Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə33/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

 

 

 



 

111 


Sevibən göyçək arvad alanda

Əzəlinnən onun zatına baxın. (Şəxsi arxiv) 

 

Bəddua çıxaraq ərşə dayandı, 



Bəlalar üstünə enəcək oldu. 

Pıryad qıllam dadım çatmaz bir yana, 

Allınan çıraqlar sönəcək oldu. 

 

Qoşmaları  arasında  diqqətimizi  cəlb  edən  başqa  biri  də 



“Gəlsin”  qoşmasıdır.  ”Bildiyimiz  kimi,  el  şairlərindən  Seyid 

Əbülqasim  Nəbatinin  və  Qasım  bəy  Zakirin  bu  məzmunlu 

qoşmaları  vardır.  Üstəlik  hər  üç  şairin  yaşadığı  zaman  dilimi 

təxminən eynidir. Aşığın qoşması belədir: 

 

Gedin deyin, mənim mələk yarıma 



Bir zahmat çakiban buraya gəlsin. 

Bulut təllər götürsün qabağindan 

Hilal qaşlar çixub araya gəlsin (Şəxsi arxiv). 

 

Şairin  həmçinin  əlimizdə  olan  üç  “Pəri”  qoşması  möv-



cuddur. Bunlardan ikisi Əziz Ələkbərlinin kitabında, digəri bi-

zim  arxivimizdədir.  Hər  üç  şeiri  də  diqqətlə  incələdikdə  eyni 

xanıma yazıldığı aydın olur.  

 

Aşıq Camalın sürgün həyatı 

Biz  artıq  qeyd  etmişik  ki,  Aşıq  Camal  iki  dəfə  sürgün 

həyatı  yaşayıb.  Onlardan  biri  Sibirdə,  digəri  Ağstafada  olub. 

Aşığın  sürgündə  olduğu  zamanlar  da  qoşmalarında  öz  əksini 

tapmışdır.  




 

 

 



 

112 


Sibirə  sürgün  olunmasının  səbəbi  kəndxudaya  həcv  yaz-

ması olmuşdur. Aşıq Sibirdə olduğu zaman çəkdiyi vətən həs-

rəti, əziyyəti, əzabı belə ifadə edir: 

 

Mən Camalam Sibirdə olarkən 



Sevdiyim Şahbaz yar yadıma düşdü.  

 

Və yaxud: 



 

Mən Camalam qürbat əlda, 

Məlil muşkul qalmışam, 

Görandiyar bu xastadi, 

Saraliban solmuşam. (Şəxsi arxiv) 

 

Aşığın Ağstafaya sürgün edilməsinin səbəbi yaxın qohu-



munun  suçunu  öz  üzərinə  alması  olmuşdur.  O,  Ağstafada  qo-

humunun  əvəzinə  həm  də  dustaq  həyatı  yaşamışdır.  Aşıq  dus-

taqlıq həyatının ağırlığı haqqında öz şeirində belə deyir: 

 

Çərxi-fələk sənə qıllam ziyarət, 



Dönübdür çilləyə, yayı dustağın. 

Ah çəkib, ah çəkib qan ağlamaqdan  

Quruyubdur, çeşmi çayı dustağın. 

 

Ətrafıma nizam qoşun düzülür, 



Leysan təki gözdən yaşlar süzülür. 

Hər saatda bir cür təbil vurulur

Deyəsən tutulur toyu dustağın. (Şəxsi Arxiv) 

 

Şairin müxəmməsləri dövrdən, zəmanədən, taledən şika-



yət üzərində köklənmişdir. Məsələn: 


 

 

 



 

113 


Ey yarım, sür dövranın, həmişə kim qalacaq. 

Kef elə, söhbət elə, həmişə kim qalacaq.  

Dəymə bir kimsənin konluna, həmişə kim qalacaq. 

 

Şeir bir az çətin anlaşılır, çünki zamanında toplanmadığı 



üçün, təhrif olunmuşdur.  

Aşığın yazdığı təcnislərə örnək verək: 

Şad gəzəndə aşıq Camal yüz alxış, 

Şahmarın belina dəgər yüz alxış, 

Şahmərdaya qıllam yaz alxış 

Şərab içib geca gördüm düşa duş. 

Aşıq Camalın sürgün və dustaq həyatı çox ağır keçmişdir, 

bu da onun şeirlərində öz əksini tapmışdır.  

 

Aşıq Camal yaradıcılığında 13 hecalı şeir 

Maraqlıdır  ki,  aşığın  şeirləri  arasında  13  hecalı  şeir 

şəklinə rast gəldik. Şeirin mətnindən bir parça örnək verək: 

 

Konqul qalx ayağa, məclisi şingan əyla, 



Səfəni suruban əşqindan fuğan əyla. 

Əşitannar məyila olsun guftarina 

Bilbiltek səda sal aləmi heyran əyla.  

 

Bildirək  ki,  məqalədə  örnək  verdiyimiz  bu  şeir  13  heca-



dan  ibarətdir.  Şeirin  diqqətimizi  çəkməsinə  əsas  səbəblərdən 

biri  o  oldu  ki,  folklorşünaslığımızın  nəzəri  məsələləri  günün 

tələbləri  səviyyəsində  işlənməyib.  Bunu  aşıq  yaradıcılığında 

şeir formasında aydın görmək olur. Aşıq yaradıcılığında şeirlər 

əsasən  musiqi  təsiri  altında,  musiqi  ilə  bağlı  şəkildə  yaranır. 

Lakin  nəzəriyyəçilər  yazılı  ədəbiyyatın  janrları  ilə  aşıq  şeir 

formalarına tətbiq  edilir. Bu da  heç də hər zaman özünü doğ-



 

 

 



 

114 


rultmur. Məsələn: Aşıq Camalın yaradıcılığında 13 hecalı şeir-

lərinə rast gəlinir ki, bu şeirin folklorşünaslığımızda janrı haq-

qında söhbət açılmayıb. Unutmayaq ki, bu 13 hecalı şeiri ədə-

biyyatımıza  yeni  gətirməyib.  Qaynaqlar  onu  göstərir  ki,  keç-

mişdə də 12,13 hecalı şeiri olub, zaman keçdikcə unudulmuş-

du.  Əmin  Abid  də  bu  haqda  araşdırma  aparmışdır.  Qədim 

şeirimizi "vəznli şeir" adlandıran Əmin Abid həmin dövrə aid 

qaynaqların  az  olduğuna  təssüflənsə  də,  fikirlərini  şərh  etmək 

üçün Drezdən kitabxanasında saxlanan "Kitabi-Dədə Qorqud"-

dan nümunələr göstərir. O, dastanı müstəqil bir əsər kimi deyil, 

"Oğuznamə"nin hissəsi kimi öyrənir. Əmin Abidə görə, vəznli 

şeirdən  yavaş-yavaş  heca  vəzni  yaranmışdır.  Bunun  da  ilk 

nümunələri  Kaşqarlı  Mahmudun  "Divan-i  lüğət-i  it-türk"də 

qorunub saxlanmış atalar sözləridir. 

"Divan"dan götürdüyü 13 və 15 hecalı şeirlərin durğuları 

üzərində  dayanır.  Birincidə  yeddinci  hecadan  sonra  bir  durğu 

olduğu  halda,  ikincidə  dörd  durğu  olduğunu,  bu  durğuların 

üçünün dörd hecalı, sonuncunun isə üç hecalı olduğu söyləyir. 

Ə.Abid "Divan"dakı 6-dan 15 hecayədək olan şeir parça-

larını araşdıraraq aşağıdakı qənaətə gəlir: "Bu gün çox inkişaf 

edən  on  bir  hecalıya  heç  bir  nümunə  yoxdur.  Demək,  on  bir 

vəzn  bu  zamanlarda  hələ  çox  tətbiq  edilməmişdir"  (Abid:44, 

1927) Əmin Abid qədim dövr heca vəznli şeir şəkillərini araş-

dırarkən  gəldiyi  qənaət  odur  ki,  13  hecalı  şeir  şəkli  qədim 

dövrə aid edilir və bu şeir şəkli müasir dövrdə işlənməyir. 

Bu  haqda  özünün  “Folklorçu  Əmin  Abid”  məqaləsində 

geniş  yer  verən  Əli  Şamil  müəllifin  fikri  ilə  razılaşmır  (Şa-

mil:74, 1999).  

Əlimizdəki 13 hecalı şeir şəkli ilə biz də Əli Şamilin fi-

kirlərini dəstəkləyərək bu şeir şəklinin ciddi tədqiqata ehtiyacı 

olduğunu düşünürük.  



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə