 

yaşayan  türklər,  şübhəsiz,  bulunduqları  sahənin  durğunluğu  və 

təmasda  bulunduqları  Avropa  qövmləri  üzərində  təsir  icra  et-

məkdən geri qalmamışlar. Biz bu gün Avropa millətlərinin folk-

loru ilə türk folkloru arasında bir müqayisə aparsaq, türkün hansı 

Avropa qövmləri üzərində təsiri olduğunu təsbitdə çətinlik çək-

mərik.  Çünki  tarixi  mühacirətlərdə  axın  daima  Şərqdən  Qərbə 

olmuş,  Şərq  özü  aşıladığı  təsir  müqabilində  Qərbdən,  demək 

olar ki, heç bir şey almamışdır” (3,22). 

Ə.Cəfəroğlu  öz  elmi  mülahizələrini  dəqiqləşdirmək 

məqsədilə  dünya  folkloru  inciləri  arasında  müqayisələr  apar-

mışdır. Beləliklə, almanların məşhur “Nibelunq nəğmələri”nin 

əsas qəhrəmanının Hun hökmdarı Atilla olduğunu bildirən alim 

türk  qopuzunun  və  şeirinin  müxtəlif  xalqların  kültür  həyatına 

təsirini  də  xatırlatmışdır:  “Hələ  xalq  şeirlərini  və  zəfərlərini 

tərənnüm edən QOPUZUN Hun türklərinin dövründən etibarən 

macarlar,  çexlər,  polyaklar,  litvalılar,  almanlar,  ruslar,  ukray-

nalılar,  finlər,  Afrikada  yaşayan  yerli  əhali  və  nəhayət,  bütün 

Balkan millətləri tərəfindən mənimsənilməsi və istifadəsi iddia 

edilən təsiri bütün vəsfləri ilə göstərməkdədir” (3,23). 

Məqalədəki  “qopuz”  sözü,  ilk  növbədə,  yazılışı  ilə  diq-

qətə çatdırılır, bu, milli kültürümüzə verilən önəmin ifadəsidir. 

Digər  tərəfdən,  alimin  türkdilli  xalqlar  üçün  qürurverici  bir 

məqamı  hələ  keçən  əsrin  40-cı  illərindən  qaldırdığını  xatırlat-

malıyıq,  çünki  bu  gün  də  folklorumuzun  dünya  mədəniyyəti 

kontekstində araşdırılması problem kimi qalmaqdadır.  

“Folklorumuzda milli həyat və dil bakiyələri” tədqiqatının 

hər cümləsi əcdadına, onun  yaratdıqlarına olan  sonsuz sevginin 

ifadəsidir,  eyni  zamanda  həmin  əvəzsiz  sərvətin  öyrənilməsi 



 

 

 



 

84 


üçün  konkret  istiqamətlər  müəyyənləşdirən  alimin  baxışları  isə 

müasir  dövrümüzdə  də  önəmli  olaraq  qalmaqdadır.  Bir  çox 

hallarda  folklor  araşdırmalarının  məhəlli  xarakterdə  aparıl-

masının  yanlış  nəticələnə  biləcəyini  söyləyən  Ə.Cəfəroğlu,  ilk 

növbədə,  müxtəlif  ərazilərdə  yaşayan  türkdilli  xalqların  folklo-

runun  araşdırılması  ilə  onların  yaratdıqlarının  müştərəkliyinin 

meydana çıxarılmasının çox vacib olduğunu bildirməklə yanaşı, 

belə  tədqiqatlar  sayəsində  dünya  mədəniyyətində  bu  kültürün 

yerinin də müəyyənləşəcəyi qənaətlərini irəli sürür: “...türklərin 

bəşəriyyətin  mədəni  həyatında  bu  gün  inkar  edilə  bilinməyən 

böyük  bir  xidməti  və  təsiri  olmuşdur.  Bizdə  nədənsə  folklor 

araşdırmalarında əksəriyyətlə məhəlləçilik qayəsi güdülməkdəir. 

Bunun  ən  fəna  cəhəti  Avropa  və  Asiya  qitələrinə  dağılan 

qövmləri  daima  ayrı  tədqiq  etmək  həvəsi  hakimdir.  Halbuki 

mədəniyyətləri  o  qədər  də  mürəkkəb  olmayan  türk  köçəbələri 

arasında  folklor,  musiqi və hətta  sənət  dairəsində  mütəqabil bir 

münasibət özünü şiddətlə göstərməkdədir” (3,24). 

“Türk  qövmləri”  əsərində  isə  “Cəld  və  gözəl  danışan, 

gözəl  danışanı  dinləməkdən  zövq  alan  türk  boylarının  ən 

imtiyazlısı” adlandırdığı qırğızların xalq ədəbiyyatını, akınların 

zövq  oxşayan,  lirik  tərzini  alqışlayan  Ə.Cəfəroğlu  bütün  türk 

xalqlarının dili və mədəniyyətinin inkişafında, qədim tarixinin 

yaşadılmasında əlində qopuz xalq arasında qırğız dastanlarının 

yayan ifaçıların mühüm rolu olduğunu vurğulamışdır (4,30). 



 

Mustafa Haqqı Türkəqulun qopuzla bağlı tədqiqatları 

Qopuzla bağlı çox dəyərli fikirlər Mustafa Haqqı Türkə-

qulun İstanbulda Xalq evində oxunmuş “Azərbaycan musiqisi” 

adlı  məruzəsində  də  səslənmişdir.  Qeyd  etməliyik  ki,  bu 

məruzə  1953-cü  ildə  “Azərbaycan”  (Ankara)  dərgisinin  bir 

neçə sayında nəşr edilmşdir. 




 

 

 



 

85 


Türkəqul  çıxışına  musiqinin  xalqların  varlığındakı  dəyə-

rini izah etməklə başlamış, fikrini Pifaqorun, Əflatunun, Rous-

seanın, ingilislərin və başqalarının söylədiyi aforizmlərlə sübut 

etməyə  çalışmışdır.  Belə  ki,  Əflatunun  “İdman  bədən  üçün 

nədirsə, musiqi insan ruhu üçün odur”, Pifaqora görə, “Musiqi 

bir-birinə  bənzəməyən  müxtəlif  səslərdən  meydana  gələn  bir 

konsertdir” və ya C.Cabbarlının “Ney çalınarkən ölülərin diril-

mədiyinə  təəccüb  edirəm”  kimi  ifadələri  ilə  musiqinin  ilahi 

gücünü şərh etdikdən sonra müəllif bu sənətin tarixi köklərini 

də araşdırmağa çalışmışdır. “Musiqinin  mənşəyi, heç  şübhəsiz 

ki,  bəşər  tarixi  ilə  başlar.  İnsanlar  vəhşi  halda  yaşarkən  belə 

musiqiyə ehtiyac duymuşlar, ibtidai şəkildə dəxi olsa, musiqiyə 

sahib  olmuşlar”  (9,11),  –  yazan  müəllif  belə  bir  nəticəyə  gəl-

mişdir  ki,  musiqinin  yaşı  bəşəriyyətin  yaranması  ilə  ölçülmə-

lidir,  o,  insanlıq  tarixində  tanrılara  tapınma,  dua  zamanı  mey-

dana  gəlmişdir  və  bu  sənəti  iki  qismə  ayırmaq  mümkündür: 

“Birincisi,  tövr,  yəni  rəqs  sənətidir  ki,  nəşənin  ifadəsidir. 

İkincisi,  səsli  söz  sənətidir  ki,  duadan  doğmuşdur.  Bəzən  bu 

ikisi  birləşərək  bütün  dinlərdə  istifadə  olunmuşdur”  (9,11). 

Beləliklə,  müəllif  həm  rəqslərin,  həm  də  nəğmələrin  yaranma 

tarixini  araşdırmağa  çalışmış,  fikrini  dəqiqləşdirmək  üçün 

müxtəlif  əsatirlərdən  örnəklər  vermişdir.  Lakin  diqqəti  cəlb 

edən  əsas  cəhət  odur  ki,  Türkəqul  burada  Azərbaycan  musiqi-

sini  ayrılıqda  deyil,  ümumtürk  kontekstində  dəyərləndirmiş, 

onun tarixən  yunan, Misir, Şumer və başqaları  ilə eyni vaxtda 

yaranması qənaətini dəlillərlə aşkara çıxarmışdır: “Dövrümüzə 

qədər  gələn  əski  əsərlər  və  arxeoloji  araşdırmalar  əski  yunan-

ların,  misirlilərin,  şumerlərlə  digər  türklərin  və  çinlilərin  yük-

sək musiqi kültürünə sahib olduqlarını göstərir” (9,12). 

Türkəqul  nəğmələrin  insanların  üzərindəki  qeyri-adi 

təsirinin  səbəblərini  yaradana  minnətdarlıq  və  sevgi  olduğunu 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə